quranm◉

Surah Al-Baqarah (2) recited by Hani ar Rifai

Listen to Hani ar Rifai

Surah ◉

2:1

الٓمٓ ﴿1﴾

Əlif. Ləm. Mim.

2:2

ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ ﴿2﴾

Bu, qətiyyən şübhə do­ğur­ma­­yan, müttəqilərə doğru yol gös­tə­rən bir Ki­tabdır.

2:3

ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿3﴾

O kəslər ki, qeybə iman gə­­tirir, namaz qılır və Bizim on­­lara ver­diyi­miz ruzidən Allah yolunda xərcləyir­lər;

2:4

وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ﴿4﴾

O kəslər ki, sənə nazil ola­na və səndən əvvəl nazil olan­lara iman gəti­rir, axirətə də yə­qin­lik­lə inanır­lar.

2:5

أُوْلَـٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿5﴾

Onlar öz Rəbbindən gələn doğru yol üzərindədirlər. Məhz onlar ni­cat tapan­lar­dır.

2:6

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ﴿6﴾

Həqiqətən, kafirləri qor­xut­san da, qorxutmasan da, on­­lar üçün fərqi yox­dur, iman gə­tir­məzlər.

2:7

خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ﴿7﴾

Allah onların qəlblərini və qu­­laqla­rını möhürləmişdir. Göz­lə­ri­ndə də pərdə vardır. Üstəlik, on­ları böyük bir əzab gözləyir.

2:8

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ ﴿8﴾

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıq­la­rı hal­­da: “Allaha və Axirət gü­nünə inanı­rıq”– deyirlər.

2:9

يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ﴿9﴾

Onlar Allahı və iman gə­ti­rənləri aldatmağa çalışır­lar. Hal­bu­ki, yalnız öz­lərini aldadır və bunu anlamırlar.

2:10

فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ ﴿10﴾

Onların qəlblərində xəs­tə­lik var­dır, üstəlik, Allah on­la­rın xəs­­tə­­li­yi­ni artır­mışdır. Ya­lan danışdıqlarına görə onlar üçün ağ­rılı-acılı bir əzab vardır.

2:11

وَإِذَا قِيلَ لَهُمۡ لَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ قَالُوٓاْ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ ﴿11﴾

Onlara: “Yer üzündə fə­sad törət­məyin!”– deyildiyi za­­man: “Biz ki, ancaq islah edən­lərik!”– deyirlər.

2:12

أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡمُفۡسِدُونَ وَلَٰكِن لَّا يَشۡعُرُونَ ﴿12﴾

Əslində, elə onların özləri fəsad tö­­rə­dən­lərdir, lakin bunu başa düş­­mür­lər.

2:13

وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓاْ أَنُؤۡمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُۗ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعۡلَمُونَ ﴿13﴾

Onlara: “İnsanlar iman gə­tir­diyi kimi siz də iman gə­ti­rin!”– de­yil­diyi zaman: “Biz də səfehlərin iman gə­tirdikləri kimi iman gəti­rək?”– deyirlər. Əslində, səfeh elə onların öz­lə­ri­dir, lakin bu­nu bilmirlər.

2:14

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ ﴿14﴾

Onlar möminlərlə rast­laş­­dıqda: “Biz iman gətirdik!”– de­­yir­lər, öz şey­tanları ilə təklik­də qal­dıqda isə: “Biz si­zin­ləyik. Biz mö­min­lərə ancaq istehza edirik!”– de­yir­lər.

2:15

ٱللَّهُ يَسۡتَهۡزِئُ بِهِمۡ وَيَمُدُّهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ﴿15﴾

Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artı­rar ki, sərgər­dan gəzərlər.

2:16

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمۡ وَمَا كَانُواْ مُهۡتَدِينَ ﴿16﴾

Onlar doğru yolu verib az­ğın­lığı satın almış kimsə­lər­dir. On­ların ticarəti qa­zanc gə­tir­mədi, özləri də doğ­ru yola yö­nəl­mədilər.

2:17

مَثَلُهُمۡ كَمَثَلِ ٱلَّذِي ٱسۡتَوۡقَدَ نَارٗا فَلَمَّآ أَضَآءَتۡ مَا حَوۡلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمۡ وَتَرَكَهُمۡ فِي ظُلُمَٰتٖ لَّا يُبۡصِرُونَ ﴿17﴾

Onların misalı zülmət ge­­cədə od qalayan kimsənin misalına bənzər. Alov onun ət­ra­fın­da­kıları işıqlandırdı­ğı za­man Allah on­la­rın nurunu apa­rar, öz­lərini də heç bir şey görə bil­məyə­cəkləri zül­mətlər içəri­sin­də bura­xar.

2:18

صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَرۡجِعُونَ ﴿18﴾

Onlar kar, lal və kordurlar. Odur ki, doğru yola qa­yıt­maz­­lar.

2:19

أَوۡ كَصَيِّبٖ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٞ وَرَعۡدٞ وَبَرۡقٞ يَجۡعَلُونَ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلۡمَوۡتِۚ وَٱللَّهُ مُحِيطُۢ بِٱلۡكَٰفِرِينَ ﴿19﴾

Yaxud onların misalı zül­­­mətlər için­də göy gurultusu və şim­şəklə göydən yağan leysana düşən­lə­rin misalına bənzəyir ki, il­dı­rım­dan öl­mək qor­xu­su ilə bar­maq­larını qulaqla­rına tıxa­yır­lar. Şüb­həsiz ki, Allah ka­fir­ləri hər tərəf­dən əhatəyə al­mışdır.

2:20

يَكَادُ ٱلۡبَرۡقُ يَخۡطَفُ أَبۡصَٰرَهُمۡۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوۡاْ فِيهِ وَإِذَآ أَظۡلَمَ عَلَيۡهِمۡ قَامُواْۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿20﴾

Şimşək az qalır ki, onla­rın gözlə­rini çıxartsın. Şimşək hər dəfə onların yo­lunu işıq­lan­dır­dıq­da onun­ işığında gedirlər, zül­mət on­ları bü­rü­dükdə isə da­ya­­nıb du­rur­lar. Əgər Allah is­tə­səydi, on­ları eşit­mək­dən və gör­məkdən məh­rum edərdi. Şübhəsiz ki, Allah hər şe­yə qa­dirdir.

2:21

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿21﴾

Ey insanlar! Sizi və siz­dən əvvəlkiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə On­dan qorxasınız.

2:22

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿22﴾

O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla si­zin üçün növbə­növ məhsullar­dan ruzi ye­tiş­di­rdi. Siz də bu­nu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın.

2:23

وَإِن كُنتُمۡ فِي رَيۡبٖ مِّمَّا نَزَّلۡنَا عَلَىٰ عَبۡدِنَا فَأۡتُواْ بِسُورَةٖ مِّن مِّثۡلِهِۦ وَٱدۡعُواْ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿23﴾

Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsinizsə, on­da ona bən­zər bir surə gətirin və əgər doğru de­yirsiniz­sə, Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın!

2:24

فَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ﴿24﴾

Əgər siz bunu edə bil­mir­siniz­sə, – heç edə də bil­məz­­si­niz – onda yanacağı insanlar­dan və daşlardan olan, kafirlər üçün ha­­zır­lanmış oddan çəki­nin.

2:25

وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ ﴿25﴾

İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün al­tından çaylar axan cən­nətlər var­dır. Hər dəfə onun mey­və­lə­rindən on­lara ruzi veril­dikdə: “Bu ki, əv­vəllər bizə ve­rilən ruzilərdəndir!”– de­yə­cək­lər. Hal­bu­ki on­lara onun oxşarı verilə­cəkdir. On­lar üçün orada pak zöv­cə­lər vardır və onlar ora­da əbədi qala­caq­lar.

2:26

إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ ﴿26﴾

Heç şübhəsiz ki, Allah ağca­qa­nadı və on­dan da kiçik olanı məsəl çəkmək­dən utan­maz. İman gə­tirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haq­dır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səl­lə Allah nə de­mək istəyir?” Hal­buki Allah bu­nun­la bir çox­larını sap­dırır, bir çox­la­rı­nı da haqq yoluna yö­nəl­dir. O, bu­nunla məhz fasiqləri sapdırır.

2:27

ٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿27﴾

O kəsləri ki, Allahla əhd-pey­man bağladıqdan sonra onu po­zur, Allahın birləşdirilməsini əmr etdi­yini kə­sir və yer üzündə fit­nə-fəsad törə­dirlər. Məhz on­lar ziyana uğ­rayan­lardır!

2:28

كَيۡفَ تَكۡفُرُونَ بِٱللَّهِ وَكُنتُمۡ أَمۡوَٰتٗا فَأَحۡيَٰكُمۡۖ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿28﴾

Allaha necə küfr edir­si­niz ki, siz ölü idiniz, O sizi di­riltdi?! Sonra O sizi öldürə­cək, sonra di­rildəcək, sonra da siz Ona qaytarı­la­caq­­sınız.

2:29

هُوَ ٱلَّذِي خَلَقَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبۡعَ سَمَٰوَٰتٖۚ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿29﴾

Yer üzündə olanların ha­­­mısını sizin üçün xəlq edən, son­ra gö­yə ucalıb onu yed­di qat göy edən Odur. O, hər şeyi bilir.

2:30

وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ ﴿30﴾

Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bər­qə­rar edə­cə­yəm!”– de­dik­də, on­lar: “Biz Səni həmd-səna ilə tə­rif­lə­di­yimiz və Səni müqəd­dəs tut­du­ğumuz halda, Sən ora­da, fəsad tö­rədib qan tökəcək kəsmi bərqərar edəcək­sən?”– dedilər. O buyurdu: “Şüb­­həsiz ki, Mən sizin bil­mədik­lərinizi bi­lirəm!”

