quranm◉

Surah Saba transliteration

◉ Surə · ∞

34:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ﴿1﴾

Transliteration: Alhamdu lillahi allathee lahu ma fee alssamawati wama fee alardi walahu alhamdu fee alakhirati wahuwa alhakeemu alkhabeeru

Translation: Həmd, göylərdəkilərin və yer­də­kilərin ha­mısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsus­dur. O, Hikmət sahibidir, Xə­bərdardır.

34:2

يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ ﴿2﴾

Transliteration: YaAAlamu ma yaliju fee alardi wama yakhruju minha wama yanzilu mina alssamai wama yaAAruju feeha wahuwa alrraheemu alghafooru

Translation: O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, ora­ya qal­xanı da bilir. O, Rəhm­lidir, Bağışlayandır.

34:3

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ﴿3﴾

Transliteration: Waqala allatheena kafaroo la tateena alssaAAatu qul bala warabbee latatiyannakum AAalimi alghaybi la yaAAzubu AAanhu mithqalu tharratin fee alssamawati wala fee alardi wala asgharu min thalika wala akbaru illa fee kitabin mubeenin

Translation: Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”.

34:4

لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۚ أُوْلَـٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿4﴾

Transliteration: Liyajziya allatheena amanoo waAAamiloo alssalihati olaika lahum maghfiratun warizqun kareemun

Translation: Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görən­ləri mü­ka­fat­landırsın. Məhz on­lar üçün bağış­lan­ma və bollu­ca ruzi var­dır.

34:5

وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ﴿5﴾

Transliteration: Waallatheena saAAaw fee ayatina muAAajizeena olaika lahum AAathabun min rijzin aleemin

Translation: Ayələrimizi qüvvədən sal­mağa cəhd göstərənləri isə ən pis, ağ­rılı-acılı əzab gözləyir.

34:6

وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿6﴾

Transliteration: Wayara allatheena ootoo alAAilma allathee onzila ilayka min rabbika huwa alhaqqa wayahdee ila sirati alAAazeezi alhameedi

Translation: Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər.

34:7

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ ﴿7﴾

Transliteration: Waqala allatheena kafaroo hal nadullukum AAala rajulin yunabbiokum itha muzziqtum kulla mumazzaqin innakum lafee khalqin jadeedin

Translation: Kafirlər dedilər: “Çürü­yüb parça-parça olduqdan sonra ye­ni­dən yara­dı­lacağınızı xəbər verən bir kişini sizə gös­tə­rək­mi?

34:8

أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ ﴿8﴾

Transliteration: Aftara AAala Allahi kathiban am bihi jinnatun bali allatheena la yuminoona bialakhirati fee alAAathabi waalddalali albaAAeedi

Translation: Əcəba, o, Allahın əleyhi­nə yalanmı quraşdırır, bəlkə on­da di­va­nəlik var?” Xeyr! Axi­rətə inanmayanlar əzaba dü­çar ola­caq, də­rin bir azğınlıq içində qa­la­caqlar.

34:9

أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ ﴿9﴾

Transliteration: Afalam yaraw ila ma bayna aydeehim wama khalfahum mina alssamai waalardi in nasha nakhsif bihimu alarda aw nusqit AAalayhim kisafan mina alssamai inna fee thalika laayatan likulli AAabdin muneebin

Translation: Məgər onlar göydə və yer­də qar­şı­larına və arxalarına bax­mır­larmı? Əgər istəsək, on­ları yerə batırar və yaxud gö­yün bir par­çasını onların ba­şına en­di­rərik. Şübhəsiz ki, bunda töv­bə edib Alla­­ha qayı­dan hər bir qul üçün ibrət vardır.

34:10

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ ﴿10﴾

Transliteration: Walaqad atayna dawooda minna fadlan ya jibalu awwibee maAAahu waalttayra waalanna lahu alhadeeda

Translation: Biz Davuda Özümüz­dən bir lütf bəxş etdik və buyur­duq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər de­yin!” Biz dəmi­ri onun üçün yumşaltdıq.

34:11

أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿11﴾

Transliteration: Ani iAAmal sabighatin waqaddir fee alssardi waiAAmaloo salihan innee bima taAAmaloona baseerun

Translation: Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları to­xu­duq­da ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm”.

34:12

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ ﴿12﴾

Transliteration: Walisulaymana alrreeha ghuduwwuha shahrun warawahuha shahrun waasalna lahu AAayna alqitri wamina aljinni man yaAAmalu bayna yadayhi biithni rabbihi waman yazigh minhum AAan amrina nuthiqhu min AAathabi alssaAAeeri

Translation: Səhər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi. On­lardan hər kim, Süleymana itaət et­mə­yib əm­rimizdən çıxır­dısa, onu Cə­hən­nəm oduna düçar edir­dik.

34:13

يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ ﴿13﴾

Transliteration: YaAAmaloona lahu ma yashao min mahareeba watamatheela wajifanin kaaljawabi waqudoorin rasiyatin iAAmaloo ala dawooda shukran waqaleelun min AAibadiya alshshakooru

Translation: Cinlər onun üçün istə­diyi qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qa­zan­lar dü­zəl­dir­di­lər. Ey Davud nəsli! Bu ne­mətlərə şükür edin! Qullarımdan şükür edə­n azdır.

34:14

فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ﴿14﴾

Transliteration: Falamma qadayna AAalayhi almawta ma dallahum AAala mawtihi illa dabbatu alardi takulu minsaatahu falamma kharra tabayyanati aljinnu an law kanoo yaAAlamoona alghayba ma labithoo fee alAAathabi almuheeni

Translation: Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar.

34:15

لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ﴿15﴾

Transliteration: Laqad kana lisabain fee maskanihim ayatun jannatani AAan yameenin washimalin kuloo min rizqi rabbikum waoshkuroo lahu baldatun tayyibatun warabbun ghafoorun

Translation: Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağda, digə­ri də sol­da olan iki bağça var idi. Onlara: “Rəbbinizin ru­zi­sin­dən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışla­yan Rəbb!”– de­yil­miş­di.

34:16

فَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ ﴿16﴾

Transliteration: FaaAAradoo faarsalna AAalayhim sayla alAAarimi wabaddalnahum bijannatayhim jannatayni thawatay okulin khamtin waathlin washayin min sidrin qaleelin

Translation: Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

34:17

ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ ﴿17﴾

Transliteration: Thalika jazaynahum bima kafaroo wahal nujazee illa alkafoora

Translation: Nankorluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nan­kordan başqasını cəza­landırarıqmı?

34:18

وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ﴿18﴾

Transliteration: WajaAAalna baynahum wabayna alqura allatee barakna feeha quran thahiratan waqaddarna feeha alssayra seeroo feeha layaliya waayyaman amineena

Translation: Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz məmləkətlər ara­sın­da ay­dın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada ge­diş-gəliş ya­rat­mışdıq. “Ora­lar­da ge­cələr və gündüzlər ar­xa­yın gəzib dola­şın!”– de­­miş­dik.

34:19

فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿19﴾

Transliteration: Faqaloo rabbana baAAid bayna asfarina wathalamoo anfusahum fajaAAalnahum ahadeetha wamazzaqnahum kulla mumazzaqin inna fee thalika laayatin likulli sabbarin shakoorin

Translation: Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar.

34:20

وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ ﴿20﴾

Transliteration: Walaqad saddaqa AAalayhim ibleesu thannahu faittabaAAoohu illa fareeqan mina almumineena

Translation: İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalanları ona tabe oldular.

34:21

وَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ﴿21﴾

Transliteration: Wama kana lahu AAalayhim min sultanin illa linaAAlama man yuminu bialakhirati mimman huwa minha fee shakkin warabbuka AAala kulli shayin hafeethun

Translation: Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz an­caq axirətə ina­nanla ona şəkk gətirən kimsələri ayırd et­mək üçün şeytana belə bir für­sət verdik. Sənin Rəbbin hər şe­yi mü­ha­fi­zə edəndir.

34:22

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ﴿22﴾

Transliteration: Quli odAAoo allatheena zaAAamtum min dooni Allahi la yamlikoona mithqala tharratin fee alssamawati wala fee alardi wama lahum feehima min shirkin wama lahu minhum min thaheerin

Translation: De: “Allahdan başqa mə­bud say­dıqlarınızı çağırın”. On­lar nə göy­lərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şə­rikliyi yox­dur və on­lar­dan Alla­ha yardımçı olanı da yoxdur.

