quranm◉

Surah Ibrahim (14) recited by Abdur Rahman as Sudais

Listen to Abdur Rahman as Sudais

Surah ◉

14:1

الٓرۚ كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ لِتُخۡرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِ رَبِّهِمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿1﴾

Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır.

14:2

ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَوَيۡلٞ لِّلۡكَٰفِرِينَ مِنۡ عَذَابٖ شَدِيدٍ ﴿2﴾

O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Gi­riftar olacaqları şid­dətli əzab­dan dolayı vay kafirlərin ha­lı­na!

14:3

ٱلَّذِينَ يَسۡتَحِبُّونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجًاۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلِۭ بَعِيدٖ ﴿3﴾

O kəslər ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yo­lundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər.

14:4

وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوۡمِهِۦ لِيُبَيِّنَ لَهُمۡۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿4﴾

Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Hikmət sahibidir.

14:5

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنۡ أَخۡرِجۡ قَوۡمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرۡهُم بِأَيَّىٰمِ ٱللَّهِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿5﴾

Biz Musanı möcüzələri­miz­lə gön­dərib ona: “Xalqını qa­ran­lıq­dan nura çı­xart və Al­lahın günlə­rini onların ya­dı­na sal”- dedik. Şüb­həsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.

14:6

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ أَنجَىٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ وَيُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴿6﴾

O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”.

14:7

وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ وَلَئِن كَفَرۡتُمۡ إِنَّ عَذَابِي لَشَدِيدٞ ﴿7﴾

O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”.

14:8

وَقَالَ مُوسَىٰٓ إِن تَكۡفُرُوٓاْ أَنتُمۡ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا فَإِنَّ ٱللَّهَ لَغَنِيٌّ حَمِيدٌ ﴿8﴾

Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”.

14:9

أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡ لَا يَعۡلَمُهُمۡ إِلَّا ٱللَّهُۚ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرَدُّوٓاْ أَيۡدِيَهُمۡ فِيٓ أَفۡوَٰهِهِمۡ وَقَالُوٓاْ إِنَّا كَفَرۡنَا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ وَإِنَّا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَنَآ إِلَيۡهِ مُرِيبٖ ﴿9﴾

Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”

14:10

قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿10﴾

Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.

14:11

قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿11﴾

Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. La­kin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy mö­minlər ancaq Alla­ha təvək­kül etsinlər.

14:12

وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدۡ هَدَىٰنَا سُبُلَنَاۚ وَلَنَصۡبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيۡتُمُونَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ﴿12﴾

Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”.

14:13

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمۡ لَنُخۡرِجَنَّكُم مِّنۡ أَرۡضِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۖ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ رَبُّهُمۡ لَنُهۡلِكَنَّ ٱلظَّـٰلِمِينَ ﴿13﴾

Kafir olanlar öz elçilə­ri­nə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də on­lara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

14:14

وَلَنُسۡكِنَنَّكُمُ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِهِمۡۚ ذَٰلِكَ لِمَنۡ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ ﴿14﴾

və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rum­da dur­maqdan qor­xan­lar və təhdidimdən çə­kinən­lə­rə aiddir”.

14:15

وَٱسۡتَفۡتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٖ ﴿15﴾

Elçilər qələ­bə istədilər. Hər bir inad­­kar dikbaş da zi­yana uğ­ra­dı.

14:16

مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسۡقَىٰ مِن مَّآءٖ صَدِيدٖ ﴿16﴾

Qabaqda onu Cə­hən­nəm göz­lə­yir; orada ona irinli su içir­di­lə­cək.

14:17

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأۡتِيهِ ٱلۡمَوۡتُ مِن كُلِّ مَكَانٖ وَمَا هُوَ بِمَيِّتٖۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٞ ﴿17﴾

O bunu qurtum-qurtum içə­cək, amma onu uda bilmə­yəcək­dir. Ona hər yandan ölüm gələ­cək, lakin o, ölmə­yə­cəkdir. Bunun ardınca da ağır bir əzab gələ­cək.

14:18

مَّثَلُ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ أَعۡمَٰلُهُمۡ كَرَمَادٍ ٱشۡتَدَّتۡ بِهِ ٱلرِّيحُ فِي يَوۡمٍ عَاصِفٖۖ لَّا يَقۡدِرُونَ مِمَّا كَسَبُواْ عَلَىٰ شَيۡءٖۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ ﴿18﴾

Rəbbini inkar edənlərin misalı – onların əməlləri, qa­sır­ğalı bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir. On­lar gör­dük­ləri işlərə görə sa­vab qazan­maz­lar. Dərin azğın­lıq da elə bu­dur.