2:31

وَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿31﴾

Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra on­ları mə­lək­lərə gös­tərib dedi: “Doğru deyirsinizsə, bun­­ların adla­rını Mənə bildirin!”

2:32

قَالُواْ سُبۡحَٰنَكَ لَا عِلۡمَ لَنَآ إِلَّا مَا عَلَّمۡتَنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴿32﴾

Onlar dedilər: “Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bi­lənsən, Müdrik­sən!”

2:33

قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ ﴿33﴾

Allah buyurdu: “Ey Adəm, bun­­la­rın adlarını onlara bil­dir!” O, bun­la­rın adla­rını onlara bil­dir­dikdə Allah buyurdu: “Mən sizə de­mə­dimmi ki, göy­lərdə və yer­də olan qeybi, aşkara çıxart­dı­ğı­nızı və gizli saxladığınızı bi­li­rəm?!”

2:34

وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿34﴾

Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu.

2:35

وَقُلۡنَا يَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿35﴾

Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.”

2:36

فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿36﴾

Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: “Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.”

2:37

فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿37﴾

Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir.

2:38

قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿38﴾

Biz dedik: “Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər.”

2:39

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿39﴾

Kafir olub ayələrimizi ya­lan sa­yanlar isə Od sakinlə­ridir­lər. Onlar ora­da əbədi qa­lacaq­lar!

2:40

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَوۡفُواْ بِعَهۡدِيٓ أُوفِ بِعَهۡدِكُمۡ وَإِيَّـٰيَ فَٱرۡهَبُونِ ﴿40﴾

Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə ye­ti­rin ki, Mən də si­zə verdiyim əhdi yerinə ye­ti­rim. Və yalnız Mən­dən qorxun!

2:41

وَءَامِنُواْ بِمَآ أَنزَلۡتُ مُصَدِّقٗا لِّمَا مَعَكُمۡ وَلَا تَكُونُوٓاْ أَوَّلَ كَافِرِۭ بِهِۦۖ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗا وَإِيَّـٰيَ فَٱتَّقُونِ ﴿41﴾

Sizdə olanı təsdiqləyici ki­mi na­zil etdiyim Qurana iman gə­ti­rin və ona küfr edən­lərin birin­cisi olma­yın! Mənim ayələ­rimi ucuz qiymətə sat­ma­yın və yalnız Mən­dən qorxun.

2:42

وَلَا تَلۡبِسُواْ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُواْ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿42﴾

Özünüz də bilə-bilə haq­­qa batil donu geyindirmə­yin və haq­qı giz­lət­məyin.

2:43

وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱرۡكَعُواْ مَعَ ٱلرَّـٰكِعِينَ ﴿43﴾

Namaz qılın, zəkat ve­rin və rüku edənlərlə birlikdə rüku edin!

2:44

أَتَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبِرِّ وَتَنسَوۡنَ أَنفُسَكُمۡ وَأَنتُمۡ تَتۡلُونَ ٱلۡكِتَٰبَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿44﴾

Siz Kitab oxuduğunuz halda, insan­la­ra yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursu­nuz?! Mə­gər anlamır­sı­nız?!

2:45

وَٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلۡخَٰشِعِينَ ﴿45﴾

Səbir etmək və namaz qıl­­maqla Allahdan kömək di­lə­yin! Hə­qiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir.

2:46

ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَأَنَّهُمۡ إِلَيۡهِ رَٰجِعُونَ ﴿46﴾

O müti kəslər ki, öz Rəbbi ilə qar­şıla­şacaqlarını və Ona qayı­da­caq­la­rını yəqin bilirlər.

2:47

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿47﴾

Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi və sizi aləm­lər­­­dən üstün etdiyimi xa­tır­layın.

2:48

وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا شَفَٰعَةٞ وَلَا يُؤۡخَذُ مِنۡهَا عَدۡلٞ وَلَا هُمۡ يُنصَرُونَ ﴿48﴾

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­yəcək, heç kəsdən şə­faət qə­bul olun­mayacaq, heç kəsdən bir fid­yə alın­mayacaq və onlara kömək göstə­rilməyəcək­.

2:49

وَإِذۡ نَجَّيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴿49﴾

Bir zaman Biz sizi Firo­nun tə­rəf­dar­larından xilas et­dik. O vaxt onlar sizə ağır əzab­lar verir, oğlan uşaq­ları­nı­zı öl­dürür, qa­dın­­larınızı isə sağ bu­ra­xırdılar. Bun­da Rəbbi­niz tə­rəfindən sizin üçün bö­yük bir sınaq var idi.

2:50

وَإِذۡ فَرَقۡنَا بِكُمُ ٱلۡبَحۡرَ فَأَنجَيۡنَٰكُمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَ وَأَنتُمۡ تَنظُرُونَ ﴿50﴾

O zaman Biz sizin üçün də­nizi yardıq, sizi xilas etdik və Fi­ro­nun tə­rəf­dar­larını gö­zü­­nüzün qabağın­da dənizdə ba­tırdıq.

2:51

وَإِذۡ وَٰعَدۡنَا مُوسَىٰٓ أَرۡبَعِينَ لَيۡلَةٗ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ ﴿51﴾

O zaman Biz Musa ilə qırx gecəlik görüşməyə vədələşdik. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.

2:52

ثُمَّ عَفَوۡنَا عَنكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿52﴾

Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edə­si­niz.

2:53

وَإِذۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَٱلۡفُرۡقَانَ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿53﴾

O zaman Biz Musaya Ki­tab və haqqı batildən ayıran Fur­qan verdik ki, bəlkə doğru yolla ge­də­siniz.

2:54

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِنَّكُمۡ ظَلَمۡتُمۡ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلۡعِجۡلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمۡ فَٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ عِندَ بَارِئِكُمۡ فَتَابَ عَلَيۡكُمۡۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿54﴾

O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­va ibadət etməklə özü­nü­zə zülm et­diniz. Odur ki, Ya­ra­da­nı­nıza töv­bə edin və özü­nüzü öl­dürün. Bu, Yara­da­nını­zın yanında sizin üçün xe­yir­lidir.” O, sizin töv­bə­ni­zi qə­bul etdi. Həqiqətən də, O, töv­bələri qə­bul edən­dir, Rəhm­li­dir.

2:55

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّـٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ ﴿55﴾

O zaman siz: “Ey Musa! Biz Alla­hı açıq-aşkar gör­mə­yincə sənə iman gətirməyə­cə­yik!”– de­diniz və gözünüz gö­rə-görə sizi il­dı­rım vurdu.

2:56

ثُمَّ بَعَثۡنَٰكُم مِّنۢ بَعۡدِ مَوۡتِكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿56﴾

Ölümünüzdən sonra Biz sizi di­riltdik ki, bəlkə şükür edə­siniz.

2:57

وَظَلَّلۡنَا عَلَيۡكُمُ ٱلۡغَمَامَ وَأَنزَلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿57﴾

Biz sizin üs­tünüzə bu­ludla kölgə saldıq, sizə manna və bil­dirçin endirdik və: “Sizə ruzi ola­raq ver­diyimiz pak şey­­lərdən ye­yin!”– dedik. Onlar Bi­zə yox, an­caq özlərinə zülm etdilər.

2:58

وَإِذۡ قُلۡنَا ٱدۡخُلُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ فَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ رَغَدٗا وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُولُواْ حِطَّةٞ نَّغۡفِرۡ لَكُمۡ خَطَٰيَٰكُمۡۚ وَسَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ ﴿58﴾

O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istə­di­yi­niz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq.” Biz yaxşı işlər gö­rənlərə müka­fat­larını artırarıq.

2:59

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿59﴾

Zülm edənlər özlərinə de­yilən sözü başqası ilə dəyiş­dilər. Biz də zülm edənlərə, et­dikləri günaha görə göydən əzab gön­dər­dik.

2:60

وَإِذِ ٱسۡتَسۡقَىٰ مُوسَىٰ لِقَوۡمِهِۦ فَقُلۡنَا ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنفَجَرَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۖ كُلُواْ وَٱشۡرَبُواْ مِن رِّزۡقِ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿60﴾

O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsan­la da­şa vur!”– de­dik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbi­lə su içə­cəyi yeri ta­nıdı. Onlara de­dik: “Allahın si­zə verdiyi ruzi­dən ye­yin-için və yer üzün­də fəsad yaymağa səy göstərməyin!”

2:61

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ﴿61﴾

Onda siz dediniz: “Ey Mu­­sa! Biz eyni cür yeməklərə döz­mə­yəcə­yik. Elə buna görə də, bizim üçün Rəbbi­nə dua et ki, bizə yerin bitir­dik­lə­rin­­dən – tərə­vəzin­dən, xi­ya­rın­dan, sa­rım­sağın­dan, mər­ciməyin­dən və so­ğa­nından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şey­lərin da­ha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­si­niz?! Şəhərə enin! Şübhəsiz ki, ora­da sizin üçün istə­dikləriniz var­dır!” On­la­ra zə­lil­lik və düş­gün­lük üz ver­di, üstəlik, onlar Allahın qəzəbinə dü­çar ol­du­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayə­lərinə küfr edir­dilər və pey­ğəm­bər­ləri haq­sız yerə öl­dü­rür­dü­lər. Bu həm də on­ların asi ol­duq­la­rına və həddi aşdıq­la­rına görə idi.

