quranm◉

Juz 22 ۞وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ

Range
from 33:31 to 36:27
Surahs covered
Tərcümə
169 Tərcümə

◉

33:31

وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ﴿31﴾

Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq.

33:32

يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ﴿32﴾

Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın.

33:33

وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا ﴿33﴾

Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir.

33:34

وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ﴿34﴾

Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah Lütf­kardır, hər şeydən Xəbərdar­dır.

33:35

إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّـٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّـٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ﴿35﴾

Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır.

33:36

وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا ﴿36﴾

Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür.

33:37

وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ﴿37﴾

Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­.

33:38

مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا ﴿38﴾

Allahın Peyğəmbərə ha­lal buyur­duğu bir şeydə ona heç bir gü­nah gəl­məz. Öncə gə­lib-gedənlər haqqında da Alla­hın qayda-qa­nunu belə idi. Alla­hın əmri əzəldən müəyyən edil­miş bir hökm­dür.

33:39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ﴿39﴾

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər.

33:40

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿40﴾

Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir.

33:41

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ ٱللَّهَ ذِكۡرٗا كَثِيرٗا ﴿41﴾

Ey iman gətirənlər! Alla­hı çox-çox yada salın!

33:42

وَسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا ﴿42﴾

Səhər-axşam Onun şəni­nə təriflər deyin!

33:43

هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا ﴿43﴾

Sizi zülmətlərdən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yir­lər. Allah mö­min­lərə qarşı Rəhm­lidir.

33:44

تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا ﴿44﴾

Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır.

33:45

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ﴿45﴾

Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik.

33:46

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا ﴿46﴾

Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik.

33:47

وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ﴿47﴾

Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.

33:48

وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿48﴾

Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir.

33:49

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ﴿49﴾

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın.

33:50

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّـٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّـٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿50﴾

Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir.

33:51

تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا ﴿51﴾

Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, is­tədiyini də öz yanına ala bilərsən. Özün­­dən ayır­dıq­la­rın­dan hansı birini ye­nidən öz yanına almaq istə­sən sə­nə heç bir gü­nah olmaz. Bu, onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir. Allah qəl­­bi­nizdə olan­ları bilir. Allah hər şeyi bi­lən­dir, həlimdir.

33:52

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا ﴿52﴾

Bundan sonra başqa qa­dınlarla evlənmək, gö­zəllikləri səni hey­ran etsə də, onları baş­qa qadınlarla dəyişmək sənə halal de­yil­dir. Sahib olduğun ca­ri­yələr isə istisnadır. Allah hər şeyə nə­zarət edən­dir.

33:53

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ﴿53﴾

Ey iman gətirənlər! Sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib ye­məyin hazırlan­masını da gözləməyin. Lakin dəvət olun­duqda gi­rin və ye­mək yedik­dən sonra bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Pey­ğəmbəri narahat edir və o sizdən uta­nır. Allah isə sözün açığını sizə bəyan et­mək­dən utanmır. Pey­ğəm­bə­rin zöv­cələ­rin­dən bir şey is­tədik­də, pərdə arxasından istəyin. Bu həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Sizə Allahın El­çisini na­razı salmaq, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yolve­ril­məz­dir. Hə­qi­qə­tən, bu, Allah ya­nında böyük günahdır.

33:54

إِن تُبۡدُواْ شَيۡـًٔا أَوۡ تُخۡفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿54﴾

Bir şeyi aşkara çı­xarsanız da, gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir.

33:55

لَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا ﴿55﴾

Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacı­la­rı­nın oğulları, müsəlman qadınların, sa­hib ol­duq­ları kə­niz­ləri ya­nında hicab geyməmələrində heç bir günah yox­dur. Ey qa­dın­lar, Allahdan qorxun! Şüb­həsiz ki, Allah hər şeyə şa­hid­dir.

33:56

إِنَّ ٱللَّهَ وَمَلَـٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا ﴿56﴾

Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.

33:57

إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا ﴿57﴾

Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dün­yada, həm də Axi­rətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırla­mış­dır.

33:58

وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ﴿58﴾

Mömin kişiləri və mö­min qadın­ları etmədikləri bir işdən öt­rü günah­landıranlar, sözsüz ki, öz üzərlərinə böh­tanla bəra­bər açıq-aydın ağır bir günah gö­türmüşlər.

33:59

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿59﴾

Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qa­dın­la­rına de ki, naməhrəm ya­nında çarşabları ilə örtün­sün­lər. Bu on­la­rın tanınması və on­lara əziyyət verilməməsi üçün daha müna­sib­dir. Allah Bağış­layandır, Rəhmlidir.

33:60

لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا ﴿60﴾

Əgər münafiqlər, qəlbi xəs­tə olan­lar və şəhərdə pis şa­yiələr ya­yan­lar öz ya­ra­maz əməllərinə son qoy­ma­sa­lar, səni onlara qar­şı çıx­mağa çağı­ra­rıq. Son­ra onlar orada ar­tıq səninlə an­caq qısa bir müd­dət ərzində qonşu­luq edər və

33:61

مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا ﴿61﴾

lənətlənmiş halda qalar­lar. Harada ələ keçsələr, yaxa­la­nıb aman­sızcasına öl­dürü­lər­lər.

33:62

سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ﴿62﴾

Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunla­rında heç bir dəyişiklik tapa bil­məzsən.

33:63

يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ﴿63﴾

Camaat sənə o Saat (Qiyamət günü) ba­rə­də sual verir. De: “Onu yal­nız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaş­mışdır.

33:64

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا ﴿64﴾

Həqiqətən, Allah kafir­lə­ri lənət­ləmiş və onlar üçün yan­dırıb-ya­xan Od hazırla­mışdır.

33:65

خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿65﴾

Onlar orada əbədi qala­caq, özlə­ri­nə nə bir himayəçi, nə də bir yardımçı tapa bil­mə­yəcəklər.

33:66

يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠ ﴿66﴾

Üzləri odda o yan-bu ya­na dön­dəriləcəyi gün onlar de­yə­cək­lər: “Kaş biz Allaha iba­dət edəydik, Onun Elçi­si­nə ita­ətkar olay­dıq!”

33:67

وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ﴿67﴾

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və bö­yük­ləri­mizə ita­ət etdik, on­lar da bizi haqq yoldan az­dır­dılar.

33:68

رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا ﴿68﴾

Ey Rəbbimiz! Onları iki­qat əziy­yətə sal və onları müd­hiş bir lə­nətə mə­ruz qoy!”

33:69

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا ﴿69﴾

Ey iman gətirənlər! Mu­sanı in­ci­dən şəxslərə oxşama­yın. Allah onu on­ların dedik­lə­rindən təmizə çıxartdı. O, Alla­hın ya­nın­da çox ehti­ram edi­lən şəxsdir.

33:70

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا ﴿70﴾

Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nı­şın ki,

33:71

يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا ﴿71﴾

O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­la­sın. Kim Allaha və Onun El­çi­sinə itaət etsə, böyük bir uğur qa­zanar.

33:72

إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا ﴿72﴾

Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. Lakin insan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir.

33:73

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا ﴿73﴾

Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları, müş­rik kişiləri və müşrik qa­dınları cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Bağış­la­yandır, Rəhmlidir.

34:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ﴿1﴾

Həmd, göylərdəkilərin və yer­də­kilərin ha­mısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsus­dur. O, Hikmət sahibidir, Xə­bərdardır.

34:2

يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ ﴿2﴾

O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, ora­ya qal­xanı da bilir. O, Rəhm­lidir, Bağışlayandır.

34:3

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ﴿3﴾

Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”.

34:4

لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۚ أُوْلَـٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿4﴾

Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görən­ləri mü­ka­fat­landırsın. Məhz on­lar üçün bağış­lan­ma və bollu­ca ruzi var­dır.

34:5

وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ﴿5﴾

Ayələrimizi qüvvədən sal­mağa cəhd göstərənləri isə ən pis, ağ­rılı-acılı əzab gözləyir.

34:6

وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿6﴾

Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər.

34:7

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ ﴿7﴾

Kafirlər dedilər: “Çürü­yüb parça-parça olduqdan sonra ye­ni­dən yara­dı­lacağınızı xəbər verən bir kişini sizə gös­tə­rək­mi?

34:8

أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ ﴿8﴾

Əcəba, o, Allahın əleyhi­nə yalanmı quraşdırır, bəlkə on­da di­va­nəlik var?” Xeyr! Axi­rətə inanmayanlar əzaba dü­çar ola­caq, də­rin bir azğınlıq içində qa­la­caqlar.

34:9

أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ ﴿9﴾

Məgər onlar göydə və yer­də qar­şı­larına və arxalarına bax­mır­larmı? Əgər istəsək, on­ları yerə batırar və yaxud gö­yün bir par­çasını onların ba­şına en­di­rərik. Şübhəsiz ki, bunda töv­bə edib Alla­­ha qayı­dan hər bir qul üçün ibrət vardır.

34:10

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ ﴿10﴾

Biz Davuda Özümüz­dən bir lütf bəxş etdik və buyur­duq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər de­yin!” Biz dəmi­ri onun üçün yumşaltdıq.

34:11

أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿11﴾

Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları to­xu­duq­da ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm”.

34:12

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ ﴿12﴾

Səhər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi. On­lardan hər kim, Süleymana itaət et­mə­yib əm­rimizdən çıxır­dısa, onu Cə­hən­nəm oduna düçar edir­dik.

34:13

يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ ﴿13﴾

Cinlər onun üçün istə­diyi qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qa­zan­lar dü­zəl­dir­di­lər. Ey Davud nəsli! Bu ne­mətlərə şükür edin! Qullarımdan şükür edə­n azdır.

34:14

فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ﴿14﴾

Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar.

34:15

لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ﴿15﴾

Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağda, digə­ri də sol­da olan iki bağça var idi. Onlara: “Rəbbinizin ru­zi­sin­dən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışla­yan Rəbb!”– de­yil­miş­di.

34:16

فَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ ﴿16﴾

Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

34:17

ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ ﴿17﴾

Nankorluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nan­kordan başqasını cəza­landırarıqmı?

34:18

وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ﴿18﴾

Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz məmləkətlər ara­sın­da ay­dın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada ge­diş-gəliş ya­rat­mışdıq. “Ora­lar­da ge­cələr və gündüzlər ar­xa­yın gəzib dola­şın!”– de­­miş­dik.

34:19

فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿19﴾

Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar.

34:20

وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ ﴿20﴾

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalanları ona tabe oldular.

34:21

وَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ﴿21﴾

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz an­caq axirətə ina­nanla ona şəkk gətirən kimsələri ayırd et­mək üçün şeytana belə bir für­sət verdik. Sənin Rəbbin hər şe­yi mü­ha­fi­zə edəndir.

34:22

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ﴿22﴾

De: “Allahdan başqa mə­bud say­dıqlarınızı çağırın”. On­lar nə göy­lərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şə­rikliyi yox­dur və on­lar­dan Alla­ha yardımçı olanı da yoxdur.

34:23

وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ﴿23﴾

Onun qarşısında, izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Nəhayət, mələklərin qəlbin­dən qorxu ke­çib get­dikdə onlar: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, di­gər­lə­ri isə: “Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!”– deyə cavab verərlər.

34:24

قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿24﴾

De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”.

34:25

قُل لَّا تُسۡـَٔلُونَ عَمَّآ أَجۡرَمۡنَا وَلَا نُسۡـَٔلُ عَمَّا تَعۡمَلُونَ ﴿25﴾

De: “Siz bizim etdiyimiz günah­la­ra görə sorğu-sual edil­mə­yə­cəksiniz, biz də sizin et­diklərinizə görə sorğu-sual edil­mə­yə­cə­yik”.

34:26

قُلۡ يَجۡمَعُ بَيۡنَنَا رَبُّنَا ثُمَّ يَفۡتَحُ بَيۡنَنَا بِٱلۡحَقِّ وَهُوَ ٱلۡفَتَّاحُ ٱلۡعَلِيمُ ﴿26﴾

De: “Rəbbimiz hamımızı bir ara­ya cəmləşdirib sonra da ara­­mızda əda­lətlə hökm verə­cək. O, ən ədalətli Hakim­dir, Bi­lən­dir”.

