quranm◉

Hizb 16

Range
from 7:31 to 7:116
Surahs covered
Tərcümə
86 Tərcümə

◉

7:31

يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَكُلُواْ وَٱشۡرَبُواْ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ ﴿31﴾

Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin. Yeyin-için, lakin is­raf et­mə­yin. Şübhəsiz ki, Allah israf edən­ləri sevmir.

7:32

قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿32﴾

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və tə­miz ru­ziləri kim haram et­miş­dir?” De: “Bunlar dünya həya­tında ha­mı­ya, Qiyamət günü isə yalnız mömin­lərə məxsus­dur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik.

7:33

قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿33﴾

De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur”.

7:34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٞۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَأۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ﴿34﴾

Hər ümmətin bir əcəli var­dır. On­ların əcəli gəldiyi za­man bir­cə saat belə nə yuba­nar, nə də qabağa keçə bi­lərlər.

7:35

يَٰبَنِيٓ ءَادَمَ إِمَّا يَأۡتِيَنَّكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي فَمَنِ ٱتَّقَىٰ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿35﴾

Ey Adəm oğulları! Sizə aranız­dan elçilər gəlib ayələ­ri­mi bə­yan edər­kən Məndən qor­xub öz əməllərini islah edən şəxs­lə­rin heç bir qorxusu yox­dur və onlar kədərlənməyə­cəklər.

7:36

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿36﴾

Ayələrimizi yalan sayıb on­lara tə­kəbbürlüklə yanaşan­lar isə Od sakin­lə­ridirlər. On­lar orada əbədi qalacaqlar.

7:37

فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَـٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ﴿37﴾

Allaha qarşı yalan uy­du­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Yaz­ıda olan qis­mət­lə­ri onlara nə­sib ola­caq­dır. Nəhayət, elçilə­ri­­miz onla­rın canını al­maq üçün yan­la­rı­na gəldikdə: “Allah­­dan savayı çağırdıqlarınız ha­rada­dır?”– de­yəcək­lər. Onlar: “Bizi qoyub qaçıb­lar!”– deyəcək və ka­fir ol­duqlarına dair öz əleyh­ləri­nə şahidlik edəcəklər.

7:38

قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَـٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ ﴿38﴾

Allah deyəcək: “Sizdən əvvəl gə­lib-getmiş günahkar cin və in­san tay­fa­la­rı ilə bir­likdə Oda girin!” Hər bir tay­fa Oda gir­dikcə di­gərini lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada top­lan­dığı zaman sonra­kılar əv­vəlkilər barə­sində deyə­cəklər: “Ey Rəbbimiz! Bun­lar­­dır bizi azdıran! Elə isə Odda bun­la­ra iki­qat əzab ver!” Allah deyə­cək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bil­mirsiniz!”

7:39

وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ ﴿39﴾

Əvvəlkilər sonrakılara de­­yə­cək­lər: “Sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Elə isə qazandıq­ları­nıza görə da­dın əzabı!”

7:40

إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ ﴿40﴾

Şübhəsiz ki, ayələrimizi yalan sa­yanlara və onlara tə­kəb­bür­lüklə ya­na­şanlara gö­yün qapı­ları açılmayacaq və dəvə iynənin gözün­dən keçməyincə on­lar Cən­nətə girməyəcəklər. Biz günah­kar­ları belə cəzalan­dırırıq.

7:41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٞ وَمِن فَوۡقِهِمۡ غَوَاشٖۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ ﴿41﴾

Onların Cəhənnəm odun­­dan yata­ğı və yorğanları ola­caq­dır. Biz zalımları belə cəza­lan­dı­rırıq.

7:42

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿42﴾

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüv­vəsi çat­dı­ğı qədər yükləyirik.

7:43

وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلّٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُۖ وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهۡتَدِيَ لَوۡلَآ أَنۡ هَدَىٰنَا ٱللَّهُۖ لَقَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّۖ وَنُودُوٓاْ أَن تِلۡكُمُ ٱلۡجَنَّةُ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿43﴾

Biz onların kökslərin­də­ki kin-kü­durəti çıxaracağıq. On­ların ayaqları al­tından çay­lar axacaq. Onlar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sayəsində va­ris oldu­ğu­nuz Cən­nət budur!”