2:62

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّـٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿62﴾

Şübhəsiz ki, möminlə­rin, yə­­hudilərdən, nəsranilərdən və sabiilər­dən Al­laha və Axirət gününə iman gə­ti­rənlərin və yaxşı iş gö­rən­lə­rin mü­kafatı öz Rəbbi yanın­da­dır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­mə­yəcəklər.

2:63

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿63﴾

Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Si­zə ver­diyi­mizdən möh­kəm ya­pışın və onun için­dəkiləri ya­da salın ki, bəlkə Allahdan qor­xasınız!”

2:64

ثُمَّ تَوَلَّيۡتُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۖ فَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ﴿64﴾

Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Alla­hın lütfü və rəhmi olma­say­dı, əlbəttə, ziyana uğra­yan­lardan olar­dınız.

2:65

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلَّذِينَ ٱعۡتَدَوۡاْ مِنكُمۡ فِي ٱلسَّبۡتِ فَقُلۡنَا لَهُمۡ كُونُواْ قِرَدَةً خَٰسِـِٔينَ ﴿65﴾

Siz artıq içərinizdən şən­bə günü həddi aşanları tanı­yırsınız. Biz də on­la­ra: “Mən­fur mey­mun­­lar olun!”– dedik.

2:66

فَجَعَلۡنَٰهَا نَكَٰلٗا لِّمَا بَيۡنَ يَدَيۡهَا وَمَا خَلۡفَهَا وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ﴿66﴾

Biz bunu onlarla bir dövr­­də olanlar və onlardan sonra gə­lən­lər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

2:67

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تَذۡبَحُواْ بَقَرَةٗۖ قَالُوٓاْ أَتَتَّخِذُنَا هُزُوٗاۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنۡ أَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿67﴾

Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəs­mə­nizi əmr edir!” Onlar: “Sən bi­zi ələ salırsan?!”– dedi­lər. Musa: “Ca­hillərdən ol­maqdan Alla­­ha sığı­nı­ram!”– dedi.

2:68

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا فَارِضٞ وَلَا بِكۡرٌ عَوَانُۢ بَيۡنَ ذَٰلِكَۖ فَٱفۡعَلُواْ مَا تُؤۡمَرُونَ ﴿68﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bun­ların iki­si­nin arasın­da olan or­ta yaşlı bir inək­dir. Sizə nə əmr edilirsə, onu ye­rinə yeti­rin!”

2:69

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوۡنُهَاۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ صَفۡرَآءُ فَاقِعٞ لَّوۡنُهَا تَسُرُّ ٱلنَّـٰظِرِينَ ﴿69﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bil­dir­sin!” Musa dedi: “Allah bu­yurur ki, o, sarı rəngli par­laq, həm də baxan­ların xoşuna gələn bir inək­dir.”

2:70

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ ٱلۡبَقَرَ تَشَٰبَهَ عَلَيۡنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهۡتَدُونَ ﴿70﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bil­dirsin! Çünki bu inəklər bizə bən­zər gö­rü­nür. Əgər Allah istəsə, biz düz yola yönələrik.”

2:71

قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا ذَلُولٞ تُثِيرُ ٱلۡأَرۡضَ وَلَا تَسۡقِي ٱلۡحَرۡثَ مُسَلَّمَةٞ لَّا شِيَةَ فِيهَاۚ قَالُواْ ٱلۡـَٰٔنَ جِئۡتَ بِٱلۡحَقِّۚ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفۡعَلُونَ ﴿71﴾

Musa dedi: “Allah bu­yu­rur ki, o, nə yer şumlamağa, nə də əkin su­var­ma­ğa ram edil­miş, üstəlik, sağ­lam­ və heç bir ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqi­qəti bil­dir­din!”– dedilər və onu kəsdi­lər. Hal­buki az qala bunu yeri­nə ye­tir­mə­yə­cək­di­lər.

2:72

وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّـٰرَ ٰٔتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ ﴿72﴾

O zaman siz bir nəfəri öl­dür­müş­dünüz və onun qatili ba­rə­sin­də müba­hisə edirdiniz. Halbuki Allah gizlətdik­lərinizi aşkara çı­xarandır.

2:73

فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿73﴾

Biz dedik: “İnəyin bir par­çası­nı ölüyə vurun!” Allah ölü­ləri bu cür diril­dir və Öz ayə­lərini si­zə göstərir ki, bəl­kə an­la­yasınız.

2:74

ثُمَّ قَسَتۡ قُلُوبُكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ فَهِيَ كَٱلۡحِجَارَةِ أَوۡ أَشَدُّ قَسۡوَةٗۚ وَإِنَّ مِنَ ٱلۡحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنۡهُ ٱلۡأَنۡهَٰرُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَشَّقَّقُ فَيَخۡرُجُ مِنۡهُ ٱلۡمَآءُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَهۡبِطُ مِنۡ خَشۡيَةِ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿74﴾

Sonra bunun ardınca qəlb­ləriniz sərtləşib daş ki­mi, hət­­ta ondan da sərt oldu. Həqi­qə­­tən, daş­lardan eləsi var ki, içə­ri­sin­dən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içə­ri­sindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb ye­rə dü­şər. Allah sizin et­diklərinizdən qafil de­yil­dir.

2:75

أَفَتَطۡمَعُونَ أَن يُؤۡمِنُواْ لَكُمۡ وَقَدۡ كَانَ فَرِيقٞ مِّنۡهُمۡ يَسۡمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعۡدِ مَا عَقَلُوهُ وَهُمۡ يَعۡلَمُونَ ﴿75﴾

Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan elə bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər.

2:76

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَا بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ قَالُوٓاْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيۡكُمۡ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ﴿76﴾

Onlar möminlərlə rast­la­­şan­da: “Biz iman gətirdik!”– de­yir, bir-birləri ilə xəlvətdə qalan­da isə: “Allahın sizə bil­dirdiyini on­la­ra danışırsınız ki, Rəb­bi­nizin yanında bunu sizə qarşı dəlil gə­tir­sin­lər?! Məgər başa düşmürsü­nüz?!”– deyir­lər.

2:77

أَوَلَا يَعۡلَمُونَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ ﴿77﴾

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıq­la­rını və aşka­ra çıxartdıqlarını bilir?

2:78

وَمِنۡهُمۡ أُمِّيُّونَ لَا يَعۡلَمُونَ ٱلۡكِتَٰبَ إِلَّآ أَمَانِيَّ وَإِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ﴿78﴾

Onların arasında Kitabı bil­­mə­yən elə savadsızlar var­dır ki, onlar an­caq xülyalara dalar və ancaq zənnə uyarlar.

2:79

فَوَيۡلٞ لِّلَّذِينَ يَكۡتُبُونَ ٱلۡكِتَٰبَ بِأَيۡدِيهِمۡ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنۡ عِندِ ٱللَّهِ لِيَشۡتَرُواْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَوَيۡلٞ لَّهُم مِّمَّا كَتَبَتۡ أَيۡدِيهِمۡ وَوَيۡلٞ لَّهُم مِّمَّا يَكۡسِبُونَ ﴿79﴾

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, son­ra da: “Bu, Allah tərəfin­dən­dir!”– deyir­lər ki, bunun­ sayəsində bir az pul əldə et­sin­lər. Öz əlləri ilə yaz­dıq­la­rı­na görə vay on­la­rın halına! Qa­­zan­dıq­ları şeyə görə də vay on­la­rın halına!

2:80

وَقَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَةٗۚ قُلۡ أَتَّخَذۡتُمۡ عِندَ ٱللَّهِ عَهۡدٗا فَلَن يُخۡلِفَ ٱللَّهُ عَهۡدَهُۥٓۖ أَمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿80﴾

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxuna­caq!” De: “Məgər siz Allahdan əhd al­mısı­nız? Bilin ki, Allah ver­diyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Alla­ha qarşı bilmədi­yi­nizi danışırsı­nız?!”

2:81

بَلَىٰۚ مَن كَسَبَ سَيِّئَةٗ وَأَحَٰطَتۡ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿81﴾

Xeyr! Günah qazanan və xə­taları özlərini bürüyən kim­sə­lər – məhz onlar Od sakinlə­ridirlər. Onlar ora­da əbədi qalacaq­lar!

2:82

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿82﴾

İman gətirib saleh əməllər edənlərə gəlincə, onlar Cənnət sa­kinləri­dirlər­. On­lar orada əbə­di qala­caq­lar!

2:83

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ لَا تَعۡبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَانٗا وَذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسۡنٗا وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيۡتُمۡ إِلَّا قَلِيلٗا مِّنكُمۡ وَأَنتُم مُّعۡرِضُونَ ﴿83﴾

Bir zaman Biz İsrail oğul­ları ilə: “Allah­dan qeyrisinə iba­dət et­məyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xe­yirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zə­kat ve­rəcək­siniz!”– deyə əhd bağ­­ladıq. Son­ra az bir qismi­niz is­tis­na ol­maq­la, üz çe­vi­rib dön­dü­nüz.

2:84

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ لَا تَسۡفِكُونَ دِمَآءَكُمۡ وَلَا تُخۡرِجُونَ أَنفُسَكُم مِّن دِيَٰرِكُمۡ ثُمَّ أَقۡرَرۡتُمۡ وَأَنتُمۡ تَشۡهَدُونَ ﴿84﴾

O zaman Biz sizinlə: “Bir-biri­ni­zin qanını tökməyə­cək­si­niz, bir-birinizi yurd­ları­nızdan çı­xarmaya­caqsınız!”– deyə əhd kəs­dik. Sonra da siz özünüz şa­hidlik edə­rək bu əhdi təsdiq­lə­di­niz.

