quranm◉

Surə Al-Qiyamah القيامة

#
75
↓
M
Ayə
40
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

75:1

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ﴿١﴾

And içirəm Qiyamət gü­nünə!

75:2

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ﴿٢﴾

And içirəm peşmançılıq çə­kən nəfsə!

75:3

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ﴿٣﴾

İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik.

75:4

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ﴿٤﴾

Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik.

75:5

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ﴿٥﴾

Lakin insan bundan sonra da günah etmək fikrindədir.

75:6

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ﴿٦﴾

O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur.

75:7

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ﴿٧﴾

Gözlər bərələ qalacağı,

75:8

وَخَسَفَ ٱلۡقَمَرُ ﴿٨﴾

ay tutulacağı

75:9

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ﴿٩﴾

və günəşlə ayın qovuşa­cağı zaman –

75:10

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ﴿١٠﴾

o gün insan deyəcək: “Hara qaçaq?”

75:11

كَلَّا لَا وَزَرَ ﴿١١﴾

Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq.

75:12

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ﴿١٢﴾

O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq.

75:13

يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ﴿١٣﴾

O gün insana əvvəllər et­diyi və sonraya saxladığı əməl­ləri ba­rədə xəbər veriləcək.

75:14

بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ ﴿١٤﴾

Əslində, insan öz əley­hi­nə şahid­lik edəcək –

75:15

وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ ﴿١٥﴾

üzrlü olub-olmadığı bü­tün hal­ları ortaya qoysa da.

75:16

لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ ﴿١٦﴾

Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə!

75:17

إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ ﴿١٧﴾

Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir.

75:18

فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ ﴿١٨﴾

Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə.

75:19

ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ ﴿١٩﴾

Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir.

75:20

كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ ﴿٢٠﴾

Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,

75:21

وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ ﴿٢١﴾

Axirətdən isə uzaqlaşır­sınız.

75:22

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ ﴿٢٢﴾

O gün bir çox üzlər parlayacaq

75:23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ ﴿٢٣﴾

və öz Rəbbinə baxa­caq­dır.

75:24

وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ ﴿٢٤﴾

O gün bir çox üzlər də tutulub qaralacaq

75:25

تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ ﴿٢٥﴾

və yəqin edəcək ki, on­la­ra müsi­bət artıq üz vermişdir.

75:26

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ ﴿٢٦﴾

Xeyr, ruh körpücük sü­­müklə­rinə yetişəcəyi zaman;

75:27

وَقِيلَ مَنۡۜ رَاقٖ ﴿٢٧﴾

“Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək.

75:28

وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ ﴿٢٨﴾

Can verən adam dünya hə­yatından ayrıldığını yəqin edə­cəyi

75:29

وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ﴿٢٩﴾

və ayaq ayağa dolaşa­ca­ğı za­man –

75:30

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ ﴿٣٠﴾

o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək.

75:31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ﴿٣١﴾

O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.

75:32

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ﴿٣٢﴾

Haqqı da yalan saydı və üz dön­dərdi.

75:33

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ ﴿٣٣﴾

Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.

75:34

أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ ﴿٣٤﴾

Vay sənin halına, vay!

75:35

ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ ﴿٣٥﴾

Yenə də vay sənin halı­na, vay!

75:36

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى ﴿٣٦﴾

Bəlkə insan özbaşına qo­yulaca­ğını güman edir?

75:37

أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ ﴿٣٧﴾

Məgər o, kişi toxumun­dan axıdı­lan bir damla nütfə de­yil­di­mi?

75:38

ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ ﴿٣٨﴾

Sonra laxtalanmış qan ol­du. Allah onu yaradıb kamil bir gör­kəmə saldı.

75:39

فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ﴿٣٩﴾

Ondan da bir cüt kişi və qadın yaratdı.

75:40

أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ ﴿٤٠﴾

Məgər O, ölüləri dirilt­məyə qadir deyilmi?