quranm◉

Hizb 15

Range
from 6:127 to 7:30
Surahs covered
Tərcümə
69 Tərcümə

◉

6:127

لَهُمۡ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمۡۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿127﴾

Onlar üçün Rəbbi ya­nın­da əmin-amanlıq yurdu ha­­zır­lan­mış­dır. Gördükləri yaxşı işlərə görə onların Hi­mayəçisi Odur.

6:128

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ﴿128﴾

Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir.

6:129

وَكَذَٰلِكَ نُوَلِّي بَعۡضَ ٱلظَّـٰلِمِينَ بَعۡضَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿129﴾

Beləliklə, qazandıqları gü­nahlara görə zalımların bir qis­mi­ni digərinə ha­kim təyin edərik.

6:130

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ شَهِدۡنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ﴿130﴾

Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içə­ri­niz­dən ayə­lə­rimi xəbər ve­rən və bu günü­nüzlə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edən elçilər gəl­mə­dimi?” Onlar de­yə­cək­lər: “Biz öz əley­hi­mizə şa­hidlik edi­rik!” Onları dünya hə­­yatı aldat­dı və onlar kafir ol­duqları ba­rədə özlərinə qarşı şəhadət ver­dilər.

6:131

ذَٰلِكَ أَن لَّمۡ يَكُن رَّبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا غَٰفِلُونَ ﴿131﴾

Bu ona görədir ki, sənin Rəb­bin əhalisi qa­fil olan kəndləri haq­sız­casına məhv etməz.

6:132

وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ﴿132﴾

Hər kəsin etdiyi əməl­lə­rə görə dərəcələri vardır. Rəb­bin on­ların etdik­lərindən qafil deyil­dir.

6:133

وَرَبُّكَ ٱلۡغَنِيُّ ذُو ٱلرَّحۡمَةِۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَسۡتَخۡلِفۡ مِنۢ بَعۡدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوۡمٍ ءَاخَرِينَ ﴿133﴾

Rəbbin Zəngindir, mər­­hə­mət sa­hibidir. İstəsə, sizi məhv edər və sizi baş­qa bir qövmün nəslindən yaratdığı ki­mi siz­dən son­ra da yerinizə istə­di­yi­ni gə­tirər.

6:134

إِنَّ مَا تُوعَدُونَ لَأٓتٖۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ﴿134﴾

Həqiqətən, sizə vəd olu­nan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bil­məyəcəksiniz.

6:135

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَامِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿135﴾

De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin. Mən də edə­cə­yəm. Axirət Yurdunun aqi­bə­ti­nin kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, za­lım­lar nicat tapmazlar”.

6:136

وَجَعَلُواْ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلۡحَرۡثِ وَٱلۡأَنۡعَٰمِ نَصِيبٗا فَقَالُواْ هَٰذَا لِلَّهِ بِزَعۡمِهِمۡ وَهَٰذَا لِشُرَكَآئِنَاۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمۡ فَلَا يَصِلُ إِلَى ٱللَّهِۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمۡۗ سَآءَ مَا يَحۡكُمُونَ ﴿136﴾

Onlar Allah üçün Onun yarat­dı­ğı əkindən və mal-qa­ra­dan pay ayırıb öz batil id­dia­la­rına əsasən: “Bu, Allah üçün­dür, bu da şə­rik qoşduq­ları­mız bütlər üçündür”– deyirlər. Şə­rikləri üçün ayır­dıqları pay Alla­ha çatmır, Allah üçün ayır­dıq­ları pay isə şərik­lə­ri­nə çatır. On­ların verdik­ləri hökm necə də pisdir!

6:137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٖ مِّنَ ٱلۡمُشۡرِكِينَ قَتۡلَ أَوۡلَٰدِهِمۡ شُرَكَآؤُهُمۡ لِيُرۡدُوهُمۡ وَلِيَلۡبِسُواْ عَلَيۡهِمۡ دِينَهُمۡۖ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ ﴿137﴾

Beləliklə, müşriklərin bir çoxu­na övladlarını öldür­məyi öz şərikləri gözəl göstər­dilər ki, həm onları məhv et­sinlər, həm də din­lərinə qarma­qarı­şıq­lıq salsınlar. Əgər Allah istə­səy­di, onlar bu­nu etməz­dilər. Elə isə onları uydur­duqları ilə birlikdə tərk et.