2:85

ثُمَّ أَنتُمۡ هَـٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿85﴾

Bu əhddən sonra siz yenə də bir-bi­rini­zi öldürür, özü­nüz­­dən olan bir dəs­təni öz yurd­undan çı­­xarır, onlara qar­şı pislik və düş­mən­çi­lik et­mək­də bir-biri­ni­zə kömək edir­si­niz. Onlar əsir tu­tu­­lub ya­nı­nı­za gə­tiriləndə, fidyə ve­rib on­ları azad edirsiniz. Hal­bu­ki on­ları yurdların­dan çıxart­maq si­zə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­minə küfr edirsi­niz?! Siz­lər­dən bunu edənin cəzası dünya hə­­yatında ancaq rüsvay ol­maq, Qi­ya­mət gü­nü isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah sizin et­dik­lə­riniz­dən qafil de­yil­dir.

2:86

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۖ فَلَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنصَرُونَ ﴿86﴾

Onlar axirət qarşılığında dün­ya hə­ya­tını satın alan kimsə­lər­dir. Ona görə də on­ların nə əzabı yün­gülləş­di­rilə­cək, nə də on­lara kö­mək gös­təri­lə­cək­dir.

2:87

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَقَفَّيۡنَا مِنۢ بَعۡدِهِۦ بِٱلرُّسُلِۖ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ أَفَكُلَّمَا جَآءَكُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُكُمُ ٱسۡتَكۡبَرۡتُمۡ فَفَرِيقٗا كَذَّبۡتُمۡ وَفَرِيقٗا تَقۡتُلُونَ ﴿87﴾

Biz Musaya Kitab ver­dik və on­dan sonra bir-birinin ar­dın­ca elçi­lər gön­dərdik. Biz Mər­yəm oğlu İsa­ya da açıq-ay­dın dəlillər ver­dik və onu mü­qəddəs ruhla qüv­vət­ləndir­dik. Hər dəfə sizə göndərilən elçi ürəyi­nizə yat­ma­yan bir şey gəti­rəndə, siz tə­kəbbür gös­tər­mə­di­niz­mi?! Siz on­ların bir qismini ya­lançı hesab etdiniz, bir qis­mini isə öldürdünüz.

2:88

وَقَالُواْ قُلُوبُنَا غُلۡفُۢۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَقَلِيلٗا مَّا يُؤۡمِنُونَ ﴿88﴾

Onlar dedilər: “Qəlblə­ri­miz örtüldür!” Xeyr, Allah on­la­rı küfr­lərinə görə lə­nət­­lə­miş­dir. Odur ki, on­lar ol­duq­ca az ina­nır­lar.

2:89

وَلَمَّا جَآءَهُمۡ كِتَٰبٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ وَكَانُواْ مِن قَبۡلُ يَسۡتَفۡتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُواْ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِۦۚ فَلَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿89﴾

Onlara Allah tərəfindən özlə­rin­də olanı təsdiqləyən bir Ki­tab gəldikdə onu inkar etdi­lər. Halbuki əv­vəl­lər ka­firlər üzə­rin­də qə­lə­bə dilə­yir­di­lər. On­lara ta­nıdıq­ları pey­ğəm­bər gəl­dik­də isə onu in­kar et­di­lər. Allahın lənəti olsun kafirlərə!

2:90

بِئۡسَمَا ٱشۡتَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡ أَن يَكۡفُرُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغۡيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضۡلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ ﴿90﴾

Allahın Öz qullarından is­tədi­yi kimsəyə Öz lütfündən bəxş etmə­sinə həsəd aparmaq və Onun nazil etdiyini inkar et­mək­lə nəfs­­­lərini satıb əvə­zin­də al­dıq­ları şey necə də pisdir! Beləcə, on­lar qə­zə­b üstündən qəzəbə uğradılar. Ka­fir­lər üçün al­çal­dıcı bir əzab vardır.

2:91

وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ نُؤۡمِنُ بِمَآ أُنزِلَ عَلَيۡنَا وَيَكۡفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا مَعَهُمۡۗ قُلۡ فَلِمَ تَقۡتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبۡلُ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿91﴾

Onlara: “Allahın nazil et­diyi­nə iman gətirin!”– deyildikdə, on­lar: “Biz sadəcə özü­müzə nazil edi­lənə ina­nırıq!”– deyib ondan başqasını inkar edirlər. Hal­buki bu Quran on­ların özlərində olanı təs­diq­lə­yən haqqdır. De: “Əgər siz inanan idi­nizsə, bəs nə üçün əv­vəllər Al­lahın pey­ğəmbərlərini öldü­rür­­dü­nüz?”

2:92

وَلَقَدۡ جَآءَكُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ ﴿92﴾

Musa sizə açıq-aydın də­­lil­lər gə­tirmişdi. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.

2:93

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱسۡمَعُواْۖ قَالُواْ سَمِعۡنَا وَعَصَيۡنَا وَأُشۡرِبُواْ فِي قُلُوبِهِمُ ٱلۡعِجۡلَ بِكُفۡرِهِمۡۚ قُلۡ بِئۡسَمَا يَأۡمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿93﴾

Bir zaman sizdən əhd-pey­­man aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Sizə verdi­yimiz­dən möh­kəm yapışın və eşi­din!” Küfr­lə­rinə görə bu­zo­va olan məhəb­bət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi ol­duq!”– de­dilər. De: “Əgər siz mö­min­sinizsə, ima­nınızın sizə əmr etdiyi şey necə də pisdir!”

2:94

قُلۡ إِن كَانَتۡ لَكُمُ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةٗ مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿94﴾

De: “Əgər Allah yanın­da Axi­rət yurdu digər in­san­la­ra de­yil, məxsusi si­zin üçün ha­zır­la­nıb­sa və iddianızda doğrusunuzsa, onda özü­nüzə ölüm dilə­yin!”

2:95

وَلَن يَتَمَنَّوۡهُ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ ﴿95﴾

Onlar öz əlləri ilə etdi­kləri əməllərə görə heç vaxt ölüm dilə­məyəcəklər. Allah zalım­ları tanıyır.

2:96

وَلَتَجِدَنَّهُمۡ أَحۡرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٖ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُواْۚ يَوَدُّ أَحَدُهُمۡ لَوۡ يُعَمَّرُ أَلۡفَ سَنَةٖ وَمَا هُوَ بِمُزَحۡزِحِهِۦ مِنَ ٱلۡعَذَابِ أَن يُعَمَّرَۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ﴿96﴾

Sən onların yaşamağa bü­tün insan­lardan, hətta müşrik­lər­dən də daha çox həris olduqla­rını görə­r­sən. Onlardan hər biri min il yaşamağını is­tər. Halbuki uzun ömür belə onu əzabdan uzaq­laşdırmaz. Allah onla­rın nə et­diklə­rini görür.

2:97

قُلۡ مَن كَانَ عَدُوّٗا لِّـجِبۡرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلۡبِكَ بِإِذۡنِ ٱللَّهِ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿97﴾

De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Qu­ranı özün­dən əvvəlkiləri təs­diq­ləyən, möminlərə doğru yol gös­tə­rən və müjdə verən bir kitab ki­mi sənin qəlbinə o nazil etmiş­dir.”

2:98

مَن كَانَ عَدُوّٗا لِّلَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبۡرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوّٞ لِّلۡكَٰفِرِينَ ﴿98﴾

Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da kafirlərə düş­mən­dir.

2:99

وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ وَمَا يَكۡفُرُ بِهَآ إِلَّا ٱلۡفَٰسِقُونَ ﴿99﴾

Biz sənə açıq-aydın ayələr nazil etdik, on­ları yalnız fa­siqlər inkar edərlər.

2:100

أَوَكُلَّمَا عَٰهَدُواْ عَهۡدٗا نَّبَذَهُۥ فَرِيقٞ مِّنۡهُمۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يُؤۡمِنُونَ ﴿100﴾

Onlar hər dəfə əhd bağ­la­dıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, on­ların ço­xu buna iman gətirmir.

2:101

وَلَمَّا جَآءَهُمۡ رَسُولٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ نَبَذَ فَرِيقٞ مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمۡ كَأَنَّهُمۡ لَا يَعۡلَمُونَ ﴿101﴾

Onlara Allah tərəfin­dən öz­lə­rində olanı təsdiqləyən bir elçi gəl­dik­də, Kitab verilən­lər­dən bir dəstə guya həqiqəti bil­mirmiş ki­mi Allahın Kita­bına arxa çevir­di.

2:102

وَٱتَّبَعُواْ مَا تَتۡلُواْ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلۡكِ سُلَيۡمَٰنَۖ وَمَا كَفَرَ سُلَيۡمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُواْ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحۡرَ وَمَآ أُنزِلَ عَلَى ٱلۡمَلَكَيۡنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَۚ وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿102﴾

Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqları­na uydular. Halbuki Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. O iki mələk: “Biz ancaq bir sınağıq, sən gəl kafir ol­ma!”– de­məmiş, onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. La­kin on­lar Alla­hın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zə­rər verən və fay­da­sı olmayan şey­i öyrənir­di­lər. On­lar bilirdilər ki, bunu satın alan kimsələrin axi­rətdə heç bir payı yox­dur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş bunu bi­ləy­di­lər!

2:103

وَلَوۡ أَنَّهُمۡ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَمَثُوبَةٞ مِّنۡ عِندِ ٱللَّهِ خَيۡرٞۚ لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿103﴾

Onlar iman gətirib Al­lah­dan qorxsaydılar, Allahın verdiyi müka­fat onlar üçün da­ha xeyirli olardı. Kaş bunu bi­ləy­dilər!