7:44

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ أَصۡحَٰبَ ٱلنَّارِ أَن قَدۡ وَجَدۡنَا مَا وَعَدَنَا رَبُّنَا حَقّٗا فَهَلۡ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمۡ حَقّٗاۖ قَالُواْ نَعَمۡۚ فَأَذَّنَ مُؤَذِّنُۢ بَيۡنَهُمۡ أَن لَّعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ ﴿44﴾

Cənnət əhli Od sakin­lə­rini səs­lə­yib deyəcəklər: “Biz Rəb­bi­mi­zin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəb­bi­ni­zin sizə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?” Onlar: “Bə­li!”– deyə­cəklər. Bu zaman onların ara­sında bir car­çı səs­ləyib de­yə­cəkdir: “Alla­hın lə­nəti olsun zalımlara!

7:45

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ كَٰفِرُونَ ﴿45﴾

O kəslərə ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və axi­rəti inkar edirdilər”.

7:46

وَبَيۡنَهُمَا حِجَابٞۚ وَعَلَى ٱلۡأَعۡرَافِ رِجَالٞ يَعۡرِفُونَ كُلَّۢا بِسِيمَىٰهُمۡۚ وَنَادَوۡاْ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَن سَلَٰمٌ عَلَيۡكُمۡۚ لَمۡ يَدۡخُلُوهَا وَهُمۡ يَطۡمَعُونَ ﴿46﴾

Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi si­masından ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib: “Sizə salam ol­sun!” deyə­cəklər. Halbuki öz­ləri çox is­tə­dik­lə­ri halda hələ Cənnətə gir­məyə­cəklər.

7:47

وَإِذَا صُرِفَتۡ أَبۡصَٰرُهُمۡ تِلۡقَآءَ أَصۡحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجۡعَلۡنَا مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿47﴾

Onların gözləri Od sa­kinlərinə tərəf çevrildikdə isə deyə­cək­lər: “Ey Rəbbimiz, bizi zalım­lara tay tutma!”

7:48

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ ﴿48﴾

Sədd əhli əlamət­lərin­dən ta­nı­dıq­la­rı adamları səsləyib de­yə­cək­lər: “Sizə nə yığdıqla­rı­nız, nə də təkəbbür­lük gös­tər­məyiniz fayda vermədi”.

7:49

أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمۡتُمۡ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحۡمَةٍۚ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ لَا خَوۡفٌ عَلَيۡكُمۡ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ﴿49﴾

“Allah onlara mərhəmət nəsib et­məyəcək”– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?” Sədd əhlinə deyi­lə­cək­dir: “Cən­nə­tə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlən­məyəcək­si­niz”.

7:50

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ ﴿50﴾

Od sakinləri Cənnət əh­lini səs­lə­yib deyəcəklər: “Bi­zim üs­tü­müzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafir­lərə haram etmişdir”.

7:51

ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَهۡوٗا وَلَعِبٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ نَنسَىٰهُمۡ كَمَا نَسُواْ لِقَآءَ يَوۡمِهِمۡ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ﴿51﴾

O kəslərə ki, dinlərini əy­­lən­cə və oyun etmişdilər və dünya hə­yatı onları aldat­mış­dı. Onlar bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları və ayə­lə­ri­mizi in­kar etdikləri kimi, Biz də onları bu gün unu­darıq.

7:52

وَلَقَدۡ جِئۡنَٰهُم بِكِتَٰبٖ فَصَّلۡنَٰهُ عَلَىٰ عِلۡمٍ هُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿52﴾

Biz onlara biliyimizlə izah etdi­yi­miz, iman gətirən qövm üçün hidayət və mərhə­mət olan bir Kitab göndərdik.

