quranm◉

Səhifə 597

Range
from 95:1 to 96:19
Surahs covered
Tərcümə
27 Tərcümə

◉

95:1

وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ ﴿1﴾

And olsun əncirə və zey­tuna!

95:2

وَطُورِ سِينِينَ ﴿2﴾

And olsun Sina dağına!

95:3

وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ ﴿3﴾

And olsun bu təhlükəsiz şə­hərə (Məkkəyə)!

95:4

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ ﴿4﴾

Biz insanı ən gözəl su­rət­də ya­rat­dıq!

95:5

ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ ﴿5﴾

Sonra isə onu aşağı qatla­rın ən aşa­ğısına salacağıq.

95:6

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ﴿6﴾

Yalnız iman gətirib yaxşı iş­lər görənlər istisnadır! Onlar üçün tükənməz müka­fat­ ha­zır­lanmışdır.

95:7

فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ ﴿7﴾

Bundan sonra dini yalan­ saymağa səni nə məcbur edir?

95:8

أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ ﴿8﴾

Məgər Allah hakimlərin ən üstünü de­yilmi?

96:1

ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ﴿1﴾

Yaradan Rəbbinin adı ilə oxu!

96:2

خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ ﴿2﴾

O, insanı qan laxtasından yaratdı.

96:3

ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ﴿3﴾

Oxu! Sənin Rəbbin mü­qa­yisəsiz sə­xavətə malikdir.

96:4

ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ ﴿4﴾

O, qələmlə yazmağı öy­rət­di.

96:5

عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ ﴿5﴾

İnsana bilmədiklərini öy­rətdi.

96:6

كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ ﴿6﴾

Xeyr! İnsan, doğrudan da, həddini aşır –

96:7

أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ ﴿7﴾

özünün ehtiyacsız oldu­ğunu zənn etdiyinə görə.

96:8

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ ﴿8﴾

Axı son dönüşün Rəb­bi­nədir!

96:9

أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ ﴿9﴾

Gördünmü o kəsi ki, ma­ne olur –

96:10

عَبۡدًا إِذَا صَلَّىٰٓ ﴿10﴾

bir bəndəyə namaz qıl­dı­ğı zaman?

96:11

أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ ﴿11﴾

Söylə görək, əgər o bən­də doğru yoldadırsa,

96:12

أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ ﴿12﴾

yaxud Allahdan qorx­ma­ğı əmr edirsə, onda necə olsun?

96:13

أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿13﴾

Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz dön­də­rib­sə, on­da necə olsun?

96:14

أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿14﴾

Məgər o bilmir ki, Allah görür?!

96:15

كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ ﴿15﴾

Xeyr! Əgər yaramaz əmə­linə son qoy­­ma­sa, Biz onun kə­ki­lin­dən tuta­cağıq –

96:16

نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ ﴿16﴾

yalançı, günahkar kəki­lindən.

96:17

فَلۡيَدۡعُ نَادِيَهُۥ ﴿17﴾

Qoy öz yığnağını ça­ğır­sın.

96:18

سَنَدۡعُ ٱلزَّبَانِيَةَ ﴿18﴾

Biz də əzab mələklərini çağıra­cağıq.

96:19

كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩ ﴿19﴾

Xeyr, sən ona qulaq as­ma! Səcdə qıl və Allaha ya­xınlaş!