quranm◉

Mövzular · az (Səhifə 7)

481 Ayə · Mövzular · az

Ash-Shuraa 42:34

أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ﴿٣٤﴾

Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar.

Ash-Shuraa 42:35

وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ ﴿٣٥﴾

Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər.

Al-Jathiyah 45:25

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٢٥﴾

Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi.

Al-Jathiyah 45:26

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿٢٦﴾

De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir.

Al-Jathiyah 45:27

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ﴿٢٧﴾

Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar.

Al-Jathiyah 45:28

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٢٨﴾

Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­!

Al-Jathiyah 45:29

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٢٩﴾

Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!”

Al-Jathiyah 45:30

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ﴿٣٠﴾

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir.

Al-Jathiyah 45:31

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ ﴿٣١﴾

Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz.

Adh-Dhariyat 51:47

وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ ﴿٤٧﴾

Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk.

Adh-Dhariyat 51:48

وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ ﴿٤٨﴾

Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

Adh-Dhariyat 51:49

وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿٤٩﴾

Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız.

Adh-Dhariyat 51:50

فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ﴿٥٠﴾

De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

Adh-Dhariyat 51:51

وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ﴿٥١﴾

Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”

At-Tur 52:1

وَٱلطُّورِ ﴿١﴾

And olsun Tur dağına!

At-Tur 52:2

وَكِتَٰبٖ مَّسۡطُورٖ ﴿٢﴾

And olsun yazılmış Ki­ta­ba –

At-Tur 52:3

فِي رَقّٖ مَّنشُورٖ ﴿٣﴾

nazik dəri üzərində olan Kitaba!

At-Tur 52:4

وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ ﴿٤﴾

And olsun Beytulmə­mura!

At-Tur 52:5

وَٱلسَّقۡفِ ٱلۡمَرۡفُوعِ ﴿٥﴾

And olsun yüksək tavana!

At-Tur 52:6

وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ ﴿٦﴾

And olsun alovlanan də­nizə!

At-Tur 52:7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ ﴿٧﴾

Rəbbinin əzabı hökmən vaqe ola­caq.

At-Tur 52:8

مَّا لَهُۥ مِن دَافِعٖ ﴿٨﴾

Heç nə onun qarşısını ala bilməz.

At-Tur 52:9

يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا ﴿٩﴾

O gün göy şiddətlə sarsı­lacaq,

At-Tur 52:10

وَتَسِيرُ ٱلۡجِبَالُ سَيۡرٗا ﴿١٠﴾

dağlar da hərəkətə gələ­cək.

At-Tur 52:11

فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿١١﴾

O gün vay halına haqqı yalan sa­yanların!

An-Najm 53:42

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ﴿٤٢﴾

Son dönüş sənin Rəbbi­nədir.

An-Najm 53:43

وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ ﴿٤٣﴾

Güldürən də, ağladan da Odur!

An-Najm 53:44

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا ﴿٤٤﴾

Öldürən də, dirildən də Odur!

An-Najm 53:45

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ﴿٤٥﴾

O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı –

An-Najm 53:46

مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ ﴿٤٦﴾

axıdılan bir nütfədən.

An-Najm 53:47

وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ ﴿٤٧﴾

Təkrar diriltmək də Ona aiddir.

An-Najm 53:48

وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ ﴿٤٨﴾

Dövlətli edən də, kasıb edən də Odur.

An-Najm 53:49

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ ﴿٤٩﴾

Şira ulduzunun da Rəbbi Odur.

An-Najm 53:50

وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ ﴿٥٠﴾

O, əvvəlki Ad tayfasını məhv etdi.

An-Najm 53:51

وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ ﴿٥١﴾

Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı.

An-Najm 53:52

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ﴿٥٢﴾

Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi.

An-Najm 53:53

وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ ﴿٥٣﴾

Alt-üst olmuş kəndləri də O vi­ran qoydu.

An-Najm 53:54

فَغَشَّىٰهَا مَا غَشَّىٰ ﴿٥٤﴾

Onların başına gətirdi­yi­ni gətir­di.

An-Najm 53:55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ﴿٥٥﴾

Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən?

An-Najm 53:56

هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ﴿٥٦﴾

Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır.

An-Najm 53:57

أَزِفَتِ ٱلۡأٓزِفَةُ ﴿٥٧﴾

Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı.

An-Najm 53:58

لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ﴿٥٨﴾

Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz.

An-Najm 53:59

أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ ﴿٥٩﴾

Yəni siz bu Sözə təəccüblənirsiniz?

An-Najm 53:60

وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ ﴿٦٠﴾

Gülürsünüz, heç ağla­mır­sınız!

An-Najm 53:61

وَأَنتُمۡ سَٰمِدُونَ ﴿٦١﴾

Və qəflət içində oynayıb əylənirsiniz!

An-Najm 53:62

فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩ ﴿٦٢﴾

Siz Allaha səcdə qılın və Ona iba­dət edin!

Ar-Rahman 55:2

عَلَّمَ ٱلۡقُرۡءَانَ ﴿٢﴾

Quranı öyrətdi.

Ar-Rahman 55:3

خَلَقَ ٱلۡإِنسَٰنَ ﴿٣﴾

İnsanı yaratdı,

Ar-Rahman 55:4

عَلَّمَهُ ٱلۡبَيَانَ ﴿٤﴾

ona danışmağı öyrətdi.

Mövzular