34:27

قُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿27﴾

De: “Ona qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr! O, Qüd­rətli, Müdrik Allahdır!”

34:28

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿28﴾

Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir.

34:29

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿29﴾

Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

34:30

قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ ﴿30﴾

De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yu­bada, nə də tez­ləş­dirə bilərsiniz”.

34:31

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ ﴿31﴾

Kafirlər dedilər: “Biz nə bu Qu­rana, nə də bundan əv­vəl­ki­lə­rə əs­la inanmaya­cağıq!” Kaş sən o zalımları öz Rəbbi­nin hü­zu­run­da sax­lanılıb bir-bi­ri­nə söz qaytardıqları anda görəydin. Zə­if­lər, özlərini yüksək tutan­lara deyəcəklər: “Əgər siz ol­ma­saydınız, biz iman gəti­rər­dik”.

34:32

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ ﴿32﴾

Özlərini yüksək tutan­lar da zəiflərə belə de­yə­cək­lər: “Si­zə doğ­ru yol gös­tə­ri­cisi gəldikdən sonra sizi on­dan bizmi ya­yın­dırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.

34:33

وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ﴿33﴾

Zəiflər özlərini yüksək tutan­lara deyəcəklər: “Xeyr! İşi­niz gecə-gün­düz hiy­lə qurmaq idi. Siz bizə Allahı in­kar etməyi və Ona şəriklər qoş­mağı əmr edirdiniz”. Onlar əzabı gör­dük­də peş­­mançılıq hissini gizlə­dərlər. Kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar ancaq etdikləri əməllərə görə cəza­lan­dırılarlar.

34:34

وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ﴿34﴾

Biz hansı bir məmləkətə xəbər­darlıq edən peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sakinləri ona sa­dəcə ola­raq: “Biz sizinlə gön­də­ri­lənləri inkar edirik!”– dedilər.

34:35

وَقَالُواْ نَحۡنُ أَكۡثَرُ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ﴿35﴾

Onlar: “Bizim mal-döv­lətimiz də, övladlarımız da da­ha çox­dur və bizə əzab veril­mə­yəcək”– dedilər.

34:36

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿36﴾

De: “Həqiqətən, Rəbbim istə­di­yi­nin ruzisini bol edər, istə­di­yi­ninkini də azaldar. Lakin insanların çoxu bunu bil­mir”.

34:37

وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ﴿37﴾

Sizi bizə yaxınlaşdıra bi­ləcək nə var-dövlətiniz, nə də oğul-uşa­ğınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər is­tis­nadır. Məhz onların müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq və onlar Cən­nət­dəki mənzillərində asudə yaşa­yacaqlar.

34:38

وَٱلَّذِينَ يَسۡعَوۡنَ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ﴿38﴾

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba gi­riftar edi­ləcəklər.

34:39

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿39﴾

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, is­tədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər. O, ruzi verən­lərin ən yaxşısıdır!”

34:40

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ يَقُولُ لِلۡمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمۡ كَانُواْ يَعۡبُدُونَ ﴿40﴾

O gün Allah onların ha­mısını toplayacaq, sonra da mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar si­zəmi ibadət edirdilər?”

34:41

قَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ ﴿41﴾

Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Xeyr, onlar cinlərə iba­dət edir­dilər. Ək­səriyyəti də məhz on­lara iman gətirmişdi”.

34:42

فَٱلۡيَوۡمَ لَا يَمۡلِكُ بَعۡضُكُمۡ لِبَعۡضٖ نَّفۡعٗا وَلَا ضَرّٗا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿42﴾

Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bi­lər­si­niz. Biz za­lımlara: “Da­dın yalan saydığınız Cə­hən­nəm əzabını!”– de­yəcəyik.

34:43

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿43﴾

Ayələrimiz onlara açıq-aydın oxun­­duğu zaman: “Bu ancaq si­zi ata­la­rınızın ibadət et­diklərindən dön­dər­mək istə­yən bir adam­­dır!”– deyərlər. On­lar: “Bu, uydurulmuş yalan­dan başqa bir şey de­yil­!”– de­yər­lər. Ka­firlərə haqq gəl­dikdə onun ba­rəsində: “Bu yal­nız açıq-aydın bir sehrdir!”– deyərlər.

