quranm◉

Surə Al-'Alaq العلق

#
96
↓
M
Ayə
19
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

96:1

ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ﴿١﴾

Yaradan Rəbbinin adı ilə oxu!

96:2

خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ ﴿٢﴾

O, insanı qan laxtasından yaratdı.

96:3

ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ﴿٣﴾

Oxu! Sənin Rəbbin mü­qa­yisəsiz sə­xavətə malikdir.

96:4

ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ ﴿٤﴾

O, qələmlə yazmağı öy­rət­di.

96:5

عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ ﴿٥﴾

İnsana bilmədiklərini öy­rətdi.

96:6

كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ ﴿٦﴾

Xeyr! İnsan, doğrudan da, həddini aşır –

96:7

أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ ﴿٧﴾

özünün ehtiyacsız oldu­ğunu zənn etdiyinə görə.

96:8

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ ﴿٨﴾

Axı son dönüşün Rəb­bi­nədir!

96:9

أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ ﴿٩﴾

Gördünmü o kəsi ki, ma­ne olur –

96:10

عَبۡدًا إِذَا صَلَّىٰٓ ﴿١٠﴾

bir bəndəyə namaz qıl­dı­ğı zaman?

96:11

أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ ﴿١١﴾

Söylə görək, əgər o bən­də doğru yoldadırsa,

96:12

أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ ﴿١٢﴾

yaxud Allahdan qorx­ma­ğı əmr edirsə, onda necə olsun?

96:13

أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿١٣﴾

Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz dön­də­rib­sə, on­da necə olsun?

96:14

أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿١٤﴾

Məgər o bilmir ki, Allah görür?!

96:15

كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ ﴿١٥﴾

Xeyr! Əgər yaramaz əmə­linə son qoy­­ma­sa, Biz onun kə­ki­lin­dən tuta­cağıq –

96:16

نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ ﴿١٦﴾

yalançı, günahkar kəki­lindən.

96:17

فَلۡيَدۡعُ نَادِيَهُۥ ﴿١٧﴾

Qoy öz yığnağını ça­ğır­sın.

96:18

سَنَدۡعُ ٱلزَّبَانِيَةَ ﴿١٨﴾

Biz də əzab mələklərini çağıra­cağıq.

96:19

كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩ ﴿١٩﴾

Xeyr, sən ona qulaq as­ma! Səcdə qıl və Allaha ya­xınlaş!