quranm◉

Surah Fatir transliteration

◉ Surə · ∞

35:1

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿1﴾

Transliteration: Alhamdu lillahi fatiri alssamawati waalardi jaAAili almalaikati rusulan olee ajnihatin mathna wathulatha warubaAAa yazeedu fee alkhalqi ma yashao inna Allaha AAala kulli shayin qadeerun

Translation: Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir.

35:2

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿2﴾

Transliteration: Ma yaftahi Allahu lilnnasi min rahmatin fala mumsika laha wama yumsik fala mursila lahu min baAAdihi wahuwa alAAazeezu alhakeemu

Translation: Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir.

35:3

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿3﴾

Transliteration: Ya ayyuha alnnasu othkuroo niAAmata Allahi AAalaykum hal min khaliqin ghayru Allahi yarzuqukum mina alssamai waalardi la ilaha illa huwa faanna tufakoona

Translation: Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!

35:4

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿4﴾

Transliteration: Wain yukaththibooka faqad kuththibat rusulun min qablika waila Allahi turjaAAu alomooru

Translation: Əgər onlar səni yalançı he­sab et­sələr, bil ki, səndən əv­vəl də el­çilər ya­lançı hesab olun­muşdu. Bütün işlər an­caq Alla­ha qay­ta­rı­la­­caqdır.

35:5

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ﴿5﴾

Transliteration: Ya ayyuha alnnasu inna waAAda Allahi haqqun fala taghurrannakumu alhayatu alddunya wala yaghurrannakum biAllahi algharooru

Translation: Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dün­ya sizi al­datmasın, tovlayan şeytan da sizi yol­dan çıxartmasın.

35:6

إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوّٞ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿6﴾

Transliteration: Inna alshshaytana lakum AAaduwwun faittakhithoohu AAaduwwan innama yadAAoo hizbahu liyakoonoo min ashabi alssaAAeeri

Translation: Şübhəsiz ki, şeytan sizin düşmə­ni­nizdir, siz də onu düş­mən sa­yın. O öz tərəf­darlarını Od sakini olmağa ça­ğırır.

35:7

ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٌ ﴿7﴾

Transliteration: Allatheena kafaroo lahum AAathabun shadeedun waallatheena amanoo waAAamiloo alssalihati lahum maghfiratun waajrun kabeerun

Translation: Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gəti­rib yax­şı işlər gö­rən­lər üçün isə bağışlanma və böyük bir mü­kafat ha­zır­lanmışdır.

35:8

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ﴿8﴾

Transliteration: Afaman zuyyina lahu sooo AAamalihi faraahu hasanan fainna Allaha yudillu man yashao wayahdee man yashao fala tathhab nafsuka AAalayhim hasaratin inna Allaha AAaleemun bima yasnaAAoona

Translation: Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir.

35:9

وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ﴿9﴾

Transliteration: WaAllahu allathee arsala alrriyaha fatutheeru sahaban fasuqnahu ila baladin mayyitin faahyayna bihi alarda baAAda mawtiha kathalika alnnushooru

Translation: Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz on­ları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla can­landırı­rıq. Ölülərin dirildilməsi də belə olacaqdır.

35:10

مَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّـٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَمَكۡرُ أُوْلَـٰٓئِكَ هُوَ يَبُورُ ﴿10﴾

Transliteration: Man kana yureedu alAAizzata falillahi alAAizzatu jameeAAan ilayhi yasAAadu alkalimu alttayyibu waalAAamalu alssalihu yarfaAAuhu waallatheena yamkuroona alssayyiati lahum AAathabun shadeedun wamakru olaika huwa yabooru

Translation: Kim qüdrət sahibi olmaq istəsə, bil­sin ki, qüdrət bütün­lüklə an­caq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu ucal­dan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edən­ləri şid­dət­li bir əzab göz­ləyir. Onların qur­duq­ları hiylə­lər də boşa çı­xa­caq­dır.

35:11

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿11﴾

Transliteration: WaAllahu khalaqakum min turabin thumma min nutfatin thumma jaAAalakum azwajan wama tahmilu min ontha wala tadaAAu illa biAAilmihi wama yuAAammaru min muAAammarin wala yunqasu min AAumurihi illa fee kitabin inna thalika AAala Allahi yaseerun

Translation: Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

35:12

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿12﴾

Transliteration: Wama yastawee albahrani hatha AAathbun furatun saighun sharabuhu wahatha milhun ojajun wamin kullin takuloona lahman tariyyan watastakhrijoona hilyatan talbasoonaha watara alfulka feehi mawakhira litabtaghoo min fadlihi walaAAallakum tashkuroona

Translation: İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür.

35:13

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ ﴿13﴾

Transliteration: Yooliju allayla fee alnnahari wayooliju alnnahara fee allayli wasakhkhara alshshamsa waalqamara kullun yajree liajalin musamman thalikumu Allahu rabbukum lahu almulku waallatheena tadAAoona min doonihi ma yamlikoona min qitmeerin

Translation: O, gecəni gündüzə, gün­düzü də gecəyə qatır. O, gü­nə­şi və ayı ram et­mişdir. Onların hər biri müəyyən olun­muş vax­tadək hə­rə­kət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onun­dur. Sizin On­dan başqa yalvar­dıqla­rı­nız xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər.

35:14

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ ﴿14﴾

Transliteration: In tadAAoohum la yasmaAAoo duAAaakum walaw samiAAoo ma istajaboo lakum wayawma alqiyamati yakfuroona bishirkikum wala yunabbioka mithlu khabeerin

Translation: Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz.

35:15

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿15﴾

Transliteration: Ya ayyuha alnnasu antumu alfuqarao ila Allahi waAllahu huwa alghaniyyu alhameedu

Translation: Ey insanlar! Siz Allaha möh­tacsı­nız. Allah isə Zəngin­dir, Tə­ri­fə­layiqdir.

35:16

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ﴿16﴾

Transliteration: In yasha yuthhibkum wayati bikhalqin jadeedin

Translation: Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gəti­rər.

35:17

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ﴿17﴾

Transliteration: Wama thalika AAala Allahi biAAazeezin

Translation: Bu, Allah üçün çətin de­yil.

35:18

وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ﴿18﴾

Transliteration: Wala taziru waziratun wizra okhra wain tadAAu muthqalatun ila himliha la yuhmal minhu shayon walaw kana tha qurba innama tunthiru allatheena yakhshawna rabbahum bialghaybi waaqamoo alssalata waman tazakka fainnama yatazakka linafsihi waila Allahi almaseeru

Translation: Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yü­kü­nü daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, o yük­dən heç nə da­şın­maz. Sən an­caq Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və na­maz qılanları xəbərdar edir­sən. Kim günah­lardan tə­miz­lə­nir­sə, öz xe­yri­nə təmiz­lənmiş olur. Qa­yı­dış də ancaq Allahadır.

35:19

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ ﴿19﴾

Transliteration: Wama yastawee alaAAma waalbaseeru

Translation: Kor ilə görən eyni de­yil­,

35:20

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ ﴿20﴾

Transliteration: Wala alththulumatu wala alnnooru

Translation: zülmətlərlə nur da,

35:21

وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ ﴿21﴾

Transliteration: Wala alththillu wala alharooru

Translation: kölgə ilə bürkü də eyni deyil.

35:22

وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ ﴿22﴾

Transliteration: Wama yastawee alahyao wala alamwatu inna Allaha yusmiAAu man yashao wama anta bimusmiAAin man fee alquboori

Translation: Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən.

35:23

إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ ﴿23﴾

Transliteration: In anta illa natheerun

Translation: Sən ancaq qorxudub xə­bərdar edənsən.

35:24

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ ﴿24﴾

Transliteration: Inna arsalnaka bialhaqqi basheeran wanatheeran wain min ommatin illa khala feeha natheerun

Translation: Həqiqətən, Biz səni haq­la müjdə verən və xə­bər­dar edən ola­raq gön­dər­dik. Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın.

35:25

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ ﴿25﴾

Transliteration: Wain yukaththibooka faqad kaththaba allatheena min qablihim jaathum rusuluhum bialbayyinati wabialzzuburi wabialkitabi almuneeri

Translation: Əgər onlar səni yalançı hesab et­sələr, bil ki, onlardan əv­vəl­ki­lər də elçi­ləri yalançı he­sab etmişdilər. Halbuki elçi­ləri onlara ay­dın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər.

35:26

ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿26﴾

Transliteration: Thumma akhathtu allatheena kafaroo fakayfa kana nakeeri

Translation: Sonra Mən haqqı inkar edənləri ya­xaladım. Görəydin Mənim on­ları həlak etmə­yim necə oldu!

