quranm◉

Səhifə 595

Range
from 91:1 to 92:14
Surahs covered
Tərcümə
29 Tərcümə

◉

91:1

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا ﴿1﴾

And olsun günəşə və onun saç­dığı şəfəqə!

91:2

وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا ﴿2﴾

And olsun ondan sonra zühur edən aya!

91:3

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿3﴾

And olsun günəşi açıqlığa çıxar­dan gündüzə!

91:4

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا ﴿4﴾

And olsun günəşi bürü­yən gecəyə!

91:5

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿5﴾

And olsun göyə və onu qurana!

91:6

وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا ﴿6﴾

And olsun yerə və onu dö­şəyənə!

91:7

وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا ﴿7﴾

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

91:8

فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا ﴿8﴾

ona günahları və Allah­dan qorx­mağı təlqin edənə!

91:9

قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا ﴿9﴾

Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır.

91:10

وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا ﴿10﴾

Onu günaha batıran isə ziyana uğramışdır.

91:11

كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ ﴿11﴾

Səmud qövmü öz azğın­lı­ğı üzün­dən Allahın elçisini inkar et­di.

91:12

إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا ﴿12﴾

Onların ən bədbəxti də­və­ni kəs­məyə qalxdıqda

91:13

فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا ﴿13﴾

Allahın elçisi onlara de­di: “Alla­hın bu dişi dəvəsi­nə to­xun­ma­yın və onun su içmə­si­nə mane olmayın!”

91:14

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا ﴿14﴾

Onlar isə peyğəmbəri ya­lançı sa­yıb, dəvə­nin diz və­tə­ri­ni kəs­dilər. On­ların Rəbbi də bu günahlarına görə on­ların ha­mı­sını qı­rıb yerlə yeksan etdi.

91:15

وَلَا يَخَافُ عُقۡبَٰهَا ﴿15﴾

Allah günahkarlara etdi­yi­nin nəti­cəsindən çəkinməz!

92:1

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ ﴿1﴾

And olsun yer üzünü zül­mətə bü­rü­məkdə olan gecəyə!

92:2

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿2﴾

And olsun günəşin çıx­ma­sı ilə ay­dınlaşan gün­düzə!

92:3

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ﴿3﴾

And olsun kişini və qa­dı­nı yara­dana!

92:4

إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ ﴿4﴾

Sizin can atdıqlarınız baş­qa-baş­qadır.

92:5

فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ﴿5﴾

Kim haqqını verir və Al­lah­dan qor­xursa,

92:6

وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ﴿6﴾

və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə,

92:7

فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ ﴿7﴾

Biz onu ən asan olana na­il edə­cəyik.

92:8

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ﴿8﴾

Kim də xə­sislik edərək Rəb­binə eh­tiyacı olmadığını gü­man edir­sə

92:9

وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ﴿9﴾

və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini yalan hesab edir­sə,

92:10

فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ﴿10﴾

Biz onun üstünə ən çə­tin olanı yükləyəcəyik.

92:11

وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿11﴾

Cəhənnəmə düşdükdə var-dövləti ona fayda ver­məyəcək.

92:12

إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ ﴿12﴾

Şübhəsiz ki, doğru yola yönəlt­mək Bizə aiddir.

92:13

وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ﴿13﴾

Sözsüz ki, Axirət də, dün­ya hə­yatı da Bizimdir.

92:14

فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ ﴿14﴾

Mən sizi alov saçan bir odla qor­xutdum.