quranm◉

Mövzular · az (Səhifə 4)

481 Ayə · Mövzular · az

Al-Mu'minun 23:91

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿٩١﴾

Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır.

Al-Mu'minun 23:92

عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿٩٢﴾

O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır.

An-Nur 24:35

۞ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ مَثَلُ نُورِهِۦ كَمِشۡكَوٰةٖ فِيهَا مِصۡبَاحٌۖ ٱلۡمِصۡبَاحُ فِي زُجَاجَةٍۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوۡكَبٞ دُرِّيّٞ يُوقَدُ مِن شَجَرَةٖ مُّبَٰرَكَةٖ زَيۡتُونَةٖ لَّا شَرۡقِيَّةٖ وَلَا غَرۡبِيَّةٖ يَكَادُ زَيۡتُهَا يُضِيٓءُ وَلَوۡ لَمۡ تَمۡسَسۡهُ نَارٞۚ نُّورٌ عَلَىٰ نُورٖۚ يَهۡدِي ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُۚ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَٰلَ لِلنَّاسِۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٣٥﴾

Allah göylərin və yerin nu­rudur. Onun möminlərin qəl­bində olan nuru, içində çıraq olan bir taxçaya bənzə­yir; o çıraq şüşənin için­dədir, şüşə isə, san­ki inci kimi bir ulduzdur. O çı­raq təkcə şər­qə və ya təkcə qər­bə aid edilmə­yən daim günəş şüa­ları altında qalan mü­barək zey­tun ağacın­dan yandı­rılır. Onun yağı, özü­nə od to­xun­­masa da, sanki işıq sa­çır. Bu, nur üs­tün­də nurdur. Allah istə­di­yini Öz nuruna yönəldir. Allah in­san­lar üçün məsəllər çəkir. Allah hər şe­yi biləndir.

An-Nur 24:41

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلطَّيۡرُ صَـٰٓفَّـٰتٖۖ كُلّٞ قَدۡ عَلِمَ صَلَاتَهُۥ وَتَسۡبِيحَهُۥۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ ﴿٤١﴾

Məgər göylərdə və yer­də olan­la­rın, həm də qanad açıb uçan quşların Allaha tərif­lər dediklə­rini görmür­sən­mi? Hər biri öz du­asını və həmd-səna­sı­­nı bilir. Allah onların nə etdik­lərini bi­lir.

An-Nur 24:42

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ﴿٤٢﴾

Göylərin və yerin mül­kü Allaha məxsusdur. Dönüş də Alla­ha­dır.

An-Nur 24:43

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِي سَحَابٗا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُۥ ثُمَّ يَجۡعَلُهُۥ رُكَامٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٖ فِيهَا مِنۢ بَرَدٖ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُۥ عَن مَّن يَشَآءُۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلۡأَبۡصَٰرِ ﴿٤٣﴾

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra on­ları bir-bi­ri­nə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağ­mur çıx­dığını görürsən. Allah göy­dən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Son­ra da onunla istədi­yi­ni vu­rur, istə­diyindən də onu uzaq edir. Bu­ludların şimşə­yinin pa­rıl­tı­sı az qalır ki, gözləri kor etsin.

An-Nur 24:44

يُقَلِّبُ ٱللَّهُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ ﴿٤٤﴾

Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bun­da bəsirət sa­hibləri üçün bir ibrət var.

An-Nur 24:45

وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٖ مِّن مَّآءٖۖ فَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ بَطۡنِهِۦ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ رِجۡلَيۡنِ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰٓ أَرۡبَعٖۚ يَخۡلُقُ ٱللَّهُ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿٤٥﴾

Allah hər bir canlını su­dan ya­rat­mışdır. Onlardan bə­zisi qar­nı üstə sü­rü­nür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şüb­hə­siz ki, Allah hər şeyə qadirdir.

An-Nur 24:46

لَّقَدۡ أَنزَلۡنَآ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖۚ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿٤٦﴾

Biz açıq-aydın ayələr na­zil et­dik. Allah istədiyini doğ­ru yo­la yö­nəl­dir.

Al-Furqan 25:1

تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا ﴿١﴾

Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!

Al-Furqan 25:2

ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ﴿٢﴾

Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir.

Al-Furqan 25:3

وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا ﴿٣﴾

Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər.

Al-Furqan 25:45

أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا ﴿٤٥﴾

Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik.

Al-Furqan 25:46

ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا ﴿٤٦﴾

Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq.

