quranm◉

Hizb 17

Range
from 7:117 to 7:188
Surahs covered
Tərcümə
72 Tərcümə

◉

7:117

وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَلۡقِ عَصَاكَۖ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ﴿117﴾

Biz Musaya: “Əsanı ye­rə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çev­rilib onların düzəlt­dikləri şeyləri uddu.

7:118

فَوَقَعَ ٱلۡحَقُّ وَبَطَلَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿118﴾

Artıq haqq üzə çıxdı, on­ların et­dikləri isə batil oldu.

7:119

فَغُلِبُواْ هُنَالِكَ وَٱنقَلَبُواْ صَٰغِرِينَ ﴿119﴾

Sehrbazlar orada məğ­lub oldular və rüsvay olaraq geri dön­dülər.

7:120

وَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ﴿120﴾

Sehrbazlar səcdəyə qa­pan­dılar.

7:121

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿121﴾

Onlar dedilər: “Aləm­lərin Rəb­binə iman gətirdik –

7:122

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ﴿122﴾

Musa və Harunun Rəb­binə!”

7:123

قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿123﴾

Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gətir­di­niz? Şübhəsiz ki, bu, şə­hərdə qur­du­ğu­nuz bir hiy­lədir ki, əhalisini oradan çı­xa­rasınız. Tez­liklə biləcəksi­niz.

7:124

لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ﴿124﴾

Əllərinizi və ayaqla­rı­nızı çarpaz kəsəcək, sonra da ha­mı­nı­zı çarmıxa çə­kəcəyəm”.

7:125

قَالُوٓاْ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿125﴾

Onlar dedilər: “Şübhə­siz ki, biz Rəbbimizə qayıda­cağıq.

7:126

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ ﴿126﴾

Sən sadəcə, Rəb­bimi­zin möcü­zələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə biz­dən intiqam alırsan. Ey Rəb­bimiz! Bi­zə çoxlu səbir ver və bi­zi mü­səlman olaraq öldür”.

7:127

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ ﴿127﴾

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qöv­mü­nü bu­ra­xırsan ki, yer üzün­də fəsad törətsinlər, həm səni, həm də sənin məbud­la­rı­nı bir kənara atsınlar”. Firon de­di: “Biz hök­mən onların oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa ma­lik olan bizik”.

7:128

قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ﴿128﴾

Musa öz qövmünə de­di: “Allah­dan kömək diləyin və səbir edin. Şüb­həsiz ki, yer üzü Alla­hındır. O, qul­la­rından is­tə­­diyini yer üzünün varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”.

7:129

قَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ ﴿129﴾

Onlar dedilər: “Sən bi­zə pey­ğəm­bər gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da bizə əziyyət verildi”. Musa de­di: “Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­nizi məhv edib sizi yer üzünün varis­ləri tə­yin etsin, sonra da necə hə­rəkət edə­cə­yi­ni­zə baxsın”.

7:130

وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ﴿130﴾

Biz Firon xalqını qu­raq­lıq illəri­nə və məhsul qıt­lığına mə­ruz qoyduq ki, bəlkə dü­şü­nüb ibrət alsınlar.

7:131

فَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَـٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿131﴾

Onlara bir yaxşılıq üz ve­rəndə: “Bu, bizə məxsus­dur!”– de­yərdilər. On­lara bir pislik üz verdikdə isə, Musa və onunla bir­likdə olanları uğur­suzluq əla­məti sayardılar. Əs­lində onla­rın uğur­suzluğu Allah yanın­dadır, la­kin onla­rın çoxu bunu bilmir.

7:132

وَقَالُواْ مَهۡمَا تَأۡتِنَا بِهِۦ مِنۡ ءَايَةٖ لِّتَسۡحَرَنَا بِهَا فَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ﴿132﴾

Kafirlər dedilər: “Sən bi­zi sehr­lə­mək üçün nə qədər mö­cü­zə gətirsən də, biz sənə inanan de­yilik!”

7:133

فَأَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلطُّوفَانَ وَٱلۡجَرَادَ وَٱلۡقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٖ مُّفَصَّلَٰتٖ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ ﴿133﴾

Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tu­fan, çə­yirt­kələr, bit­lər, qurba­ğalar və qan göndərdik. On­lar isə təkəb­bür­lük göstərdilər və gü­nahkar bir tayfa oldular.

