quranm◉

Hizb 7

Range
from 3:113 to 3:185
Surahs covered
Tərcümə
73 Tərcümə

◉

3:113

لَيۡسُواْ سَوَآءٗۗ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ أُمَّةٞ قَآئِمَةٞ يَتۡلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيۡلِ وَهُمۡ يَسۡجُدُونَ ﴿113﴾

Onların hamısı eyni deyil­. Kitab əhli içərisində dinində sa­bit­qədəm bir toplum vardır ki, onlar gecələri səc­də­yə qa­pa­nıb Allahın ayə­lə­rini oxu­yur­lar.

3:114

يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِۖ وَأُوْلَـٰٓئِكَ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿114﴾

Onlar Allaha və Axirət gü­nünə iman gətirir, yaxşı iş­lər gör­məyi buyu­rur, pis əməl­ləri qa­da­ğan edir və xeyir­xah işlər gör­mə­yə tələsirlər. Məhz on­lar əməlisaleh insanlardandırlar.

3:115

وَمَا يَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَلَن يُكۡفَرُوهُۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ ﴿115﴾

Onların etdiyi yaxşı­lıqların heç biri inkar edilməz. Allah müt­­təqi­ləri yaxşı tanıyır.

3:116

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿116﴾

Kafirlərin nə malları, nə də öv­ladları, onlara Allah ya­nın­da heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləri­dir­lər və onlar ora­da əbədi qalacaqlar.

3:117

مَثَلُ مَا يُنفِقُونَ فِي هَٰذِهِ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَثَلِ رِيحٖ فِيهَا صِرٌّ أَصَابَتۡ حَرۡثَ قَوۡمٖ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَأَهۡلَكَتۡهُۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنۡ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿117﴾

Onların bu dünya hə­ya­tında sərf etdiklərinin misalı, öz­lə­ri­nə zülm edən adamların tar­lasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Allah on­la­ra zülm etmə­di, lakin onlar öz­ləri özlə­ri­nə zülm edirdirlər.

3:118

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ﴿118﴾

Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik.

3:119

هَـٰٓأَنتُمۡ أُوْلَآءِ تُحِبُّونَهُمۡ وَلَا يُحِبُّونَكُمۡ وَتُؤۡمِنُونَ بِٱلۡكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ عَضُّواْ عَلَيۡكُمُ ٱلۡأَنَامِلَ مِنَ ٱلۡغَيۡظِۚ قُلۡ مُوتُواْ بِغَيۡظِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿119﴾

Bax, siz o kəslərsiniz ki, on­lar sizi sev­mədiyi halda siz on­ları sevirsiniz. Siz nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. On­lar sizinlə rast­la­şan­da: “Biz də, iman gətirdik!”– deyir, tək­lik­də qa­lan­­da isə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. De: “Qəzəbiniz­dən ölün!” Şübhə­siz ki, Allah kökslər­də olanları bi­lir.

3:120

إِن تَمۡسَسۡكُمۡ حَسَنَةٞ تَسُؤۡهُمۡ وَإِن تُصِبۡكُمۡ سَيِّئَةٞ يَفۡرَحُواْ بِهَاۖ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ لَا يَضُرُّكُمۡ كَيۡدُهُمۡ شَيۡـًٔاۗ إِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ ﴿120﴾

Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır.

3:121

وَإِذۡ غَدَوۡتَ مِنۡ أَهۡلِكَ تُبَوِّئُ ٱلۡمُؤۡمِنِينَ مَقَٰعِدَ لِلۡقِتَالِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿121﴾

Bir zaman sən Uhud­dakı döyüş­dən ötrü möminləri möv­qe­lə­rə yerləş­dirmək üçün sə­hər tezdən ailəndən ay­rılıb getmiş­din. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir!

3:122

إِذۡ هَمَّت طَّآئِفَتَانِ مِنكُمۡ أَن تَفۡشَلَا وَٱللَّهُ وَلِيُّهُمَاۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿122﴾

O zaman sizlərdən iki dəstə ruh­dan düşməyə hazır idi­­lər. Allah isə onların yar­dım­çısı idi. Qoy mö­min­lər yalnız Alla­ha tə­vəkkül etsinlər.

3:123

وَلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ بِبَدۡرٖ وَأَنتُمۡ أَذِلَّةٞۖ فَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿123﴾

Siz zəif olduğunuz hal­da Allah, Bədrdə sizə yar­dım etdi. Elə isə Allah­dan qor­xun ki, bəlkə şükür edəsiniz.