Al-Furqan 25:47

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا ﴿٤٧﴾

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur.

Al-Furqan 25:48

وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا ﴿٤٨﴾

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki,

Al-Furqan 25:49

لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا ﴿٤٩﴾

onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək.

Al-Furqan 25:50

وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ﴿٥٠﴾

Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di.

Al-Furqan 25:58

وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ﴿٥٨﴾

Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir.

Al-Furqan 25:59

ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا ﴿٥٩﴾

O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş!

Al-Furqan 25:60

وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩ ﴿٦٠﴾

Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar.

Al-Furqan 25:61

تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا ﴿٦١﴾

Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

Al-Furqan 25:62

وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا ﴿٦٢﴾

Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur.

An-Naml 27:59

قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ﴿٥٩﴾

De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız?

An-Naml 27:60

أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ﴿٦٠﴾

Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər.

An-Naml 27:61

أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿٦١﴾

Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər.

An-Naml 27:62

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿٦٢﴾

Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

An-Naml 27:63

أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ﴿٦٣﴾

Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.

An-Naml 27:64

أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٦٤﴾

Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”.

An-Naml 27:65

قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ﴿٦٥﴾

De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər.

Al-Qasas 28:68

وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿٦٨﴾

Rəbbin istədiyini yara­dır və istə­diyini də peyğəmbər se­çir. On­la­rın isə seç­məyə haqqı yoxdur. Allah pakdır, müqəd­dəsdir və on­la­rın qoşduqları şə­riklərdən ucadır.

Al-Qasas 28:69

وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ﴿٦٩﴾

Sənin Rəbbin onların qəl­binin həm gizli saxladıqlarını, həm də aşkar etdik­lərini bilir.

Al-Qasas 28:70

وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿٧٠﴾

O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız.

Al-Qasas 28:71

قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ﴿٧١﴾

De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qi­ya­mə­tə qə­dər uzat­sa, Allah­dan başqa hansı məbud sizə bir işıq gətirə bi­lər? Məgər eşit­mir­si­niz?”

Al-Qasas 28:72

قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ ﴿٧٢﴾

De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qi­ya­mə­tə qədər uzatsa, Allah­dan başqa hansı məbud din­cəl­di­yi­niz ge­cə­ni sizə gətirə bilər? Mə­gər görmürsünüz?”

Al-Qasas 28:73

وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿٧٣﴾

O, Öz mərhəməti ilə si­zin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincə­lə­si­niz və gündüzü Onun lütfündən ruzi axta­rası­nız. Bəl­kə, şükür edə­siniz.

Al-'Ankabut 29:19

أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿١٩﴾

Məgər onlar Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, son­ra da on­ları yeni­dən yara­dacağını görmür­lər­? Həqi­qə­tən, bu, Allah üçün asan­dır.

Al-'Ankabut 29:20

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿٢٠﴾

De: “Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yarat­dı­ğına baxın. Sonra Allah ölüləri dirildə­cək­. Allah hər şeyə qadirdir.

Al-'Ankabut 29:21

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ ﴿٢١﴾

O, istədiyinə əzab verir, istə­diyi­nə də rəhm edir. Siz yalnız Ona qay­ta­rılacaqsınız.

Al-'Ankabut 29:22

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ﴿٢٢﴾

Siz nə yerdə, nə də göy­də Ondan gizlənib yaxa qurtara bil­mə­yəcəksiniz. Allahdan baş­qa sizin nə bir hima­yəda­rı­nız, nə də bir yardımçınız olacaq”.

Al-'Ankabut 29:60

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿٦٠﴾

Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir.

Al-'Ankabut 29:61

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ﴿٦١﴾

Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndərilirlər!

Al-'Ankabut 29:62

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٦٢﴾

Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir.

Al-'Ankabut 29:63

وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ﴿٦٣﴾

Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd, Alla­ha məxsusdur!” Lakin on­ların çoxu bunu başa düşmür.

Al-'Ankabut 29:64

وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿٦٤﴾

Bu dünya həyatı əylən­cə və oyundan başqa bir şey deyil. Axi­rət yurdu isə əsl həyatdır. Kaş ki, bi­ləydi­lər!

Ar-Rum 30:17

فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ ﴿١٧﴾

Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin.

Ar-Rum 30:18

وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ ﴿١٨﴾

Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin!

Ar-Rum 30:19

يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ ﴿١٩﴾

O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız.

Ar-Rum 30:20

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ ﴿٢٠﴾

Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız.

Ar-Rum 30:21

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿٢١﴾

Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır.

Mövzular