7:134

وَلَمَّا وَقَعَ عَلَيۡهِمُ ٱلرِّجۡزُ قَالُواْ يَٰمُوسَى ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَۖ لَئِن كَشَفۡتَ عَنَّا ٱلرِّجۡزَ لَنُؤۡمِنَنَّ لَكَ وَلَنُرۡسِلَنَّ مَعَكَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿134﴾

Əzab onları bürü­dük­də dedilər: “Ey Musa! Bizim üçün Rəb­binə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı biz­dən so­vuşdur­san, biz hökmən sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərəcəyik”.

7:135

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلرِّجۡزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمۡ يَنكُثُونَ ﴿135﴾

Biz çatacaqları müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda isə, dərhal əhdi poz­dular.

7:136

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ ﴿136﴾

Ayələrimizi inkar edib onlar­dan qafil olduqlarına gö­rə Biz o tay­fa­dan in­tiqam alaraq onları dənizdə qərq et­dik.

7:137

وَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ ﴿137﴾

Musa ilə olan zəif qöv­mü isə yer üzünün xeyir-bə­rə­kət ver­di­yimiz şərq və qərb böl­gələrinə varislər təyin etdik. Sə­bir et­dik­lə­ri­nə görə Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki gözəl Sözü ye­rinə yet­di. Biz Firon və onun xal­qı­nın qur­duqlarını və tikib ucaltdıq­la­rı­nı darma­da­ğın etdik.

7:138

وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتَوۡاْ عَلَىٰ قَوۡمٖ يَعۡكُفُونَ عَلَىٰٓ أَصۡنَامٖ لَّهُمۡۚ قَالُواْ يَٰمُوسَى ٱجۡعَل لَّنَآ إِلَٰهٗا كَمَا لَهُمۡ ءَالِهَةٞۚ قَالَ إِنَّكُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ﴿138﴾

Biz İsrail oğullarını də­nizdən ke­­çirtdik və onlar öz büt­lə­ri­nə tapınan bir qövmə rast gəl­dilər. Onlar dedilər: “Ey Musa! On­la­rın məbudları ol­duğu ki­mi, bi­zim üçün də bir məbud düzəlt”. Mu­­sa de­di: “Hə­qi­qətən, siz cahil bir tayfasınız.

7:139

إِنَّ هَـٰٓؤُلَآءِ مُتَبَّرٞ مَّا هُمۡ فِيهِ وَبَٰطِلٞ مَّا كَانُواْ يَعۡمَلُونَ ﴿139﴾

Şübhəsiz ki, bunların eti­qad et­dikləri əqidə məhvə məh­kum­dur, gör­dükləri işlər isə ba­tildir”.

7:140

قَالَ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِيكُمۡ إِلَٰهٗا وَهُوَ فَضَّلَكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿140﴾

Mu­sa dedi: “Allah sizi aləm­lərdən üs­tün etdiyi bir halda, mən si­zin üçün Allah­dan baş­qa məbudmu axtaraca­ğam?”

7:141

وَإِذۡ أَنجَيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُقَتِّلُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴿141﴾

Bir zaman Biz sizi Fi­ro­nun tə­rəfdar­larından xilas et­dik. On­lar sizə ağır əzablar ve­rir, oğ­lan uşaq­larınızı öl­dü­rür, qadınla­rı­nı­zı isə sağ bura­xır­dı­lar. Bunda sizin üçün Rəb­biniz tərə­fin­dən bö­yük bir sınaq var idi.

7:142

وَوَٰعَدۡنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيۡلَةٗ وَأَتۡمَمۡنَٰهَا بِعَشۡرٖ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرۡبَعِينَ لَيۡلَةٗۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخۡلُفۡنِي فِي قَوۡمِي وَأَصۡلِحۡ وَلَا تَتَّبِعۡ سَبِيلَ ٱلۡمُفۡسِدِينَ ﴿142﴾

Biz Musaya otuz gecə­lik vədə ver­dik və buna on ge­cə də əla­və etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Mu­sa qardaşı Ha­runa dedi: “Xalqımın içə­ri­sin­də məni əvəz et, on­la­rı islah et və fəsad törədən­lərin yoluna uyma!”

