quranm◉

Mövzular · az (Səhifə 6)

710 Ayə · Mövzular · az

Ash-Shu'ara 26:101

وَلَا صَدِيقٍ حَمِيمٖ ﴿١٠١﴾

nə də bizə canıyanan bir dos­tu­muz var!

Ash-Shu'ara 26:200

كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ﴿٢٠٠﴾

Biz küfrü günahkar­la­rın qəlbinə belə salarıq.

Ash-Shu'ara 26:201

لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ﴿٢٠١﴾

Onlar ağrılı-acılı əzabı gör­məyə­nə­dək ona inanmaz­lar.

Ash-Shu'ara 26:202

فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿٢٠٢﴾

O əzab onlara özləri də hiss et­mədən qəflətən gələcək­.

Ash-Shu'ara 26:203

فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ ﴿٢٠٣﴾

Onlar deyəcəklər: “Bi­zə möhlət veriləcəkmi?”

Ash-Shu'ara 26:204

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ﴿٢٠٤﴾

Yenədəmi əzabımızın tez gəl­mə­sini istəyirlər?

Ash-Shu'ara 26:205

أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ ﴿٢٠٥﴾

Bilirsənmi, əgər onlara illərcə fi­ravanlıq nəsib etsək,

Ash-Shu'ara 26:206

ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ ﴿٢٠٦﴾

sonra vəd olunduqları əzab on­la­ra yetişsə,

Ash-Shu'ara 26:207

مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ ﴿٢٠٧﴾

onlara nəsib olmuş fi­ra­vanlıq, əzabımızı onlardan dəf edə bil­məz.

Ash-Shu'ara 26:208

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿٢٠٨﴾

Biz heç bir kəndi onu xə­bərdar edənlər olmadan məhv et­mə­dik.

Ash-Shu'ara 26:209

ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ﴿٢٠٩﴾

Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün gön­dər­dik. Biz əsla zalım olma­mışıq!

Ash-Shu'ara 26:210

وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ ﴿٢١٠﴾

Quranı şeytanlar endir­mədi.

Ash-Shu'ara 26:211

وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ ﴿٢١١﴾

Onlar buna layiq deyil­lər və heç bunu bacarmazlar da.

Ash-Shu'ara 26:212

إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ﴿٢١٢﴾

Çünki onlar vəhyə qu­laq asmaq­dan kənar edilmiş­dilər.

Ash-Shu'ara 26:213

فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ ﴿٢١٣﴾

Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yox­sa əzaba düçar edilən­lər­dən olarsan.

Al-'Ankabut 29:12

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿١٢﴾

Kafirlər möminlərə: “Bi­zim yolu­muzla gedin, günah­la­rınızı öz üstü­mü­zə götü­rək”– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının al­tı­na girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar.

Al-'Ankabut 29:13

وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ ﴿١٣﴾

Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər.

Al-'Ankabut 29:53

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿٥٣﴾

Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək.

Al-'Ankabut 29:54

يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ﴿٥٤﴾

Onlar səndən əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri bürü­yə­cək.

Al-'Ankabut 29:55

يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٥٥﴾

O gün əzab onları başla­rının üs­tündən və ayaqlarının al­tın­dan əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllə­rin cə­za­sı­nı dadın!”

Ar-Rum 30:12

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ ﴿١٢﴾

O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər.

Ar-Rum 30:13

وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَـٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ ﴿١٣﴾

Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər.

Ar-Rum 30:14

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَتَفَرَّقُونَ ﴿١٤﴾

Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar.

Luqman 31:6

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿٦﴾

İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir.

Luqman 31:7

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ ﴿٧﴾

Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ.

Luqman 31:23

وَمَن كَفَرَ فَلَا يَحۡزُنكَ كُفۡرُهُۥٓۚ إِلَيۡنَا مَرۡجِعُهُمۡ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٢٣﴾

Kafirlərin küfr etməsi sə­ni kədər­lən­dirməsin. Onların dö­nü­şü Bizə ola­caq. Biz də on­lara etdikləri əməllər ba­rədə xə­bər ve­rə­cə­yik. Həqi­qətən, Allah kökslərdə olanları bilir.

Luqman 31:24

نُمَتِّعُهُمۡ قَلِيلٗا ثُمَّ نَضۡطَرُّهُمۡ إِلَىٰ عَذَابٍ غَلِيظٖ ﴿٢٤﴾

Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik.

As-Sajdah 32:12

وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ﴿١٢﴾

Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!

As-Sajdah 32:13

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿١٣﴾

Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək.

As-Sajdah 32:14

فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿١٤﴾

Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!

As-Sajdah 32:20

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢٠﴾

Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.

As-Sajdah 32:21

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿٢١﴾

Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar.

As-Sajdah 32:22

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ﴿٢٢﴾

Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq.

Al-Ahzab 33:16

قُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا ﴿١٦﴾

De: “Əgər ölməkdən və ya öldü­rülməkdən qaçırsı­nız­sa, bu qaçmağın sizə əsla faydası olmaz. Belə olduğu təq­dirdə siz an­caq əcəliniz çatana qədər çox az bir müddət ər­zin­də gün-gü­zə­ran gö­rəcəksiniz”.

Al-Ahzab 33:17

قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿١٧﴾

De: “Əgər Allah sizə bir pislik et­mək istəyərsə, sizi On­dan kim qoruya bi­lər? Ya da si­zə bir yaxşılıq etmək is­tə­sə, Ona kim ma­ne ola bilər?” On­lar öz­lə­ri üçün Allahdan başqa nə bir hi­ma­yə­çi, nə də bir yar­dımçı tapa bilər­lər.

Saba 34:51

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ﴿٥١﴾

Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər.

Saba 34:52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿٥٢﴾

Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər?!

Saba 34:53

وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿٥٣﴾

Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər.

Saba 34:54

وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ﴿٥٤﴾

Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər.

Fatir 35:36

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ ﴿٣٦﴾

Kafirləri isə Cəhənnəm odu göz­ləyir. Orada nə öldü­rül­məz­lər ki, ölüb canları qur­tarsın, nə də bu odun əzabı on­lar üçün yün­gül­ləşdi­rilər. Biz hər bir kafiri belə cəza­lan­dı­rı­rıq.

Fatir 35:37

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ ﴿٣٧﴾

Onlar orada fəryad qo­parıb yal­varacaqlar: “Ey Rəb­bimiz! Bi­zi buradan çıxart ki, əv­vəllər etdiyimiz əməlləri de­yil, yaxşı əməl­lər edək”. On­lara de­yilə­cək: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünə bilə­cə­yi qədər uzun ömür ver­mə­dik­mi? Sizə qorxudub xə­bər­dar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kö­­mək edən olmaz”.

Ya-Sin 36:2

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ ﴿٢﴾

And olsun hikmətli Qu­ra­na!

Ya-Sin 36:3

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿٣﴾

Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən,

Ya-Sin 36:4

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿٤﴾

doğru yoldasan.

Ya-Sin 36:5

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ﴿٥﴾

Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki,

Ya-Sin 36:6

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ ﴿٦﴾

ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən.

Ya-Sin 36:7

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿٧﴾

Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər.

Ya-Sin 36:8

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ ﴿٨﴾

Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır.

Ya-Sin 36:9

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ ﴿٩﴾

Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər.

Mövzular