quranm◉

Surə Al-Balad البلد

#
90
↓
M
Ayə
20
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

90:1

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ ﴿١﴾

And içirəm bu şəhərə (Məkkəyə)!

90:2

وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ﴿٢﴾

Sən də o şəhərin saki­ni­sən.

90:3

وَوَالِدٖ وَمَا وَلَدَ ﴿٣﴾

And olsun valideynə və onun tö­rəməsinə!

90:4

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ ﴿٤﴾

Biz insanı çətinlik içində xəlq etdik.

90:5

أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ ﴿٥﴾

O, heç kəsin ona gücü çat­maya­ca­ğınımı güman edir?!

90:6

يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا ﴿٦﴾

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

90:7

أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ ﴿٧﴾

O, heç kəsin onu görmə­yəcəyi­ni­mi zənn edir?!

90:8

أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ ﴿٨﴾

Biz ona iki göz vermə­dikmi?!

90:9

وَلِسَانٗا وَشَفَتَيۡنِ ﴿٩﴾

Eləcə də, bir dil və iki dodaq vermə­dikmi?!

90:10

وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ ﴿١٠﴾

Onu iki yolu – doğru və əyri yolu göstərmə­dikmi?!

90:11

فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ ﴿١١﴾

Fəqət o, sərt yoxuşu aşa biləmədi.

90:12

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ﴿١٢﴾

Sən nə bilirsən ki, sərt yoxuş nədir?

90:13

فَكُّ رَقَبَةٍ ﴿١٣﴾

O, bir kölə azad et­mək­dir

90:14

أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ ﴿١٤﴾

və ya aclıq günündə möh­taca ye­mək verməkdir –

90:15

يَتِيمٗا ذَا مَقۡرَبَةٍ ﴿١٥﴾

qohumluğu çatan bir ye­timə,

90:16

أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ ﴿١٦﴾

yaxud aclıqdan yerə uzan­mış ka­sıba!

90:17

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ﴿١٧﴾

Sonra isə iman gəti­rənlərdən, bir-birinə səbir töv­si­yə edən­lərdən və mərhəmət töv­si­yə edən­lərdən olmaqdır.

90:18

أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ﴿١٨﴾

Onlar sağ tərəf sahiblə­ridir.

90:19

وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ﴿١٩﴾

Ayələrimizi inkar edən­lər isə sol tərəf sahibləridir.

90:20

عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ ﴿٢٠﴾

Onları hər tərəfdən qa­playan bir Od gözləyir.