2:104

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقُولُواْ رَٰعِنَا وَقُولُواْ ٱنظُرۡنَا وَٱسۡمَعُواْۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٞ ﴿104﴾

Ey iman gətirənlər! Pey­­ğəm­bərə: “Raina!”– de­mə­yin; “Un­zur­na!”– de­yin və Allahın əmrini eşi­din! Ka­firlər üçün ağ­rılı-acılı bir əzab vardır.

2:105

مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَلَا ٱلۡمُشۡرِكِينَ أَن يُنَزَّلَ عَلَيۡكُم مِّنۡ خَيۡرٖ مِّن رَّبِّكُمۡۚ وَٱللَّهُ يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿105﴾

Nə Kitab əhlinin kafir olan­ları, nə də müşriklər sizə Rəb­­bi­niz­dən bir xeyir nazil ol­ma­sını istəmir­lər. Allah isə Öz mər­həməti­ni istədiyi şəxsə məx­sus edər. Allah böyük lütf sahibi­dir.

2:106

مَا نَنسَخۡ مِنۡ ءَايَةٍ أَوۡ نُنسِهَا نَأۡتِ بِخَيۡرٖ مِّنۡهَآ أَوۡ مِثۡلِهَآۗ أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿106﴾

Biz hər hansı bir ayəni nəsx edir və ya onu unut­du­ru­ruq­sa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Mə­gər bil­­mir­sən ki, Allah hər şeyə qa­dir­dir?!

2:107

أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ﴿107﴾

Bilmirsənmi ki, göy­lər­də və yerdə hökmranlıq təkcə Alla­ha məx­sus­dur?! Sizin Allah­dan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır.

2:108

أَمۡ تُرِيدُونَ أَن تَسۡـَٔلُواْ رَسُولَكُمۡ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبۡلُۗ وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿108﴾

Yoxsa bundan əvvəl Mu­­sa­dan tələb edildiyi kimi siz də Pey­ğəm­bə­rinizdən tə­ləb etmək istəyir­si­niz?! İmanı küf­rə də­yişən kəs, əl­bəttə, doğ­ru yol­dan sapmışdır.

2:109

وَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿109﴾

Kitab əhlindən bir ço­xu həqi­qət özlərinə bəlli olduqdan sonra, içlərindəki hə­səd üzün­dən sizi, imanınızdan sonra ka­fir­liyə qay­tar­maq istərlər. Allah Öz əmrini verin­cəyə qədər onları əfv edin və onlardan vaz keçin! Hə­qi­qətən, Allah hər şeyə qa­dirdir.

2:110

وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿110﴾

Namaz qılın, zəkat ve­rin! Qa­baqcadan özünüz üçün nə xe­yir hazır­lasanız, onun əvə­zini Alla­h yanında tapa­caq­sanız. Şüb­hə­siz ki, Allah nə et­dik­lə­ri­ni­zi görür.

2:111

وَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿111﴾

Onlar dedilər: “Yəhu­di­­lər­­dən və ya xaçpərəstlərdən baş­qa­ heç kəs Cən­nətə daxil olma­ya­caq!” Bu onla­rın xam xə­yal­la­rı­dır. De: “Əgər doğ­ru deyir­si­niz­sə, dəlilinizi gəti­rin!”

2:112

بَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ فَلَهُۥٓ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿112﴾

Xeyr! Kim muhsin olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi ya­nında onun mü­kafatı olar. On­lara heç bir qorxu yox­dur və on­lar kə­dərlənmə­yə­cəklər.

2:113

وَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿113﴾

Yəhudilər dedilər: “Xaçpərəst­lər doğru yolda deyillər!” Xaç­­pərəstlər də dedilər: “Yəhu­dilər doğru yolda deyillər!” Hal­buki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danı­şır­lar. Allah ix­ti­lafa düş­dük­ləri şey barəsində Qi­ya­mət günü on­la­rın arasında hökm verə­cəkdir.

2:114

وَمَنۡ أَظۡلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ وَسَعَىٰ فِي خَرَابِهَآۚ أُوْلَـٰٓئِكَ مَا كَانَ لَهُمۡ أَن يَدۡخُلُوهَآ إِلَّا خَآئِفِينَۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ﴿114﴾

Allahın məscidlərində Onun adının zikr edilməsinə ma­­ne­çilik törə­dənlərdən və on­­ların viranə qal­masına çalışan­lardan da­ha zalım kim ola bi­lər?! Əs­lin­də, onlar oraya qor­xa-qorxa daxil ol­ma­lı idilər. On­lar üçün dün­ya­da rüs­vayçılıq, axi­­rətdə isə bö­yük bir əzab var­dır.

2:115

وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ﴿115﴾

Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır. Həqiqə­tən, Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

2:116

وَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ﴿116﴾

Onlar dedilər: “Allah Özü­­nə öv­lad götürmüşdür!” Hal­­buki O, pakdır, müqəddəs­dir! Hə­qi­qə­tən, göylərdə və yer­də nə var­sa, Ona məxsus­dur. Hər şey Ona baş əyir.

2:117

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿117﴾

Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdik­də ona ancaq: “Ol!”– de­yər, o da olar.

2:118

وَقَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ لَوۡلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوۡ تَأۡتِينَآ ءَايَةٞۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّثۡلَ قَوۡلِهِمۡۘ تَشَٰبَهَتۡ قُلُوبُهُمۡۗ قَدۡ بَيَّنَّا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يُوقِنُونَ ﴿118﴾

Kitabı bilməyənlər dedi­lər: “Nə üçün Allah bizi danışdır­mır, ya­xud bizə bir ayə gəlmir?” On­la­rdan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlb­­ləri bir-biri­nə bən­zəyir. Biz yəqinliklə ina­nan bir qövmə dəlil­lərimizi bə­yan et­dik.

2:119

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۖ وَلَا تُسۡـَٔلُ عَنۡ أَصۡحَٰبِ ٱلۡجَحِيمِ ﴿119﴾

Biz səni haqq ilə müj­də­lə­yən və xəbərdarlıq edən bir pey­ğəmbər göndər­dik. Cə­hən­nəm sa­kinləri ba­rəsində isə sən sorğu-sual olunma­yacaqsan.

2:120

وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ﴿120﴾

Sən yəhudilərin və xaç­pərəstlərin dinlərinə tabe olmayın­ca, onlar səndən razı qal­ma­yacaq­lar. De: “Yalnız Alla­hın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəkləri­nə uysan, səni Allahdan qo­ru­yacaq nə bir dost, nə də bir yardımçı olar.

2:121

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُوْلَـٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۗ وَمَن يَكۡفُرۡ بِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿121﴾

Kitab verdiyimiz kəs­lər onu layi­qincə oxuyurlar. On­lar ona iman gəti­rirlər. Onu inkar edən­lər – məhz onlar ziyana uğra­yan­lar­dır.

2:122

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿122﴾

Ey İsrail oğulları! Sizə bəxş et­diyim ne­mətimi və sizi aləm­lərdən üstün et­di­yimi xatırla­yın.

2:123

وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا عَدۡلٞ وَلَا تَنفَعُهَا شَفَٰعَةٞ وَلَا هُمۡ يُنصَرُونَ ﴿123﴾

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­­yəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şə­fa­ət fayda ver­mə­yə­cək və onlara kömək göstə­ril­məyəcək.

2:124

وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتٖ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامٗاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّـٰلِمِينَ ﴿124﴾

Rəbbi İbrahimi bəzi kəl­­mə­lərlə sı­nağa çəkdiyi zaman o, bun­­ları tamamilə yeri­nə yetirdi. Allah buyurdu: “Mən səni in­san­la­ra imam edəcə­yəm!” İb­ra­him dedi: “Nəs­lim­dən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”

2:125

وَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿125﴾

Bir zaman Biz müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”

2:126

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿126﴾

Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Buranı təh­lü­kə­siz bir şəhər et, onun əha­li­sinə, – on­lar­dan Alla­ha və Axi­rət gü­nünə iman gətirən­lərə – hər növ məh­sullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan­lara bir qədər zövq al­mağa izin ve­rər, sonra isə on­ları Cə­hən­nəm əzabına gi­riftar edə­rəm. Ora necə də pis dönüş ye­ri­dir!”

2:127

وَإِذۡ يَرۡفَعُ إِبۡرَٰهِـۧمُ ٱلۡقَوَاعِدَ مِنَ ٱلۡبَيۡتِ وَإِسۡمَٰعِيلُ رَبَّنَا تَقَبَّلۡ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿127﴾

İbrahim və İs­mail müqəddəs Evin bünöv­rəsini qal­dı­rarkən belə dua etmişdi­lər: “Ey Rəbbimiz! Bu əməli biz­dən qəbul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bilən­sən!

2:128

رَبَّنَا وَٱجۡعَلۡنَا مُسۡلِمَيۡنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةٗ مُّسۡلِمَةٗ لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبۡ عَلَيۡنَآۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿128﴾

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəsli­mizdən də Sənə təslim olacaq bir üm­mət et. Bizə ibadət qaydala­rını gös­tər və tövbə­mizi qəbul et! Həqi­qətən, Sən töv­bələri qəbul edənsən, Rəhm­­li­sən!

2:129

رَبَّنَا وَٱبۡعَثۡ فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُزَكِّيهِمۡۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿129﴾

Ey Rəbbimiz! Onların içə­ri­sin­dən özlərinə elə bir elçi gön­dər ki, Sənin ayələrini on­lara oxu­sun, Kitabı və hikməti onlara öy­rətsin və onları gü­nah­lardan tə­mizləsin! Həqi­qə­tən, Sən Qüd­rət­li­sən, Müdrik­sən!”

