quranm◉

Surə Al-An'am 6:128

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ﴿١٢٨﴾

◉

Tərcümə

Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir.
— Alikhan Musayev
(Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