quranm◉

Səhifə 534

Range
from 55:68 to 56:16
Surahs covered
Tərcümə
27 Tərcümə

◉

55:68

فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ ﴿68﴾

İkisində də cürbəcür mey­vələr, xurma ağacları və nar vardır.

55:69

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿69﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:70

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ ﴿70﴾

Orada xoş xasiyyətli, gö­zəl qızlar var.

55:71

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿71﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:72

حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ ﴿72﴾

Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər var.

55:73

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿73﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:74

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ ﴿74﴾

Onlardan əvvəl özlərinə heç bir insan və cin toxun­ma­mış qız­lar vardır.

55:75

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿75﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:76

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ ﴿76﴾

Onlar yaşıl balışlara və gözəl dö­şəkçələrə dirsəklənə­cəklər.

55:77

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿77﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:78

تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ﴿78﴾

Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qə­dər mü­ba­rək­dir!

56:1

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ ﴿1﴾

Vaqiə qopacağı zaman

56:2

لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ ﴿2﴾

onun qopduğunu heç kəs dana bilməz.

56:3

خَافِضَةٞ رَّافِعَةٌ ﴿3﴾

O, bəzilərini alçaldacaq, bə­zilərini də ucaldacaq.

56:4

إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا ﴿4﴾

Yer şiddətlə titrədiyi za­man,

56:5

وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا ﴿5﴾

Dağlar parça-parça olub ovxalan­dığı

56:6

فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا ﴿6﴾

və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

56:7

وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ ﴿7﴾

siz üç dəstəyə ayrılacaq­sınız.

56:8

فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ﴿8﴾

Sağ tərəf sahibləri. Nə xoş­bəxtdir sağ tərəf sahibləri!

56:9

وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ﴿9﴾

Sol tərəf sahibləri. Nə bəd­bəxtdir sol tərəf sahibləri!

56:10

وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ ﴿10﴾

Xeyirxah işlərdə öndə ge­dənlər, Cən­nətdə də öndə­dirlər!

56:11

أُوْلَـٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ ﴿11﴾

Onlar Allaha yaxın olan­lar,

56:12

فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿12﴾

Nəim cən­nətlərində qala­caq kimsələr­dir.

56:13

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ ﴿13﴾

Onların çoxu əvvəlki nə­sillərdən,

56:14

وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ ﴿14﴾

az bir qismi də axırın­cı­lardandır.

56:15

عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ ﴿15﴾

Onlar bəzənmiş taxtlar üstündə

56:16

مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ ﴿16﴾

qarşı-qarşıya əyləşib dir­səklənə­cəklər.