quranm◉

Hizb 56

Range
from 63:4 to 67:30
Surahs covered
Tərcümə
80 Tərcümə

◉

63:4

وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿4﴾

Sən onlara baxdıqda onların bə­dən quru­luş­ları xoşuna gəlir, danı­şan­da on­ların de­diklərinə qulaq asırsan. Halbuki, on­lar divara söy­kə­dilmiş dirəklər kimidir­lər. Onlar hər bir səs-küyün özlə­rinə qar­şı olduğu­nu sanırlar. Onlar düş­mən­dir­lər. Sən onlar­dan çəkin! Allah onları məhv etsin, necə də haq­dan dön­də­rilirlər!

63:5

وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ يَسۡتَغۡفِرۡ لَكُمۡ رَسُولُ ٱللَّهِ لَوَّوۡاْ رُءُوسَهُمۡ وَرَأَيۡتَهُمۡ يَصُدُّونَ وَهُم مُّسۡتَكۡبِرُونَ ﴿5﴾

Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən.

63:6

سَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿6﴾

Sən onlar üçün bağış­lan­ma dilə­sən də, diləməsən də, fərqi yox­dur. Allah onları ba­ğışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yo­la yö­nəlt­məz.

63:7

هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَىٰ مَنۡ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّواْۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَفۡقَهُونَ ﴿7﴾

Məhz onlar: “Allahın Rəsulu ya­nın­da olanlara bir şey ver­mə­yin ki, da­ğı­lıb get­sin­lər!”– deyirlər. Halbuki göy­lərin və yerin xə­zi­nələri Allahındır, la­kin mü­nafiqlər anlamırlar.

63:8

يَقُولُونَ لَئِن رَّجَعۡنَآ إِلَى ٱلۡمَدِينَةِ لَيُخۡرِجَنَّ ٱلۡأَعَزُّ مِنۡهَا ٱلۡأَذَلَّۚ وَلِلَّهِ ٱلۡعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلۡمُؤۡمِنِينَ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَعۡلَمُونَ ﴿8﴾

Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər.

63:9

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿9﴾

Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır.

63:10

وَأَنفِقُواْ مِن مَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ فَيَقُولَ رَبِّ لَوۡلَآ أَخَّرۡتَنِيٓ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿10﴾

Sizlərdən birinə ölüm gə­lib: “Ey Rəbbim! Mənə bir az möh­lət ver ki, sə­dəqə verib əməlisalehlərdən olum!”– de­məmişdən əv­vəl sizə verdi­yim ruzi­dən xərcləyin.

63:11

وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿11﴾

Allah əcəli çatmışlara əs­la möh­lət verməz. Allah sizin nə etdikləriniz­dən xəbərdardır.

64:1

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿1﴾

Göylərdə və yerdə olan­ların ha­mısı Allahın şəninə tə­riflər de­yir. Hökm Onun­dur, həmd Ona məxsusdur. O, hər şeyə qa­dir­dir.

64:2

هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٞ وَمِنكُم مُّؤۡمِنٞۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿2﴾

Sizi yaradan Odur. Kimi­niz kafir, kiminiz də mömin­dir. Allah nə etdiklə­rinizi görür.

64:3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿3﴾

O, göyləri və yeri əda­lət­lə yaratdı, sizə surət verib on­ları gö­zəl şəklə saldı. Dönüş də Onadır.

64:4

يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿4﴾

O, göylərdə və yerdə olan­ları bilir. Sizin gizlində və aş­kar­da nə et­di­yinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.

64:5

أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿5﴾

Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır.

64:6

ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٞ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٞ ﴿6﴾

Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, on­lar isə: “Mə­gər bizə bir in­san­mı doğru yol gös­tə­rə­­cək?”– de­yir­di­lər. On­lar küfr edir və üz döndərirdilər. Allahın on­lara eh­tiyacı yox­dur. Allah Zəngin­dir, Tərifə­layiq­dir.

64:7

زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿7﴾

Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De: “Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!”

64:8

فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِيٓ أَنزَلۡنَاۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿8﴾

Elə isə Allaha, Onun El­çisinə və nazil etdiyimiz Nura (Qu­ra­na) iman gətirin! Allah nə etdiklərinizdən xəbər­dardır.

64:9

يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿9﴾

O gün Allah sizi Top­lan­ma günü­nə cəm edəcək. Hə­min gün qar­şı­lıqlı al­danma günü­dür. Hər kəs Allaha iman gə­ti­rib yaxşı iş­lər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Onlar orada əbədi qa­lacaq­lar. Bu, böyük müvəffəqiyyətdir.

64:10

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿10﴾

Kafir olub ayələrimizi yalan sa­yan­lara gəldikdə isə, onlar Cə­hən­nəm sakinləridir. Onlar orada əbədi qala­caqlar. Ora necə də pis dönüş yeridir!

64:11

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿11﴾

Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yö­nəldər. Allah hər şeyi bilir.

64:12

وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿12﴾

Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçi­mizin öh­dəsinə dü­şən yalnız açıq bir təbliğdir.

64:13

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿13﴾

Allah! Ondan başqa iba­də­tə layiq olan mə­bud yoxdur. Qoy mö­minlər yal­nız Allaha təvəkkül etsinlər.

64:14

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوّٗا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿14﴾

Ey iman gətirənlər! Şüb­həsiz ki, zövcələrinizdən və öv­la­dı­nız­dan sizə düşmən olan­lar da vardır. Onlardan özü­nü­zü qo­ru­yun! Lakin on­ları əfv et­sə­niz, günahlarından keçsəniz və bağış­la­sa­nız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.

64:15

إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ ﴿15﴾

Həqiqətən, var-dövləti­niz və öv­ladlarınız ancaq bir sınaq­dır. Böyük mü­kafat isə Allah yanındadır.

64:16

فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿16﴾

Nə qədər bacarırsınızsa Allah­dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malı­nızdan öz xeyriniz üçün xərc­lə­yin. Nəfsinin tamahından qo­ru­nanlar – məhz onlar nicat tapanlardır.

64:17

إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ﴿17﴾

Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yo­lun­da xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi ba­ğış­la­yar. Allah şükürün əvəzi­ni verəndir, həlimdir.

64:18

عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿18﴾

Allah qeybi və aşkarı bilən­dir, Qüdrətlidir, Hikmət sahi­bi­dir.

65:1

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا ﴿1﴾

Ey Peyğəmbər! Qadınları boşadı­ğınız zaman onları göz­ləmə müd­dət­lə­rində boşayın, gözləmə müddətini he­sabla­yın və Rəb­bi­niz olan Allahdan qor­xun. Onları, açıq-aşkar zina­kar­lıq et­mələri is­tisna ol­maqla, öz evlərinizdən qovub çıxart­ma­yın və onlar özləri də çıx­ma­sın­lar. Bu, Allahın qoy­du­ğu hüdud­lar­dır. Allahın qoydu­ğu hü­dud­ları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bil­sin ki, Allah bundan sonra başqa bir hökm versin.

65:2

فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ فَارِقُوهُنَّ بِمَعۡرُوفٖ وَأَشۡهِدُواْ ذَوَيۡ عَدۡلٖ مِّنكُمۡ وَأَقِيمُواْ ٱلشَّهَٰدَةَ لِلَّهِۚ ذَٰلِكُمۡ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مَخۡرَجٗا ﴿2﴾

Gözləmə vaxtı bitdikdə on­ları şə­riətə müvafiq olaraq sax­layın və yaxud onlardan mü­vafiq qay­dada ayrılın. Ara­nız­dan iki əda­lət­li şahid çağı­rın və Allah üçün şahidlik edin. Allaha və Axirət gü­nünə iman gətirənlərə verilən nəsihət bu­dur. Allahdan qor­xa­na, Allah çıxış yolu göstərər

65:3

وَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا ﴿3﴾

və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur.

65:4

وَٱلَّـٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّـٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ﴿4﴾

Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır. Ha­milə qadınların gözləmə müd­dəti isə onlar ha­miləlikdən azad olana qədər­dir. Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar.

65:5

ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا ﴿5﴾

Bu, Allahın sizə nazil et­di­yi əmri­dir. Kim Allahdan qor­xarsa, Allah onun günahla­rın­dan keçər və onun mükafa­tını artı­rar.

65:6

أَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ ﴿6﴾

Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin.

65:7

لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا ﴿7﴾

Var-dövlət sahibi öz va­rına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyin­dən xərcləsin. Allah heç kəsin üzərinə Özü­nün ona verdiyi ne­mətdən artıq yük qoymaz. Allah hər bir çə­tin­lik­dən sonra asanlıq verir.

65:8

وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا ﴿8﴾

Neçə-neçə məmləkətlər öz Rəbbi­nin və Onun elçilə­rinin əm­ri­nə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib on­ları dəhşətli əzab­lara düçar etdik.

65:9

فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا ﴿9﴾

Onlar əməllərinin cəzası­nı daddı­lar və aqibətləri ziya­na uğ­ra­maq oldu.

65:10

أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا ﴿10﴾

Allah onlar üçün şiddət­li əzab hazırladı. Ey iman gə­tir­miş ağıl sahib­ləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmiş

65:11

رَّسُولٗا يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٖ لِّيُخۡرِجَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ قَدۡ أَحۡسَنَ ٱللَّهُ لَهُۥ رِزۡقًا ﴿11﴾

və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir.

65:12

ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا ﴿12﴾

Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz.

66:1

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿1﴾

Ey Peyğəmbər! Zövcə­lə­ri­ni razı salmağa çalışaraq Alla­hın sə­nə halal et­diyi şeyi nə üçün özünə qadağan edir­sən?! Allah Ba­ğış­la­yan­dır, Rəhm­li­dir.

66:2

قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴿2﴾

Allah, andlarınızdan kəf­fa­rə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Bi­ləndir, Hik­mət sahibidir.

66:3

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ ﴿3﴾

Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr ver­di. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bu­nu Pey­ğəm­bərə aşkar et­dik­də, o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bil­dirdi, digər qis­mindən isə vaz keçdi. Pey­ğəm­bər bunu ona bildir­dik­də zöv­cəsi dedi: “Bunu sənə kim xə­bər verdi?” O dedi: “Bunu mə­nə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”

66:4

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَـٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ ﴿4﴾

Əgər ikiniz də Allaha töv­bə etsə­niz, yaxşı olar. Çünki hər iki­ni­zin qəlbi günaha meyl et­mişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəstək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır.

66:5

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَـٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَـٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا ﴿5﴾

Əgər o sizi boşasa, Rəbbi sizin əvə­zinizə ona sizdən da­ha yax­şı zöv­cələr – müsəlman, mö­min, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qa­dın­lar və bakirə qızlar verə bi­lər.

66:6

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَـٰٓئِكَةٌ غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ ﴿6﴾

Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun! Onun başı üs­tündə Alla­hın onlara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­.

66:7

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿7﴾

Ey kafir olanlar! Bu gün üzr dilə­mə­yin. Siz ancaq etdi­yiniz əməl­lərin cəza­sını çəkə­cəksiniz!

66:8

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿8﴾

Ey iman gətirənlər! Alla­ha səmimi olaraq tövbə edin. Ola bil­sin ki, Rəb­biniz günah­la­rı­nızdan keçsin və sizi, Allah o Pey­ğəm­bə­ri və onunla bir­lik­də iman gə­tirənləri utandır­ma­ya­cağı gün­də, ağacları al­tından çaylar axan cən­nətlərə daxil etsin. Onların nuru ön­lə­rin­dən və sağ tərəflərindən ət­rafa ya­yılacaq. On­lar de­yə­cək­lər: “Ey Rəb­bimiz! Nuru­mu­zu bi­zim üçün tamamla və bi­zi ba­ğışla. Həqiqə­tən, Sən hər şeyə qadirsən!”

66:9

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿9﴾

Ey Peyğəmbər! Kafirlərə və mü­nafiqlərə qarşı vuruş! On­larla sərt dav­ran! Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora necə də pis dö­nüş yeridir!

66:10

ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّـٰخِلِينَ ﴿10﴾

Allah kafirlərə Nuhun ar­vadı ilə Lutun arvadını misal çək­di. Onlar Bi­zim əməlisaleh qullarımızdan iki qulun ni­kahı altında idi­lər. Onlar ərlərinə xə­yanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bil­mədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda gi­rin!”– de­yildi.

66:11

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿11﴾

Allah iman gətirənlərə isə Firo­nun zövcəsini misal çək­di. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cən­nətdə bir ev tik. Mə­ni Firondan və onun əmə­lindən xilas et. Məni zalım adam­lar­dan qurtar!”– de­mişdi.

66:12

وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ ﴿12﴾

Həmçinin ismətini qoru­yan İm­ran qızı Məryəmi də mi­sal çək­di. Biz ona Öz ruhu­muz­dan (Cəbrail vasitəsilə) üfür­dük. O, Rəbbinin Söz­lərini və Onun Kitablarını təs­diq et­di və itaət edənlərdən ol­du.

67:1

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿1﴾

Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir.

67:2

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ﴿2﴾

Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır.

