quranm◉

Mövzular · az (Səhifə 3)

481 Ayə · Mövzular · az

An-Nahl 16:78

وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿٧٨﴾

Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığı­nız bir halda çıxart­dı, sizə qu­laq, göz və ürək verdi ki, bəl­kə şükür edə­si­niz.

An-Nahl 16:79

أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿٧٩﴾

Məgər onlar Allaha tabe olub ha­vada uçan quşları gör­mür­lər­mi? Onları havada sax­layan ancaq Allahdır. Həqi­qə­tən, bunda iman gətirən insan­lar üçün dəlil­lər vardır.

An-Nahl 16:80

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ﴿٨٠﴾

Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın də­rilərindən istər səfərə çıxdı­ğınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asan­lıqla apara biləcəyiniz çadır­lar, üstəlik də on­­ların yunundan, tiftiyindən və tükün­dən müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları və başqa şey­lər dü­zəltdi.

An-Nahl 16:81

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ﴿٨١﴾

Allah, yaratdıqları şey­lər­­dən sizin üçün kölgələr əmə­lə gə­tir­di, dağ­larda sizin üçün ma­ğa­ralar saldı, sizi istidən qo­ru­yacaq pal­tarlar və döyüşdə mü­ha­fi­zə edə­cək zirehli ge­yimlər düzəltdi. Be­ləcə, Allah Öz ne­mətini sizə tamam­layır ki, bəl­kə müsəlman ola­sı­nız.

An-Nahl 16:82

فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿٨٢﴾

Əgər üz çevirsələr, bil ki, sənin və­zifən ancaq aşkar təb­liğ etməkdir.

An-Nahl 16:83

يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ﴿٨٣﴾

Onlar Allahın neməti haq­qında bil­dikləri halda, sonra­dan onu inkar edir­lər. Onların ço­xu kafirdir.

Taha 20:2

مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ ﴿٢﴾

Biz Quranı sənə ona görə nazil et­mədik ki, əziyyətə dü­şə­sən.

Taha 20:3

إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ ﴿٣﴾

Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi gön­dərdik.

Taha 20:4

تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى ﴿٤﴾

O, yeri və uca göyləri ya­ra­dan Allah tərəfindən nazil ol­muş­dur.

Taha 20:5

ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ ﴿٥﴾

Mərhəmətli Allah Ərşə ucaldı.

Taha 20:6

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ ﴿٦﴾

Göylərdə, yerdə, onların ara­sında və torpağın altında nə var­sa, Ona məx­susdur.

Taha 20:7

وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى ﴿٧﴾

Sən ucadan danışsan da, da­nış­ma­san da, fərqi yoxdur. Çün­ki Allah sirri də, bundan daha gizli olanı da bilir.

Taha 20:8

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ ﴿٨﴾

Allah! Ondan başqa iba­dətə layiq olan məbud yoxdur. Ən gö­zəl adlar Ona məxsusdur!

Al-Anbya 21:16

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ﴿١٦﴾

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün ya­rat­mamışıq.

Al-Anbya 21:17

لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ﴿١٧﴾

Əgər Biz Özümüzə əy­lən­cə dü­zəltmək fikrində ol­say­dıq, onu mütləq Öz yanımızda olanlardan hazırla­yar­dıq. La­kin Biz bu­nu et­mə­dik.

Al-Anbya 21:18

بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ ﴿١٨﴾

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işi­ni bi­ti­rər. Bir an­da batilin yox olub getdiyini görərsiniz. Alla­ha aid etdiyi­niz sifətlərə görə vay halınıza!

Al-Anbya 21:19

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ ﴿١٩﴾

Göylərdə və yerdə kim­lər varsa, hamısı Allahındır. Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar.

Al-Anbya 21:20

يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ ﴿٢٠﴾

Onlar gecə-gündüz, usan­madan Onun şəninə təriflər de­yir­lər.

