quranm◉

Səhifə 577

Range
from 74:48 to 75:19
Surahs covered
Tərcümə
28 Tərcümə

◉

74:48

فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ ﴿48﴾

Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz.

74:49

فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ ﴿49﴾

Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər?

74:50

كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ ﴿50﴾

Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki,

74:51

فَرَّتۡ مِن قَسۡوَرَةِۭ ﴿51﴾

ovçulardan yaxud aslan­dan qaçır­lar.

74:52

بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ ﴿52﴾

Əksinə, onlardan hər bi­ri vəhy olunmuş səhifələrin məhz ona verilmə­sini istəyir.

74:53

كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ ﴿53﴾

Xeyr! Əksinə, onlar Axi­rətdən qorxmurlar.

74:54

كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ ﴿54﴾

Xeyr! Bu Quran bir nə­sihətdir.

74:55

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿55﴾

İstəyən onu xatır­layar.

74:56

وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ ﴿56﴾

Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur!

75:1

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ﴿1﴾

And içirəm Qiyamət gü­nünə!

75:2

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ﴿2﴾

And içirəm peşmançılıq çə­kən nəfsə!

75:3

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ﴿3﴾

İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik.

75:4

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ﴿4﴾

Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik.

75:5

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ﴿5﴾

Lakin insan bundan sonra da günah etmək fikrindədir.

75:6

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ﴿6﴾

O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur.

75:7

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ﴿7﴾

Gözlər bərələ qalacağı,

75:8

وَخَسَفَ ٱلۡقَمَرُ ﴿8﴾

ay tutulacağı

75:9

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ﴿9﴾

və günəşlə ayın qovuşa­cağı zaman –

75:10

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ﴿10﴾

o gün insan deyəcək: “Hara qaçaq?”

75:11

كَلَّا لَا وَزَرَ ﴿11﴾

Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq.

75:12

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ﴿12﴾

O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq.

75:13

يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ﴿13﴾

O gün insana əvvəllər et­diyi və sonraya saxladığı əməl­ləri ba­rədə xəbər veriləcək.

75:14

بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ ﴿14﴾

Əslində, insan öz əley­hi­nə şahid­lik edəcək –

75:15

وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ ﴿15﴾

üzrlü olub-olmadığı bü­tün hal­ları ortaya qoysa da.

75:16

لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ ﴿16﴾

Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə!

75:17

إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ ﴿17﴾

Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir.

75:18

فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ ﴿18﴾

Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə.

75:19

ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ ﴿19﴾

Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir.