quranm◉

Mövzular · az (Səhifə 4)

183 Ayə · Mövzular · az

Al-Ahzab 33:26

وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا ﴿٢٦﴾

Allah Kitab əhlindən müt­təfiqlərə yardım edənləri öz qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz on­la­rın bir qis­mi­ni öldürür, bir qis­mi­ni də əsir götürürdünüz.

Al-Ahzab 33:27

وَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ﴿٢٧﴾

Allah sizi onların yerlə­rinə, yurd­larına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.

Ghafir 40:53

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ ﴿٥٣﴾

Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik –

Ghafir 40:54

هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿٥٤﴾

ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi.

Az-Zukhruf 43:63

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿٦٣﴾

İsa aydın dəlillərlə gəl­diyi za­man dedi: “Mən sizə hik­mət gə­tir­mi­şəm və barə­sində ziddiyyətə düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahdan qorxun və mənə itaət edin!

Az-Zukhruf 43:64

إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿٦٤﴾

Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Elə isə Ona ibadət edin! Budur düz yol!”

Az-Zukhruf 43:65

فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ ﴿٦٥﴾

Firqələr öz aralarında ix­tilafa düşdülər. Ağrılı-acılı bir gü­nün əza­bın­dan vay zalımla­rın halına!

Al-Jathiyah 45:16

وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿١٦﴾

Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik.

Al-Jathiyah 45:17

وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿١٧﴾

Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək.

Al-Ahqaf 46:10

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ وَكَفَرۡتُم بِهِۦ وَشَهِدَ شَاهِدٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَلَىٰ مِثۡلِهِۦ فَـَٔامَنَ وَٱسۡتَكۡبَرۡتُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿١٠﴾

De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür gös­tər­misi­nizsə, zülm et­­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yö­nəlt­məz!”

Al-Ahqaf 46:11

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ لَوۡ كَانَ خَيۡرٗا مَّا سَبَقُونَآ إِلَيۡهِۚ وَإِذۡ لَمۡ يَهۡتَدُواْ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفۡكٞ قَدِيمٞ ﴿١١﴾

Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər.

Al-Ahqaf 46:12

وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ ﴿١٢﴾

Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Ki­tabı var idi. Bu isə za­lımları qor­xut­maq və yaxşı iş görənlərə müjdə ver­mək üçün ərəb di­lin­də nazil edilmiş, əvvəlkiləri təs­diq edən bir Ki­tab­dır.

Al-Hadid 57:28

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَءَامِنُواْ بِرَسُولِهِۦ يُؤۡتِكُمۡ كِفۡلَيۡنِ مِن رَّحۡمَتِهِۦ وَيَجۡعَل لَّكُمۡ نُورٗا تَمۡشُونَ بِهِۦ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿٢٨﴾

Ey iman gətirənlər! Allah­dan qor­xun və Onun elçisinə iman gə­tirin! On­da O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağış­la­yar. Allah Ba­ğış­la­yandır, Rəhm­lidir.

Al-Hadid 57:29

لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿٢٩﴾

Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlin­dədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.

Al-Hashr 59:2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَـٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ﴿٢﴾

Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri!

Al-Hashr 59:3

وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ﴿٣﴾

Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır.

Al-Hashr 59:4

ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿٤﴾

Bu, onların Allaha və Onun Rəsuluna qarşı çıxmala­rına gö­rə­dir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şid­dətli cəza ve­rən­dir.

Al-Hashr 59:5

مَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ ﴿٥﴾

Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür.

Al-Hashr 59:6

وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٖ وَلَا رِكَابٖ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿٦﴾

Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir.

As-Saf 61:5

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿٥﴾

Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.

As-Saf 61:6

وَإِذۡ قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُم مُّصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَمُبَشِّرَۢا بِرَسُولٖ يَأۡتِي مِنۢ بَعۡدِي ٱسۡمُهُۥٓ أَحۡمَدُۖ فَلَمَّا جَآءَهُم بِٱلۡبَيِّنَٰتِ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ﴿٦﴾

Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər.

Al-Jumu'ah 62:5

مَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ يَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ يَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿٥﴾

Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz.

Al-Jumu'ah 62:6

قُلۡ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓاْ إِن زَعَمۡتُمۡ أَنَّكُمۡ أَوۡلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٦﴾

De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!”

Al-Jumu'ah 62:7

وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ ﴿٧﴾

Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır.

Al-Jumu'ah 62:8

قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٨﴾

De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək”.

Al-Bayyinah 98:1

لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ ﴿١﴾

Kitab əhlindən və müş­rik­lərdən inkar edənlər onlara açıq-ay­dın dəlil gəl­mə­yincə küfr­lə­rin­dən əl çəkmədilər.

Al-Bayyinah 98:2

رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ ﴿٢﴾

Bu dəlil pak səhifələri oxu­yan Allahın göndərdiyi El­çidir.

Al-Bayyinah 98:3

فِيهَا كُتُبٞ قَيِّمَةٞ ﴿٣﴾

Onların içində doğru ya­zılar var.

Al-Bayyinah 98:4

وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ ﴿٤﴾

Kitab verilənlər onlara yal­nız ay­dın bir dəlil gəldikdən sonra fir­qələrə bölündülər.

Al-Bayyinah 98:5

وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ ﴿٥﴾

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, hənif­lər ki­­mi ibadət et­mək, namaz qıl­maq və zəkat vermək əmr olun­muş­du. Doğru din də elə bu­dur!

Al-Bayyinah 98:6

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَـٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ ﴿٦﴾

Şübhəsiz ki, Kitab əhlin­dən və müş­riklərdən inkar edənlə­r, içində əbədi qa­la­caqları Cə­­hən­nəm odunda ola­caqlar. On­lar məx­lu­qatın ən pisi­dirlər.

Al-Bayyinah 98:7

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ ﴿٧﴾

İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar məxluqatın ən yax­şılarıdır.

Al-Bayyinah 98:8

جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ ﴿٨﴾

Onların Rəbbinin yanın­da­kı mü­ka­fatı ağacları al­tın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları Ədn cən­nətləridir. Allah on­lar­dan ra­zı­dır, onlar da On­dan ra­zı­dır­lar. Bu nemətlər, Rəb­bin­dən qorxan kim­sələrdən ötrü­dür!

Mövzular