7:53

هَلۡ يَنظُرُونَ إِلَّا تَأۡوِيلَهُۥۚ يَوۡمَ يَأۡتِي تَأۡوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبۡلُ قَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشۡفَعُواْ لَنَآ أَوۡ نُرَدُّ فَنَعۡمَلَ غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ قَدۡ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴿53﴾

Yoxsa kafirlər yalnız Qu­randa veri­lən xəbər­lərin aqi­bəti­ni göz­lə­yir­lər? Onun aqibəti gəl­diyi gün əv­vəl­lər onu unu­dan kəslər de­yə­­cəklər: “Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri haqqı gətir­miş­dilər. İndi bizim tərəfimizi sax­layan şəfaət­çilər varmı? Yaxud geri qay­ta­rı­la­ca­ğıqmı ki, əvvəl­lər etdi­yimiz əməl­­lərdən qeyrisini edək?” On­lar özlərini ziyana uğratdı­lar. Uy­dur­duq­ları bütlər isə onlardan uzaq­la­şıb qeyb olacaqlar.

7:54

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿54﴾

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

7:55

ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿55﴾

Rəbbinizə acizanə, həm də giz­li­cə dua edin! Şübhəsiz ki, O, həddi aşan­ları sevmir.

7:56

وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ ﴿56﴾

Yer üzü islah olunduq­dan sonra, orada fəsad törət­mə­yin. Alla­ha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mər­həməti yaxşılıq edənlərə yaxındır.

7:57

وَهُوَ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتۡ سَحَابٗا ثِقَالٗا سُقۡنَٰهُ لِبَلَدٖ مَّيِّتٖ فَأَنزَلۡنَا بِهِ ٱلۡمَآءَ فَأَخۡرَجۡنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِۚ كَذَٰلِكَ نُخۡرِجُ ٱلۡمَوۡتَىٰ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿57﴾

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müj­dəçi ola­raq göndərən Odur. Nə­ha­yət, o küləklər ağır bulud­ları daşıyar­kən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur en­di­­rir və bu­nun vasi­təsi ilə hər cür meyvə yetişdi­ri­rik. Biz ölüləri də belə diril­də­cə­yik. Bəlkə, düşünüb ibrət alasınız.

7:58

وَٱلۡبَلَدُ ٱلطَّيِّبُ يَخۡرُجُ نَبَاتُهُۥ بِإِذۡنِ رَبِّهِۦۖ وَٱلَّذِي خَبُثَ لَا يَخۡرُجُ إِلَّا نَكِدٗاۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَشۡكُرُونَ ﴿58﴾

Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar çox çətinliklə yetişər. Biz ayələri şü­kür edən bir qövmə beləcə izah edirik.

7:59

لَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿59﴾

Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Ey qöv­müm! Alla­ha iba­dət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Mən si­zə üz verəcək Bö­yük gü­nün əzabın­dan qor­xuram”.

7:60

قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿60﴾

Xalqının zadəganları de­di­lər: “Hə­qiqətən də, biz səni açıq-ay­dın azğınlıq için­də gö­rürük!”

7:61

قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي ضَلَٰلَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿61﴾

O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. La­kin mən aləmlərin Rəb­bi tə­rə­fin­dən gön­dərilmiş bir elçi­yəm.

7:62

أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنصَحُ لَكُمۡ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿62﴾

Mən Rəbbimin mənə vəhy et­diklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayə­sində sizin bil­mə­dik­lərinizi bili­rəm.

7:63

أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡ وَلِتَتَّقُواْ وَلَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿63﴾

Allahdan qorxub bəlkə mər­həmə­tə nail olasınız deyə, sizi qor­xutmaq üçün öz ara­nızdan olan bir kişinin va­si­təsi ilə Rəb­bi­ni­zin sizə öyüd-nə­si­hət vermə­sinə heyrətmi edir­siniz?”

7:64

فَكَذَّبُوهُ فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِي ٱلۡفُلۡكِ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا عَمِينَ ﴿64﴾

Kafirlər onu yalançı he­sab etdilər. Biz onu və onunla birlik­də gəmidə olan­ları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adam­lar idilər.

7:65

وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ﴿65﴾

Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Allaha ibadət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Yoxsa qorxmursu­nuz?”

7:66

قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي سَفَاهَةٖ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿66﴾

Qövmünün kafir zadə­gan­ları de­dilər: “Biz səni səfeh sayı­rıq və həqi­qə­tən də, səni yalançı­lardan hesab edi­rik!”

