quranm◉

Surə Al-A'la الأعلى

#
87
↓
M
Ayə
19
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

87:1

سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ﴿١﴾

Ən Uca Rəbbinin adına təriflər de!

87:2

ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ ﴿٢﴾

O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi.

87:3

وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ ﴿٣﴾

O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi.

87:4

وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ ﴿٤﴾

O Rəbbin ki, otlağı cü­cərt­di,

87:5

فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ ﴿٥﴾

sonra da onu qaralmış sa­ma­na çevirdi.

87:6

سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿٦﴾

Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan.

87:7

إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ﴿٧﴾

Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir.

87:8

وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ ﴿٨﴾

Səni ən asan olana mü­vəf­fəq edə­rik.

87:9

فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ ﴿٩﴾

Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat!

87:10

سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ ﴿١٠﴾

Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər.

87:11

وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى ﴿١١﴾

Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar.

87:12

ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ﴿١٢﴾

O kimsə ki, Cəhənnəmə atılacaq.

87:13

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ﴿١٣﴾

O orada nə öləcək, nə də yaşaya bil­əcək.

87:14

قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ ﴿١٤﴾

Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.

87:15

وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿١٥﴾

O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır.

87:16

بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ﴿١٦﴾

Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;

87:17

وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ﴿١٧﴾

Axirət isə daha xeyirli və daha sürəklidir.

87:18

إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ﴿١٨﴾

Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir –

87:19

صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ ﴿١٩﴾

İbrahimin və Musanın sə­hifələ­rində.