quranm◉

Mövzular · az (Səhifə 8)

481 Ayə · Mövzular · az

Ar-Rahman 55:5

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ ﴿٥﴾

Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

Ar-Rahman 55:6

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ ﴿٦﴾

Otlar (və ya ulduzlar) da, ağaclar da Allaha səcdə edir.

Ar-Rahman 55:7

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ ﴿٧﴾

Allah göyü ucaltdı və tə­rə­zini qoy­du ki,

Ar-Rahman 55:8

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ ﴿٨﴾

çəkidə həddi aşmayasınız.

Ar-Rahman 55:9

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ ﴿٩﴾

Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

Ar-Rahman 55:10

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ ﴿١٠﴾

O, yeri məxluqat üçün döşədi.

Ar-Rahman 55:11

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ﴿١١﴾

Orada meyvələr və sal­xımlı xur­ma ağacları var.

Ar-Rahman 55:12

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ ﴿١٢﴾

Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də var.

Ar-Rahman 55:13

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٣﴾

Elə isə Rəbbinizin hansı nemət­lə­rini yalan sayırsınız?

Ar-Rahman 55:14

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ ﴿١٤﴾

O, insanı saxsı kimi qu­ru gildən yaratdı.

Ar-Rahman 55:15

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ ﴿١٥﴾

Cinləri də təmiz oddan yaratdı.

Ar-Rahman 55:16

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٦﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:17

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ ﴿١٧﴾

Allah iki məşriqin və iki məğribin Rəbbidir.

Ar-Rahman 55:18

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٨﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:19

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ ﴿١٩﴾

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

Ar-Rahman 55:20

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ ﴿٢٠﴾

Onların arasında maneə var, onu keçə bilməzlər.

Ar-Rahman 55:21

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢١﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:22

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ﴿٢٢﴾

Onlardan mirvari və mər­can çıxır.

Ar-Rahman 55:23

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٣﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:24

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ﴿٢٤﴾

Dənizdə dağlar kimi, yel­kənləri qaldırılmış halda üzən gə­mi­lər də Onun­dur.

Ar-Rahman 55:25

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٥﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:26

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ ﴿٢٦﴾

Yer üzündə olan hər kəs ölümə məhkumdur.

Ar-Rahman 55:27

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ﴿٢٧﴾

Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir.

Ar-Rahman 55:28

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٨﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:29

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ ﴿٢٩﴾

Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi On­dan dilə­yir. O hər gün işdədir.

Ar-Rahman 55:30

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٠﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:31

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ ﴿٣١﴾

Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məş­ğul olacağıq.

Ar-Rahman 55:32

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٢﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:33

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ ﴿٣٣﴾

Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hüdud­larını ya­rıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bi­lərsiniz.

Ar-Rahman 55:34

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٤﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:35

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ ﴿٣٥﴾

Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis və ya tüstü gön­də­ri­ləcək və siz bir-biri­ni­zə kömək edə bilməyə­cək­siniz.

Ar-Rahman 55:36

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٦﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Al-Hadid 57:1

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿١﴾

Göylərdə və yerdə olan­la­rın hamı­sı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüd­rətlidir, Hikmət sahibidir.

Al-Hadid 57:2

لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿٢﴾

Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. O həm di­ril­dir, həm də öl­dürür. O, hər şeyə qadirdir.

Al-Hadid 57:3

هُوَ ٱلۡأَوَّلُ وَٱلۡأٓخِرُ وَٱلظَّـٰهِرُ وَٱلۡبَاطِنُۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿٣﴾

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.

Al-Hadid 57:4

هُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿٤﴾

Göyləri və yeri altı gündə yara­dan, sonra da Ərşə ucalan Odur. O, yerə gi­rəni də, ora­dan çıxanı da, göydən enəni də, oraya qal­xanı da bilir. Siz ha­rada olsanız belə, O si­zin­lə­dir. Allah sizin nə etdik­lərinizi gö­rür.

Al-Hadid 57:5

لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿٥﴾

Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. Bütün işlər an­caq Allaha qaytarıla­caq­.

Al-Hadid 57:6

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۚ وَهُوَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٦﴾

O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, köks­lər­də olanları bilir.

Al-Hadid 57:7

ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ ﴿٧﴾

Allaha və Onun Rəsuluna iman gə­tirin! Sizin ixtiyarınıza ver­di­yi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mal­la­rın­dan xərcləyənləri bö­yük bir müka­fat gözləyir.

At-Taghabun 64:1

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿١﴾

Göylərdə və yerdə olan­ların ha­mısı Allahın şəninə tə­riflər de­yir. Hökm Onun­dur, həmd Ona məxsusdur. O, hər şeyə qa­dir­dir.

At-Taghabun 64:2

هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٞ وَمِنكُم مُّؤۡمِنٞۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿٢﴾

Sizi yaradan Odur. Kimi­niz kafir, kiminiz də mömin­dir. Allah nə etdiklə­rinizi görür.

At-Taghabun 64:3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿٣﴾

O, göyləri və yeri əda­lət­lə yaratdı, sizə surət verib on­ları gö­zəl şəklə saldı. Dönüş də Onadır.

At-Taghabun 64:4

يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٤﴾

O, göylərdə və yerdə olan­ları bilir. Sizin gizlində və aş­kar­da nə et­di­yinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.

At-Talaq 65:12

ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا ﴿١٢﴾

Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz.

Al-Mulk 67:1

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿١﴾

Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir.

Al-Mulk 67:2

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ﴿٢﴾

Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır.

Al-Mulk 67:3

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ﴿٣﴾

Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi?

Al-Mulk 67:4

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ﴿٤﴾

Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək.

Al-Mulk 67:5

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ﴿٥﴾

Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq.

Al-Mulk 67:13

وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١٣﴾

Sözünüzü gizli saxla­sa­nız da, onu açıq desəniz də, fər­qi yox­dur, Allah köks­lərdə olan­ları bilir.

Mövzular