7:67

قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي سَفَاهَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿67﴾

O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. La­kin mən aləmlərin Rəbbi tərə­findən göndərilmiş bir elçi­yəm.

7:68

أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنَا۠ لَكُمۡ نَاصِحٌ أَمِينٌ ﴿68﴾

Mən Rəbbimin vəhy et­diyi hökm­lərini sizə təbliğ edi­rəm. Mən sizin eti­barlı nəsi­hət­çinizəm.

7:69

أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡۚ وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ قَوۡمِ نُوحٖ وَزَادَكُمۡ فِي ٱلۡخَلۡقِ بَصۜۡطَةٗۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿69﴾

Yoxsa sizi qorxutmaq üçün öz ara­nızdan olan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizin si­zə öyüd-nəsihət vermə­si­nə hey­­rətmi edir­si­niz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xə­ləf­lər tə­yin etdi və sizi xilqətcə daha qüv­vətli etdi. Allahın nemətlərini xa­tır­la­yın ki, bəlkə nicat tapa­sınız”.

7:70

قَالُوٓاْ أَجِئۡتَنَا لِنَعۡبُدَ ٱللَّهَ وَحۡدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿70﴾

Onlar dedilər: “Yanı­mı­za gəlmi­sən ki, atalarımızın iba­dət et­diklərini buraxıb tək Alla­ha iba­dət edək? Əgər doğru da­nı­şan­lar­dansansa, bizə vəd et­diyin əzabı gətir”.

7:71

قَالَ قَدۡ وَقَعَ عَلَيۡكُم مِّن رَّبِّكُمۡ رِجۡسٞ وَغَضَبٌۖ أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ﴿71﴾

Hud dedi: “Artıq Rəbbi­nizdən si­zə əzab və qəzəb ye­tişdi. Siz özünüzün və ataları­nızın uydurduqları adlar ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onlar barəsində heç bir də­lil nazil et­məmişdir. Gözlə­yin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm”.

7:72

فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ ﴿72﴾

Biz onu və onunla bir­lik­də olan­la­­rı Öz mərhəməti­miz­lə xi­las etdik. Ayə­lərimizi ya­lan hesab edənlərin isə kö­kü­nü kəsdik. On­lar iman gə­tirən de­yildi­lər.

7:73

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٌ أَلِيمٞ ﴿73﴾

Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa mə­budunuz yox­dur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qaya­dan çı­xart­dığı bu dişi dəvəsi sizin üçün bir mö­cüzədir. Onu buraxın Alla­hın tor­pa­ğında otlasın. Ona bir pis­lik et­məyin, yoxsa sizi ağ­rı­lı-acılı bir əzab yaxalayar.

7:74

وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ عَادٖ وَبَوَّأَكُمۡ فِي ٱلۡأَرۡضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورٗا وَتَنۡحِتُونَ ٱلۡجِبَالَ بُيُوتٗاۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿74﴾

Xatırlayın ki, Allah sizi Ad qöv­mün­dən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzən­lik­lə­rin­də qəsr­lər tikir, dağ­larda evlər yonur­su­nuz. Alla­hın nemətlərini ya­da salın, yer üzün­də fəsad ya­ya­raq pis işlər gör­məyin”.

7:75

قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لِلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِمَنۡ ءَامَنَ مِنۡهُمۡ أَتَعۡلَمُونَ أَنَّ صَٰلِحٗا مُّرۡسَلٞ مِّن رَّبِّهِۦۚ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلَ بِهِۦ مُؤۡمِنُونَ ﴿75﴾

Onun qövmünün təkəb­bür­lü za­də­ganları öz araların­dan iman gətirən zəiflərə de­dilər: “Siz Sale­hin öz Rəbbi tə­rəfindən gön­dəril­diyini bilir­si­nizmi?” Onlar dedi­lər: “Həqi­qətən, biz onun­la gön­­dərilən­ hər şeyə inanırıq”.

7:76

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا بِٱلَّذِيٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ ﴿76﴾

Təkəbbür göstərən baş­çı­lar de­di­lər: “Həqiqətən, biz si­zin inan­dığı­nızı inkar edirik”.