34:44

وَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ ﴿44﴾

Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab ver­mə­miş­dik və sən­dən əvvəl də onlara bir xə­bərdarlıq edən gön­dər­məmişdik.

34:45

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَمَا بَلَغُواْ مِعۡشَارَ مَآ ءَاتَيۡنَٰهُمۡ فَكَذَّبُواْ رُسُلِيۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿45﴾

Onlardan əvvəlkilər də el­çiləri­mi­zi yalançı hesab et­miş­dilər. Müş­riklər onlara ver­dik­lərimizin onda birini belə əldə etməmişlər. La­kin onlar Mə­nim el­çilərimi yalançı say­dılar. Görəy­din, Mə­nim on­ları həlak etməyim necə oldu!

34:46

قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ ﴿46﴾

De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir”.

34:47

قُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ ﴿47﴾

De: “Mən sizdən bir haqq istə­mi­şəmsə, onu sizin üçün is­tə­mi­şəm. Mə­nim haqqım an­caq Allahdan olacaq. O, hər şeyə Şa­hid­dir”.

34:48

قُلۡ إِنَّ رَبِّي يَقۡذِفُ بِٱلۡحَقِّ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿48﴾

De: “Rəbbim haqqı en­dirir. O, qeybləri biləndir”.

34:49

قُلۡ جَآءَ ٱلۡحَقُّ وَمَا يُبۡدِئُ ٱلۡبَٰطِلُ وَمَا يُعِيدُ ﴿49﴾

De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xa­rar, nə də onu qaytara bilər”.

34:50

قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ﴿50﴾

De: “Əgər mən haqq yol­dan çıx­sam, öz əleyhimə çıx­mış ola­ram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəb­bimin mənə nazil et­diyi vəhyə görə­dir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.

34:51

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ﴿51﴾

Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər.

34:52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿52﴾

Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər?!

34:53

وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿53﴾

Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər.

34:54

وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ﴿54﴾

Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər.

35:1

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿1﴾

Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir.

35:2

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿2﴾

Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir.

35:3

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿3﴾

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!

35:4

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿4﴾

Əgər onlar səni yalançı he­sab et­sələr, bil ki, səndən əv­vəl də el­çilər ya­lançı hesab olun­muşdu. Bütün işlər an­caq Alla­ha qay­ta­rı­la­­caqdır.

35:5

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ﴿5﴾

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dün­ya sizi al­datmasın, tovlayan şeytan da sizi yol­dan çıxartmasın.

35:6

إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوّٞ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿6﴾

Şübhəsiz ki, şeytan sizin düşmə­ni­nizdir, siz də onu düş­mən sa­yın. O öz tərəf­darlarını Od sakini olmağa ça­ğırır.

35:7

ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٌ ﴿7﴾

Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gəti­rib yax­şı işlər gö­rən­lər üçün isə bağışlanma və böyük bir mü­kafat ha­zır­lanmışdır.

35:8

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ﴿8﴾

Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir.

35:9

وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ﴿9﴾

Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz on­ları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla can­landırı­rıq. Ölülərin dirildilməsi də belə olacaqdır.

35:10

مَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّـٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَمَكۡرُ أُوْلَـٰٓئِكَ هُوَ يَبُورُ ﴿10﴾

Kim qüdrət sahibi olmaq istəsə, bil­sin ki, qüdrət bütün­lüklə an­caq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu ucal­dan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edən­ləri şid­dət­li bir əzab göz­ləyir. Onların qur­duq­ları hiylə­lər də boşa çı­xa­caq­dır.

35:11

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿11﴾

Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

35:12

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿12﴾

İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür.

35:13

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ ﴿13﴾

O, gecəni gündüzə, gün­düzü də gecəyə qatır. O, gü­nə­şi və ayı ram et­mişdir. Onların hər biri müəyyən olun­muş vax­tadək hə­rə­kət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onun­dur. Sizin On­dan başqa yalvar­dıqla­rı­nız xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər.

