quranm◉

Səhifə 536

Range
from 56:51 to 56:76
Surahs covered
Tərcümə
26 Tərcümə

◉

56:51

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ﴿51﴾

Sonra, siz ey doğru yol­dan azanlar, haqqı yalan sayanlar!

56:52

لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ ﴿52﴾

Siz mütləq zəqqum ağa­cından yeyəcəksiniz,

56:53

فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ﴿53﴾

qarınlarınızı onunla dol­dura­caq­sınız,

56:54

فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ ﴿54﴾

üstündən də qaynar su içəcək­si­niz.

56:55

فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ﴿55﴾

Siz onu susamış xəstə də­vələr ki­mi içəcəksiniz”.

56:56

هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ ﴿56﴾

Bu, onların Haqq-hesab günün­də­ki ziyafətidir.

56:57

نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ﴿57﴾

Sizi Biz yaratdıq. Bəs nə üçün di­rildiləcəyinizi təsdiq et­mirsi­niz?

56:58

أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ ﴿58﴾

Axıtdığınız nütfəni gördünüzmü?

56:59

ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ﴿59﴾

Onu siz yaradırsınız, yox­sa Biz?

56:60

نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ﴿60﴾

Sizin aranızda ölümü Biz müəy­yən etdik və heç nə Bi­zim qar­şı­mızı ala bil­məz.

56:61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ﴿61﴾

Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir şəkildə yarat­mağa Bizə mane olan tapıl­maz.

56:62

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ﴿62﴾

Siz ilk yaradılışı bilirsi­niz. Bəs nə üçün dirildiləcə­yiniz barədə dü­şünmür­sünüz?

56:63

أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ ﴿63﴾

Əkdiyinizi gördünüzmü?

56:64

ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّـٰرِعُونَ ﴿64﴾

Onu siz bitirirsiniz, yox­sa Biz?

56:65

لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ﴿65﴾

Əgər Biz istəsəydik, onu bir sa­man çöpünə döndərər, siz də hey­rətə gələrdiniz,

56:66

إِنَّا لَمُغۡرَمُونَ ﴿66﴾

və deyərdiniz: “Biz zi­ya­na uğra­dıq.

56:67

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ﴿67﴾

Daha doğrusu nemətlər­dən məh­rum olduq!”

56:68

أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ﴿68﴾

İçdiyiniz suyu gördü­nüz­mü?

56:69

ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ﴿69﴾

Onu buluddan siz endi­rirsiniz, yoxsa Biz?

56:70

لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ ﴿70﴾

Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür et­mir­si­niz?

56:71

أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ﴿71﴾

Yandırdığınız odu gör­dünüzmü?

56:72

ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ﴿72﴾

Onun ağacını siz yara­dırsınız, yoxsa Biz?

56:73

نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ ﴿73﴾

Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifa­dəsi üçün yarat­dıq.

56:74

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ﴿74﴾

Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de!

56:75

فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ﴿75﴾

Ulduzların batdığı yer­lərə and olsun!

56:76

وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ﴿76﴾

Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləy­di­niz.