7:77

فَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلۡمُرۡسَلِينَ ﴿77﴾

Onlar dişi dəvənin diz və­tə­rini kəs­dilər və beləlik­lə də Rəb­bi­nin əm­rin­dən çıxıb: “Ey Saleh! Əgər sən göndə­ri­lən el­çilərdən­sən­sə, bizə vəd etdiyin əza­bı gətir”– dedilər.

7:78

فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴿78﴾

Onları dəhşətli bir sar­sıntı yaxa­ladı və onlar öz evlə­rində üzüqoylu düşüb qaldı­lar.

7:79

فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَالَةَ رَبِّي وَنَصَحۡتُ لَكُمۡ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ ﴿79﴾

Saleh onlardan üz çe­vi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­min mənə vəhy etdiyi hök­münü sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. La­kin siz nə­sihət verənləri sev­mirsiniz”.

7:80

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿80﴾

Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə de­miş­di: “Siz­dən əvvəl aləmlər­dən heç kə­sin etmədiyi iyrənc əmə­li sizmi edə­cəksiniz?

7:81

إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ﴿81﴾

Siz, qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Hə­qiqə­tən, siz, həddi aş­mış adam­larsınız”.

7:82

وَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوهُم مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ﴿82﴾

Onun qövmünün ca­va­bı: “Onları yurdunuzdan çıxa­rın. Axı on­lar tə­miz­liyə can atan adam­lardır”– deməkdən baş­qa bir şey ol­ma­mışdı.

7:83

فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ﴿83﴾

Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. O, ge­ri­də qalan­lardan ol­du.

7:84

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ﴿84﴾

Biz onun qövmünün üstünə daş­lar­­dan ya­ğış yağdırdıq. Bir gör gü­nah­kar­ların aqi­bəti necə oldu.

7:85

وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿85﴾

Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudunuz yox­dur. Rəbbi­niz­dən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əş­ya­la­rını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu, sizin üçün daha xeyir­lidir.

7:86

وَلَا تَقۡعُدُواْ بِكُلِّ صِرَٰطٖ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ بِهِۦ وَتَبۡغُونَهَا عِوَجٗاۚ وَٱذۡكُرُوٓاْ إِذۡ كُنتُمۡ قَلِيلٗا فَكَثَّرَكُمۡۖ وَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ﴿86﴾

Hər yolun başında otu­rub Allaha iman gətirənləri hə­də­lə­yib Onun yo­lun­dan sap­dır­mayın və onu əyri göstər­mə­yə çalış­ma­yın. Xatırlayın ki, siz az idi­niz, O sizi çoxaltdı. Bir görün fəsad tö­rə­dən­lərin aqi­bəti necə oldu.

7:87

وَإِن كَانَ طَآئِفَةٞ مِّنكُمۡ ءَامَنُواْ بِٱلَّذِيٓ أُرۡسِلۡتُ بِهِۦ وَطَآئِفَةٞ لَّمۡ يُؤۡمِنُواْ فَٱصۡبِرُواْ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُ بَيۡنَنَاۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ﴿87﴾

Əgər aranızdan olan bir dəs­tə­niz mə­nim­lə göndərilənə inan­­mış, bir dəstə­niz isə inanma­mışsa, Allah aramızda hökm verə­nə­dək sə­bir edin. Axı O, ha­kim­lərin ən yaxşı­sıdır”.

7:88

قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لَنُخۡرِجَنَّكَ يَٰشُعَيۡبُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَكَ مِن قَرۡيَتِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۚ قَالَ أَوَلَوۡ كُنَّا كَٰرِهِينَ ﴿88﴾

Onun qövmünün təkəb­bür­lü za­də­ganları dedilər: “Ey Şu­eyb! Ya biz hök­mən səni də, səninlə birlikdə iman gə­tirən­lə­­ri də yur­dumuzdan çıxara­caq, ya da siz bizim dinimizə dönə­cək­si­niz”. Şu­eyb dedi: “Hətta nifrət etmiş olsaq belə?