7:143

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ ﴿143﴾

Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı. Musa dedi: “Ey Rəb­bim! Özünü mənə göstər, Sənə baxım”. Allah de­di: “Sən məni gö­rə bilməz­sən. Lakin bu dağa bax. Əgər o, öz ye­rin­də qala bilsə, sən də Məni gö­rəcəksən”. Rəb­bi dağa görün­dük­də onu par­ça-parça etdi. Musa da bayı­la­raq yerə səril­di. Özünə gəl­dik­də isə dedi: “Sən pak və mü­qəd­dəs­sən! Sənə tövbə etdim və mən iman gətirənlərin bi­rin­ci­si­yəm!”

7:144

قَالَ يَٰمُوسَىٰٓ إِنِّي ٱصۡطَفَيۡتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِي وَبِكَلَٰمِي فَخُذۡ مَآ ءَاتَيۡتُكَ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ ﴿144﴾

Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlə­rim­lə və sə­ninlə da­nış­mağımla sə­ni se­çib insanlardan üstün et­dim. Elə isə sə­nə verdiyimi gö­tür və şükür edənlərdən ol!”

7:145

وَكَتَبۡنَا لَهُۥ فِي ٱلۡأَلۡوَاحِ مِن كُلِّ شَيۡءٖ مَّوۡعِظَةٗ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ فَخُذۡهَا بِقُوَّةٖ وَأۡمُرۡ قَوۡمَكَ يَأۡخُذُواْ بِأَحۡسَنِهَاۚ سَأُوْرِيكُمۡ دَارَ ٱلۡفَٰسِقِينَ ﴿145﴾

Biz onun üçün lövhə­lərdə hər şeydən öyüd-nəsihət və hər şeyin təf­si­latını yazdıq və dedik: “Bunları möhkəm tut və xalqına da onun ən yax­şı­sın­dan tutmağı əmr et! Mən sizə fasiq­lərin yur­dunu göstə­rəcəyəm.

7:146

سَأَصۡرِفُ عَنۡ ءَايَٰتِيَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلرُّشۡدِ لَا يَتَّخِذُوهُ سَبِيلٗا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلۡغَيِّ يَتَّخِذُوهُ سَبِيلٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ ﴿146﴾

Haqsız olaraq yer üzün­də tə­kəb­bürlük göstərənləri ayə­lə­rim­dən uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də on­lara inanmazlar. Onlar doğ­ru yolu görsələr, ora yö­nəl­məz, az­ğın­lıq yolunu görsələr, onu özlərinə yol se­çər­lər. Bu ona görədir ki, onlar ayə­lə­ri­mi­zi in­kar edir və onlara məhəl qoy­mur­du­lar”.

7:147

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلۡأٓخِرَةِ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡۚ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ﴿147﴾

Ayələrimizi və axirətə qo­vuş­ma­ğı yalan sayanların əməl­lə­ri puç ol­du. Məgər on­lar yalnız et­dikləri bu əməllərə görə cəzalan­dı­rıl­mayacaq­lar­mı?

7:148

وَٱتَّخَذَ قَوۡمُ مُوسَىٰ مِنۢ بَعۡدِهِۦ مِنۡ حُلِيِّهِمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٌۚ أَلَمۡ يَرَوۡاْ أَنَّهُۥ لَا يُكَلِّمُهُمۡ وَلَا يَهۡدِيهِمۡ سَبِيلًاۘ ٱتَّخَذُوهُ وَكَانُواْ ظَٰلِمِينَ ﴿148﴾

Musanın ardınca qöv­mü öz zinət əşyalarından bö­yü­rən bir buzov hey­kə­li dü­zəltdi. Məgər bu heykəlin on­larla da­nışmadı­ğı­nı, onlara düz yol gös­tər­mə­di­yini görmür­dü­lərmi? Buna bax­ma­ya­raq ona mə­bud kimi sitayiş edib zalım­lar­dan ol­dular.

7:149

وَلَمَّا سُقِطَ فِيٓ أَيۡدِيهِمۡ وَرَأَوۡاْ أَنَّهُمۡ قَدۡ ضَلُّواْ قَالُواْ لَئِن لَّمۡ يَرۡحَمۡنَا رَبُّنَا وَيَغۡفِرۡ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿149﴾

Onların əlləri yanlarına düş­dük­də (tutduqları işə görə peş­man olduq­da) və haqq yol­dan azdıqlarını gördükdə: “Əgər Rəb­bi­miz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziya­na uğra­yan­lar­dan olarıq”– de­dilər.

