quranm◉

Səhifə 576

Range
from 74:18 to 74:47
Surahs covered
Tərcümə
30 Tərcümə

◉

74:18

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾

Çünki o, fikirləşərək qə­rara gəldi.

74:19

فَقُتِلَ كَيۡفَ قَدَّرَ ﴿19﴾

Ona ölüm olsun! Necə qərara gəldi?!

74:20

ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ ﴿20﴾

Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi?!

74:21

ثُمَّ نَظَرَ ﴿21﴾

Sonra o nəzər saldı.

74:22

ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿22﴾

Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü.

74:23

ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ ﴿23﴾

Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi

74:24

فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ ﴿24﴾

və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil!

74:25

إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ ﴿25﴾

Bu, adi insan kəlamıdır!

74:26

سَأُصۡلِيهِ سَقَرَ ﴿26﴾

Mən onu Səqərə sala­ca­ğam.

74:27

وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ ﴿27﴾

Sən haradan biləsən ki, Səqər nədir?!

74:28

لَا تُبۡقِي وَلَا تَذَرُ ﴿28﴾

O, kimsəni sağ-salamat bu­rax­maz,

74:29

لَوَّاحَةٞ لِّلۡبَشَرِ ﴿29﴾

dərini yandırıb-yaxar.

74:30

عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ ﴿30﴾

Onun üzərində on doq­quz gözətçi mələk var.

74:31

وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ﴿31﴾

Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır.

74:32

كَلَّا وَٱلۡقَمَرِ ﴿32﴾

Xeyr! And olsun aya!

74:33

وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ ﴿33﴾

And olsun dönüb uzaq­laşan ge­cəyə!

74:34

وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ ﴿34﴾

And olsun ağarmaqda olan sübh çağına!

74:35

إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ ﴿35﴾

Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir,

74:36

نَذِيرٗا لِّلۡبَشَرِ ﴿36﴾

həm bəşəriyyət üçün xə­bərdar­lıqdır,

74:37

لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ ﴿37﴾

həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün.

74:38

كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ ﴿38﴾

Hər bir kəs qazan­dığı­nın giro­vuna çevrilir,

74:39

إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ ﴿39﴾

sağ tərəf sahiblərindən başqa.

74:40

فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ ﴿40﴾

Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar –

74:41

عَنِ ٱلۡمُجۡرِمِينَ ﴿41﴾

günahkarlar barəsində.

74:42

مَا سَلَكَكُمۡ فِي سَقَرَ ﴿42﴾

Sizi Səqərə salan nədir?

74:43

قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ ﴿43﴾

Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik.

74:44

وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ﴿44﴾

Kasıbı da yedizdirməz­dik.

74:45

وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ ﴿45﴾

Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,

74:46

وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ ﴿46﴾

və Haqq-hesab gününü yalan hesab edərdik –

74:47

حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ ﴿47﴾

ölüm yəqinliyi bizə gə­lə­nə qədər”.