quranm◉

Surə An-Nazi'at النازعات

#
79
↓
M
Ayə
46
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

79:1

وَٱلنَّـٰزِعَٰتِ غَرۡقٗا ﴿١﴾

And olsun kafirlərin ca­nı­nı zorla alanlara!

79:2

وَٱلنَّـٰشِطَٰتِ نَشۡطٗا ﴿٢﴾

And olsun möminlərin ca­nını ra­hat­lıqla alan­lara!

79:3

وَٱلسَّـٰبِحَٰتِ سَبۡحٗا ﴿٣﴾

And olsun göydə üzdükcə üzən­lərə!

79:4

فَٱلسَّـٰبِقَٰتِ سَبۡقٗا ﴿٤﴾

And olsun ötdük­cə ötən­lərə!

79:5

فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا ﴿٥﴾

And olsun buyruqları ye­rinə ye­ti­rənlərə!

79:6

يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ ﴿٦﴾

O gün lərzəyə gələn lər­zə­lənəcək,

79:7

تَتۡبَعُهَا ٱلرَّادِفَةُ ﴿٧﴾

onun ardınca təkrar lər­zə­lənəcək.

79:8

قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ ﴿٨﴾

Həmin gün qəlblər qor­xudan tir-tir əsəcək.

79:9

أَبۡصَٰرُهَا خَٰشِعَةٞ ﴿٩﴾

Bu qəlb sahiblərinin göz­lə­ri zəlil gör­kəm alacaq­.

79:10

يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ ﴿١٠﴾

Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halı­mıza dön­dərilə­­cəyik?

79:11

أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ ﴿١١﴾

Sümüklərimiz çürüdük­dən son­ra?”

79:12

قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ ﴿١٢﴾

Onlar dedilər: “Belə ol­duğu halda bu, zərərli bir qa­yı­dış­dır”.

79:13

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ ﴿١٣﴾

O surun üfürülməsi təkcə qorxunc bir səs­dir.

79:14

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ﴿١٤﴾

O vaxt onlar ləngimədən qəbir­lə­rindən yerin sət­hinə çı­xa­caq­lar.

79:15

هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿١٥﴾

Musanın hadisəsi sənə yetiş­dimi?

79:16

إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى ﴿١٦﴾

O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di:

79:17

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ﴿١٧﴾

“Fironun yanına yollan! O, həd­dini çox aşmışdır.

79:18

فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ﴿١٨﴾

De: “Günahlardan xilas ol­maq is­təyirsənmi?

79:19

وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ ﴿١٩﴾

Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?”

79:20

فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ ﴿٢٠﴾

Musa ən böyük möcü­zə­ni Firona göstərdi.

79:21

فَكَذَّبَ وَعَصَىٰ ﴿٢١﴾

O isə haqqı yalan sayıb asi oldu.

79:22

ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ ﴿٢٢﴾

Sonra da üz döndərib fəsad törət­məyə girişdi.

79:23

فَحَشَرَ فَنَادَىٰ ﴿٢٣﴾

O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək

79:24

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ ﴿٢٤﴾

dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!”

79:25

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ ﴿٢٥﴾

Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı.

79:26

إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ ﴿٢٦﴾

Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var.

79:27

ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا ﴿٢٧﴾

Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu,

79:28

رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا ﴿٢٨﴾

onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi,

79:29

وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا ﴿٢٩﴾

gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

79:30

وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ ﴿٣٠﴾

Sonra yeri döşəyib,

79:31

أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا ﴿٣١﴾

onda su və otlaq yaratdı,

79:32

وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا ﴿٣٢﴾

dağları da yerə bərkitdi.

79:33

مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ﴿٣٣﴾

Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür.

79:34

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ ﴿٣٤﴾

Ən böyük fəlakətin gəl­diyi zaman –

79:35

يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ ﴿٣٥﴾

o gün insan törətdikləri­ni xatırla­yacaq.

79:36

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ ﴿٣٦﴾

Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­.

79:37

فَأَمَّا مَن طَغَىٰ ﴿٣٧﴾

Kim həddi aşmışsa,

79:38

وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ﴿٣٨﴾

dünya həyatını axirətdən üstün bilmişsə,

79:39

فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ ﴿٣٩﴾

şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir.

79:40

وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ ﴿٤٠﴾

Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə,

79:41

فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ ﴿٤١﴾

həqiqətən, onun gedəcəyi yer Cənnətdir.

79:42

يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا ﴿٤٢﴾

Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar.

79:43

فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ ﴿٤٣﴾

Axı sən onu haradan bi­ləsən?!

79:44

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ﴿٤٤﴾

Onu kamil bilmək sənin Rəbbinə aiddir.

79:45

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا ﴿٤٥﴾

Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən.

79:46

كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا ﴿٤٦﴾

Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər!