quranm◉

Mövzular · az

109 Ayə · Mövzular · az

Al-Baqarah 2:25

وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ ﴿٢٥﴾

İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün al­tından çaylar axan cən­nətlər var­dır. Hər dəfə onun mey­və­lə­rindən on­lara ruzi veril­dikdə: “Bu ki, əv­vəllər bizə ve­rilən ruzilərdəndir!”– de­yə­cək­lər. Hal­bu­ki on­lara onun oxşarı verilə­cəkdir. On­lar üçün orada pak zöv­cə­lər vardır və onlar ora­da əbədi qala­caq­lar.

Al-Baqarah 2:105

مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَلَا ٱلۡمُشۡرِكِينَ أَن يُنَزَّلَ عَلَيۡكُم مِّنۡ خَيۡرٖ مِّن رَّبِّكُمۡۚ وَٱللَّهُ يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿١٠٥﴾

Nə Kitab əhlinin kafir olan­ları, nə də müşriklər sizə Rəb­­bi­niz­dən bir xeyir nazil ol­ma­sını istəmir­lər. Allah isə Öz mər­həməti­ni istədiyi şəxsə məx­sus edər. Allah böyük lütf sahibi­dir.

Al-Baqarah 2:212

زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَيَسۡخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْۘ وَٱلَّذِينَ ٱتَّقَوۡاْ فَوۡقَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ﴿٢١٢﴾

Dünya həyatı kafirlər üçün gö­zəlləşdirildi. Onlar iman gə­ti­­rənləri məs­xərəyə qoyurlar. Halbuki müttəqilər qi­ya­­mət gü­nü on­lardan üstün ola­caq­lar. Allah istədiyi kəsə he­sabsız ruzi verər.

Al-Baqarah 2:247

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ﴿٢٤٧﴾

Pey­ğəmbərləri onlara de­di: “Allah Talutu sizə hökm­dar göndərdi!” Onlar dedilər: “O, ne­cə bizə hökmdar ola bi­lər ki, biz hökmdarlığa ondan daha la­yiqik və ona çoxlu sərvət verilməmiş­dir?” O dedi: “Allah onu sizə hökm­dar seç­di, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mül­kü­nü istədi­yi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”

Ali 'Imran 3:14

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلۡبَنِينَ وَٱلۡقَنَٰطِيرِ ٱلۡمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلۡفِضَّةِ وَٱلۡخَيۡلِ ٱلۡمُسَوَّمَةِ وَٱلۡأَنۡعَٰمِ وَٱلۡحَرۡثِۗ ذَٰلِكَ مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلۡمَـَٔابِ ﴿١٤﴾

Qadınların, uşaqların, yı­ğın-yığın qızıl-gümüşün, yaxşı cins at­la­rın, mal-qaranın və əkin yerlə­rinin ver­diyi zövq­lərə olan istək insanlara gözəl gös­təril­mişdir. Bun­lar, dünya hə­ya­tının ke­çici zöv­qüdür. Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır.

Ali 'Imran 3:26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿٢٦﴾

De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən.

Ali 'Imran 3:37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَ عِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ ﴿٣٧﴾

Rəbbi Məryəmi gözəl tərzdə qə­bul et­di, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkə­riy­yaya tapşırdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına mehraba daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?”– deyə soruşduqda, Mər­yəm de­di: “Bu, Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir.”

An-Nisa 4:32

وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿٣٢﴾

Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Kişi­lə­rin qazan­dıqla­rın­dan öz nəsibi, qadın­la­rın da qa­zan­dıq­larından öz nə­sibi var­dır. Allah­dan, Onun lüt­fünü diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir.

Al-An'am 6:151

۞قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿١٥١﴾

De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız.

Al-An'am 6:142

وَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿١٤٢﴾

Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir.