34:23

وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ﴿23﴾

Transliteration: Wala tanfaAAu alshshafaAAatu AAindahu illa liman athina lahu hatta itha fuzziAAa AAan quloobihim qaloo matha qala rabbukum qaloo alhaqqa wahuwa alAAaliyyu alkabeeru

Translation: Onun qarşısında, izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Nəhayət, mələklərin qəlbin­dən qorxu ke­çib get­dikdə onlar: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, di­gər­lə­ri isə: “Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!”– deyə cavab verərlər.

34:24

قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿24﴾

Transliteration: Qul man yarzuqukum mina alssamawati waalardi quli Allahu wainna aw iyyakum laAAala hudan aw fee dalalin mubeenin

Translation: De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”.

34:25

قُل لَّا تُسۡـَٔلُونَ عَمَّآ أَجۡرَمۡنَا وَلَا نُسۡـَٔلُ عَمَّا تَعۡمَلُونَ ﴿25﴾

Transliteration: Qul la tusaloona AAamma ajramna wala nusalu AAamma taAAmaloona

Translation: De: “Siz bizim etdiyimiz günah­la­ra görə sorğu-sual edil­mə­yə­cəksiniz, biz də sizin et­diklərinizə görə sorğu-sual edil­mə­yə­cə­yik”.

34:26

قُلۡ يَجۡمَعُ بَيۡنَنَا رَبُّنَا ثُمَّ يَفۡتَحُ بَيۡنَنَا بِٱلۡحَقِّ وَهُوَ ٱلۡفَتَّاحُ ٱلۡعَلِيمُ ﴿26﴾

Transliteration: Qul yajmaAAu baynana rabbuna thumma yaftahu baynana bialhaqqi wahuwa alfattahu alAAaleemu

Translation: De: “Rəbbimiz hamımızı bir ara­ya cəmləşdirib sonra da ara­­mızda əda­lətlə hökm verə­cək. O, ən ədalətli Hakim­dir, Bi­lən­dir”.

34:27

قُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿27﴾

Transliteration: Qul arooniya allatheena alhaqtum bihi shurakaa kalla bal huwa Allahu alAAazeezu alhakeemu

Translation: De: “Ona qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr! O, Qüd­rətli, Müdrik Allahdır!”

34:28

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿28﴾

Transliteration: Wama arsalnaka illa kaffatan lilnnasi basheeran wanatheeran walakinna akthara alnnasi la yaAAlamoona

Translation: Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir.

34:29

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿29﴾

Transliteration: Wayaqooloona mata hatha alwaAAdu in kuntum sadiqeena

Translation: Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

34:30

قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ ﴿30﴾

Transliteration: Qul lakum meeAAadu yawmin la tastakhiroona AAanhu saAAatan wala tastaqdimoona

Translation: De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yu­bada, nə də tez­ləş­dirə bilərsiniz”.

34:31

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ ﴿31﴾

Transliteration: Waqala allatheena kafaroo lan numina bihatha alqurani wala biallathee bayna yadayhi walaw tara ithi alththalimoona mawqoofoona AAinda rabbihim yarjiAAu baAAduhum ila baAAdin alqawla yaqoolu allatheena istudAAifoo lillatheena istakbaroo lawla antum lakunna mumineena

Translation: Kafirlər dedilər: “Biz nə bu Qu­rana, nə də bundan əv­vəl­ki­lə­rə əs­la inanmaya­cağıq!” Kaş sən o zalımları öz Rəbbi­nin hü­zu­run­da sax­lanılıb bir-bi­ri­nə söz qaytardıqları anda görəydin. Zə­if­lər, özlərini yüksək tutan­lara deyəcəklər: “Əgər siz ol­ma­saydınız, biz iman gəti­rər­dik”.

34:32

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ ﴿32﴾

Transliteration: Qala allatheena istakbaroo lillatheena istudAAifoo anahnu sadadnakum AAani alhuda baAAda ith jaakum bal kuntum mujrimeena

Translation: Özlərini yüksək tutan­lar da zəiflərə belə de­yə­cək­lər: “Si­zə doğ­ru yol gös­tə­ri­cisi gəldikdən sonra sizi on­dan bizmi ya­yın­dırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.