3:124

إِذۡ تَقُولُ لِلۡمُؤۡمِنِينَ أَلَن يَكۡفِيَكُمۡ أَن يُمِدَّكُمۡ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُنزَلِينَ ﴿124﴾

O zaman sən möminlərə de­yir­din: “Rəbbinizin üç min mə­­lə­k endirərək köməyi­ni­zə çat­ması, sizə yet­məzmi?”

3:125

بَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿125﴾

Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər.

3:126

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ﴿126﴾

Allah bunu sizə sırf bir müj­də olsun və bunun sayəsində qəlbləriniz rahatlansın de­yə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdan­dır.

3:127

لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴿127﴾

Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldür­sün ya­xud on­ları alçaltsın və beləcə, mə­yus halda geri dön­sünlər, –

3:128

لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ ﴿128﴾

Bu işin sənə aidiyyəti yox­dur, – mü­səl­man olsalar onların töv­bə­sini qə­bul etsin və ya inkar etsələr onlara əzab ve­rsin. Çünki onlar za­lım­dırlar.

3:129

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿129﴾

Göylərdə və yerdə nə var­­sa, Allaha məxsusdur. O, istədi­yini ba­ğış­layar, is­tədiyinə də əzab ve­rər. Allah bağış­la­yandır, rəhmli­dir.

3:130

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿130﴾

Ey iman gətirənlər! Qat-qat ar­tırılmış sələmi ye­mə­yin! Allah­­dan qorxun ki, bəl­kə, nicat tapasınız.

3:131

وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ﴿131﴾

Kafirlər üçün hazır­lan­mış Od­dan çəkinin.

3:132

وَأَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿132﴾

Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun.

3:133

وَسَارِعُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ أُعِدَّتۡ لِلۡمُتَّقِينَ ﴿133﴾

Rəbbinizin məğfirətinə və müttəqilər üçün ha­zır­lan­mış, ge­nişliyi göy­lər və yer qədər olan Cən­nətə tələ­sin.

3:134

ٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿134﴾

O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər.

3:135

وَٱلَّذِينَ إِذَا فَعَلُواْ فَٰحِشَةً أَوۡ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ ذَكَرُواْ ٱللَّهَ فَٱسۡتَغۡفَرُواْ لِذُنُوبِهِمۡ وَمَن يَغۡفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمۡ يُصِرُّواْ عَلَىٰ مَا فَعَلُواْ وَهُمۡ يَعۡلَمُونَ ﴿135﴾

O kəslər ki, bir pis iş gör­dükdə, yaxud özlərinə zülm et­dik­­də, Allahı xa­tırlayıb gü­nah­la­rının bağışlanmasını di­ləyər­lər. Axı gü­nahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gör­dük­ləri pis işlərdə bilə-bilə israr etməzlər.

3:136

أُوْلَـٰٓئِكَ جَزَآؤُهُم مَّغۡفِرَةٞ مِّن رَّبِّهِمۡ وَجَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ﴿136﴾

Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir!

3:137

قَدۡ خَلَتۡ مِن قَبۡلِكُمۡ سُنَنٞ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿137﴾

Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gə­zib haqqı ya­lan sa­yanların aqi­bətinin necə oldu­ğunu görün.

3:138

هَٰذَا بَيَانٞ لِّلنَّاسِ وَهُدٗى وَمَوۡعِظَةٞ لِّلۡمُتَّقِينَ ﴿138﴾

Bu Quran insanlar üçün bir açıq­­lama, müt­tə­qilər üçün isə doğru yol göstə­rici­si və öyüd-nə­sihət­dir.

3:139

وَلَا تَهِنُواْ وَلَا تَحۡزَنُواْ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿139﴾

Zəiflik göstərməyin və kədər­lən­məyin. Əgər mömin­siniz­sə, bilin ki, üs­tün olan­ kəslər sizsiniz.

3:140

إِن يَمۡسَسۡكُمۡ قَرۡحٞ فَقَدۡ مَسَّ ٱلۡقَوۡمَ قَرۡحٞ مِّثۡلُهُۥۚ وَتِلۡكَ ٱلۡأَيَّامُ نُدَاوِلُهَا بَيۡنَ ٱلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَتَّخِذَ مِنكُمۡ شُهَدَآءَۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿140﴾

Əgər siz Uhud döyü­şün­də yara al­mışsınızsa, əlbəttə, düşmə­niniz olan o qövm də bu cür yara al­mışdı. Biz bu gün­ləri – qalibiy­yəti və məğlu­biy­yəti, in­sanlar ara­sında növbə ilə dəyiş­diririk ki, Allah iman gə­tirən­ləri üzə çı­xarsın və ara­nız­dan şəhidlər seçsin. Allah zalım­ları sevməz.