35:14

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ ﴿14﴾

Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz.

35:15

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿15﴾

Ey insanlar! Siz Allaha möh­tacsı­nız. Allah isə Zəngin­dir, Tə­ri­fə­layiqdir.

35:16

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ﴿16﴾

Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gəti­rər.

35:17

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ﴿17﴾

Bu, Allah üçün çətin de­yil.

35:18

وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ﴿18﴾

Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yü­kü­nü daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, o yük­dən heç nə da­şın­maz. Sən an­caq Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və na­maz qılanları xəbərdar edir­sən. Kim günah­lardan tə­miz­lə­nir­sə, öz xe­yri­nə təmiz­lənmiş olur. Qa­yı­dış də ancaq Allahadır.

35:19

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ ﴿19﴾

Kor ilə görən eyni de­yil­,

35:20

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ ﴿20﴾

zülmətlərlə nur da,

35:21

وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ ﴿21﴾

kölgə ilə bürkü də eyni deyil.

35:22

وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ ﴿22﴾

Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən.

35:23

إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ ﴿23﴾

Sən ancaq qorxudub xə­bərdar edənsən.

35:24

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ ﴿24﴾

Həqiqətən, Biz səni haq­la müjdə verən və xə­bər­dar edən ola­raq gön­dər­dik. Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın.

35:25

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ ﴿25﴾

Əgər onlar səni yalançı hesab et­sələr, bil ki, onlardan əv­vəl­ki­lər də elçi­ləri yalançı he­sab etmişdilər. Halbuki elçi­ləri onlara ay­dın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər.

35:26

ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿26﴾

Sonra Mən haqqı inkar edənləri ya­xaladım. Görəydin Mənim on­ları həlak etmə­yim necə oldu!

35:27

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ ﴿27﴾

Məgər Allahın göydən yağmur endirdiyini və onunla müx­tə­lif rəngli meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi? Dağ­larda da müx­təlif rəngli – ağ, qır­mızı və tünd qara cı­ğır­lar əmələ gə­tirdik.

35:28

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَـٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿28﴾

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəng­li olan­ları vardır. Allahdan Öz qulları ara­sın­da ancaq alimlər qor­xarlar. Həqi­qətən, Allah Qüdrətlidir, Ba­ğış­layandır.

35:29

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ ﴿29﴾

Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki,

35:30

لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ ﴿30﴾

Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın. Hə­qiqətən, O, Bağış­la­yandır, şü­kürün əvə­zini verəndir.

35:31

وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ ﴿31﴾

Sənə vəhy etdiyimiz Ki­tab, özün­dən əvvəlkiləri təs­diq­ləyici ki­mi gələn haqdır. Hə­qi­qətən, Allah Öz qulların­dan Xə­bərdardır, Gö­rəndir.

35:32

ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ﴿32﴾

Sonra, Kitabı qullarımız içəri­sin­dən seçdiklərimizə mi­ras et­dik. Onlar­dan kimisi özü­nə zülm edər, kimisi or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə yax­şı işlərdə öndə gedər. Bö­yük lütf də bu­dur.

35:33

جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ﴿33﴾

Onlar Ədn cən­nətlərinə da­xil ola­caq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır.

35:34

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ ﴿34﴾

Onlar deyəcəklər: “Qəm-qüssəni biz­dən uzaq edən Alla­ha həmd ol­sun! Həqiqətən, Rəb­bi­miz Bağışlayandır, şü­kürün əvə­zini ve­rəndir.

35:35

ٱلَّذِيٓ أَحَلَّنَا دَارَ ٱلۡمُقَامَةِ مِن فَضۡلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٞ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٞ ﴿35﴾

Öz lütfü ilə bizi əbədi iqa­mət­gahda yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verəcək, nə də bir üz­gün­lük to­xu­na­caq­dır!”

35:36

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ ﴿36﴾

Kafirləri isə Cəhənnəm odu göz­ləyir. Orada nə öldü­rül­məz­lər ki, ölüb canları qur­tarsın, nə də bu odun əzabı on­lar üçün yün­gül­ləşdi­rilər. Biz hər bir kafiri belə cəza­lan­dı­rı­rıq.