14:19

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ﴿19﴾

Allahın göyləri və yeri haq­q ilə ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər.

14:20

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ﴿20﴾

Bu, Allah üçün çətin de­yildir.

14:21

وَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ ﴿21﴾

Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”.

14:22

وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿22﴾

İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.

14:23

وَأُدۡخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذۡنِ رَبِّهِمۡۖ تَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٌ ﴿23﴾

İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq.

14:24

أَلَمۡ تَرَ كَيۡفَ ضَرَبَ ٱللَّهُ مَثَلٗا كَلِمَةٗ طَيِّبَةٗ كَشَجَرَةٖ طَيِّبَةٍ أَصۡلُهَا ثَابِتٞ وَفَرۡعُهَا فِي ٱلسَّمَآءِ ﴿24﴾

Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir.

14:25

تُؤۡتِيٓ أُكُلَهَا كُلَّ حِينِۭ بِإِذۡنِ رَبِّهَاۗ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿25﴾

O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.

14:26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٖ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجۡتُثَّتۡ مِن فَوۡقِ ٱلۡأَرۡضِ مَا لَهَا مِن قَرَارٖ ﴿26﴾

Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­mə­yən pis bir ağaca bən­zə­yir.

14:27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡقَوۡلِ ٱلثَّابِتِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَۚ وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ ﴿27﴾

Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər.

14:28

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُواْ نِعۡمَتَ ٱللَّهِ كُفۡرٗا وَأَحَلُّواْ قَوۡمَهُمۡ دَارَ ٱلۡبَوَارِ ﴿28﴾

Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xal­qı­nı həlak yurduna sü­rüklə­yənləri görmürsənmi?

14:29

جَهَنَّمَ يَصۡلَوۡنَهَاۖ وَبِئۡسَ ٱلۡقَرَارُ ﴿29﴾

Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir.

14:30

وَجَعَلُواْ لِلَّهِ أَندَادٗا لِّيُضِلُّواْ عَن سَبِيلِهِۦۗ قُلۡ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمۡ إِلَى ٱلنَّارِ ﴿30﴾

Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”.

14:31

قُل لِّعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُنفِقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خِلَٰلٌ ﴿31﴾

İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara ver­di­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər.

14:32

ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ وَسَخَّرَ لَكُمُ ٱلۡفُلۡكَ لِتَجۡرِيَ فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦۖ وَسَخَّرَ لَكُمُ ٱلۡأَنۡهَٰرَ ﴿32﴾

O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­di­rib onunla sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi, əm­ri ilə dənizdə üz­mək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çay­ları sizə ram etdi;

14:33

وَسَخَّرَ لَكُمُ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ دَآئِبَيۡنِۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ ﴿33﴾

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi.

14:34

وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلۡتُمُوهُۚ وَإِن تَعُدُّواْ نِعۡمَتَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَظَلُومٞ كَفَّارٞ ﴿34﴾

O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur.

14:35

وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا ٱلۡبَلَدَ ءَامِنٗا وَٱجۡنُبۡنِي وَبَنِيَّ أَن نَّعۡبُدَ ٱلۡأَصۡنَامَ ﴿35﴾

Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maq­dan uzaq­laş­dır.

14:36

رَبِّ إِنَّهُنَّ أَضۡلَلۡنَ كَثِيرٗا مِّنَ ٱلنَّاسِۖ فَمَن تَبِعَنِي فَإِنَّهُۥ مِنِّيۖ وَمَنۡ عَصَانِي فَإِنَّكَ غَفُورٞ رَّحِيمٞ ﴿36﴾

Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, mən­dəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhm­lisən.

14:37

رَّبَّنَآ إِنِّيٓ أَسۡكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيۡرِ ذِي زَرۡعٍ عِندَ بَيۡتِكَ ٱلۡمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٰةَ فَٱجۡعَلۡ أَفۡـِٔدَةٗ مِّنَ ٱلنَّاسِ تَهۡوِيٓ إِلَيۡهِمۡ وَٱرۡزُقۡهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَشۡكُرُونَ ﴿37﴾

Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fi­zə olu­nan Evinin yaxınlı­ğın­da, heç bir bitki olmayan bir vadi­də sakin et­dim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə be­lə etdim. İn­san­la­rın bir qis­mi­nin qəlbini on­lara meylli et və on­lara növbənöv məh­sul­lar­dan ru­zi ver ki, bəlkə şükür etsinlər.

