quranm◉

Mövzular · az (Səhifə 9)

481 Ayə · Mövzular · az

Al-Mulk 67:14

أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ﴿١٤﴾

Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu hal­da, ola bilərmi ki, O, giz­lində və aşkarda olanları bil­məsin?

Al-Mulk 67:15

هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ ﴿١٥﴾

Yeri sizin ixtiyarınıza ve­rən Odur. Onun hər tərəfin­də gəzin və Allahın ru­zisindən ye­yin. Qayıdış da Onadır.

Al-Mulk 67:16

ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ﴿١٦﴾

Göydə olan Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi? O za­man yer hərəkətə gəlib titrəyəcək.

Al-Mulk 67:17

أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ﴿١٧﴾

Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmaya­ca­ğına əminsinizmi? Siz, Mə­nim xəbərdarlığımın necə nəti­cələr verdiyini bi­ləcəksiniz.

Al-Mulk 67:18

وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ ﴿١٨﴾

Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmiş­dilər. Gö­rəydin Mə­nim onları həlak etməyim necə oldu!

Al-Mulk 67:19

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَـٰٓفَّـٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ ﴿١٩﴾

Məgər onlar başları üzə­rində dəs­tə-dəstə pərvazlanıb uçan, hər­dən də qa­nadlarını yı­ğan quşları görmürlərmi? On­ları havada an­caq Mərhəmətli Allah saxla­yır. Şübhəsiz ki, O, hər şeyi görür.

Al-Mulk 67:20

أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ﴿٢٠﴾

Ya da Mərhəmətli Allah­dan başqa sizə kömək edə bilə­cək qo­şununuz var­mı? Kafir­lər an­caq aldanmaq­dadırlar!

Al-Mulk 67:21

أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ ﴿٢١﴾

Ya da O Öz ruzisini kəs­sə, sizə kim ruzi verə bilər? Xeyr, on­lar təkəb­bür göstər­mək­də və haqdan qaçmaqda davam edirlər.

Al-Mulk 67:22

أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿٢٢﴾

Elə isə üzü üstə sürünə­rək gedən daha doğru yolda­dır, yox­sa düz yolda özü şax ge­dən?

Al-Mulk 67:23

قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ﴿٢٣﴾

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

Al-Mulk 67:24

قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ﴿٢٤﴾

De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!”

Al-Haqqah 69:13

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ ﴿١٣﴾

Sur bircə dəfə üfürülə­cə­yi,

Al-Haqqah 69:14

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ ﴿١٤﴾

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –

Al-Haqqah 69:15

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ﴿١٥﴾

həmin gün Vaqiə qopa­caq.

Al-Haqqah 69:16

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ ﴿١٦﴾

Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

Al-Haqqah 69:17

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ ﴿١٧﴾

Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq.

Al-Haqqah 69:18

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ ﴿١٨﴾

O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək.

Al-Ma'arij 70:1

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ ﴿١﴾

İstəyən kimsə baş verə­cək əzabı istədi –

Al-Ma'arij 70:2

لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ ﴿٢﴾

bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq.

Al-Ma'arij 70:3

مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ ﴿٣﴾

O, dərəcələr sahibi olan Allah­dandır.

Al-Ma'arij 70:4

تَعۡرُجُ ٱلۡمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ ﴿٤﴾

Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar.

Al-Ma'arij 70:5

فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا ﴿٥﴾

Sən təmkinlə səbir et!

Al-Ma'arij 70:6

إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا ﴿٦﴾

Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər.

Al-Ma'arij 70:7

وَنَرَىٰهُ قَرِيبٗا ﴿٧﴾

Biz isə onun yaxın oldu­ğunu gö­rürük.

Al-Ma'arij 70:8

يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ ﴿٨﴾

O gün göy əridilmiş me­tal kimi olacaq.

Al-Ma'arij 70:9

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ﴿٩﴾

Dağlar da didilmiş yuna bənzəyə­cək.

Al-Ma'arij 70:10

وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا ﴿١٠﴾

Dost dostun halını xə­bər almaya­caq.

Nuh 71:10

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا ﴿١٠﴾

dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır!

Nuh 71:11

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا ﴿١١﴾

O, sizin üzərinizə bol-bol yağış gön­dərər,

Nuh 71:12

وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّـٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا ﴿١٢﴾

var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar.

Nuh 71:13

مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا ﴿١٣﴾

Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz?

Nuh 71:14

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا ﴿١٤﴾

Axı O sizi mərhələlərlə yaratdı.

Nuh 71:15

أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا ﴿١٥﴾

Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz?

Nuh 71:16

وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا ﴿١٦﴾

Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir.

Nuh 71:17

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا ﴿١٧﴾

Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

Nuh 71:18

ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا ﴿١٨﴾

Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­.

Nuh 71:19

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا ﴿١٩﴾

Allah yeri sizin üçün xalı təki dö­şədi.

Nuh 71:20

لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا ﴿٢٠﴾

Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.

Al-Qiyamah 75:1

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ﴿١﴾

And içirəm Qiyamət gü­nünə!

Al-Qiyamah 75:2

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ﴿٢﴾

And içirəm peşmançılıq çə­kən nəfsə!

Al-Qiyamah 75:3

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ﴿٣﴾

İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik.

Al-Qiyamah 75:4

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ﴿٤﴾

Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik.

Al-Qiyamah 75:5

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ﴿٥﴾

Lakin insan bundan sonra da günah etmək fikrindədir.

Al-Qiyamah 75:6

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ﴿٦﴾

O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur.

Al-Qiyamah 75:7

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ﴿٧﴾

Gözlər bərələ qalacağı,

Al-Qiyamah 75:9

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ﴿٩﴾

və günəşlə ayın qovuşa­cağı zaman –

Al-Qiyamah 75:10

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ﴿١٠﴾

o gün insan deyəcək: “Hara qaçaq?”

Al-Qiyamah 75:11

كَلَّا لَا وَزَرَ ﴿١١﴾

Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq.

Al-Qiyamah 75:12

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ﴿١٢﴾

O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq.

Mövzular