34:33

وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ﴿33﴾

Transliteration: Waqala allatheena istudAAifoo lillatheena istakbaroo bal makru allayli waalnnahari ith tamuroonana an nakfura biAllahi wanajAAala lahu andadan waasarroo alnnadamata lamma raawoo alAAathaba wajaAAalna alaghlala fee aAAnaqi allatheena kafaroo hal yujzawna illa ma kanoo yaAAmaloona

Translation: Zəiflər özlərini yüksək tutan­lara deyəcəklər: “Xeyr! İşi­niz gecə-gün­düz hiy­lə qurmaq idi. Siz bizə Allahı in­kar etməyi və Ona şəriklər qoş­mağı əmr edirdiniz”. Onlar əzabı gör­dük­də peş­­mançılıq hissini gizlə­dərlər. Kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar ancaq etdikləri əməllərə görə cəza­lan­dırılarlar.

34:34

وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ﴿34﴾

Transliteration: Wama arsalna fee qaryatin min natheerin illa qala mutrafooha inna bima orsiltum bihi kafiroona

Translation: Biz hansı bir məmləkətə xəbər­darlıq edən peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sakinləri ona sa­dəcə ola­raq: “Biz sizinlə gön­də­ri­lənləri inkar edirik!”– dedilər.

34:35

وَقَالُواْ نَحۡنُ أَكۡثَرُ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ﴿35﴾

Transliteration: Waqaloo nahnu aktharu amwalan waawladan wama nahnu bimuAAaththabeena

Translation: Onlar: “Bizim mal-döv­lətimiz də, övladlarımız da da­ha çox­dur və bizə əzab veril­mə­yəcək”– dedilər.

34:36

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿36﴾

Transliteration: Qul inna rabbee yabsutu alrrizqa liman yashao wayaqdiru walakinna akthara alnnasi la yaAAlamoona

Translation: De: “Həqiqətən, Rəbbim istə­di­yi­nin ruzisini bol edər, istə­di­yi­ninkini də azaldar. Lakin insanların çoxu bunu bil­mir”.

34:37

وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ﴿37﴾

Transliteration: Wama amwalukum wala awladukum biallatee tuqarribukum AAindana zulfa illa man amana waAAamila salihan faolaika lahum jazao alddiAAfi bima AAamiloo wahum fee alghurufati aminoona

Translation: Sizi bizə yaxınlaşdıra bi­ləcək nə var-dövlətiniz, nə də oğul-uşa­ğınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər is­tis­nadır. Məhz onların müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq və onlar Cən­nət­dəki mənzillərində asudə yaşa­yacaqlar.

34:38

وَٱلَّذِينَ يَسۡعَوۡنَ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ﴿38﴾

Transliteration: Waallatheena yasAAawna fee ayatina muAAajizeena olaika fee alAAathabi muhdaroona

Translation: Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba gi­riftar edi­ləcəklər.

34:39

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿39﴾

Transliteration: Qul inna rabbee yabsutu alrrizqa liman yashao min AAibadihi wayaqdiru lahu wama anfaqtum min shayin fahuwa yukhlifuhu wahuwa khayru alrraziqeena

Translation: De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, is­tədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər. O, ruzi verən­lərin ən yaxşısıdır!”

34:40

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ يَقُولُ لِلۡمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمۡ كَانُواْ يَعۡبُدُونَ ﴿40﴾

Transliteration: Wayawma yahshuruhum jameeAAan thumma yaqoolu lilmalaikati ahaolai iyyakum kanoo yaAAbudoona

Translation: O gün Allah onların ha­mısını toplayacaq, sonra da mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar si­zəmi ibadət edirdilər?”

34:41

قَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ ﴿41﴾

Transliteration: Qaloo subhanaka anta waliyyuna min doonihim bal kanoo yaAAbudoona aljinna aktharuhum bihim muminoona

Translation: Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Xeyr, onlar cinlərə iba­dət edir­dilər. Ək­səriyyəti də məhz on­lara iman gətirmişdi”.

34:42

فَٱلۡيَوۡمَ لَا يَمۡلِكُ بَعۡضُكُمۡ لِبَعۡضٖ نَّفۡعٗا وَلَا ضَرّٗا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿42﴾

Transliteration: Faalyawma la yamliku baAAdukum libaAAdin nafAAan wala darran wanaqoolu lillatheena thalamoo thooqoo AAathaba alnnari allatee kuntum biha tukaththiboona

Translation: Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bi­lər­si­niz. Biz za­lımlara: “Da­dın yalan saydığınız Cə­hən­nəm əzabını!”– de­yəcəyik.

