quranm◉

Hizb 8

Range
from 3:186 to 4:35
Surahs covered
Tərcümə
50 Tərcümə

◉

3:186

لَتُبۡلَوُنَّ فِيٓ أَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ وَلَتَسۡمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُوٓاْ أَذٗى كَثِيرٗاۚ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ﴿186﴾

Siz hökmən malınız və canı­nız­la sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl kitab veri­lən­­lərdən və Allaha şərik qoşanlardan bir çox əziy­yət­ve­rici sözlər eşidə­cək­si­niz. Əgər səbir edib Allah­­dan qorx­sanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir.

3:187

وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكۡتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمۡ وَٱشۡتَرَوۡاْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَبِئۡسَ مَا يَشۡتَرُونَ ﴿187﴾

Allah Kitab ve­ri­lən­lərdən: “Siz o ki­ta­bı mütləq insanlara açıqlayacaqsınız və onu giz­lət­məyə­cək­si­niz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qu­laq­ardına vurub onu ucuz qiy­mətə satdılar. On­la­rın bu al­ış-ve­rişi necə də pisdir!

3:188

لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ يَفۡرَحُونَ بِمَآ أَتَواْ وَّيُحِبُّونَ أَن يُحۡمَدُواْ بِمَا لَمۡ يَفۡعَلُواْ فَلَا تَحۡسَبَنَّهُم بِمَفَازَةٖ مِّنَ ٱلۡعَذَابِۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿188﴾

Etdikləri əməllər­ə görə sevi­nən və etmədikləri iş­lə­rə gö­­rə tərif olun­mağı xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

3:189

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿189﴾

Göylərin və yerin hökm­­­ran­lığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir.

3:190

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿190﴾

Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır.

3:191

ٱلَّذِينَ يَذۡكُرُونَ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِهِمۡ وَيَتَفَكَّرُونَ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿191﴾

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru!

3:192

رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ ﴿192﴾

Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz.

3:193

رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ ﴿193﴾

Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al!

3:194

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ ﴿194﴾

Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

3:195

فَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ ﴿195﴾

Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər gö­rən – istər kişi, istərsə də qa­dın olsun, – heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır”.

3:196

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُواْ فِي ٱلۡبِلَٰدِ ﴿196﴾

Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın!

3:197

مَتَٰعٞ قَلِيلٞ ثُمَّ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ ﴿197﴾

Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır!

3:198

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلٗا مِّنۡ عِندِ ٱللَّهِۗ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ لِّلۡأَبۡرَارِ ﴿198﴾

Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir.

3:199

وَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿199﴾

Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir.

3:200

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿200﴾

Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız!

4:1

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا ﴿1﴾

Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, ondan zöv­cəsini ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şey­lər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir.

4:2

وَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا ﴿2﴾

Yetimlərin mallarını öz­lə­ri­nə ve­rin və yaxşını pis ilə də­yiş­mə­­yin. Onla­rın mallarını öz mal­ları­nıza qatıb ye­mə­­yin. Şüb­hə­siz ki, bu, böyük gü­nah­dır.

4:3

وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ ﴿3﴾

Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə əda­lət­lə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­­larla ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxarsınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin. Bu, haqsızlıq et­­mə­məyiniz üçün ən uyğun olanıdır.

4:4

وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحۡلَةٗۚ فَإِن طِبۡنَ لَكُمۡ عَن شَيۡءٖ مِّنۡهُ نَفۡسٗا فَكُلُوهُ هَنِيٓـٔٗا مَّرِيٓـٔٗا ﴿4﴾

Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin!

4:5

وَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا ﴿5﴾

Alla­hın sizin üçün dolanışıq vasitəsi etdiyi malları­nı­zı səfeh­lərə ver­məyin. On­ları o mal­dan yedirdib ge­yin­dirin və on­la­ra xoş söz söyləyin.

4:6

وَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ﴿6﴾

Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər.

4:7

لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا ﴿7﴾

Valideynlərin və yaxın qo­humla­rın qoyub getdikləri mal­dan kişilərə pay vardır; va­li­deyn­lərin və yaxın qohum­la­rın qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu malın istər azından, is­tər çoxundan müəyyən bir pay ayrılmışdır.

4:8

وَإِذَا حَضَرَ ٱلۡقِسۡمَةَ أُوْلُواْ ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينُ فَٱرۡزُقُوهُم مِّنۡهُ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا ﴿8﴾

Əgər bölgü vaxtı orada, mirasdan payı olmayan qo­humlar, yetimlər və kasıblar işti­rak edərlərsə, on­lara da o mal­dan bir şey verin, özlərinə də xoş söz de­yin.

4:9

وَلۡيَخۡشَ ٱلَّذِينَ لَوۡ تَرَكُواْ مِنۡ خَلۡفِهِمۡ ذُرِّيَّةٗ ضِعَٰفًا خَافُواْ عَلَيۡهِمۡ فَلۡيَتَّقُواْ ٱللَّهَ وَلۡيَقُولُواْ قَوۡلٗا سَدِيدًا ﴿9﴾

Özlərindən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dir­də onlardan ötrü qorxan kəs­lər, qoy yetimlərə haqsızlıq etməkdən qorx­­sun­­lar, Allahdan çəkinsinlər və doğru söz söy­lə­sin­lər.

4:10

إِنَّ ٱلَّذِينَ يَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلۡيَتَٰمَىٰ ظُلۡمًا إِنَّمَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ نَارٗاۖ وَسَيَصۡلَوۡنَ سَعِيرٗا ﴿10﴾

Şübhəsiz ki, yetimlərin mal­ları­nı haqsızlıqla yeyənlər öz qa­rın­larına ancaq od doldu­rurlar və beləcə, onlar alovlu atəşə gi­rə­­cəklər.

4:11

يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿11﴾

Allah sizə övladlarınız haq­qın­da, ki­şiyə iki qadının pa­yı qə­dər pay verilməsini buyurur. Əgər övladlar iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin öv­ladı olduğu təqdirdə, onun vali­deyn­­ləri­ndən hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­­ləri­dirsə, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına mirası­n altıda bir hissəsi dü­şür. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu siz bil­məzsiniz. Bun­lar Allah tərəfin­dən fərz buy­rul­muş paylardır. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

4:12

وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ ﴿12﴾

Əgər vəfat etmiş zövcə­lə­ri­nizin öv­ladı yoxdursa, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Əgər sizin öv­­la­­dı­nız yox­dursa, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda on­la­rın hər birinə mi­rasın altıda bir his­səsi düşür. Əgər on­lar sayca bun­­dan artıq olsalar, mi­rasın üçdə bi­rinə şərik­dir­lər. Bu bölgü, va­ris­lərə zərər ye­tir­məmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra apa­rılır. Bun­lar Allah tərə­fin­dən bir buyruqdur. Allah hər şeyi bi­lən­dir, hə­limdir.

4:13

تِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿13﴾

Bunlar Allahın qoyduğu hü­dud­la­rdır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çay­lar axan, için­də əbədi qalacağı cən­nətlərə da­xil edər. Bu, böyük uğurdur.

4:14

وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ ﴿14﴾

Kim Allaha və Onun rəsuluna asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na va­sil edər. Onun üçün al­çaldıcı bir əzab vardır.

4:15

وَٱلَّـٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا ﴿15﴾

Qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd şahid gətirin! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­ya­tına son qoyana­dək, ya­xud Allah onlar üçün bir yol aça­na­dək evlərdə həbs edin.

4:16

وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا ﴿16﴾

Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir.

4:17

إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ﴿17﴾

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

4:18

وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَـٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ﴿18﴾

Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərlə ka­fir kimi ölən­lərin tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.

4:19

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا ﴿19﴾

Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun.

4:20

وَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ﴿20﴾

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsə­niz, on­lardan birinə yı­ğın-yı­ğın mal vermiş olsanız belə, bundan heç bir şey geri al­mayın! Mə­gər ver­di­yi­nizi böhtan atmaq və açıq-aş­kar gü­nah iş­lət­mək­lə geri ala­caqsı­nız?

4:21

وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا ﴿21﴾

Onu necə geri ala bilər­si­niz ki, siz bir-birinizlə yaxın­lıq et­miş­­diniz və onlar siz­dən möh­kəm əhd-peyman al­­mışdılar.

4:22

وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا ﴿22﴾

Olub-keçənlər istisna ol­­maq­la bun­dan sonra atalarını­zın ev­lənmiş ol­du­ğu qa­dın­lar­la evlən­məyin. Çünki bu, iyrənc və qə­zəb doğuran bir əməl, həm də pis bir yoldur.

4:23

حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّـٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّـٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَـٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿23﴾

Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onların qız­la­rı­ ilə ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir.

4:24

وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿24﴾

Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

4:25

وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿25﴾

Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir.

4:26

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿26﴾

Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək is­tə­yir. Allah hər şeyi biləndir, hikmət sahibidir.

4:27

وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمٗا ﴿27﴾

Allah sizin tövbələrinizi qə­bul etmək istəyir. Eh­ti­ras­la­rına uyan­lar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər.

4:28

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمۡۚ وَخُلِقَ ٱلۡإِنسَٰنُ ضَعِيفٗا ﴿28﴾

Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­yir, çün­ki in­san zəif yaradıl­mışdır.

4:29

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا ﴿29﴾

Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir.

4:30

وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنٗا وَظُلۡمٗا فَسَوۡفَ نُصۡلِيهِ نَارٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ﴿30﴾

Kim düş­mən­­çi­lik və zülm etməklə bu işləri görər­sə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asan­dır.

4:31

إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلٗا كَرِيمٗا ﴿31﴾

Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz sizin kiçik günahlarınızdan keçər və si­zi şərəfli bir yerə – Cən­nətə da­xil edərik.

4:32

وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿32﴾

Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Kişi­lə­rin qazan­dıqla­rın­dan öz nəsibi, qadın­la­rın da qa­zan­dıq­larından öz nə­sibi var­dır. Allah­dan, Onun lüt­fünü diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir.

4:33

وَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا ﴿33﴾

Hər kəs üçün valideyn­lə­rin və ya­xın qohumların qo­yub get­dikləri mal­dan öz pay­larını ala­caq varislər təyin et­dik. Əhd bağladı­ğı­nız kəs­lə­rə də öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir.

4:34

ٱلرِّجَالُ قَوَّـٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّـٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّـٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا ﴿34﴾

Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Öz­ba­şı­na­lıq etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra nəsihət edin, bunun fay­dası olmadığı təqdirdə, ya­taqda onları tərk edin, bu da fayda ver­məzsə, onları dö­yün! Əgər sizə itaət etsələr, on­lara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah ucadır, bö­yükdür.

4:35

وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا ﴿35﴾

Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda ki­şinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xə­bərdardır.