7:150

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗا قَالَ بِئۡسَمَا خَلَفۡتُمُونِي مِنۢ بَعۡدِيٓۖ أَعَجِلۡتُمۡ أَمۡرَ رَبِّكُمۡۖ وَأَلۡقَى ٱلۡأَلۡوَاحَ وَأَخَذَ بِرَأۡسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيۡهِۚ قَالَ ٱبۡنَ أُمَّ إِنَّ ٱلۡقَوۡمَ ٱسۡتَضۡعَفُونِي وَكَادُواْ يَقۡتُلُونَنِي فَلَا تُشۡمِتۡ بِيَ ٱلۡأَعۡدَآءَ وَلَا تَجۡعَلۡنِي مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿150﴾

Musa qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dıq­da dedi: “Mən­dən son­ra necə də yaramaz işlər gör­mü­sünüz! Rəb­binizin əmrini qa­baq­lamaq is­tədiniz?” Musa löv­hə­ləri tulladı və qardaşının ba­şın­dan yapışıb özünə tə­rəf çəkdi. Qardaşı dedi: “Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldü­rə­cəkdi. Məni rüsvay et­məklə düşmən­ləri sevindirmə. Məni za­lım­lara tay tut­ma”.

7:151

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَلِأَخِي وَأَدۡخِلۡنَا فِي رَحۡمَتِكَۖ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ ﴿151﴾

Musa dedi: “Ey Rəb­bim! Məni və qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur. Sən rəhm edənlərin ən rəhm­li­sisən!”

7:152

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ سَيَنَالُهُمۡ غَضَبٞ مِّن رَّبِّهِمۡ وَذِلَّةٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُفۡتَرِينَ ﴿152﴾

Həqiqətən, buzova si­ta­yiş edən­lə­rə öz Rəbbindən bir qə­zəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxan­ları be­lə cəzalandırırıq.

7:153

وَٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِهَا وَءَامَنُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ ﴿153﴾

Yaramaz işlər görüb sonra bu­nun ardından tövbə edib iman gəti­rən­lərə gəlincə, şübhəsiz ki, Rəbbin bun­dan sonra Bağış­la­­yan­dır, Rəhmli­dir.

7:154

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ ﴿154﴾

Musanın qəzəbi sakit­lə­şdikdə löv­hələri götürdü. Ora­dakı yazılarda Rəbbindən qorxan­lar üçün hidayət və mər­həmət var idi.

7:155

وَٱخۡتَارَ مُوسَىٰ قَوۡمَهُۥ سَبۡعِينَ رَجُلٗا لِّمِيقَٰتِنَاۖ فَلَمَّآ أَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ قَالَ رَبِّ لَوۡ شِئۡتَ أَهۡلَكۡتَهُم مِّن قَبۡلُ وَإِيَّـٰيَۖ أَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآۖ إِنۡ هِيَ إِلَّا فِتۡنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهۡدِي مَن تَشَآءُۖ أَنتَ وَلِيُّنَا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَاۖ وَأَنتَ خَيۡرُ ٱلۡغَٰفِرِينَ ﴿155﴾

Musa Bizim təyin et­di­yi­miz vaxt üçün tayfasından yetmiş ki­şi seçdi. On­ları zəl­zə­lə yaxala­dıqda o dedi: “Ey Rəb­bim! Əgər is­tə­səydin, bun­dan əvvəl on­ları da, məni də məhv edərdin. Özü­müz­dən olan sə­fehlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Bu, yalnız Sə­nin sınağındır. Sən onunla istədiyini az­ğınlığa aparır, is­tə­­diyini də doğru yola yö­nəl­dir­sən. Sən bizim Himayə­çi­mizsən! Bi­zi bağışla və bizə rəhm et! Axı Sən ba­ğış­la­yanla­rın ən yax­şısı­san.