Al-Anbya 21:21

أَمِ ٱتَّخَذُوٓاْ ءَالِهَةٗ مِّنَ ٱلۡأَرۡضِ هُمۡ يُنشِرُونَ ﴿٢١﴾

Yoxsa müşriklər özlərinə yerdə ölü­ləri diriltməyə qadir olan tan­rılarmı qə­bul etdilər?

Al-Anbya 21:22

لَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ﴿٢٢﴾

Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dikləri sifətlərdən uzaqdır!

Al-Anbya 21:23

لَا يُسۡـَٔلُ عَمَّا يَفۡعَلُ وَهُمۡ يُسۡـَٔلُونَ ﴿٢٣﴾

Allah gördüyü işlər ba­rə­də soru­şulmaz; onlar isə so­ru­şu­la­caq­lar.

Al-Anbya 21:24

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ ﴿٢٤﴾

Məgər müşriklər Ondan başqa mə­bud­laramı tapın­mış­lar? De: “Sübu­tu­nuzu göstə­rin! Budur mənimlə olan­la­rın zikri və mən­dən öncəkilərin zik­ri”. Lakin onların çoxu əsl həqi­qəti bil­mir və ondan üz çevi­rirlər.

Al-Anbya 21:25

وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ ﴿٢٥﴾

Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək.

Al-Anbya 21:26

وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ ﴿٢٦﴾

Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır.

Al-Anbya 21:27

لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ ﴿٢٧﴾

Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər.

Al-Anbya 21:28

يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ ﴿٢٨﴾

Allah onların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsirlər.

Al-Anbya 21:29

۞وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ ﴿٢٩﴾

Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq.

Al-Anbya 21:30

أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ﴿٣٠﴾

Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar?

Al-Anbya 21:31

وَجَعَلۡنَا فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِهِمۡ وَجَعَلۡنَا فِيهَا فِجَاجٗا سُبُلٗا لَّعَلَّهُمۡ يَهۡتَدُونَ ﴿٣١﴾

Yerin onları yırğalama­masından ötrü orada möhkəm dağlar ya­ratdıq. Onlar istədik­lə­ri yerə gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq.

Al-Anbya 21:32

وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ ﴿٣٢﴾

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə ora­dakı də­lil­lərimizdən üz çevi­rir­lər.

Al-Anbya 21:33

وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ﴿٣٣﴾

Gecəni, gündüzü, günə­şi və ayı yaradan Odur. On­la­rın hər bi­ri öz orbi­tində üzür.

Al-Anbya 21:42

قُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ ﴿٤٢﴾

De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər.

Al-Anbya 21:43

أَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ ﴿٤٣﴾

Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər.

Al-Anbya 21:44

بَلۡ مَتَّعۡنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ﴿٤٤﴾

Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər?!

Al-Anbya 21:45

قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴿٤٥﴾

De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər.

Al-Hajj 22:18

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩ ﴿١٨﴾

Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər.

Al-Hajj 22:61

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ﴿٦١﴾

Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir.

Al-Hajj 22:62

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ﴿٦٢﴾

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür.

Al-Hajj 22:63

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ﴿٦٣﴾

Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır.

Al-Hajj 22:64

لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿٦٤﴾

Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir.

Al-Hajj 22:65

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ﴿٦٥﴾

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir.

Al-Hajj 22:66

وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ ﴿٦٦﴾

Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur.

Al-Mu'minun 23:84

قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿٨٤﴾

De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?”

Al-Mu'minun 23:85

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ ﴿٨٥﴾

Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­mırsıniz?”

Al-Mu'minun 23:86

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ﴿٨٦﴾

De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?”

Al-Mu'minun 23:87

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ ﴿٨٧﴾

Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?”

Al-Mu'minun 23:88

قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿٨٨﴾

De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?”

Al-Mu'minun 23:89

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ ﴿٨٩﴾

Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?”

Al-Mu'minun 23:90

بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿٩٠﴾

Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar!

Mövzular