6:138

وَقَالُواْ هَٰذِهِۦٓ أَنۡعَٰمٞ وَحَرۡثٌ حِجۡرٞ لَّا يَطۡعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعۡمِهِمۡ وَأَنۡعَٰمٌ حُرِّمَتۡ ظُهُورُهَا وَأَنۡعَٰمٞ لَّا يَذۡكُرُونَ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا ٱفۡتِرَآءً عَلَيۡهِۚ سَيَجۡزِيهِم بِمَا كَانُواْ يَفۡتَرُونَ ﴿138﴾

Onlar öz batil iddiala­rına görə: “Bu mal-qara və əkin­lər ha­ram­dır. Bun­ları bizim is­tədikləri­mizdən başqa heç kəs yeyə bil­məz”– deyirlər. Müş­rik­lər mal-qaradan bəzisinə min­məyi haram edir, bəzisini də kəsərkən üstündə Alla­hın adını çək­mirlər. Onlar bu­nu Allaha iftira ataraq edirlər. O da on­la­rı atdıq­la­rı iftiraya görə cəza­landıracaqdır.

6:139

وَقَالُواْ مَا فِي بُطُونِ هَٰذِهِ ٱلۡأَنۡعَٰمِ خَالِصَةٞ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزۡوَٰجِنَاۖ وَإِن يَكُن مَّيۡتَةٗ فَهُمۡ فِيهِ شُرَكَآءُۚ سَيَجۡزِيهِمۡ وَصۡفَهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ﴿139﴾

Onlar: “Bu mal-qara­nın qarın­la­rın­dakı balalar kişiləri­mi­zə halal, qadın­larımıza isə haram­dır”– deyirlər. Əgər o bala ölü do­ğu­larsa, hamısı onu yeməyə şə­rik olurlar. Allah on­ları bu vəsf­lə­rinə görə cəza­lan­dıracaqdır. Hə­qiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.

6:140

قَدۡ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوۡلَٰدَهُمۡ سَفَهَۢا بِغَيۡرِ عِلۡمٖ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفۡتِرَآءً عَلَى ٱللَّهِۚ قَدۡ ضَلُّواْ وَمَا كَانُواْ مُهۡتَدِينَ ﴿140﴾

Axmaqlıqları üzündən dərk et­mə­dən öz övladlarını öldü­rən və Alla­hın onlara ver­diyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramış­lar. Onlar azdılar və doğru yo­la yönəl­mədilər.

6:141

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ جَنَّـٰتٖ مَّعۡرُوشَٰتٖ وَغَيۡرَ مَعۡرُوشَٰتٖ وَٱلنَّخۡلَ وَٱلزَّرۡعَ مُخۡتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٖۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوۡمَ حَصَادِهِۦۖ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ ﴿141﴾

Talvar üzərində olan və tal­var­sız öz gövdəsi üzə­rində du­ran bağları, dad­ları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzə­mə­yən zeytunu və narı yaradan Odur. Bar ver­di­yi za­man onla­rın mey­vəsin­dən yeyin, yığım günü zəka­tını ve­rin, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.

6:142

وَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿142﴾

Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir.

6:143

ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۖ مِّنَ ٱلضَّأۡنِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡمَعۡزِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ نَبِّـُٔونِي بِعِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿143﴾

Allah, o heyvanlardan sək­kiz cift yaratdı; qoyundan iki­sini və keçidən iki­sini. De: “O, iki erkəyi haram buyurdu, yox­sa iki di­şi­ni, yaxud iki dişinin qar­nındakı balaları? Əgər doğ­ru danı­şan­lar­sı­nızsa, elmə əsas­lanıb bu haqda mə­nə xəbər ve­rin”.

6:144

وَمِنَ ٱلۡإِبِلِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡبَقَرِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَاۚ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿144﴾

Dəvədən də ikisini, inək­­dən də ikisini. De: “O, iki er­kəyi ha­ram bu­yur­du, yoxsa iki dişini, yaxud iki dişinin qar­nındakı ba­laları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi za­man şahid idi­niz?” Elmsiz olaraq in­sanları az­dırmaq üçün Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, Allah zalım qövmü doğru yola yö­nəltməz.

6:145

قُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ ﴿145﴾

De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir.

6:146

وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا كُلَّ ذِي ظُفُرٖۖ وَمِنَ ٱلۡبَقَرِ وَٱلۡغَنَمِ حَرَّمۡنَا عَلَيۡهِمۡ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتۡ ظُهُورُهُمَآ أَوِ ٱلۡحَوَايَآ أَوۡ مَا ٱخۡتَلَطَ بِعَظۡمٖۚ ذَٰلِكَ جَزَيۡنَٰهُم بِبَغۡيِهِمۡۖ وَإِنَّا لَصَٰدِقُونَ ﴿146﴾

Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunla­rına və ya bağırsaqlarına ya­pı­şan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də ha­ram etdik. Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.