35:37

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ ﴿37﴾

Onlar orada fəryad qo­parıb yal­varacaqlar: “Ey Rəb­bimiz! Bi­zi buradan çıxart ki, əv­vəllər etdiyimiz əməlləri de­yil, yaxşı əməl­lər edək”. On­lara de­yilə­cək: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünə bilə­cə­yi qədər uzun ömür ver­mə­dik­mi? Sizə qorxudub xə­bər­dar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kö­­mək edən olmaz”.

35:38

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿38﴾

Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. O, köks­lərdə olanları da bilir.

35:39

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا ﴿39﴾

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz.

35:40

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ﴿40﴾

De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər.

35:41

إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ﴿41﴾

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub sax­layır. Əgər tərpənsə­lər, Ondan başqa onları heç kəs tutub sax­la­ya bilməz. Həqi­qə­tən də, O, Həlimdir, Bağışla­yandır.

35:42

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ﴿42﴾

Onlar Allaha çox möh­kəm and içdilər ki, özlərinə qorxudan bir pey­ğəm­bər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda ola­caq­lar. Onlara qor­xu­dan peyğəmbər gəldikdə isə bu, onların an­caq nifrətini artırdı.

35:43

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ﴿43﴾

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.

35:44

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا ﴿44﴾

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? On­lar ki bun­lardan da­ha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola bi­ləcək heç bir şey yoxdur. Həqi­qə­tən, O, hər şeyi bi­ləndir, hər şeyə Qa­dir­dir.

35:45

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا ﴿45﴾

Əgər Allah insanları et­dikləri gü­nahlara görə dərhal cə­za­lan­dır­saydı, yer üzündə bir canlını belə sağ burax­maz­dı. Lakin Allah onla­ra müəyyən vaxta­dək möhlət verir. Vaxt­ları çatanda isə hər kəsə öz əmə­linə görə cəza, yaxud mükafat ve­rə­cəkdir. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür.

36:1

يسٓ ﴿1﴾

Ya. Sin.

36:2

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ ﴿2﴾

And olsun hikmətli Qu­ra­na!

36:3

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿3﴾

Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən,

36:4

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿4﴾

doğru yoldasan.

36:5

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ﴿5﴾

Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki,

36:6

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ ﴿6﴾

ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən.

36:7

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿7﴾

Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər.

36:8

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ ﴿8﴾

Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır.

36:9

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ ﴿9﴾

Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər.

36:10

وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ﴿10﴾

Sən onları qorxutsan da, qor­xut­masan da, onlar üçün ey­ni­dir, iman gə­tirməyəcəklər.

36:11

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ ﴿11﴾

Sən ancaq Zikrə tabe olub Mərhə­mətli Allahı görmədən On­dan çəkinən şəxsi qorxuda bi­lər­sən. Beləsini bağış­lanma və çox gö­zəl bir mükafatla müj­də­lə.

36:12

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ ﴿12﴾

Həqiqətən, ölüləri diril­dən, onla­rın bu dünyada törət­dik­lə­ri­ni və tərk et­diklə­rini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın Yazıda (Löv­hi-məh­fuz­da) qey­də al­mışıq.

36:13

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ ﴿13﴾

Sən onlara o zaman el­çi­lər gəl­miş şəhər sakinlərini mi­sal çək.

36:14

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ ﴿14﴾

O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər.

36:15

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ ﴿15﴾

Onlar dedilər: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız. Mər­həmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz an­caq yalan da­nışır­sınız”.

36:16

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ ﴿16﴾

Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik.

36:17

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿17﴾

Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”.

36:18

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ﴿18﴾

Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”.

36:19

قَالُواْ طَـٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ﴿19﴾

Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”.

36:20

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ ﴿20﴾

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay ca­ma­at! Elçilərin ardınca gedin!

36:21

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ ﴿21﴾

Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin!

36:22

وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿22﴾

Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim?

36:23

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ ﴿23﴾

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər.

36:24

إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿24﴾

Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram.

36:25

إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ ﴿25﴾

Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”

36:26

قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ ﴿26﴾

Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki,

36:27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ ﴿27﴾

Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.