7:89

قَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ ﴿89﴾

Allah bizi sizin dini­niz­dən xilas et­dikdən sonra biz ye­nə də ona qayıtsaq, Allaha qar­şı yalan uydurmuş olarıq. Rəb­bi­miz Allah is­təməyincə bizim ona dönməyi­miz olacaq bir şey deyildir. Rəb­­bi­miz elmi ilə hər şeyi əhatə et­miş­dir. Biz Allaha təvəkkül etmi­şik. Ey Rəb­bi­miz! Bizimlə qövmümüz arasında əda­lətlə hökm ver. Axı Sən hökm ve­rən­lərin ən yax­şı­sısan.”

7:90

وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ﴿90﴾

Onun qövmünün kafir za­­dəganları dedilər: “Əgər Şu­ey­bin ar­dınca get­sə­niz, siz müt­ləq zi­yana uğrayanlardan olar­sı­nız”.

7:91

فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴿91﴾

Onları dəhşətli bir sar­sın­tı yaxa­ladı və onlar öz ev­lə­rin­də üzü­qoylu düşüb qaldılar.

7:92

ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ ﴿92﴾

Şueybi yalançı sayanlar, san­ki ora­da yaşamamışdılar. Şu­ey­bi yalançı sa­yanların özləri ziyana uğrayanlardan oldular.

7:93

فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَنَصَحۡتُ لَكُمۡۖ فَكَيۡفَ ءَاسَىٰ عَلَىٰ قَوۡمٖ كَٰفِرِينَ ﴿93﴾

Şueyb onlardan üz çevi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­­min mənə vəhy etdiyi hökm­lərini sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. Ka­fir tay­fadan ötrü mən necə heyi­fsi­lə­nə bilə­rəm?”

7:94

وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّبِيٍّ إِلَّآ أَخَذۡنَآ أَهۡلَهَا بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَضَّرَّعُونَ ﴿94﴾

Biz hansı bir ölkəyə pey­­ğəmbər göndərdiksə, onun əha­li­sini sı­xın­tıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyə­lər.

7:95

ثُمَّ بَدَّلۡنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلۡحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدۡ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذۡنَٰهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿95﴾

Sonra pisliyi yaxşılıqla əvəz et­dik. Nəhayət onlar fira­vanlıq içində ya­şayarkən: “Ata­larımıza da belə qıtlıq və bol­luq üz ver­miş­di”– dedilər. Biz də on­ları heç özləri də hiss et­mədən qəf­lə­tən ya­xaladıq.

7:96

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿96﴾

Əgər o ölkələrin əhalisi iman gə­tirib Allahdan qorxsay­dı, əl­bət­tə, Biz on­ların üstünə göy­dən və yerdən bə­rə­kət qa­pı­­larını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri yalançı hesab et­di­lər. Biz də on­ları qa­zandıq­ları gü­nahlara görə əzab­la yaxa­ladıq.

7:97

أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ ﴿97﴾

Məgər o ölkələrin əha­li­si əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yatar­kən gəl­məyəcə­yin­dən əmin idilərmi?

7:98

أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ ﴿98﴾

Ya da o ölkələrin əhalisi əza­bı­mı­zın onlara səhər-səhər, on­lar əylənər­kən gəlməyəcə­yin­dən əmin idilərmi?

7:99

أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ ﴿99﴾

Yaxud onlar Allahın hiy­­lə­sindən ehtiyat etmirdilərmi? Alla­hın hiy­lə­sin­dən yalnız zi­yana uğ­rayanlar ehtiyat et­məz­lər.

7:100

أَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ﴿100﴾

Məgər yer üzünün keç­miş sakin­lərindən sonra ona va­ris olan­lara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da gü­nah­la­rı üzündən müsibətə dü­çar edər, qəlblərinə möhür vurar­dıq və on­lar da eşitməz­dilər?

7:101

تِلۡكَ ٱلۡقُرَىٰ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآئِهَاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ مِن قَبۡلُۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلۡكَٰفِرِينَ ﴿101﴾

Bu, o ölkələrdir ki, on­ların əh­valatlarından bəzisini sənə söy­ləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gə­tir­dilər. Onlar isə da­ha öncə yalan he­sab et­diklərinə görə iman gə­tir­mədilər. Allah ka­firlə­rin qəlb­lərini beləcə möhürləyir.