7:156

وَٱكۡتُبۡ لَنَا فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ إِنَّا هُدۡنَآ إِلَيۡكَۚ قَالَ عَذَابِيٓ أُصِيبُ بِهِۦ مَنۡ أَشَآءُۖ وَرَحۡمَتِي وَسِعَتۡ كُلَّ شَيۡءٖۚ فَسَأَكۡتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤۡمِنُونَ ﴿156﴾

Bizim üçün bu dün­ya­da da yax­şı­lıq yaz, axirətdə də. Həqi­qə­tən, biz, Sənə üz tut­duq!” Allah dedi: “İstədi­yi­mi əza­bı­ma düçar edi­rəm. Mərhə­mə­tim isə hər şeyi əhatə edir. Mən onu Allah­dan qor­xan, zə­kat verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam.

7:157

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَـٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿157﴾

O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır”.

7:158

قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿158﴾

De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur. O həm diril­dir, həm də öl­dü­rür. Elə isə Allaha və Onun El­çisinə – yazıb-oxu­maq bil­mə­yən, həm də Allaha və Onun kəlmələri­nə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yö­nə­lə­si­niz”.

7:159

وَمِن قَوۡمِ مُوسَىٰٓ أُمَّةٞ يَهۡدُونَ بِٱلۡحَقِّ وَبِهِۦ يَعۡدِلُونَ ﴿159﴾

Musanın qövmündən elə bir ca­maat var ki, haqq ilə in­san­ları doğru yola yönəl­dir və onun sayəsində əda­lətlə hökm ve­rir­lər.

7:160

وَقَطَّعۡنَٰهُمُ ٱثۡنَتَيۡ عَشۡرَةَ أَسۡبَاطًا أُمَمٗاۚ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسۡتَسۡقَىٰهُ قَوۡمُهُۥٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنۢبَجَسَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۚ وَظَلَّلۡنَا عَلَيۡهِمُ ٱلۡغَمَٰمَ وَأَنزَلۡنَا عَلَيۡهِمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿160﴾

Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Mu­sadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. On­dan on iki çeşmə qay­nayıb çıx­dı. Hər qəbilə özü­nün su içəcəyi ye­ri bildi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlara manna və bil­dirçin endir­dik, özlərinə də: “Sizə ruzi kimi ver­di­yi­miz pak şey­lər­­dən yeyin!”– de­dik. On­lar Bizə zülm etmədilər, ancaq özləri öz­lə­ri­nə zülm etdilər.

7:161

وَإِذۡ قِيلَ لَهُمُ ٱسۡكُنُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ وَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ وَقُولُواْ حِطَّةٞ وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا نَّغۡفِرۡ لَكُمۡ خَطِيٓـَٰٔتِكُمۡۚ سَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ ﴿161﴾

Bir zaman onlara de­yil­­mişdi: “Bu kənddə sakin olun və ora­da olan nemət­lərdən bə­yəndiyiniz yerlərdə ye­yin. “Bi­zi bağış­la!”– deyin və qapıdan Allaha səcdə edə­rək daxil olun ki, sizin gü­nah­larınızı bağış­la­yaq. Biz yaxşı işlər görən­lərə mükafat­larını ar­tı­ra­rıq”.

7:162

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَظۡلِمُونَ ﴿162﴾

Onlardan haqsızlıq edən­­lər öz­lə­rinə deyilən sözü baş­qası ilə dəyişdilər. Etdikləri haq­sızlığa görə Biz onlara göy­dən əzab gön­dərdik.

7:163

وَسۡـَٔلۡهُمۡ عَنِ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَتۡ حَاضِرَةَ ٱلۡبَحۡرِ إِذۡ يَعۡدُونَ فِي ٱلسَّبۡتِ إِذۡ تَأۡتِيهِمۡ حِيتَانُهُمۡ يَوۡمَ سَبۡتِهِمۡ شُرَّعٗا وَيَوۡمَ لَا يَسۡبِتُونَ لَا تَأۡتِيهِمۡۚ كَذَٰلِكَ نَبۡلُوهُم بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿163﴾

Onlardan dəniz sahi­lin­də yerlə­şən kənd barəsində xə­bər al! O vaxt on­lar şənbə gü­nü üçün qoyulmuş qadağanı po­zurdular. Şən­bə günü onla­rın balıq­ları üzə çıxaraq onla­rın ya­nı­na axışır, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­mir­di­lər. Günah et­dik­lə­rinə görə Biz onları beləcə sına­yırdıq.