34:43

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿43﴾

Transliteration: Waitha tutla AAalayhim ayatuna bayyinatin qaloo ma hatha illa rajulun yureedu an yasuddakum AAamma kana yaAAbudu abaokum waqaloo ma hatha illa ifkun muftaran waqala allatheena kafaroo lilhaqqi lamma jaahum in hatha illa sihrun mubeenun

Translation: Ayələrimiz onlara açıq-aydın oxun­­duğu zaman: “Bu ancaq si­zi ata­la­rınızın ibadət et­diklərindən dön­dər­mək istə­yən bir adam­­dır!”– deyərlər. On­lar: “Bu, uydurulmuş yalan­dan başqa bir şey de­yil­!”– de­yər­lər. Ka­firlərə haqq gəl­dikdə onun ba­rəsində: “Bu yal­nız açıq-aydın bir sehrdir!”– deyərlər.

34:44

وَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ ﴿44﴾

Transliteration: Wama ataynahum min kutubin yadrusoonaha wama arsalna ilayhim qablaka min natheerin

Translation: Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab ver­mə­miş­dik və sən­dən əvvəl də onlara bir xə­bərdarlıq edən gön­dər­məmişdik.

34:45

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَمَا بَلَغُواْ مِعۡشَارَ مَآ ءَاتَيۡنَٰهُمۡ فَكَذَّبُواْ رُسُلِيۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿45﴾

Transliteration: Wakaththaba allatheena min qablihim wama balaghoo miAAshara ma ataynahum fakaththaboo rusulee fakayfa kana nakeeri

Translation: Onlardan əvvəlkilər də el­çiləri­mi­zi yalançı hesab et­miş­dilər. Müş­riklər onlara ver­dik­lərimizin onda birini belə əldə etməmişlər. La­kin onlar Mə­nim el­çilərimi yalançı say­dılar. Görəy­din, Mə­nim on­ları həlak etməyim necə oldu!

34:46

قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ ﴿46﴾

Transliteration: Qul innama aAAithukum biwahidatin an taqoomoo lillahi mathna wafurada thumma tatafakkaroo ma bisahibikum min jinnatin in huwa illa natheerun lakum bayna yaday AAathabin shadeedin

Translation: De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir”.

34:47

قُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ ﴿47﴾

Transliteration: Qul ma saaltukum min ajrin fahuwa lakum in ajriya illa AAala Allahi wahuwa AAala kulli shayin shaheedun

Translation: De: “Mən sizdən bir haqq istə­mi­şəmsə, onu sizin üçün is­tə­mi­şəm. Mə­nim haqqım an­caq Allahdan olacaq. O, hər şeyə Şa­hid­dir”.

34:48

قُلۡ إِنَّ رَبِّي يَقۡذِفُ بِٱلۡحَقِّ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿48﴾

Transliteration: Qul inna rabbee yaqthifu bialhaqqi AAallamu alghuyoobi

Translation: De: “Rəbbim haqqı en­dirir. O, qeybləri biləndir”.

34:49

قُلۡ جَآءَ ٱلۡحَقُّ وَمَا يُبۡدِئُ ٱلۡبَٰطِلُ وَمَا يُعِيدُ ﴿49﴾

Transliteration: Qul jaa alhaqqu wama yubdio albatilu wama yuAAeedu

Translation: De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xa­rar, nə də onu qaytara bilər”.

34:50

قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ﴿50﴾

Transliteration: Qul in dalaltu fainnama adillu AAala nafsee waini ihtadaytu fabima yoohee ilayya rabbee innahu sameeAAun qareebun

Translation: De: “Əgər mən haqq yol­dan çıx­sam, öz əleyhimə çıx­mış ola­ram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəb­bimin mənə nazil et­diyi vəhyə görə­dir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.

34:51

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ﴿51﴾

Transliteration: Walaw tara ith faziAAoo fala fawta waokhithoo min makanin qareebin

Translation: Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər.

34:52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿52﴾

Transliteration: Waqaloo amanna bihi waanna lahumu alttanawushu min makanin baAAeedin

Translation: Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər?!

34:53

وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿53﴾

Transliteration: Waqad kafaroo bihi min qablu wayaqthifoona bialghaybi min makanin baAAeedin

Translation: Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər.

34:54

وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ﴿54﴾

Transliteration: Waheela baynahum wabayna ma yashtahoona kama fuAAila biashyaAAihim min qablu innahum kanoo fee shakkin mureebin

Translation: Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download