2:130

وَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿130﴾

Səfehlik edən kəsdən başqa kim İb­rahimin dinindən üz çe­vi­rər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axi­rətdə də, əmə­li­sa­lehlərdəndir.

2:131

إِذۡ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسۡلِمۡۖ قَالَ أَسۡلَمۡتُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿131﴾

Çünki Rəbbi ona: “Müsəlman ol!”– de­dik­də, o: “Aləm­lərin Rəbbi­nə təs­­lim oldum!”– demişdi.

2:132

وَوَصَّىٰ بِهَآ إِبۡرَٰهِـۧمُ بَنِيهِ وَيَعۡقُوبُ يَٰبَنِيَّ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ ﴿132﴾

İbrahim də, Yaqub da, bu­nu oğullarına vəsiyyət etdi­lər: “Ey oğulla­rım! Həqiqətən, Allah bu dini sizin üçün seç­mişdir. Siz də ancaq müsəl­man olaraq öl­məli­siniz!”

2:133

أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ حَضَرَ يَعۡقُوبَ ٱلۡمَوۡتُ إِذۡ قَالَ لِبَنِيهِ مَا تَعۡبُدُونَ مِنۢ بَعۡدِيۖ قَالُواْ نَعۡبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ إِلَٰهٗا وَٰحِدٗا وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ﴿133﴾

Yoxsa siz Yaquba ölüm gəl­diyi zaman onun yanında idi­niz? O zaman o, öz oğullarına demişdi: “Mən­dən sonra nəyə iba­dət edə­cək­si­niz?” Onlar dedilər: “Sə­nin İla­­hına, ataları­n – İbrahi­min, İs­ma­i­lin və İshaqın İlahı olan Tək İlaha ibadət edə­cəyik. Biz yalnız Ona təslim olanlarıq!”

2:134

تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ﴿134﴾

Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazan­dıq­­la­rı özlə­ri­nə, sizin qazan­dı­ğınız isə sizə aid­dir. Siz onla­rın etdik­lə­ri əməllər barədə sorğu-sual olun­mayacaq­sınız.

2:135

وَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿135﴾

Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­si­nə, biz hə­nif İbra­himin dininə tabeyik. O, müş­riklərdən deyil­di.”

2:136

قُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ﴿136﴾

Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”

2:137

فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿137﴾

Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir!

2:138

صِبۡغَةَ ٱللَّهِ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ صِبۡغَةٗۖ وَنَحۡنُ لَهُۥ عَٰبِدُونَ ﴿138﴾

De: “Allahın boyasına (di­ninə) sarılın! Allahdan da­ha gözəl boyası olan kimdir? Biz yal­nız Ona iba­dət edənlərik!”

2:139

قُلۡ أَتُحَآجُّونَنَا فِي ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمۡ وَلَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ وَنَحۡنُ لَهُۥ مُخۡلِصُونَ ﴿139﴾

De: “Allah barəsində bi­zimlə mübahisəmi edirsiniz? Hal­bu­ki, O, bi­zim də Rəbbi­miz, sizin də Rəbbi­nizdir! Bi­zim əməlləri­miz bizə, sizin əməl­ləri­niz isə si­zə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olan­la­rıq!”

2:140

أَمۡ تَقُولُونَ إِنَّ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطَ كَانُواْ هُودًا أَوۡ نَصَٰرَىٰۗ قُلۡ ءَأَنتُمۡ أَعۡلَمُ أَمِ ٱللَّهُۗ وَمَنۡ أَظۡلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿140﴾

Yoxsa siz İbrahimin, İs­mai­lin, İshaqın, Yaqubun və onun nəs­linin yə­hudi ya­xud xaç­pərəst olduğunu de­yir­si­niz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Alla­hın onlara na­zil et­di­yi şə­ha­­dəti gizlədən kim­sələr­dən daha zalım kim ola bi­lər?! Allah sizin et­­dik­lə­rinizdən qafil deyildir­.

2:141

تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ﴿141﴾

Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqla­rı öz­ləri­nə, sizin qazandığı­nız isə sizə aid­dir. Siz onların et­dikləri əməllər ba­rə­də sorğu-sual olun­mayacaq­sınız.

2:142

سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿142﴾

Səfeh adamlar deyə­cək­­­lər: “Müsəlmanları üz tut­duqları qib­lədən dön­dərən nədir?” De: “Məşriq də, məğrib də Alla­hın­dır. O, istə­di­yi kəsi doğru yola yönəldir!”

2:143

وَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ﴿143﴾

Beləliklə, siz insan­lara şa­hid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutdu­ğun qib­ləni ancaq ona gö­rə təyin etdik ki, Allah rəsulunun ardın­ca ge­­dənləri üz dön­də­rən­lərdən fərq­lən­dirə bilək. Bu, Alla­hın doğru yola yönəltdiyi kimsələr­dən başqa ha­mı­ya ağır gəldi. Allah sizin ima­nı­nızı puç et­məz. Həqi­qətən də, Allah in­sanlara qarşı çox şəfqət­lidir, rəhm­­lidir.

2:144

قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ﴿144﴾

Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, sə­ni razı qala­cağın qibləyə tə­rəf döndərəcəyik. Sən üzünü Məsci­dul­harama tərəf çevir! Ha­­rada olursu­nuzsa, olun, üzü­nü­zü ona tərəf çe­­virin! Şübhə­siz ki, Kitab verilən­lər bunun özlərinin Rəbbi tərə­findən ger­çək ol­du­ğunu bilirlər. Allah on­la­rın et­dik­lərin­dən qafil de­yil­­dir.

2:145

وَلَئِنۡ أَتَيۡتَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ بِكُلِّ ءَايَةٖ مَّا تَبِعُواْ قِبۡلَتَكَۚ وَمَآ أَنتَ بِتَابِعٖ قِبۡلَتَهُمۡۚ وَمَا بَعۡضُهُم بِتَابِعٖ قِبۡلَةَ بَعۡضٖۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم مِّنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ إِنَّكَ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿145﴾

Kitab verilənlərə hər cür dəlil gə­tirsən də, onlar sənin qib­lənə üz tut­maz­lar. Sən də, onla­rın qibləsinə üz tu­tan de­yilsən. On­ların özləri də bir-bir­ləri­nin qib­­lə­sinə üz tutan de­yil­lər. Əgər sənə gə­lən elmdən sonra onların is­tək­­lərinə uy­san, onda sən də, heç şübhə­siz ki, zalımlar­dan olar­san.

2:146

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمۡۖ وَإِنَّ فَرِيقٗا مِّنۡهُمۡ لَيَكۡتُمُونَ ٱلۡحَقَّ وَهُمۡ يَعۡلَمُونَ ﴿146﴾

Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğul­la­rını tanıdıqla­rı kimi ta­nı­yırlar. Buna rəğmən on­lar­dan bir dəs­tə bilə-bilə haqqı giz­lə­dir.

2:147

ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ﴿147﴾

Haqq sənin Rəbbin­dən­­dir! Odur ki, şübhə edən­lər­dən ol­ma!

2:148

وَلِكُلّٖ وِجۡهَةٌ هُوَ مُوَلِّيهَاۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ أَيۡنَ مَا تَكُونُواْ يَأۡتِ بِكُمُ ٱللَّهُ جَمِيعًاۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿148﴾

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər gör­mək­də bir-biri­nizlə yarışın. Hara­da olursunuzsa olun, Allah sizin ha­mı­nızı bir yerə topla­ya­caq­dır. Şüb­hə­siz ki, Allah hər şeyə qa­dirdir.

2:149

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ وَإِنَّهُۥ لَلۡحَقُّ مِن رَّبِّكَۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿149﴾

Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəb­bindən gələn haq­dır! Allah sizin etdiklərinizdən qafil deyil­dir.

2:150

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيۡكُمۡ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِي وَلِأُتِمَّ نِعۡمَتِي عَلَيۡكُمۡ وَلَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿150﴾

Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tə­rəf çevir! Harada olur­sunuzsa olun, üzünüzü ona tə­rəf çevirin ki, zalım­lar­dan baş­qa heç kəsin sizə qarşı bir dəlili olmasın. On­lar­­dan qorx­mayın, Mən­dən qor­xun ki, Mən də, sizə olan ne­mə­timi ta­mam­la­yım və bəlkə, siz doğru yola yönələsi­niz.

2:151

كَمَآ أَرۡسَلۡنَا فِيكُمۡ رَسُولٗا مِّنكُمۡ يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِنَا وَيُزَكِّيكُمۡ وَيُعَلِّمُكُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُعَلِّمُكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ﴿151﴾

Həmçinin, öz içəriniz­dən ayələ­rimizi sizə oxuyan, sizi gü­nah­lar­dan tə­mizləyən, Ki­tabı və hikməti sizə öyrə­dən, habelə, bil­mədik­lərinizi sizə öy­rədən bir rəsul göndərdik.

2:152

فَٱذۡكُرُونِيٓ أَذۡكُرۡكُمۡ وَٱشۡكُرُواْ لِي وَلَا تَكۡفُرُونِ ﴿152﴾

Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şü­kür edin, Mənə küfr etməyin!

2:153

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿153﴾

Ey iman gətirənlər! Sə­bir etmək və namaz qılmaqla Allah­dan kömək di­ləyin. Həqi­qətən, Allah səbir edənlərlə­dir!

2:154

وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ ﴿154﴾

Allah yolunda öldürülənlərə: “Ölü­dürlər!” deməyin. Əksi­nə, on­lar diridir­lər, lakin siz bunu hiss etmirsiniz.

