quranm◉

Səhifə 447

Range
from 37:25 to 37:51
Surahs covered
Tərcümə
27 Tərcümə

◉

37:25

مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ﴿25﴾

Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?”

37:26

بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ ﴿26﴾

Bəli, onlar bu gün baş əyəcəklər!

37:27

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ﴿27﴾

Onlar bir-birinə üz tutub soru­şa­caqlar.

37:28

قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ﴿28﴾

Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz”.

37:29

قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ﴿29﴾

Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz.

37:30

وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ ﴿30﴾

Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz.

37:31

فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ﴿31﴾

Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq.

37:32

فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ﴿32﴾

Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik”.

37:33

فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ﴿33﴾

Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar.

37:34

إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ﴿34﴾

Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik.

37:35

إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ﴿35﴾

Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir

37:36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ ﴿36﴾

və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?”

37:37

بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ﴿37﴾

Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di.

37:38

إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ﴿38﴾

Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız.

37:39

وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿39﴾

Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız.

37:40

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿40﴾

Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır.

37:41

أُوْلَـٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ ﴿41﴾

Məhz onlar üçün müəy­yən bir ruzi vardır –

37:42

فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ ﴿42﴾

Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək –

37:43

فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿43﴾

Nəim cən­nətlərində.

37:44

عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ﴿44﴾

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.

37:45

يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ ﴿45﴾

Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­.

37:46

بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّـٰرِبِينَ ﴿46﴾

Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab.

37:47

لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ﴿47﴾

O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar.

37:48

وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ ﴿48﴾

Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­.

37:49

كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ ﴿49﴾

Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər.

37:50

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ﴿50﴾

Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.

37:51

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ ﴿51﴾

Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.