3:141

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَمۡحَقَ ٱلۡكَٰفِرِينَ ﴿141﴾

Həm də ona görə belə edi­rik ki, Allah möminləri tə­mizə çıxar­sın və ka­firləri məhv et­sin.

3:142

أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَيَعۡلَمَ ٱلصَّـٰبِرِينَ ﴿142﴾

Yoxsa Allah içərinizdən ci­had edənləri və səbir edən­lə­ri bəlli etmə­dən Cənnə­tə da­xil ola­cağı­nızımı güman edir­si­niz?!

3:143

وَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ ﴿143﴾

Siz düşmənlə qarşılaşma­dan öncə, Allah yolunda ölməyi ar­­zu­layırdı­nız. İn­di isə siz onu gör­düyünüz halda baxıb durur­su­nuz.

3:144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ أَفَإِيْن مَّاتَ أَوۡ قُتِلَ ٱنقَلَبۡتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡۚ وَمَن يَنقَلِبۡ عَلَىٰ عَقِبَيۡهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيۡـٔٗاۚ وَسَيَجۡزِي ٱللَّهُ ٱلشَّـٰكِرِينَ ﴿144﴾

Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar.

3:145

وَمَا كَانَ لِنَفۡسٍ أَن تَمُوتَ إِلَّا بِإِذۡنِ ٱللَّهِ كِتَٰبٗا مُّؤَجَّلٗاۗ وَمَن يُرِدۡ ثَوَابَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَن يُرِدۡ ثَوَابَ ٱلۡأٓخِرَةِ نُؤۡتِهِۦ مِنۡهَاۚ وَسَنَجۡزِي ٱلشَّـٰكِرِينَ ﴿145﴾

Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəl­dən müəyyən edil­miş bir yazıdır. Kim dünya müka­fatını istəsə, ona bundan ve­rə­rik. Kim də axirət mü­kafatını istəsə, ona da on­dan verərik. Biz şükür edənləri mütləq mükafat­lan­dıra­cağıq.

3:146

وَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ ﴿146﴾

Neçə-neçə peyğəmbər ol­muşdur ki, bir çox dindar­larla­ bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ müsibət­lərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə bo­yun əymiş­lər. Allah səbir edən­ləri sevər.

3:147

وَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿147﴾

Onların sözü an­caq: “Ey Rəbbimiz, günah­la­rı­mızı və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, qə­dəmlə­rimizi sabit et və kafir qövmə qələbə çalmaq­da bizə yardım et!”– ol­muşdur.

3:148

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنۡيَا وَحُسۡنَ ثَوَابِ ٱلۡأٓخِرَةِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿148﴾

Beləcə, Allah onlara həm dün­ya mükafatını, həm də axirət mü­kafatının ən gö­zəlini ver­di. Allah yaxşı iş görənləri se­vər.

3:149

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ ٱلَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ ﴿149﴾

Ey iman gətirənlər! Əgər ka­fir­lərə itaət etsəniz, onlar si­zi dininizdən geri döndərər və beləliklə də, siz zi­yana uğramış hal­da geri dönərsiniz.

3:150

بَلِ ٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ خَيۡرُ ٱلنَّـٰصِرِينَ ﴿150﴾

Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edən­lə­rin ən yax­şısıdır.

3:151

سَنُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ بِمَآ أَشۡرَكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗاۖ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَبِئۡسَ مَثۡوَى ٱلظَّـٰلِمِينَ ﴿151﴾

Haqqında heç bir dəlil na­­zil et­mədiyi şeyi Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə qorxu salacağıq. On­ların gedəcəkləri yer Od­dur. Zalım­la­rın məskunlaşacağı yer nə pisdir!

3:152

وَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ ﴿152﴾

Siz Allahın izni ilə düş­­mənlərinizi qı­rıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini ye­ri­nə yetir­di. Nəhayət, Allah sizə istədi­yiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Pey­ğəmbərin əmri ba­­rəsində bir-bi­rinizlə mü­bahisə etdi­niz və asi oldunuz. İçə­riniz­dən kimisi dün­yanı, kimisi də axi­rəti istə­yirdi. Sonra Allah sizi sı­na­maq üçün üzünüzü onlardan dön­dər­di. O, artıq sizi əfv etdi. Allah mö­minlərə qarşı lütf­kar­dır.