35:27

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ ﴿27﴾

Transliteration: Alam tara anna Allaha anzala mina alssamai maan faakhrajna bihi thamaratin mukhtalifan alwanuha wamina aljibali judadun beedun wahumrun mukhtalifun alwanuha wagharabeebu soodun

Translation: Məgər Allahın göydən yağmur endirdiyini və onunla müx­tə­lif rəngli meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi? Dağ­larda da müx­təlif rəngli – ağ, qır­mızı və tünd qara cı­ğır­lar əmələ gə­tirdik.

35:28

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَـٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿28﴾

Transliteration: Wamina alnnasi waalddawabbi waalanAAami mukhtalifun alwanuhu kathalika innama yakhsha Allaha min AAibadihi alAAulamao inna Allaha AAazeezun ghafoorun

Translation: İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəng­li olan­ları vardır. Allahdan Öz qulları ara­sın­da ancaq alimlər qor­xarlar. Həqi­qətən, Allah Qüdrətlidir, Ba­ğış­layandır.

35:29

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ ﴿29﴾

Transliteration: Inna allatheena yatloona kitaba Allahi waaqamoo alssalata waanfaqoo mimma razaqnahum sirran waAAalaniyatan yarjoona tijaratan lan taboora

Translation: Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki,

35:30

لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ ﴿30﴾

Transliteration: Liyuwaffiyahum ojoorahum wayazeedahum min fadlihi innahu ghafoorun shakoorun

Translation: Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın. Hə­qiqətən, O, Bağış­la­yandır, şü­kürün əvə­zini verəndir.

35:31

وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ ﴿31﴾

Transliteration: Waallathee awhayna ilayka mina alkitabi huwa alhaqqu musaddiqan lima bayna yadayhi inna Allaha biAAibadihi lakhabeerun baseerun

Translation: Sənə vəhy etdiyimiz Ki­tab, özün­dən əvvəlkiləri təs­diq­ləyici ki­mi gələn haqdır. Hə­qi­qətən, Allah Öz qulların­dan Xə­bərdardır, Gö­rəndir.

35:32

ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ﴿32﴾

Transliteration: Thumma awrathna alkitaba allatheena istafayna min AAibadina faminhum thalimun linafsihi waminhum muqtasidun waminhum sabiqun bialkhayrati biithni Allahi thalika huwa alfadlu alkabeeru

Translation: Sonra, Kitabı qullarımız içəri­sin­dən seçdiklərimizə mi­ras et­dik. Onlar­dan kimisi özü­nə zülm edər, kimisi or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə yax­şı işlərdə öndə gedər. Bö­yük lütf də bu­dur.

35:33

جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ﴿33﴾

Transliteration: Jannatu AAadnin yadkhuloonaha yuhallawna feeha min asawira min thahabin waluluan walibasuhum feeha hareerun

Translation: Onlar Ədn cən­nətlərinə da­xil ola­caq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır.

35:34

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ ﴿34﴾

Transliteration: Waqaloo alhamdu lillahi allathee athhaba AAanna alhazana inna rabbana laghafoorun shakoorun

Translation: Onlar deyəcəklər: “Qəm-qüssəni biz­dən uzaq edən Alla­ha həmd ol­sun! Həqiqətən, Rəb­bi­miz Bağışlayandır, şü­kürün əvə­zini ve­rəndir.

35:35

ٱلَّذِيٓ أَحَلَّنَا دَارَ ٱلۡمُقَامَةِ مِن فَضۡلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٞ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٞ ﴿35﴾

Transliteration: Allathee ahallana dara almuqamati min fadlihi la yamassuna feeha nasabun wala yamassuna feeha lughoobun

Translation: Öz lütfü ilə bizi əbədi iqa­mət­gahda yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verəcək, nə də bir üz­gün­lük to­xu­na­caq­dır!”

35:36

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ ﴿36﴾

Transliteration: Waallatheena kafaroo lahum naru jahannama la yuqda AAalayhim fayamootoo wala yukhaffafu AAanhum min AAathabiha kathalika najzee kulla kafoorin

Translation: Kafirləri isə Cəhənnəm odu göz­ləyir. Orada nə öldü­rül­məz­lər ki, ölüb canları qur­tarsın, nə də bu odun əzabı on­lar üçün yün­gül­ləşdi­rilər. Biz hər bir kafiri belə cəza­lan­dı­rı­rıq.