2:155

وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّـٰبِرِينَ ﴿155﴾

Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq. Səbir edən­ləri müjdələ.

2:156

ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ ﴿156﴾

O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­­susuq və biz yalnız Ona qayı­da­ca­ğıq!”– deyirlər.

2:157

أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ ﴿157﴾

Onlara öz Rəbbi tərə­fin­­dən təriflər və mərhəmət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır.

2:158

إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرٗا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ ﴿158﴾

Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir. Kim mü­qəddəs Evi həcc və ya ümrə məqsədi ilə zi­yarət edər­sə, bu iki dağ arasında səy etmə­sin­də ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verən­dir, hər şeyi biləndir.

2:159

إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّـٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَـٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّـٰعِنُونَ ﴿159﴾

Kitabda insanlara bə­yan etdiyi­miz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri na­zil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bi­lənlər lənət oxu­yar­lar!

2:160

إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿160﴾

Yalnız tövbə edənlər, əməl­­lərini islah edənlər və haqqı bə­yan edənlər is­tisnadır. Mən on­la­rın tövbəsini qəbul edə­rəm. Mən töv­bələri qəbul edənəm, Rəhmli­yəm!

2:161

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٌ أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ لَعۡنَةُ ٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿161﴾

Küfr edib kafir olaraq ölənlərə Allahın, mə­lək­lə­rin və bü­tün insanların lənəti olsun!

2:162

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ ﴿162﴾

Onlar bu lənətin içəri­sin­də hə­mişəlik qalarlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz.

2:163

وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿163﴾

Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir.

2:164

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿164﴾

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır.

2:165

وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ ﴿165﴾

İnsanlardan elələri də var­­ ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da, Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür. Kaş zülm edən­lər əzabı görəcəkləri za­man bü­tün qüdrət və qüv­vətin Alla­ha məx­sus ol­du­ğu­nu və Alla­hın şid­dət­li əzab verdi­yini biləy­di­lər.

2:166

إِذۡ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُواْ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُواْ وَرَأَوُاْ ٱلۡعَذَابَ وَتَقَطَّعَتۡ بِهِمُ ٱلۡأَسۡبَابُ ﴿166﴾

Tabe olun­muş başçılar tabe olanlardan uzaq­­la­­şa­caqları za­man, hamısı əza­bı görəcək və ara­larındakı əlaqələr kəsilə­cək­dir.

2:167

وَقَالَ ٱلَّذِينَ ٱتَّبَعُواْ لَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَتَبَرَّأَ مِنۡهُمۡ كَمَا تَبَرَّءُواْ مِنَّاۗ كَذَٰلِكَ يُرِيهِمُ ٱللَّهُ أَعۡمَٰلَهُمۡ حَسَرَٰتٍ عَلَيۡهِمۡۖ وَمَا هُم بِخَٰرِجِينَ مِنَ ٱلنَّارِ ﴿167﴾

Tabe olanlar deyəcək­lər: “Kaş, bizim üçün dünyaya dö­nüş olaydı, indi onlar biz­dən uzaq­­laşdıqları kimi, biz də on­lar­dan uzaq­­la­şardıq!” Belə­cə, peş­man ol­sunlar deyə, Allah on­lara özləri­nin əməllərini gös­tərəcək və on­lar heç vaxt Cə­hən­nəm odun­dan çıxa bilməyəcəklər.

2:168

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُواْ مِمَّا فِي ٱلۡأَرۡضِ حَلَٰلٗا طَيِّبٗا وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ ﴿168﴾

Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan ye­yin, şeytanın addım izləri ilə getmə­yin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­niz­dir.

2:169

إِنَّمَا يَأۡمُرُكُم بِٱلسُّوٓءِ وَٱلۡفَحۡشَآءِ وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿169﴾

O sizə yalnız pis və iyrənc iş­lər görməyi, üstəlik, Allaha qarşı bil­mədi­yiniz şeyləri söyləmənizi əmr edir.

2:170

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَآ أَلۡفَيۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡقِلُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ﴿170﴾

Onlara: “Allahın nazil et­diyinə tabe olun!”– deyildik­də, on­­lar: “Xeyr, biz atalarımı­zın tut­duğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey an­la­mamış və doğ­ru yolda olmamışlarsa, onda necə?!

2:171

وَمَثَلُ ٱلَّذِينَ كَفَرُواْ كَمَثَلِ ٱلَّذِي يَنۡعِقُ بِمَا لَا يَسۡمَعُ إِلَّا دُعَآءٗ وَنِدَآءٗۚ صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَعۡقِلُونَ ﴿171﴾

Kafirlərin misalı çığırtı və bağır­tıdan başqa bir şey an­la­ma­­yan heyvan­ları hayla­yan çobanın misalına bən­zəyir. On­lar kar, lal və kor­dur­lar. Odur ki, haqqı anla­mazlar.

2:172

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَٱشۡكُرُواْ لِلَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ﴿172﴾

Ey iman gətirənlər! Si­zə ruzi kimi ver­diyimiz pak şey­lər­dən yeyin və əgər yalnız Alla­ha ibadət edirsinizsə, Ona şü­kür edin!

2:173

إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيۡرِ ٱللَّهِۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿173﴾

O sizə ancaq ölmüş heyvanı, qa­nı, donuz ətini və Allahdan baş­qa­sı üçün kəsiləni haram et­miş­dir. Hər kim təcavüz et­mə­dən və həd­di aşmadan bun­lardan yemə­yə məcbur olar­sa, bu ona günah sayılmaz. Həqiqə­tən, Allah çox bağış­la­yan­dır, rəhm­lidir.

2:174

إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلۡكِتَٰبِ وَيَشۡتَرُونَ بِهِۦ ثَمَنٗا قَلِيلًا أُوْلَـٰٓئِكَ مَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ إِلَّا ٱلنَّارَ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ﴿174﴾

Şübhəsiz ki, Allahın na­­zil etdiyi kitabdan bir şey gizlədib onun müqabilində cüzi miq­dar­da pul əldə edənlər öz qarın­larına od­dan başqa bir şey dol­durmur­lar. Qiyamət gü­­nü Allah onları da­nış­dırmayacaq və onları tə­mizə çı­xarmayacaqdır. Onlar üçün ağrı­lı-acılı bir əzab vardır.

2:175

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ وَٱلۡعَذَابَ بِٱلۡمَغۡفِرَةِۚ فَمَآ أَصۡبَرَهُمۡ عَلَى ٱلنَّارِ ﴿175﴾

Onlar doğru yol qarşılığında az­ğınlığı, bağışlanma qar­şılı­ğında da əzabı satın alan kəs­lər­dir. Onlar Cəhənnəm odu­na necə də sə­bir­lidirlər!

2:176

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِي ٱلۡكِتَٰبِ لَفِي شِقَاقِۭ بَعِيدٖ ﴿176﴾

Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil et­miş­dir. Kitab barə­sində ixti­laf edən­lər isə, əlbəttə, haqdan uzaq bir zid­diy­yət içindədirlər.

2:177

لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ وَءَاتَى ٱلۡمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِي ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلۡمُوفُونَ بِعَهۡدِهِمۡ إِذَا عَٰهَدُواْۖ وَٱلصَّـٰبِرِينَ فِي ٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلۡبَأۡسِۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ صَدَقُواْۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ﴿177﴾

Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axirət gü­nünə, mə­lək­lərə, kitablara və pey­ğəm­bər­lərə iman gətirən, sev­diyi malı qo­hum-əqrəbaya, ye­timlərə, yoxsullara, müsafir­lərə, dilənənlərə və kö­lələrin azad edilməsinə xərcləyən, na­maz qılıb zəkat verən, əhd bağ­la­dıqda əhdlərini yerinə yeti­rən, sıxıntı və xəstəlik üz ver­dik­də, habelə, döyüş zamanı səbir edən şəxs­lərdir. Onlar imanla­rında doğ­ru olanlardır. Müttəqi olan­lar da, məhz onlardır.

2:178

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِصَاصُ فِي ٱلۡقَتۡلَىۖ ٱلۡحُرُّ بِٱلۡحُرِّ وَٱلۡعَبۡدُ بِٱلۡعَبۡدِ وَٱلۡأُنثَىٰ بِٱلۡأُنثَىٰۚ فَمَنۡ عُفِيَ لَهُۥ مِنۡ أَخِيهِ شَيۡءٞ فَٱتِّبَاعُۢ بِٱلۡمَعۡرُوفِ وَأَدَآءٌ إِلَيۡهِ بِإِحۡسَٰنٖۗ ذَٰلِكَ تَخۡفِيفٞ مِّن رَّبِّكُمۡ وَرَحۡمَةٞۗ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ﴿178﴾

Ey iman gətirənlər! Öl­dü­­rülən­lərə görə qisas almaq sizə va­­cib edildi. Odur ki, azad kəsə gö­rə azad olandan, köləyə görə kö­­lədən, qa­dına görə qadın­dan qi­sas alın! Əgər qatil öldürdüyü qar­daşının varis­lə­ri tərəfindən qan­­bahası müqa­bilində bir şeylə əfv edil­sə, on­da varislər onunla in­saf­la dav­ran­ma­lı, qatil də, qanbahasını gö­zəl tərzdə ödə­mə­li­dir. Bu, Rəb­bi­niz tərə­findən bir yün­güllük və mərhə­mət­dir. Bun­dan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab var­dır.

2:179

وَلَكُمۡ فِي ٱلۡقِصَاصِ حَيَوٰةٞ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿179﴾

Qisasda sizin üçün hə­yat vardır, ey ağıl sa­hibləri! Bəlkə Allahdan qorxa­sı­nız.

