quranm◉

Mövzular · az (Səhifə 6)

265 Ayə · Mövzular · az

Al-Jinn 72:14

وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَـٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا ﴿١٤﴾

Sözsüz ki, bizlərdən mü­səlman­lar da var, doğru yoldan sa­pan­lar da. Müsəlman olan şəxslər doğru yol tutan­lardır.

Al-Jinn 72:15

وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا ﴿١٥﴾

Doğru yoldan sapanlar Cə­hənnəm üçün odun olacaq­lar”.

Al-Jinn 72:16

وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا ﴿١٦﴾

Əgər onlar o yolda sabit qalsay­dılar, Biz onlara bol-bol su ve­rərdik.

Al-Jinn 72:17

لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا ﴿١٧﴾

Belə edərdik ki, bununla onları sı­nayaq. Kim öz Rəb­bi­nin zik­rin­dən üz döndərərsə, O, hə­min şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qo­yar.

Al-Jinn 72:18

وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا ﴿١٨﴾

Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etmə­yin!

Al-Jinn 72:19

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا ﴿١٩﴾

Allahın qulu qalxıb Alla­ha dua etdikdə cinlər az qala onun döv­rəsində bir-birinə ke­çib çəpər yaradırdılar.

Al-Jinn 72:20

قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا ﴿٢٠﴾

De: “Mən yalnız öz Rəb­bimə dua edirəm və kimisə Ona şə­rik qoşmu­ram!”

Al-Jinn 72:21

قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا ﴿٢١﴾

De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yö­nəlt­məyə qadir deyiləm!”

Al-Jinn 72:22

قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا ﴿٢٢﴾

De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bil­məz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!

Al-Jinn 72:23

إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ﴿٢٣﴾

Mənim əlimdən gələn an­caq Allahı və Onun göndər­dik­lərini təb­liğ et­mək­dir. Kim Alla­ha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qa­la­caqları Cəhənnəm odu ha­zır­lan­mış­dır”.

Al-Jinn 72:24

حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا ﴿٢٤﴾

Onlar özlərinə vəd olun­muş əzabı gördükləri zaman ki­min kö­məkçisinin daha zəif və sayca daha az olduğunu bilə­cəklər.

Al-Jinn 72:25

قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا ﴿٢٥﴾

De: “Mən sizə vəd olun­muş əza­bın yaxın olduğunu və ya­xud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bil­mirəm.

Al-Jinn 72:26

عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا ﴿٢٦﴾

O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;

Al-Jinn 72:27

إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا ﴿٢٧﴾

razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki,

Al-Jinn 72:28

لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا ﴿٢٨﴾

hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.

Mövzular