quranm◉

Surə An-Nur 24:43

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِي سَحَابٗا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُۥ ثُمَّ يَجۡعَلُهُۥ رُكَامٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٖ فِيهَا مِنۢ بَرَدٖ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُۥ عَن مَّن يَشَآءُۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلۡأَبۡصَٰرِ ﴿٤٣﴾

◉

Tərcümə

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra on­ları bir-bi­ri­nə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağ­mur çıx­dığını görürsən. Allah göy­dən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Son­ra da onunla istədi­yi­ni vu­rur, istə­diyindən də onu uzaq edir. Bu­ludların şimşə­yinin pa­rıl­tı­sı az qalır ki, gözləri kor etsin.
— Alikhan Musayev
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