14:38

رَبَّنَآ إِنَّكَ تَعۡلَمُ مَا نُخۡفِي وَمَا نُعۡلِنُۗ وَمَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِن شَيۡءٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ ﴿38﴾

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nə­yi aş­ka­ra çıxart­dı­ğı­mızı bilir­sən. Nə yerdə, nə də göydə heç bir şey Allah­dan gizli qalmaz.

14:39

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي وَهَبَ لِي عَلَى ٱلۡكِبَرِ إِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبِّي لَسَمِيعُ ٱلدُّعَآءِ ﴿39﴾

Qoca vaxtımda mənə İs­maili və İshaqı bəxş edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bim duaları qəbul edəndir.

14:40

رَبِّ ٱجۡعَلۡنِي مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِيۚ رَبَّنَا وَتَقَبَّلۡ دُعَآءِ ﴿40﴾

Ey Rəbbim! Məni də, nəs­limdən olanları da namaz qı­lan et! Ey Rəbbi­miz! Duamı qəbul elə!

14:41

رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ ﴿41﴾

Ey Rəbbimiz! Haqq-he­sab günü məni, valideynlərimi və mö­minləri ba­ğışla!”

14:42

وَلَا تَحۡسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعۡمَلُ ٱلظَّـٰلِمُونَۚ إِنَّمَا يُؤَخِّرُهُمۡ لِيَوۡمٖ تَشۡخَصُ فِيهِ ٱلۡأَبۡصَٰرُ ﴿42﴾

Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə on­ları cəza­landırmağı göz­lərin bə­rələ qala­cağı gü­nə saxlayır.

14:43

مُهۡطِعِينَ مُقۡنِعِي رُءُوسِهِمۡ لَا يَرۡتَدُّ إِلَيۡهِمۡ طَرۡفُهُمۡۖ وَأَفۡـِٔدَتُهُمۡ هَوَآءٞ ﴿43﴾

O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caq – qor­xu­dan bütün başqa duyğu­lardan xali ola­caq­.

14:44

وَأَنذِرِ ٱلنَّاسَ يَوۡمَ يَأۡتِيهِمُ ٱلۡعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُواْ رَبَّنَآ أَخِّرۡنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ نُّجِبۡ دَعۡوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَۗ أَوَلَمۡ تَكُونُوٓاْ أَقۡسَمۡتُم مِّن قَبۡلُ مَا لَكُم مِّن زَوَالٖ ﴿44﴾

İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­lə­cəkdir: “Məgər əvvəllər siz dün­yadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz?!

14:45

وَسَكَنتُمۡ فِي مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ وَتَبَيَّنَ لَكُمۡ كَيۡفَ فَعَلۡنَا بِهِمۡ وَضَرَبۡنَا لَكُمُ ٱلۡأَمۡثَالَ ﴿45﴾

Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. On­la­ra nələr et­diyimiz si­zə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”.

14:46

وَقَدۡ مَكَرُواْ مَكۡرَهُمۡ وَعِندَ ٱللَّهِ مَكۡرُهُمۡ وَإِن كَانَ مَكۡرُهُمۡ لِتَزُولَ مِنۡهُ ٱلۡجِبَالُ ﴿46﴾

Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Alla­ha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yil­.

14:47

فَلَا تَحۡسَبَنَّ ٱللَّهَ مُخۡلِفَ وَعۡدِهِۦ رُسُلَهُۥٓۚ إِنَّ ٱللَّهَ عَزِيزٞ ذُو ٱنتِقَامٖ ﴿47﴾

Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Hə­qiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir.

14:48

يَوۡمَ تُبَدَّلُ ٱلۡأَرۡضُ غَيۡرَ ٱلۡأَرۡضِ وَٱلسَّمَٰوَٰتُۖ وَبَرَزُواْ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ﴿48﴾

O gün yer başqa bir yer­lə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar.

14:49

وَتَرَى ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ مُّقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ ﴿49﴾

O gün günahkarları zən­­cir­lənmiş görəcəksən.

14:50

سَرَابِيلُهُم مِّن قَطِرَانٖ وَتَغۡشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ ﴿50﴾

Onların paltarları qat­ran­dan ola­caq, üzlərini də alov bürü­yə­­­cək.

14:51

لِيَجۡزِيَ ٱللَّهُ كُلَّ نَفۡسٖ مَّا كَسَبَتۡۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿51﴾

Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir.

14:52

هَٰذَا بَلَٰغٞ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِۦ وَلِيَعۡلَمُوٓاْ أَنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَلِيَذَّكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿52﴾

Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar.

This surah by other reciters