67:3

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ﴿3﴾

Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi?

67:4

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ﴿4﴾

Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək.

67:5

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ﴿5﴾

Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq.

67:6

وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿6﴾

Rəbbinə qarşı çıxanlar Cə­hənnəm əzabına düçar olacaq­lar. Ora nə pis dö­nüş yeridir.

67:7

إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ ﴿7﴾

Onlar oraya atıldıqda onun dəh­şətli uğultuyla qay­na­dı­ğı­nı eşidə­cəklər.

67:8

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ ﴿8﴾

Cəhənnəm, qəzəbindən az qala par­çalansın. Hər dəfə bir dəs­tə oraya atı­larkən Cəhənnə­min gözətçiləri onlardan soru­şa­caq­lar: “Mə­gər sizə xəbər­darlıq edən bir peyğəmbər gəl­məmişdi?”

67:9

قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ ﴿9﴾

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəl­miş­di. Amma biz onu ya­lan­çı sayıb: “Allah heç bir şey na­zil et­mə­yib, siz də ancaq bö­yük bir azğınlıq içindəsiniz”– demişdik.

67:10

وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿10﴾

Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq alovlu od sa­kinlərinin içində olmazdıq!”

67:11

فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿11﴾

Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri!

67:12

إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ﴿12﴾

Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var.

67:13

وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿13﴾

Sözünüzü gizli saxla­sa­nız da, onu açıq desəniz də, fər­qi yox­dur, Allah köks­lərdə olan­ları bilir.

67:14

أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ﴿14﴾

Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu hal­da, ola bilərmi ki, O, giz­lində və aşkarda olanları bil­məsin?

67:15

هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ ﴿15﴾

Yeri sizin ixtiyarınıza ve­rən Odur. Onun hər tərəfin­də gəzin və Allahın ru­zisindən ye­yin. Qayıdış da Onadır.

67:16

ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ﴿16﴾

Göydə olan Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi? O za­man yer hərəkətə gəlib titrəyəcək.

67:17

أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ﴿17﴾

Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmaya­ca­ğına əminsinizmi? Siz, Mə­nim xəbərdarlığımın necə nəti­cələr verdiyini bi­ləcəksiniz.

67:18

وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿18﴾

Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmiş­dilər. Gö­rəydin Mə­nim onları həlak etməyim necə oldu!

67:19

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَـٰٓفَّـٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ ﴿19﴾

Məgər onlar başları üzə­rində dəs­tə-dəstə pərvazlanıb uçan, hər­dən də qa­nadlarını yı­ğan quşları görmürlərmi? On­ları havada an­caq Mərhəmətli Allah saxla­yır. Şübhəsiz ki, O, hər şeyi görür.

67:20

أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ﴿20﴾

Ya da Mərhəmətli Allah­dan başqa sizə kömək edə bilə­cək qo­şununuz var­mı? Kafir­lər an­caq aldanmaq­dadırlar!

67:21

أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ ﴿21﴾

Ya da O Öz ruzisini kəs­sə, sizə kim ruzi verə bilər? Xeyr, on­lar təkəb­bür göstər­mək­də və haqdan qaçmaqda davam edirlər.

67:22

أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿22﴾

Elə isə üzü üstə sürünə­rək gedən daha doğru yolda­dır, yox­sa düz yolda özü şax ge­dən?

67:23

قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ﴿23﴾

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

67:24

قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ﴿24﴾

De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!”

67:25

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿25﴾

Onlar deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”

67:26

قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ ﴿26﴾

De: “Buna aid bilgi yal­nız Allah yanındadır. Mən isə ancaq xə­bərdar və bəyan edə­nəm!”

67:27

فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ﴿27﴾

Kafirlər əzabın yaxın ol­duğunu gördükdə üzləri eybə­cər gör­kəm ala­caq və on­lara: “Sizin durmadan istədi­yiniz əzab bax bu­dur!”– deyilə­cək.

67:28

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ ﴿28﴾

De: “Deyin görüm, əgər Allah məni və mənimlə bir­lik­də olan­ları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz ka­fir­lə­ri ağrılı-acılı əzab­dan kim qurtara bilər?”

67:29

قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿29﴾

De: “O, Mərhəmətli Allah­dır! Biz Ona iman gətirib, Ona tə­vək­kül etmi­şik. Ki­min tam az­ğınlıq içində olduğu­nu tez­liklə bilə­cək­siniz.

67:30

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ ﴿30﴾

De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allah­dan başqa kim sizə axar su gətirə bilər?”