7:102

وَمَا وَجَدۡنَا لِأَكۡثَرِهِم مِّنۡ عَهۡدٖۖ وَإِن وَجَدۡنَآ أَكۡثَرَهُمۡ لَفَٰسِقِينَ ﴿102﴾

Onların əksəriyyətini və­­də xi­laf çıxan gördük. On­ların ço­xu­­nu gü­nahkar gördük.

7:103

ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَظَلَمُواْ بِهَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ﴿103﴾

Onlardan sonra Musa­nı möcü­zələrimizlə Firon və onun əyan­larına elçi göndər­dik. On­lar isə bunu inkar et­di­lər. Bir gör fə­sad törədənlərin aqibəti necə oldu.

7:104

وَقَالَ مُوسَىٰ يَٰفِرۡعَوۡنُ إِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿104﴾

Musa dedi: “Ey Firon! Həqi­qə­tən, mən aləmlərin Rəb­bi tə­rə­findən göndərilmiş bir el­çi­yəm.

7:105

حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ قَدۡ جِئۡتُكُم بِبَيِّنَةٖ مِّن رَّبِّكُمۡ فَأَرۡسِلۡ مَعِيَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿105﴾

Mənim borcumdur ki, Allah ba­rəsində yalnız həqi­qə­ti de­yim. Mən Rəb­binizdən si­zə açıq-aydın dəlillər gə­tir­mi­şəm. Elə isə İs­rail oğullarını mə­­nim­lə göndər”.

7:106

قَالَ إِن كُنتَ جِئۡتَ بِـَٔايَةٖ فَأۡتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿106﴾

Firon dedi: “Əgər mö­cü­zə gətir­misənsə və doğru da­nışan­lar­dansansa, onu göstər!”

7:107

فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ﴿107﴾

Musa əsasını yerə atdı və o, dər­hal açıq-aşkar bir ilan oldu.

7:108

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّـٰظِرِينَ ﴿108﴾

Əlini qoynundan çı­xart­dı və o, ba­xanlar üçün ağap­paq par­laq bir əl oldu.

7:109

قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ﴿109﴾

Firon qövmünün əyan­ları dedi­lər: “Həqiqətən, bu, bilikli bir sehr­baz­dır.

7:110

يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُمۡۖ فَمَاذَا تَأۡمُرُونَ ﴿110﴾

O sizi yurdunuzdan çı­xartmaq istəyir. Elə isə təkli­finiz nə­dir?”

7:111

قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَأَرۡسِلۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ﴿111﴾

Onlar dedilər: “Onu və qar­da­şı­nı gözlət və şəhərlərə sehr­baz­ları top­la­yan adamlar göndər ki,

7:112

يَأۡتُوكَ بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ ﴿112﴾

bilikli sehrbazların ha­mı­­sını sənin yanına gətir­sin­lər”.

7:113

وَجَآءَ ٱلسَّحَرَةُ فِرۡعَوۡنَ قَالُوٓاْ إِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ﴿113﴾

Sehrbazlar Fironun ya­nına gəlib dedilər: “Əgər qalib gəl­sək, doğru­dan­mı bizim üçün mükafat olacaq?”

7:114

قَالَ نَعَمۡ وَإِنَّكُمۡ لَمِنَ ٱلۡمُقَرَّبِينَ ﴿114﴾

Firon dedi: “Bəli, siz mə­nə yaxın adamlardan olacaq­­sı­nız”.

7:115

قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ نَحۡنُ ٱلۡمُلۡقِينَ ﴿115﴾

Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əli­miz­də­ki­ləri ataq!”

7:116

قَالَ أَلۡقُواْۖ فَلَمَّآ أَلۡقَوۡاْ سَحَرُوٓاْ أَعۡيُنَ ٱلنَّاسِ وَٱسۡتَرۡهَبُوهُمۡ وَجَآءُو بِسِحۡرٍ عَظِيمٖ ﴿116﴾

Musa dedi: “Siz əvvəl atın!” On­lar əllərindəkiləri at­dıq­da, in­san­ların göz­lərini sehr­ləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.