7:164

وَإِذۡ قَالَتۡ أُمَّةٞ مِّنۡهُمۡ لِمَ تَعِظُونَ قَوۡمًا ٱللَّهُ مُهۡلِكُهُمۡ أَوۡ مُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗاۖ قَالُواْ مَعۡذِرَةً إِلَىٰ رَبِّكُمۡ وَلَعَلَّهُمۡ يَتَّقُونَ ﴿164﴾

O zaman onlardan bir dəstə de­di: “Allahın məhv edə­cəyi və ya şid­dət­li əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nə­si­hət verirsiniz?” On­lar de­dilər: “Bu, Rəbbiniz ya­nında üzrxah­lıq et­mək üçün­dür. Bəlkə, onlar pis əməl­lər­dən çəkinələr!”

7:165

فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦٓ أَنجَيۡنَا ٱلَّذِينَ يَنۡهَوۡنَ عَنِ ٱلسُّوٓءِ وَأَخَذۡنَا ٱلَّذِينَ ظَلَمُواْ بِعَذَابِۭ بَـِٔيسِۭ بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿165﴾

Onlar özlərinə edilmiş xəbər­dar­lığı unutduqları za­man Biz pis əməl­ləri qadağan edən kimsələri xilas etdik, haq­sızlıq edənləri isə itaətdən çıxdıq­la­rına görə dəhşətli bir əzabla yaxa­ladıq.

7:166

فَلَمَّا عَتَوۡاْ عَن مَّا نُهُواْ عَنۡهُ قُلۡنَا لَهُمۡ كُونُواْ قِرَدَةً خَٰسِـِٔينَ ﴿166﴾

Özlərinə qoyulan qa­da­ğanı poz­duqları zaman Biz onlara: “Mənfur mey­munlar olun!”– dedik.

7:167

وَإِذۡ تَأَذَّنَ رَبُّكَ لَيَبۡعَثَنَّ عَلَيۡهِمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَن يَسُومُهُمۡ سُوٓءَ ٱلۡعَذَابِۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمٞ ﴿167﴾

O zaman Rəbbin on­la­ra Qi­ya­mət gününədək ağır əzab ve­rə­cək kim­sələr göndə­rəcəyini bildirdi. Doğ­rudan da, sənin Rəb­bin tez cəza ve­rən­dir. Hə­qiqətən də, O, Bağışla­yan­dır, Rəhmli­dir.

7:168

وَقَطَّعۡنَٰهُمۡ فِي ٱلۡأَرۡضِ أُمَمٗاۖ مِّنۡهُمُ ٱلصَّـٰلِحُونَ وَمِنۡهُمۡ دُونَ ذَٰلِكَۖ وَبَلَوۡنَٰهُم بِٱلۡحَسَنَٰتِ وَٱلسَّيِّـَٔاتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿168﴾

Biz onları yer üzündə üm­mət­lə­rə böldük. İçəri­lərin­də həm əmə­lisaleh olanlar, həm də belə olmayanlar var. Biz onları yax­şı­lıq və pisliklə sına­dıq ki, bəlkə doğru yola dö­nə­lər.

7:169

فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٞ وَرِثُواْ ٱلۡكِتَٰبَ يَأۡخُذُونَ عَرَضَ هَٰذَا ٱلۡأَدۡنَىٰ وَيَقُولُونَ سَيُغۡفَرُ لَنَا وَإِن يَأۡتِهِمۡ عَرَضٞ مِّثۡلُهُۥ يَأۡخُذُوهُۚ أَلَمۡ يُؤۡخَذۡ عَلَيۡهِم مِّيثَٰقُ ٱلۡكِتَٰبِ أَن لَّا يَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّ وَدَرَسُواْ مَا فِيهِۗ وَٱلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿169﴾

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. On­lar bu fani dün­ya malını alıb: “Biz bağışlanaca­ğıq!”– deyir­dilər. On­la­ra buna bənzər mən­fə­ətlər yenə də gəlsəydi, onu da alardılar. Mə­gər Allah barə­sin­də haqdan başqa bir şey söylə­məyəcəklərinə dair onlar­dan Kitabda yazılmış əhd alın­ma­mış­dı­mı? Halbuki on­lar Ki­tab­da olanları oxu­yub öy­rən­miş­di­lər. Axirət yurdu müttə­qi­lər üçün daha xeyirlidir. Məgər an­la­mır­sınız?