6:147

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمۡ ذُو رَحۡمَةٖ وَٰسِعَةٖ وَلَا يُرَدُّ بَأۡسُهُۥ عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ ﴿147﴾

Əgər onlar səni yalançı hesab et­sələr, de: “Rəbbiniz ge­niş mər­həmət sa­hibidir. La­kin Onun əzabı günahkar tayfa­dan uzaq­laş­dırılmaz”.

6:148

سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ ﴿148﴾

Müşriklər deyəcəklər: “Allah is­təsəydi, nə biz, nə də ata­la­rı­mız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bi­lərdik”. On­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab et­miş­di­lər. Axırda əza­bımızı dad­dılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq zənnə qapılır və an­caq yalan danı­şır­sı­nız”.

6:149

قُلۡ فَلِلَّهِ ٱلۡحُجَّةُ ٱلۡبَٰلِغَةُۖ فَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ﴿149﴾

De: “Tutarlı dəlillər Alla­ha məx­susdur. Əgər O istə­səy­di, si­zin ha­mınızı doğru yola yönəl­dərdi”.

6:150

قُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ ﴿150﴾

De: “Şahidlərinizi gəti­rin şəha­dət versinlər ki, bunu Allah haram bu­yurmuşdur”. Əgər onlar şəhadət ver­sə­lər, sən onlarla bir­likdə şəhadət ver­mə. Ayələrimizi yalan sa­yanların və axirətə inan­­mayan­ların is­təklə­rinə uyma. On­lar baş­qa­la­rını öz Rəbbinə tay tuturlar.

6:151

قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿151﴾

De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız.

6:152

وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿152﴾

Yetim həddi-buluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ru­yub sax­lamaq və ar­tırmaq məq­sədilə istifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laş­mayın! Öl­çüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik. Söz söy­lə­di­yi­niz zaman, qohumu­nuz olsa be­lə, əda­lətli olun. Allah qarşısındakı əhdə sa­diq qalın. Allah bunları sizə töv­siyə et­mişdir ki, bəlkə, düşü­nüb ib­rət alasınız.

6:153

وَأَنَّ هَٰذَا صِرَٰطِي مُسۡتَقِيمٗا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمۡ عَن سَبِيلِهِۦۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿153﴾

Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Baş­qa yol­la­ra uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları si­zə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz.

6:154

ثُمَّ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِيٓ أَحۡسَنَ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ﴿154﴾

Sonra Biz Musaya – yax­şı iş gö­rən kimsəyə nemə­timizi ta­mam­lamaq məqsədilə, hər şe­yi müfəssəl izah edən, doğru yol gös­tə­ricisi və mər­həmət ola­raq Kitab verdik ki, bəlkə on­lar öz Rəbbi ilə qar­şılaşa­caq­la­rına iman gə­tirələr.

6:155

وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿155﴾

Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır. Ona tabe olun və Allah­dan qorxun ki, bəlkə sizə rəhm oluna­.

6:156

أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلۡكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيۡنِ مِن قَبۡلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمۡ لَغَٰفِلِينَ ﴿156﴾

Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yal­nız biz­dən əv­vəl­ki iki tay­­faya – yəhu­dilərə və xaçpərəstlərə nazil edil­mişdir. Biz isə onla­rın oxu­duq­la­rın­dan xəbərsi­zik”

6:157

أَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ ﴿157﴾

və ya: “Əgər bizə Kitab nazil edil­səydi, onlardan daha çox doğru yol­da olar­dıq”– de­məyə­si­niz. Artıq sizə Rəb­bi­niz­dən açıq-ay­dın bir dəlil, doğru yol göstəricisi və mər­həmət gəl­mişdir. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kim ola bilər? Ayələrimizdən üz çevi­rənləri üz çevir­dik­lə­ri­nə görə pis əzab­la cəza­lan­dıra­cağıq.

6:158

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ﴿158﴾

Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”.

6:159

إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ ﴿159﴾

Dinlərini parçalayıb fir­qə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Alla­ha aiddir. Sonra Allah onlara etdik­ləri əməllər barədə xəbər verə­cəkdir.

6:160

مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿160﴾

Kim yax­şı əməl gə­tirərsə, ona gətir­diyinin on qat əvəzi ve­ri­lər. Kim pis əməl gə­tirərsə, ona ancaq gə­tirdi­yi­nin misli qədər cəza ve­rilər. On­lara haq­sızlıq edilməz.

6:161

قُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿161﴾

De: “Həqiqətən, Rəb­bim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yö­nəlt­di. O heç vaxt müşrik­lər­dən ol­ma­mış­dı”.