Al-Anfal 8:26

وَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿٢٦﴾

Yadınıza salın ki, bir za­man siz az idiniz, yer üzündə zəif sa­yılırdınız; kafir adamla­rın sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə sığınacaq ver­di, Öz köməyi ilə sizi qüv­vətləndirdi və si­zə pak ruzilər­dən verdi ki, bəlkə şükür edə­siniz.

At-Tawbah 9:28

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ ﴿٢٨﴾

Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Əgər kasıb­lıqdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, Öz lüt­fündən bəxş etməklə sizi var­landırar. Həqi­qə­tən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

At-Tawbah 9:74

يَحۡلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدۡ قَالُواْ كَلِمَةَ ٱلۡكُفۡرِ وَكَفَرُواْ بَعۡدَ إِسۡلَٰمِهِمۡ وَهَمُّواْ بِمَا لَمۡ يَنَالُواْۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنۡ أَغۡنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضۡلِهِۦۚ فَإِن يَتُوبُواْ يَكُ خَيۡرٗا لَّهُمۡۖ وَإِن يَتَوَلَّوۡاْ يُعَذِّبۡهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَمَا لَهُمۡ فِي ٱلۡأَرۡضِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ﴿٧٤﴾

Allaha and içirlər ki, na­la­­yiq söz­lər deməyiblər. Onlar küfr danışmış, İslamı qə­bul etdik­dən sonra kafir olmuş və bacara bil­mədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Alla­hın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına gö­­rədir. Əgər tövbə etsələr, onlar üçün xe­yir­li olar. Əgər üz dön­dər­sələr, Allah on­ları dünyada da, axi­rətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə on­la­rın nə bir dos­tu, nə də bir kömək­çisi var­dır.

An-Nahl 16:14

وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿١٤﴾

O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür.

Hud 11:88

قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنٗاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ﴿٨٨﴾

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.

Yunus 10:31

قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ ﴿٣١﴾

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kim­dir? Ölüdən diri çıxaran, di­ri­dən də ölü çıxaran kimdir? İş­ləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”

Yunus 10:93

وَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿٩٣﴾

Biz İsrail oğullarını gö­zəl bir yur­da sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlə­rinə elm gələnə qə­dər ixtilafa düş­mədilər. Şübhə­siz ki, Rəbbin, ixtilafa düşdük­ləri şey barə­sin­də Qi­yamət gü­nü onların arasında hökm ve­rəcəkdir.

Ar-Ra'd 13:26

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ وَفَرِحُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا مَتَٰعٞ ﴿٢٦﴾

Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür.

An-Nahl 16:71

وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿٧١﴾

Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər?

An-Nahl 16:72

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ﴿٧٢﴾

Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər?

An-Nahl 16:75

۞ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿٧٥﴾

Allah, heç bir şeyə gücü çat­ma­yan və başqasının malı olan bir kölə ilə, dərgahı­mız­dan özünə verdiyimiz gözəl ru­zi­dən gizli və aşkar xərcləyən kim­sə­ni məsəl çəkdi. Heç on­lar eyni ola bilər­lər­mi? Həmd Allaha məxsus­dur, lakin onla­rın çoxu bunu bilmir.

An-Nahl 16:114

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ﴿١١٤﴾

Allahın sizə verdiyi ha­lal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsi­nizsə, Onun nemətinə şükür edin.

Al-Isra 17:29

وَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا ﴿٢٩﴾

Əlini nə qoynunda giz­lət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də is­rafçı). Yoxsa qı­nanmış və peşman və­ziy­yətdə qalarsan.

Al-Isra 17:30

إِنَّ رَبَّكَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ﴿٣٠﴾

Həqiqətən, Rəbbin istə­di­yi­nin ru­zisini bol edər, istə­di­yinin­ki­ni də azal­dar. Şübhə­siz ki, O, Öz qullarını tanıyır və görür.

Al-Isra 17:70

۞وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا ﴿٧٠﴾

Biz Adəm oğullarını hör­mətli etdik, onları quruda və də­niz­də minik üstündə da­şıdıq, on­lara pak ruzilər ver­dik və onları ya­rat­dıq­larımızın ço­xun­dan xeyli üstün elədik.