7:170

وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلۡكِتَٰبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجۡرَ ٱلۡمُصۡلِحِينَ ﴿170﴾

Kitabdan möhkəm ya­pı­şanlara və namaz qılanlara gə­lincə, Biz islah edən­lərin mükafatını puç etmə­rik.

7:171

وَإِذۡ نَتَقۡنَا ٱلۡجَبَلَ فَوۡقَهُمۡ كَأَنَّهُۥ ظُلَّةٞ وَظَنُّوٓاْ أَنَّهُۥ وَاقِعُۢ بِهِمۡ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿171﴾

Bir zaman dağı yerin­dən qo­pa­rıb onların başı üstü­nə bu­lud kimi qal­dırmışdıq və onlar da elə zənn etmiş­di­lər ki, dağ on­la­rın üstünə düşə­cək. Biz onlara: “Sizə verdiyimiz­dən möh­kəm ya­pı­şın və için­dəkiləri xa­tırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.

7:172

وَإِذۡ أَخَذَ رَبُّكَ مِنۢ بَنِيٓ ءَادَمَ مِن ظُهُورِهِمۡ ذُرِّيَّتَهُمۡ وَأَشۡهَدَهُمۡ عَلَىٰٓ أَنفُسِهِمۡ أَلَسۡتُ بِرَبِّكُمۡۖ قَالُواْ بَلَىٰ شَهِدۡنَآۚ أَن تَقُولُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِ إِنَّا كُنَّا عَنۡ هَٰذَا غَٰفِلِينَ ﴿172﴾

Bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların tö­rəmələrini çı­xarmış və: “Mən sizin Rəbbiniz de­yi­ləm­mi?”– de­yə on­ları özlərinin əleyhinə şa­hid tutmuşdu. Onlar: “Bəli, biz şahid ol­­duq!”– demişdilər. Bu ona gö­rədir ki, siz Qiyamət gü­nü: “Biz bun­dan xəbərsiz idik!”– deməyə­siniz.

7:173

أَوۡ تَقُولُوٓاْ إِنَّمَآ أَشۡرَكَ ءَابَآؤُنَا مِن قَبۡلُ وَكُنَّا ذُرِّيَّةٗ مِّنۢ بَعۡدِهِمۡۖ أَفَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلۡمُبۡطِلُونَ ﴿173﴾

Yaxud: “Atalarımız biz­dən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməl­lə­rə görə məhv edəcəksən?”– demə­yə­si­niz.

7:174

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿174﴾

Biz ayələri beləcə izah edi­rik ki, bəlkə haqq yola qa­yıdalar.

7:175

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱلَّذِيٓ ءَاتَيۡنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنۡهَا فَأَتۡبَعَهُ ٱلشَّيۡطَٰنُ فَكَانَ مِنَ ٱلۡغَاوِينَ ﴿175﴾

Onlara ayələrimizi ver­di­­yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıx­dı, şeytanın təqibinə məruz qaldı, axırda da az­mışlardan oldu.

7:176

وَلَوۡ شِئۡنَا لَرَفَعۡنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخۡلَدَ إِلَى ٱلۡأَرۡضِ وَٱتَّبَعَ هَوَىٰهُۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلۡكَلۡبِ إِن تَحۡمِلۡ عَلَيۡهِ يَلۡهَثۡ أَوۡ تَتۡرُكۡهُ يَلۡهَثۚ ذَّـٰلِكَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۚ فَٱقۡصُصِ ٱلۡقَصَصَ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿176﴾

Biz istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucal­dardıq. La­kin o, dünya­ya meyl saldı və öz istəyi­nə uydu. Onun misalı itin misalına bən­­zə­yir; onu qov­san da dilini çı­xardıb ləh­lə­yər, qovmasan da. Ayələri­mizi ya­lan he­sab edən­lərin məsəli be­lədir. Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə fi­kir­lə­şələr.

7:177

سَآءَ مَثَلًا ٱلۡقَوۡمُ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمۡ كَانُواْ يَظۡلِمُونَ ﴿177﴾

Ayələrimizi yalan sa­yıb özlərinə zülm edən adamlar ba­rə­sin­dəki məsəl necə də pis­dir!

