quranm◉

Səhifə 535

Range
from 56:17 to 56:50
Surahs covered
Tərcümə
34 Tərcümə

◉

56:17

يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ ﴿17﴾

Onların ətrafında həmi­şəcavan xidmətçi oğlanlar fır­lana­caq­lar –

56:18

بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ ﴿18﴾

çeşmə şərabı ilə dolu ba­dələr, bar­daqlar və qədəhlərlə –

56:19

لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ﴿19﴾

ondan başları ağrımaz və məst ol­mazlar,

56:20

وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ ﴿20﴾

bəyənib seçdikləri mey­vələr

56:21

وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ ﴿21﴾

və istədikləri quş əti ilə hərlənə­cəklər.

56:22

وَحُورٌ عِينٞ ﴿22﴾

Onları iri qara gözlü hu­rilər göz­ləyir –

56:23

كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ ﴿23﴾

sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

56:24

جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿24﴾

Bu, onların etdikləri əməl­lərin mü­kafatı olacaq.

56:25

لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا ﴿25﴾

Onlar orada nə boş söz, nə də gü­naha səbəb olan söh­bət eşi­də­cək­lər.

56:26

إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا ﴿26﴾

Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.

56:27

وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ﴿27﴾

Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

56:28

فِي سِدۡرٖ مَّخۡضُودٖ ﴿28﴾

Onlar tikansız sidr ağac­ları arasın­da,

56:29

وَطَلۡحٖ مَّنضُودٖ ﴿29﴾

meyvələri salxım-salxım asılmış banan ağacları altında,

56:30

وَظِلّٖ مَّمۡدُودٖ ﴿30﴾

uzanmış kölgəliklərdə,

56:31

وَمَآءٖ مَّسۡكُوبٖ ﴿31﴾

daim axan sular kəna­rın­da,

56:32

وَفَٰكِهَةٖ كَثِيرَةٖ ﴿32﴾

çoxlu meyvələr –

56:33

لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ ﴿33﴾

tükənməz və qadağan edilməyən meyvələr içində

56:34

وَفُرُشٖ مَّرۡفُوعَةٍ ﴿34﴾

və hündür döşəklər üs­tündə ola­caqlar.

56:35

إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ ﴿35﴾

Biz Cənnətdəki qadınları yeni bi­çimdə yaradacağıq.

56:36

فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا ﴿36﴾

Onları bakirə qızlar edə­cəyik –

56:37

عُرُبًا أَتۡرَابٗا ﴿37﴾

ərlərini sevən, həmya­şıd­lar.

56:38

لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿38﴾

Bunlar sağ tərəf sahib­lə­ri üçün­dür.

56:39

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ ﴿39﴾

Onların çoxu əvvəlki nə­sillərdən,

56:40

وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ ﴿40﴾

bir qismi də axırıncılar­dandır.

56:41

وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ﴿41﴾

Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

56:42

فِي سَمُومٖ وَحَمِيمٖ ﴿42﴾

Onlar qızmar yel və qay­nar su içində,

56:43

وَظِلّٖ مِّن يَحۡمُومٖ ﴿43﴾

qapqara duman kölgə­sin­də ola­caqlar.

56:44

لَّا بَارِدٖ وَلَا كَرِيمٍ ﴿44﴾

Bu duman nə sərin, nə də xoşa­gə­ləndir.

56:45

إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ ﴿45﴾

Onlar bundan əvvəl cah-calal içində idilər,

56:46

وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ ﴿46﴾

böyük günah işlətmək­də israr edirdilər

56:47

وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ﴿47﴾

və deyirdilər: “Məgər biz ölüb tor­paq və sür-sümük ol­duq­dan sonra yeni­dən diril­diləcəyik?

56:48

أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ﴿48﴾

Yaxud bizim əcdadla­rı­mız diril­diləcəklərmi?”

56:49

قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ﴿49﴾

De: “Şübhəsiz ki, əvvəl­kilər də, sonrakılar da,

56:50

لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ﴿50﴾

bəlli bir günün müəy­yən vaxtın­da mütləq toplana­caq­lar.