quranm◉

Surə Al-Ghashiyah الغاشية

#
88
↓
M
Ayə
26
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

88:1

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ﴿١﴾

Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?

88:2

وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ﴿٢﴾

O gün neçə-neçə üzlər zə­lil olub yerə dikiləcək,

88:3

عَامِلَةٞ نَّاصِبَةٞ ﴿٣﴾

üzülüb əldən düşəcək,

88:4

تَصۡلَىٰ نَارًا حَامِيَةٗ ﴿٤﴾

çox qızmar oda girəcək,

88:5

تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ ﴿٥﴾

qaynar çeşmədən içirdi­lə­cək.

88:6

لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ ﴿٦﴾

Onlara daridən başqa bir yemək verilməyəcək.

88:7

لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ ﴿٧﴾

O onları nə doydurar, nə də aclıq­dan xilas edər.

88:8

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ ﴿٨﴾

O gün neçəsinin üzündə fərəh gö­rü­nəcək,

88:9

لِّسَعۡيِهَا رَاضِيَةٞ ﴿٩﴾

dünyadakı səylərindən məmnun qa­lacaq,

88:10

فِي جَنَّةٍ عَالِيَةٖ ﴿١٠﴾

uca Cənnətdə olacaq,

88:11

لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ ﴿١١﴾

orada faydasız söz eşit­məyə­cək­.

88:12

فِيهَا عَيۡنٞ جَارِيَةٞ ﴿١٢﴾

Orada axar çeşmələr var­dır;

88:13

فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ ﴿١٣﴾

Orada hündür taxtlar,

88:14

وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ ﴿١٤﴾

düzülmüş piyalələr,

88:15

وَنَمَارِقُ مَصۡفُوفَةٞ ﴿١٥﴾

yan-yana qoyulmuş yas­tıqlar,

88:16

وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ﴿١٦﴾

və döşəmələrə sərilmiş xal­çalar var.

88:17

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ﴿١٧﴾

Məgər onlar dəvənin ne­cə ya­ra­dıldığını görmürlər?

88:18

وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ﴿١٨﴾

Göyün necə yüksəl­diyi­ni gör­mür­lər?

88:19

وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ﴿١٩﴾

Dağların necə sancıldı­ğı­nı gör­mürlər?

88:20

وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ﴿٢٠﴾

Yerin necə döşədildiyini gör­mürlər?

88:21

فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ ﴿٢١﴾

Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.

88:22

لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ﴿٢٢﴾

Sən onların üstündə hökm­dar deyilsən.

88:23

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿٢٣﴾

Lakin üz döndərib küfr edəni,

88:24

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ﴿٢٤﴾

Allah ən şiddətli əzabla cəza­lan­dırar.

88:25

إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ﴿٢٥﴾

Şübhəsiz ki, onların dö­nüşü Bi­zədir.

88:26

ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ﴿٢٦﴾

Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.