3:153

إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿153﴾

O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır.

3:154

ثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿154﴾

Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”

3:155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿155﴾

Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir.

3:156

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ كَفَرُواْ وَقَالُواْ لِإِخۡوَٰنِهِمۡ إِذَا ضَرَبُواْ فِي ٱلۡأَرۡضِ أَوۡ كَانُواْ غُزّٗى لَّوۡ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجۡعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسۡرَةٗ فِي قُلُوبِهِمۡۗ وَٱللَّهُ يُحۡيِۦ وَيُمِيتُۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿156﴾

Ey iman gətirənlər! Yer üzündə sə­fə­rə çıxmış və ya döyüşə get­miş qardaş­ları barəsində: “Əgər onlar bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər”– deyən kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində bir həsrət ol­sun deyə yaratdı. Halbuki, Dirildən də, öl­dürən də, Allah­dır. Allah nə etdiklə­ri­nizi görür.

3:157

وَلَئِن قُتِلۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ أَوۡ مُتُّمۡ لَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرَحۡمَةٌ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ﴿157﴾

Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şey­lər­dən da­ha xeyirlidir.

3:158

وَلَئِن مُّتُّمۡ أَوۡ قُتِلۡتُمۡ لَإِلَى ٱللَّهِ تُحۡشَرُونَ ﴿158﴾

Ölsəniz də, öldürülsə­niz də, müt­ləq Allahın hüzu­ru­na top­lanacaq­sınız.

3:159

فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ ﴿159﴾

Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar et­din. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rı əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə onlarla məs­ləhət­ləş, qəti qərara gəldikdə isə Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevir.

3:160

إِن يَنصُرۡكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمۡۖ وَإِن يَخۡذُلۡكُمۡ فَمَن ذَا ٱلَّذِي يَنصُرُكُم مِّنۢ بَعۡدِهِۦۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿160﴾

Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bil­məz. Yox, əgər sizi zəlil edər­sə, Ondan sonra kim sizə yar­dım edə bi­lər?! Qoy möminlər Allaha təvək­kül etsinlər!

3:161

وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّۚ وَمَن يَغۡلُلۡ يَأۡتِ بِمَا غَلَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿161﴾

Peyğəmbərə əmanətə xə­­­ya­nət etmək yaraşmaz. Əma­nətə xə­yanət edən kimsə Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələr. Son­ra isə hər kəsə əməl­lə­rinin əvəzi tam verilər və onlara zülm edil­mə­­z.

3:162

أَفَمَنِ ٱتَّبَعَ رِضۡوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿162﴾

Allahın rizasını qazanmağa can atan kəs, Alla­hın qəzə­binə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bi­lər­mi? Ora nə pis qayıdış yeri­dir!

3:163

هُمۡ دَرَجَٰتٌ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ﴿163﴾

Onlar Allah yanında ayrı-ayrı də­rəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!

3:164

لَقَدۡ مَنَّ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ إِذۡ بَعَثَ فِيهِمۡ رَسُولٗا مِّنۡ أَنفُسِهِمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿164﴾

Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayə­lə­ri­ni oxu­yan, on­ları günahlar­dan tə­miz­ləyən, onlara Ki­tabı və hik­məti öy­rədən bir Elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bun­dan öncə onlar açıq-ay­dın azğınlıq içərisində idilər.

3:165

أَوَلَمَّآ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَدۡ أَصَبۡتُم مِّثۡلَيۡهَا قُلۡتُمۡ أَنَّىٰ هَٰذَاۖ قُلۡ هُوَ مِنۡ عِندِ أَنفُسِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿165﴾

Siz onların başına iki­qat müsibət gətirmiş olduğu­nuz hal­da, başınıza bir mü­sibət gəl­­diyi za­man: “Bu, haradan gəl­di?”– söy­lə­di­niz. De: “Bu, si­zin özü­nüz­­dəndir!” Həqiqə­tən, Allah hər şeyə qa­dirdir.

3:166

وَمَآ أَصَٰبَكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ فَبِإِذۡنِ ٱللَّهِ وَلِيَعۡلَمَ ٱلۡمُؤۡمِنِينَ ﴿166﴾

Uhudda iki qoşunun üz-üzə gəl­di­yi gün sizə üz ver­miş mü­si­bət Alla­hın izni ilə ol­du ki, möminləri aşkara çı­xart­sın

3:167

وَلِيَعۡلَمَ ٱلَّذِينَ نَافَقُواْۚ وَقِيلَ لَهُمۡ تَعَالَوۡاْ قَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَوِ ٱدۡفَعُواْۖ قَالُواْ لَوۡ نَعۡلَمُ قِتَالٗا لَّٱتَّبَعۡنَٰكُمۡۗ هُمۡ لِلۡكُفۡرِ يَوۡمَئِذٍ أَقۡرَبُ مِنۡهُمۡ لِلۡإِيمَٰنِۚ يَقُولُونَ بِأَفۡوَٰهِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يَكۡتُمُونَ ﴿167﴾

və münafiqləri bəlli et­sin. Münafiqlərə: “Gəlin, Allah yo­lun­da döyüşün, ya­xud heç ol­masa mü­da­fiədə durun!”– de­yildi. On­­­lar: “Dö­yüş olacağını bilsəy­dik, sizin ardınızca gələrdik”– de­di­lər. On­­lar o gün iman­dan çox küfrə ya­xın idi­lər. On­lar qəlb­lə­rin­də ol­ma­ya­nı ağız­ları ilə deyirlər. Hal­buki, Allah onların nəyi giz­lət­­dik­lə­rini çox yaxşı bilir.

3:168

ٱلَّذِينَ قَالُواْ لِإِخۡوَٰنِهِمۡ وَقَعَدُواْ لَوۡ أَطَاعُونَا مَا قُتِلُواْۗ قُلۡ فَٱدۡرَءُواْ عَنۡ أَنفُسِكُمُ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿168﴾

Evlərində oturub öz qar­­daşları ba­rəsində: “Əgər on­lar bi­zə itaət etsəydilər, öl­dü­rül­məzdi­lər”– söylə­yənlərə de: “Əgər doğru danı­şırsı­nız­sa, on­da ölümü özünüzdən uzaq­laş­dı­rın!”

3:169

وَلَا تَحۡسَبَنَّ ٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتَۢاۚ بَلۡ أَحۡيَآءٌ عِندَ رَبِّهِمۡ يُرۡزَقُونَ ﴿169﴾

Allah yolunda öldürü­lən­ləri əsla ölü sanma. Ək­sinə, on­lar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi ve­rilir.

3:170

فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ وَيَسۡتَبۡشِرُونَ بِٱلَّذِينَ لَمۡ يَلۡحَقُواْ بِهِم مِّنۡ خَلۡفِهِمۡ أَلَّا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿170﴾

Onlar Allahın Öz lüt­fün­dən on­lara verdiyi nemətə ­fərəhlə­nir, ar­xala­rınca gəlib hələ on­la­ra çatmamış kəs­lərin heç bir qor­xu ilə qar­şılaşmaya­caq­ları və kədərlən­mə­yə­cəklə­ri müjdəsinə se­vi­nir­lər.

3:171

يَسۡتَبۡشِرُونَ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُؤۡمِنِينَ ﴿171﴾

Onlar Allahın nemə­ti və lütfünə görə, həm də Alla­hın mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağı müjdəsinə se­vinirlər.

3:172

ٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعۡدِ مَآ أَصَابَهُمُ ٱلۡقَرۡحُۚ لِلَّذِينَ أَحۡسَنُواْ مِنۡهُمۡ وَٱتَّقَوۡاْ أَجۡرٌ عَظِيمٌ ﴿172﴾

Yara aldıqdan son­ra belə Allahın və Onun Rəsulunun də­vətini qə­bul edən kimsələrdən yaxşı işlər gö­rən­lər və Allah­dan qorxanlar üçün bö­yük bir mükafat vardır.

3:173

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدۡ جَمَعُواْ لَكُمۡ فَٱخۡشَوۡهُمۡ فَزَادَهُمۡ إِيمَٰنٗا وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ وَنِعۡمَ ٱلۡوَكِيلُ ﴿173﴾

O kəslər ki, bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­, onlardan qor­xun!”– de­di­kdə, bu söz onların imanını da­ha da ar­tırdı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər.

3:174

فَٱنقَلَبُواْ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ لَّمۡ يَمۡسَسۡهُمۡ سُوٓءٞ وَٱتَّبَعُواْ رِضۡوَٰنَ ٱللَّهِۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَظِيمٍ ﴿174﴾

Beləcə, özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və lütfü sayəsində ge­ri dön­dülər və beləliklə də, Alla­hın rizasına uydular. Allah bö­yük lütf sahibidir.

3:175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيۡطَٰنُ يُخَوِّفُ أَوۡلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿175﴾

Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun!

