quranm◉

Səhifə 537

Range
from 56:77 to 57:3
Surahs covered
Tərcümə
23 Tərcümə

◉

56:77

إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ ﴿77﴾

Həqiqətən, bu, ehtirama layiq Qurandır,

56:78

فِي كِتَٰبٖ مَّكۡنُونٖ ﴿78﴾

qorunub saxlanılan Ya­zı­dadır (Lövhi-məhfuzdadır).

56:79

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ ﴿79﴾

Ona yalnız pak olanlar toxunur.

56:80

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿80﴾

O, aləmlərin Rəbbi tərə­findən na­zil edilmişdir.

56:81

أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ﴿81﴾

Siz bu kəlamı yalan sa­yırsınız?

56:82

وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ﴿82﴾

Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz?

56:83

فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ ﴿83﴾

Can boğaza yetişdiyi za­man –

56:84

وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ ﴿84﴾

həmin an siz can verən adama ba­xırsınız.

56:85

وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ﴿85﴾

Biz ona sizdən daha ya­xın olu­ruq, siz isə bunu gör­mür­sü­nüz.

56:86

فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ﴿86﴾

Madam ki, siz iddianıza görə haqq-hesab olunmaya­caq­sınız

56:87

تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿87﴾

və doğru danışanlarsı­nız, onda, o canı geri qaytarın.

56:88

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ﴿88﴾

Amma əgər o, Allaha ya­xın olan­lardandırsa,

56:89

فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ ﴿89﴾

onda rəhmətə, gözəl ru­ziyə və Nəim bağına yetişər.

56:90

وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿90﴾

Əgər o, sağ tərəf sahib­lərin­dən­dirsə,

56:91

فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿91﴾

ona: “Sağ tərəf sahib­lə­rindən sə­nə salam olsun!”– de­yilə­cək.

56:92

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ﴿92﴾

Yox əgər o, haqqı yalan sayan­lar­dan və doğru yoldan azan­lar­dan­dırsa,

56:93

فَنُزُلٞ مِّنۡ حَمِيمٖ ﴿93﴾

onun ziyafəti qaynar su olacaq,

56:94

وَتَصۡلِيَةُ جَحِيمٍ ﴿94﴾

özü də Cəhənnəmdə ya­nacaq.

56:95

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ ﴿95﴾

Həqiqətən, bu, şübhə do­ğur­ma­yan bir həqiqətdir.

56:96

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ﴿96﴾

Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de!

57:1

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿1﴾

Göylərdə və yerdə olan­la­rın hamı­sı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüd­rətlidir, Hikmət sahibidir.

57:2

لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿2﴾

Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. O həm di­ril­dir, həm də öl­dürür. O, hər şeyə qadirdir.

57:3

هُوَ ٱلۡأَوَّلُ وَٱلۡأٓخِرُ وَٱلظَّـٰهِرُ وَٱلۡبَاطِنُۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿3﴾

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.