6:162

قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿162﴾

De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür!

6:163

لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ ﴿163﴾

Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm”.

6:164

قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ﴿164﴾

De: “Allah hər şeyin Rəbbi ol­duğu halda, mən On­dan baş­qa məbud­mu axtaraca­ğam?” Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir. Heç bir gü­nahkar baş­qasının güna­hını daşı­maz. Son­ra isə dönü­şünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz mə­sə­lələr barədə sizə xəbər verəcəkdir.

6:165

وَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ ﴿165﴾

Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir.

7:1

الٓمٓصٓ ﴿1﴾

Əlif. Ləm. Mim. Sad.

7:2

كِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿2﴾

Bu, insanları qorxutmaq və mö­minlərə öyüd-nəsihət ver­mək üçün sə­nə nazil edilən Ki­tabdır. Ona görə qəl­bin heç narahat ol­ma­sın.

7:3

ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿3﴾

Rəbbinizdən sizə nazil edi­lənə ta­be olun. Onu qoyub baş­qa dostlara uy­mayın. Siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz.

7:4

وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ ﴿4﴾

Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya gü­nor­­ta çağı ya­tıb istirahət etdikləri vaxt gəl­di.

7:5

فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿5﴾

Əzabımız onları haqla­dı­ğı zaman onların çağırışları: “Həqi­qə­tən, biz za­lım olmu­şuq!”– de­məkdən başqa bir şey olmadı.

7:6

فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ ﴿6﴾

Biz, mütləq elçi göndəri­lən üm­mə­ti və göndərilmiş el­çiləri sor­ğu-suala tutacağıq.

7:7

فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ ﴿7﴾

Onlara etdikləri əməlləri ba­­rədə Öz elmimizlə bildirə­cəyik. Axı Biz qaib de­yildik.

7:8

وَٱلۡوَزۡنُ يَوۡمَئِذٍ ٱلۡحَقُّۚ فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿8﴾

O gün əməllərin tərəzidə çə­kilməsi bir həqiqətdir. Tərə­zi­ləri ağır gələnlər – məhz onlar nicat ta­panlardır.

7:9

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ ﴿9﴾

Tərəziləri yüngül gələn­lər isə ayə­lərimizə qarşı haq­sızlıq et­diklərinə gö­rə özlərini ziyana uğradanlardır.

7:10

وَلَقَدۡ مَكَّنَّـٰكُمۡ فِي ٱلۡأَرۡضِ وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَۗ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ﴿10﴾

Biz sizi yer üzündə yer­ləşdirdik və orada sizin üçün do­la­nı­şıq vasitələri yaratdıq. Ne­cə də az şükür edirsiniz!

7:11

وَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ ﴿11﴾

Sizi xəlq etdik, sonra si­zə surət verdik, sonra da mə­lək­lərə: “Adəmə səc­də edin!”– dedik. İb­lisdən başqa ha­mı­sı səc­də etdi. O, səcdə edənlər­dən ol­madı.

7:12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ﴿12﴾

Allah dedi: “Mən sənə əmr etdik­də sənə səcdə etməyə nə ma­ne oldu?” İblis dedi: “Mən on­dan daha üstünəm. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan!”

7:13

قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّـٰغِرِينَ ﴿13﴾

Allah buyurdu: “Oradan aşa­ğı en! Orada təkəbbür­lük gös­tər­mək sənə ya­ramaz. Çıx get, çünki sən alçaldılmış­lar­dan­san”.

7:14

قَالَ أَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿14﴾

İblis dedi: “Onların diril­diləcəyi günə qədər mənə möh­lət ver”.

7:15

قَالَ إِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ﴿15﴾

Allah dedi: “Şübhəsiz ki, sən möh­lət verilənlərdənsən”.

7:16

قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ ﴿16﴾

İblis dedi: “Sən məni yol­dan çı­xart­dığına görə mən də Sə­nin düz yo­lu­nun üstündə oturub insanları tov­la­ya­ca­ğam.

7:17

ثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ ﴿17﴾

Sonra onların yanına ön­lə­rindən və arxalarından, sağ­la­rın­dan və sol­la­rın­dan gələcə­yəm və Sən onların ək­sə­riy­yə­ti­ni şükür edən görməyə­cək­sən”.

7:18

قَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ ﴿18﴾

Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! On­lardan hər kəs sənin ar­dın­ca getsə, əlbəttə, Cə­hən­nəmi si­zin ha­mınızla doldu­raca­ğam.

7:19

وَيَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿19﴾

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bə­yən­diyiniz yer­lər­də yeyin, an­caq bu ağaca yaxın­laş­ma­yın! Yox­sa öz­lə­ri­nə zülm edənlər­dən olar­­sı­nız”.