3:176

وَلَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِۚ إِنَّهُمۡ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۚ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجۡعَلَ لَهُمۡ حَظّٗا فِي ٱلۡأٓخِرَةِۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ﴿176﴾

Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır.

3:177

إِنَّ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿177﴾

Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır.

3:178

وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّمَا نُمۡلِي لَهُمۡ خَيۡرٞ لِّأَنفُسِهِمۡۚ إِنَّمَا نُمۡلِي لَهُمۡ لِيَزۡدَادُوٓاْ إِثۡمٗاۖ وَلَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿178﴾

Kafirlər elə güman et­mə­sinlər ki, onlara möh­lət ver­məyi­miz onların xe­yrinədir. Biz onlara ancaq gü­nah­larını ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün alçaldıcı bir əzab vardır.

3:179

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلۡمُؤۡمِنِينَ عَلَىٰ مَآ أَنتُمۡ عَلَيۡهِ حَتَّىٰ يَمِيزَ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطۡلِعَكُمۡ عَلَى ٱلۡغَيۡبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجۡتَبِي مِن رُّسُلِهِۦ مَن يَشَآءُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ فَلَكُمۡ أَجۡرٌ عَظِيمٞ ﴿179﴾

Allah möminləri sizin hazırda ol­du­ğu­nuz vəziyyət­də tərk edən de­yil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bil­dirən de­yil­dir. La­kin, Allah Öz elçi­lə­rin­dən istə­diyini seçər. Elə isə Alla­­ha və Onun elçi­lərinə iman gə­ti­rin! Əgər iman gətirib Allahdan qorx­sa­nız, sizin üçün böyük bir mü­ka­fat vardır.

3:180

وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ يَبۡخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَيۡرٗا لَّهُمۖ بَلۡ هُوَ شَرّٞ لَّهُمۡۖ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِۦ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿180﴾

Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­ kimsə­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Ək­sinə, bu, onların zərərinədir. On­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü bo­yun­larına do­la­nacaqdır. Göy­lə­rin və yerin mi­rası Allaha məx­sus­dur. Allah nə etdiklərinizdən xəbər­dar­dır.

3:181

لَّقَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ فَقِيرٞ وَنَحۡنُ أَغۡنِيَآءُۘ سَنَكۡتُبُ مَا قَالُواْ وَقَتۡلَهُمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَنَقُولُ ذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ﴿181﴾

“Allah kasıbdır, biz isə varlı­yıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dedik­lə­rini və haqsız olaraq pey­ğəmbər­ləri öldürdüklərini ya­za­caq və on­lara deyəcəyik: “Da­­dın o yandırıb-ya­xan əza­bı!

3:182

ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّامٖ لِّلۡعَبِيدِ ﴿182﴾

Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir.” Yoxsa Allah qullarına zülm edən de­yildir.

3:183

ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيۡنَآ أَلَّا نُؤۡمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأۡتِيَنَا بِقُرۡبَانٖ تَأۡكُلُهُ ٱلنَّارُۗ قُلۡ قَدۡ جَآءَكُمۡ رُسُلٞ مِّن قَبۡلِي بِٱلۡبَيِّنَٰتِ وَبِٱلَّذِي قُلۡتُمۡ فَلِمَ قَتَلۡتُمُوهُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿183﴾

“Doğrusu, Allah biz­dən əhd almışdı ki, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə heç bir el­çi­yə inan­ma­yaq”– deyən­lə­rə de: “Mən­dən əvvəl sizə el­çilər açıq-aydın dəlil­lər­lə və dediyiniz qur­banla gəl­miş­dilər. Əgər doğru danı­şır­sı­nızsa, onda nə üçün on­ları öl­dü­r­dünüz?”

3:184

فَإِن كَذَّبُوكَ فَقَدۡ كُذِّبَ رُسُلٞ مِّن قَبۡلِكَ جَآءُو بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ ﴿184﴾

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əv­vəl açıq-aydın dəlillər, səhifələr və nur sa­çan kitab­ gətirmiş elçiləri də yalançı hesab etmiş­dilər.

3:185

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ﴿185﴾

Hər kəs ölümü da­da­caq. Sözsüz ki, Qiyamət günü mü­kafat­larınız si­zə tam verilə­cək­dir. Kim Oddan uzaq­laşdı­rılıb, Cən­nətə daxil edilərsə, o, əlbəttə, uğur qazan­mış olar. Dünya həyatı isə al­da­dıcı ləzzətdən başqa bir şey de­yildir.