ٱلۡقَارِعَةُ ﴿١﴾
Qəlbləri qorxuya salan Qariə!
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡقَارِعَةُ ﴿١﴾
Qəlbləri qorxuya salan Qariə!
مَا ٱلۡقَارِعَةُ ﴿٢﴾
Nədir Qariə?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ﴿٣﴾
Sən nə bilirsən ki, nədir Qariə?
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ﴿٤﴾
O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ﴿٥﴾
Dağlar isə didilmiş yun görkəmi alacaq.
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ﴿٦﴾
O gün kimin tərəziləri ağır gələrsə,
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴿٧﴾
xoşbəxt güzəran sürəcək.
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ﴿٨﴾
Kimin tərəziləri yüngül gələrsə,
فَأُمُّهُۥ هَاوِيَةٞ ﴿٩﴾
məskəni Haviyə olacaq.
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ﴿١٠﴾
Sən nə bilirsən ki, o Haviyə nədir?
نَارٌ حَامِيَةُۢ ﴿١١﴾
O, çox qızmar bir oddur!