7:20

فَوَسۡوَسَ لَهُمَا ٱلشَّيۡطَٰنُ لِيُبۡدِيَ لَهُمَا مَا وُۥرِيَ عَنۡهُمَا مِن سَوۡءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنۡ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيۡنِ أَوۡ تَكُونَا مِنَ ٱلۡخَٰلِدِينَ ﴿20﴾

Şeytan onların bir-birin­dən gizli qalan ayıb yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara pıçıldayıb dedi: “Rəbbi­niz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbə­di qalan­lar­dan olmayasınız”.

7:21

وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّـٰصِحِينَ ﴿21﴾

Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi.

7:22

فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ ﴿22﴾

Beləliklə, şeytan onları tov­layaraq Cənnətdən aşağı en­dirdi. Hər ikisi ağac­dan dad­dıq­da ayıb yerləri özlərinə gö­ründü və on­lar Cənnət ağac­la­rının yarpaq­ların­dan ayıb yer­lərinin üstünə ört­mə­yə baş­la­dılar. Rəbbi onlara be­lə mü­ra­ciət etdi: “Mən sizə o ağacı qa­­da­ğan etmədimmi və şey­tan si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?”

7:23

قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿23﴾

Hər ikisi: “Ey Rəbbi­miz! Biz özü­müzə zülm etdik. Əgər bizi ba­ğış­la­ma­san və bizə rəhm etməsən, əlbəttə, zi­yana uğ­ra­yan­lar­dan olarıq”– dedilər.

7:24

قَالَ ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿24﴾

Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yer­də si­zin üçün mü­əyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır”.

7:25

قَالَ فِيهَا تَحۡيَوۡنَ وَفِيهَا تَمُوتُونَ وَمِنۡهَا تُخۡرَجُونَ ﴿25﴾

Allah dedi: “Siz orada ya­şayacaq, orada öləcək və ora­dan çı­xa­rıla­caq­sı­nız”.

7:26

يَٰبَنِيٓ ءَادَمَ قَدۡ أَنزَلۡنَا عَلَيۡكُمۡ لِبَاسٗا يُوَٰرِي سَوۡءَٰتِكُمۡ وَرِيشٗاۖ وَلِبَاسُ ٱلتَّقۡوَىٰ ذَٰلِكَ خَيۡرٞۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ﴿26﴾

Ey Adəm oğulları! Sizə ayıb yer­lə­rinizi örtəcək libas və bə­zək-düzək nazil etdik. Təq­va libası isə daha xeyir­li­dir. Bu, Allahın dəlillərindən­dir. Bəl­kə düşünüb onlardan ibrət alası­nız.

7:27

يَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ ﴿27﴾

Ey Adəm oğulları! Şey­tan, əc­da­dı­nızın ayıb yerlərini özlə­ri­nə gös­tər­mək məqsədilə aldada­raq libaslarını so­yundu­rub Cən­nət­dən çıxartdığı kimi, sizi də al­datmasın. Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər. Hə­qi­­qə­tən, Biz, şeytanları iman gətirməyən­lə­rin dostları etdik.

7:28

وَإِذَا فَعَلُواْ فَٰحِشَةٗ قَالُواْ وَجَدۡنَا عَلَيۡهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَاۗ قُلۡ إِنَّ ٱللَّهَ لَا يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿28﴾

Onlar yaramaz əməl et­dik­ləri za­man: “Atalarımızı be­lə gör­dük. Allah da bizə bunu əmr et­mişdir”– deyir­lər. De: “Allah ya­ra­maz əməlləri əmr et­məz. Yoxsa Allaha qarşı bil­mədiyinizi danı­şır­sı­nız?”

7:29

قُلۡ أَمَرَ رَبِّي بِٱلۡقِسۡطِۖ وَأَقِيمُواْ وُجُوهَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۚ كَمَا بَدَأَكُمۡ تَعُودُونَ ﴿29﴾

De: “Rəbbim ədalətli ol­mağı əmr etdi. Hər səcdə etdi­yiniz yer­də üzü­nü­zü Ona tu­tun və Allaha dini məhz Ona məxsus edə­rək dua edin. Sizi ilk dəfə yaratdığı kimi dirilə­cəksiniz”.

7:30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيۡهِمُ ٱلضَّلَٰلَةُۚ إِنَّهُمُ ٱتَّخَذُواْ ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ﴿30﴾

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, di­gər­lə­rinə isə haqq yoldan az­maq layiq görüldü. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğ­ru yol­dadırlar.