Al-Kahf 18:46

ٱلۡمَالُ وَٱلۡبَنُونَ زِينَةُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّـٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٌ أَمَلٗا ﴿٤٦﴾

Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir.

Taha 20:132

وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ ﴿١٣٢﴾

Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə ye­ri­nə ye­tir. Biz sən­dən ruzi istə­mi­rik, əksinə sənə ruzi verən Bi­zik. Gözəl aqi­bət təqvaya bağ­lı­dır.

Al-Hajj 22:58

وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿٥٨﴾

Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır!

An-Nur 24:37

رِجَالٞ لَّا تُلۡهِيهِمۡ تِجَٰرَةٞ وَلَا بَيۡعٌ عَن ذِكۡرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ يَخَافُونَ يَوۡمٗا تَتَقَلَّبُ فِيهِ ٱلۡقُلُوبُ وَٱلۡأَبۡصَٰرُ ﴿٣٧﴾

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar.

An-Nur 24:38

لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا عَمِلُواْ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ﴿٣٨﴾

Bu ona görədir ki, Allah onları, et­dikləri əməllərin ən gö­zəli ilə müka­fat­landırsın, on­lara olan lütfünü artırsın. Allah istə­diyinə he­sab­sız ruzi verir.

Al-Qasas 28:57

وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿٥٧﴾

Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir.

Al-Qasas 28:76

۞إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ﴿٧٦﴾

Həqiqətən, Qarun Musa ilə həm­tayfa idi. Amma onlara qar­şı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.

An-Naml 27:36

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ﴿٣٦﴾

Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz.

An-Naml 27:40

قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ﴿٤٠﴾

Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

An-Naml 27:64

أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٦٤﴾

Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”.

Al-'Ankabut 29:17

إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿١٧﴾

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uy­du­rur­su­nuz. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini Allahdan di­ləyin, Ona iba­dət edin və Ona şükür edin. Siz ancaq Ona qay­tarılacaqsınız”.

Al-'Ankabut 29:62

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٦٢﴾

Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir.

Al-'Ankabut 29:60

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿٦٠﴾

Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir.

Ar-Rum 30:37

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿٣٧﴾

Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır.

Saba 34:24

۞قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿٢٤﴾

De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”.

Saba 34:36

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿٣٦﴾

De: “Həqiqətən, Rəbbim istə­di­yi­nin ruzisini bol edər, istə­di­yi­ninkini də azaldar. Lakin insanların çoxu bunu bil­mir”.

Saba 34:39

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿٣٩﴾

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, is­tədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər. O, ruzi verən­lərin ən yaxşısıdır!”

Al-Ahzab 33:31

۞وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ﴿٣١﴾

Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq.

Ghafir 40:13

هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ﴿١٣﴾

Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!

Ghafir 40:64

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿٦٤﴾

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır!

Fatir 35:3

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿٣﴾

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!

Az-Zumar 39:52

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿٥٢﴾

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istə­diyininkini də azal­dır? Həqiqətən, bunda iman gə­tirən qövm üçün ibrətlər vardır.

Ash-Shuraa 42:12

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿١٢﴾

Göylərin və yerin açar­ları Ona məxsusdur. O, istədi­yinin ru­zisini bol edər, istədi­yininkini də azaldar. O, hər şeyi bilir.

Ash-Shuraa 42:19

ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ﴿١٩﴾

Allah Öz qullarına qarşı Lütf­kar­dır. O, istədiyinə ruzi verir. O, Qüvvət­lidir, Qüdrət­lidir.

Ash-Shuraa 42:27

۞وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ﴿٢٧﴾

Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzün­də həddi aşardılar. Lakin O, istədiyi şeyi qə­də­rincə gön­dərir. Hə­qiqətən, O, Öz qulla­rından Xəbərdardır, Görəndir.

Mövzular