7:178

مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِيۖ وَمَن يُضۡلِلۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿178﴾

Allah kimə hidayət ve­rirsə, doğ­ru yolda olan da odur. Kim­ləri də az­dı­rırsa, ziyana uğ­rayanlar da məhz onlar­dır.

7:179

وَلَقَدۡ ذَرَأۡنَا لِجَهَنَّمَ كَثِيرٗا مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ لَهُمۡ قُلُوبٞ لَّا يَفۡقَهُونَ بِهَا وَلَهُمۡ أَعۡيُنٞ لَّا يُبۡصِرُونَ بِهَا وَلَهُمۡ ءَاذَانٞ لَّا يَسۡمَعُونَ بِهَآۚ أُوْلَـٰٓئِكَ كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ﴿179﴾

Biz Cəhənnəm üçün bir çox cin­lər və insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla an­la­mazlar; gözləri var, onunla gör­məz­lər; qulaqları var, onun­la eşit­məzlər. Onlar heyvan ki­mi­dirlər, hət­ta daha çox az­ğın­lıq­dadırlar. Qafil olanlar da məhz onlardır.

7:180

وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَـٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿180﴾

Ən gözəl adlar Allahın­dır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barə­sində haqdan sapanları tərk edin. Onlar et­dik­ləri əməllərin cəzasını alacaqlar.

7:181

وَمِمَّنۡ خَلَقۡنَآ أُمَّةٞ يَهۡدُونَ بِٱلۡحَقِّ وَبِهِۦ يَعۡدِلُونَ ﴿181﴾

Yaratdıqlarımız içəri­sin­də elə bir ümmət də var ki, haqq ilə doğru yola aparır və bu­nun sayəsində əda­lət­lə hökm edir­lər.

7:182

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ﴿182﴾

Ayələrimizi yalan sa­yan­­ları, öz­lərinin də bilməyə­cəkləri bir yerdən tədricən tov­layıb məhvə aparacağıq.

7:183

وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ﴿183﴾

Mən onlara möhlət ve­rə­cəyəm. Şübhəsiz ki, Mənim hiyləm sar­sıl­maz­dır.

7:184

أَوَلَمۡ يَتَفَكَّرُواْۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ مُّبِينٌ ﴿184﴾

Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir də­lilik yox­dur. O ancaq qorxu­dan və bəyan edən bir Peyğəm­bərdir.

7:185

أَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ﴿185﴾

Məgər onlar göylərin və yerin səl­tənətinə, Allahın ya­rat­­dı­ğı hər şeyə, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tir­mir­lərmi? Bundan sonra hansı sö­zə inana­caqlar?

7:186

مَن يُضۡلِلِ ٱللَّهُ فَلَا هَادِيَ لَهُۥۚ وَيَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ﴿186﴾

Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah on­ları öz az­ğınlıqları içə­risində sərgərdan dolaşan və­ziy­yətdə tərk edər.

7:187

يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَاۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ رَبِّيۖ لَا يُجَلِّيهَا لِوَقۡتِهَآ إِلَّا هُوَۚ ثَقُلَتۡ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا تَأۡتِيكُمۡ إِلَّا بَغۡتَةٗۗ يَسۡـَٔلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنۡهَاۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿187﴾

Səndən o Saat barəsin­də soru­şurlar ki, nə vaxt qopa­caq? De: “Bu haq­da bilgi an­caq Rəb­bimə aiddir. Qopaca­ğı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O si­zə qəf­lətən gələ­cək­dir”. Sanki onu bilir­mişsən ki­mi səndən soru­şur­lar. De: “Bu haqda bilgi ancaq Allaha aid­dir. Lakin insanların ço­xu bu­nu bilmir”.

7:188

قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي نَفۡعٗا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُۚ وَلَوۡ كُنتُ أَعۡلَمُ ٱلۡغَيۡبَ لَٱسۡتَكۡثَرۡتُ مِنَ ٱلۡخَيۡرِ وَمَا مَسَّنِيَ ٱلسُّوٓءُۚ إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ وَبَشِيرٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿188﴾

De: “Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda, nə də bir zə­rər yetirmə­yə qadir deyiləm. Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxu­dan və müjdə­lə­yənəm”.