35:37

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ ﴿37﴾

Transliteration: Wahum yastarikhoona feeha rabbana akhrijna naAAmal salihan ghayra allathee kunna naAAmalu awalam nuAAammirkum ma yatathakkaru feehi man tathakkara wajaakumu alnnatheeru fathooqoo fama lilththalimeena min naseerin

Translation: Onlar orada fəryad qo­parıb yal­varacaqlar: “Ey Rəb­bimiz! Bi­zi buradan çıxart ki, əv­vəllər etdiyimiz əməlləri de­yil, yaxşı əməl­lər edək”. On­lara de­yilə­cək: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünə bilə­cə­yi qədər uzun ömür ver­mə­dik­mi? Sizə qorxudub xə­bər­dar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kö­­mək edən olmaz”.

35:38

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿38﴾

Transliteration: Inna Allaha AAalimu ghaybi alssamawati waalardi innahu AAaleemun bithati alssudoori

Translation: Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. O, köks­lərdə olanları da bilir.

35:39

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا ﴿39﴾

Transliteration: Huwa allathee jaAAalakum khalaifa fee alardi faman kafara faAAalayhi kufruhu wala yazeedu alkafireena kufruhum AAinda rabbihim illa maqtan wala yazeedu alkafireena kufruhum illa khasaran

Translation: Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz.

35:40

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ﴿40﴾

Transliteration: Qul araaytum shurakaakumu allatheena tadAAoona min dooni Allahi aroonee matha khalaqoo mina alardi am lahum shirkun fee alssamawati am ataynahum kitaban fahum AAala bayyinatin minhu bal in yaAAidu alththalimoona baAAduhum baAAdan illa ghurooran

Translation: De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər.

35:41

إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ﴿41﴾

Transliteration: Inna Allaha yumsiku alssamawati waalarda an tazoola walain zalata in amsakahuma min ahadin min baAAdihi innahu kana haleeman ghafooran

Translation: Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub sax­layır. Əgər tərpənsə­lər, Ondan başqa onları heç kəs tutub sax­la­ya bilməz. Həqi­qə­tən də, O, Həlimdir, Bağışla­yandır.

35:42

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ﴿42﴾

Transliteration: Waaqsamoo biAllahi jahda aymanihim lain jaahum natheerun layakoonunna ahda min ihda alomami falamma jaahum natheerun ma zadahum illa nufooran

Translation: Onlar Allaha çox möh­kəm and içdilər ki, özlərinə qorxudan bir pey­ğəm­bər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda ola­caq­lar. Onlara qor­xu­dan peyğəmbər gəldikdə isə bu, onların an­caq nifrətini artırdı.

35:43

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ﴿43﴾

Transliteration: Istikbaran fee alardi wamakra alssayyii wala yaheequ almakru alssayyio illa biahlihi fahal yanthuroona illa sunnata alawwaleena falan tajida lisunnati Allahi tabdeelan walan tajida lisunnati Allahi tahweelan

Translation: Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.

35:44

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا ﴿44﴾

Transliteration: Awalam yaseeroo fee alardi fayanthuroo kayfa kana AAaqibatu allatheena min qablihim wakanoo ashadda minhum quwwatan wama kana Allahu liyuAAjizahu min shayin fee alssamawati wala fee alardi innahu kana AAaleeman qadeeran

Translation: Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? On­lar ki bun­lardan da­ha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola bi­ləcək heç bir şey yoxdur. Həqi­qə­tən, O, hər şeyi bi­ləndir, hər şeyə Qa­dir­dir.

35:45

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا ﴿45﴾

Transliteration: Walaw yuakhithu Allahu alnnasa bima kasaboo ma taraka AAala thahriha min dabbatin walakin yuakhkhiruhum ila ajalin musamman faitha jaa ajaluhum fainna Allaha kana biAAibadihi baseeran

Translation: Əgər Allah insanları et­dikləri gü­nahlara görə dərhal cə­za­lan­dır­saydı, yer üzündə bir canlını belə sağ burax­maz­dı. Lakin Allah onla­ra müəyyən vaxta­dək möhlət verir. Vaxt­ları çatanda isə hər kəsə öz əmə­linə görə cəza, yaxud mükafat ve­rə­cəkdir. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download