quranm◉

Səhifə 372

Range
from 26:112 to 26:136
Surahs covered
Tərcümə
25 Tərcümə

◉

26:112

قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿112﴾

Nuh dedi: “Mən on­la­rın nə et­dik­lərini bilmirəm!

26:113

إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ ﴿113﴾

Onların haqq-hesabı yal­nız Rəb­bimə aiddir. Kaş başa dü­şəy­di­niz!

26:114

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ ﴿114﴾

Mən iman gətirənləri qovan de­yiləm.

26:115

إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ﴿115﴾

Mən yalnız açıq-aşkar bir qor­xudanam”.

26:116

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ ﴿116﴾

Onlar dedilər: “Ey Nuh! Əgər də­vətinə son qoymasan, müt­ləq daşqalaq ediləcəksən”.

26:117

قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ ﴿117﴾

Nuh dedi: “Ey Rəbbim! Qöv­müm məni yalançı hesab etdi.

26:118

فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿118﴾

Mənimlə onların ara­sın­da qəti hökm ver, məni və mə­nimlə bir­lik­də olan möminləri əzabdan qurtar!”

26:119

فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿119﴾

Biz onu və onunla bir­likdə olan­ları yüklü gəmidə xi­las et­dik.

26:120

ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ ﴿120﴾

Yerdə qalanları isə su­ya qərq et­dik.

26:121

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿121﴾

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi.

26:122

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿122﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.

26:123

كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ ﴿123﴾

Ad tayfası da elçiləri yalançı saydı.

26:124

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ﴿124﴾

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorx­mur­su­nuz?

26:125

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿125﴾

Həqiqətən, mən sizin üçün eti­bar etməli olduğunuz bir el­çi­yəm.

26:126

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿126﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:127

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿127﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:128

أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ ﴿128﴾

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurur­sunuz (hündür bi­nalarmı tikir­siniz)?

26:129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ﴿129﴾

Sanki əbədi qalacaq­sı­nız deyə qalalarmı tikir­siniz?

26:130

وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ ﴿130﴾

Bir kəsi yaxaladığınız za­man qəd­dar hökmdar kimi ya­xa­la­yır­sı­nız?

26:131

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿131﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:132

وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ﴿132﴾

Bildiyiniz nemətləri si­zə verən­dən qorxun.

26:133

أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ ﴿133﴾

O sizə heyvanat və oğul-uşaq ver­di,

26:134

وَجَنَّـٰتٖ وَعُيُونٍ ﴿134﴾

üstəlik bağlar və çeş­mə­lər də əta etdi.

26:135

إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿135﴾

Mən sizə üz verəcək bö­yük gü­nün əzabından qor­xu­ram”.

26:136

قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ ﴿136﴾

Onlar dedilər: “Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün birdir.