2:180

كُتِبَ عَلَيۡكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ إِن تَرَكَ خَيۡرًا ٱلۡوَصِيَّةُ لِلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ ﴿180﴾

Sizlərdən birinə ölüm gəl­­diyi zaman qoyub gedəcəyi mal­dan mü­vafiq qay­da­da va­li­deyn­lərə və ya­xın qo­hum­lara və­siy­yət etməsi ona va­­cib edil­miş­dir. Bu, müt­tə­qi­lər üçün bir borc­dur.

2:181

فَمَنۢ بَدَّلَهُۥ بَعۡدَ مَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثۡمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿181﴾

Kim ölənin vəsiyyətini eşit­­dikdən sonra onu dəyiş­dir­sə, gü­nahı ancaq onu dəyişdi­rənlərin üzərinə düşər. Şüb­hə­siz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!

2:182

فَمَنۡ خَافَ مِن مُّوصٖ جَنَفًا أَوۡ إِثۡمٗا فَأَصۡلَحَ بَيۡنَهُمۡ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿182﴾

Kim də vəsiyyət edə­nin haqsız­lıq etməsindən və ya gü­nah işlətmə­sin­dən ehtiyat edib tə­rəflə­rin arasını düzəl­dərsə, ona heç bir günah ol­maz. Şübhə­siz ki, Allah çox bağış­layan­dır, rəhm­li­dir!

2:183

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿183﴾

Ey iman gətirənlər! Siz­­dən əvvəl­kilərə vacib edil­diyi kimi, sizə də oruc tutmaq va­cib edildi ki, bəlkə Allahdan qorxasınız.

2:184

أَيَّامٗا مَّعۡدُودَٰتٖۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدۡيَةٞ طَعَامُ مِسۡكِينٖۖ فَمَن تَطَوَّعَ خَيۡرٗا فَهُوَ خَيۡرٞ لَّهُۥۚ وَأَن تَصُومُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿184﴾

Müəyyən sayda olan gün­ləri oruc tutmalısınız. Siz­lər­dən xəs­tə və ya səfərdə olan­lar başqa günlərdə eyni sayda oruc tutma­lı­dır­lar. Buna taqəti ol­ma­yanlar isə buraxdığı hər günü­nün əvə­zinə bir kasıbı ye­dirt­məklə fidyə vermə­lidir­lər. Kim könüllü olaraq yax­şı­lıq etsə, bu onun üçün daha xe­yirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyir­lidir.

2:185

شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿185﴾

İnsan­lara doğru yolu gös­­tərən, bu yolun və haqqı ba­tildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran rama­zan ayında na­zil edilmişdir. Qoy sizlər­dən bu aya yetişən kəslər həmin ayı oruc tut­sun. Xəstə və ya səfərdə olanlar isə başqa gün­lərdə eyni sayda oruc tutmalıdırlar. Allah si­zin üçün çə­tin­lik istəmir, əksinə, asanlıq istə­yir. Allah istəyir ki, siz müd­dəti (burax­dığınız gün­lərin orucu­nu) ta­­mam­la­ya­sınız və sizi doğru yola yö­nəlt­diyinə görə Onu uca tutasınız. Bəl­kə şükür edə­siniz.

2:186

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌۖ أُجِيبُ دَعۡوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِۖ فَلۡيَسۡتَجِيبُواْ لِي وَلۡيُؤۡمِنُواْ بِي لَعَلَّهُمۡ يَرۡشُدُونَ ﴿186﴾

Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mə­nim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər.

2:187

أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ ﴿187﴾

Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə ha­lal edil­di. On­lar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecə­lə­rində qadınlarınızla yaxın­lıq etməklə özü­nüzə xəya­nət etdiyinizi bildi və töv­bə­nizi qəbul edib sizi ba­ğış­ladı. Artıq on­lara ya­xınlaşın və Allahın si­zin üçün əzəldən müəyyən et­di­yini­ istəyin. Dan ye­ri sö­küləndə, ağ sapın qara sap­dan se­çi­ldiyi sizə aydın ola­na­dək yeyin-için. Sonra gecəyə­dək oru­cunuzu ta­­mam­layın. Məs­cid­lərdə eti­kaf­da ol­du­ğunuz zaman on­larla ya­xın­lıq etmə­yin. Bun­lar Allahın qoy­du­ğu hüdud­lardır, onlara yaxınlaş­mayın! Allah Öz ayə­lərini in­san­lara belə bəyan edir ki, bəlkə On­dan qorxalar.

2:188

وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ وَتُدۡلُواْ بِهَآ إِلَى ٱلۡحُكَّامِ لِتَأۡكُلُواْ فَرِيقٗا مِّنۡ أَمۡوَٰلِ ٱلنَّاسِ بِٱلۡإِثۡمِ وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿188﴾

Mallarınızı öz aranızda haqsız­lıqla yeməyin və camaa­tın ma­lının bir qismini bilə-bi­lə gü­nah yolu ilə ye­yə­siniz de­yə, ha­kim­lə­ri ələ almağa çalış­mayın.

2:189

يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَهِلَّةِۖ قُلۡ هِيَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلۡحَجِّۗ وَلَيۡسَ ٱلۡبِرُّ بِأَن تَأۡتُواْ ٱلۡبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنِ ٱتَّقَىٰۗ وَأۡتُواْ ٱلۡبُيُوتَ مِنۡ أَبۡوَٰبِهَاۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿189﴾

Səndən yeni doğan ay­lar barə­sində soruşurlar. De: “Bun­lar insanlar və həcc üçün vaxt öl­çü­lə­ridir.” Evlərə arxa tə­rəfindən da­xil olmağınız yaxşı əməl de­yil­dir. Lakin yaxşı əməl sahibi Allah­dan qorxan kəsdir. Evlərə qapı­ların­dan daxil olun! Allahdan qor­xun ki, bəlkə ni­cat tapasınız.

2:190

وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿190﴾

Sizinlə vuruşanlara qar­şı Allah yolunda siz də vu­ru­şun və həddi aş­mayın! Həqi­qətən, Allah həddi aşanları sev­mir.

2:191

وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ﴿191﴾

Müşrikləri harada yaxa­la­sanız öldürün və sizi çıxart­dıq­la­rı yerdən siz də onları çı­xa­rdın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidul­hara­mın ya­nın­da vuruşmayın­ca, siz də on­la­ra qarşı ora­da vuruş­mayın. Əgər si­zinlə vu­ruş­salar, siz də onları öl­dürün. Kafir­lərin cəzası belədir.

2:192

فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿192﴾

Əgər onlar bu savaşa son qoy­salar, əlbəttə ki, Allah çox ba­ğış­layandır, rəhmlidir!

2:193

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّـٰلِمِينَ ﴿193﴾

Fitnə aradan qalxana qə­dər və din ancaq Allaha məx­­sus edilənədək on­lara qarşı vu­ru­şun! Əgər bu savaşa son qoysalar, bilin ki, düş­mənçi­lik ancaq zalım­la­ra qarşı olur.

2:194

ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٞۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ﴿194﴾

Haram ay haram ay qarşılığındadır. Toxunulmazlığı poz­ma­ğın cə­za­sı qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müt­təqilər­lədir.

2:195

وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿195﴾

Malınızdan Allah yo­lun­da xərc­ləyin və öz əlləri­nizlə özü­nü­zü təhlü­kəyə atma­yın. Yaxşı­lıq edin! Həqiqə­tən, Allah yaxşı­lıq edənləri sevir.

2:196

وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿196﴾

Allah üçün həcc və üm­rə­ni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəs­sələr, mü­yəs­­sər olan bir qurban kəsin. Qur­banlıq hey­van öz yerinə çatana qə­dər başınızı qırx­mayın. Siz­lər­dən kim xəstə olarsa və ya başın­da­ ona əziyyət verən bir şey var­sa, fid­yə olaraq, ya oruc tut­ma­­lı, ya sə­dəqə verməli, ya da qur­ban kəs­məli­dir. Əminlik içində oldu­ğu­nuz təqdirdə isə həcc vaxtına qədər üm­rədən faydalanan kəs müyəssər olan bir qurban kəsməli­dir. Qur­ban­lıq heyvan tap­ma­yan­lar isə həcc əsna­sında üç gün, və­tə­ni­nə qa­yıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulha­ram­da yaşamayan­lara aid­dir. Allah­dan qor­xun və bilin ki, Allah şiddətli cəza verəndir.

2:197

ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي ٱلۡحَجِّۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَتَزَوَّدُواْ فَإِنَّ خَيۡرَ ٱلزَّادِ ٱلتَّقۡوَىٰۖ وَٱتَّقُونِ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿197﴾

Həcc ziyarəti məlum olan aylar­dadır. Bu aylarda həcci ye­ri­nə yetirmə­yi niyyət edən kəs həcc ziyarəti əsnasın­da qadınıyla ya­xın­lıq etmə­məli, günah işlər görmə­məli və mü­bahisələrə qo­şul­ma­ma­lıdır. Si­zin etdiyiniz yax­şılıqları Allah bilir. Özünüzlə azu­qə gö­tü­rün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qor­xun, ey ağıl sa­hib­ləri!

2:198

لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡۚ فَإِذَآ أَفَضۡتُم مِّنۡ عَرَفَٰتٖ فَٱذۡكُرُواْ ٱللَّهَ عِندَ ٱلۡمَشۡعَرِ ٱلۡحَرَامِۖ وَٱذۡكُرُوهُ كَمَا هَدَىٰكُمۡ وَإِن كُنتُم مِّن قَبۡلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ ﴿198﴾

Rəbbinizdən lütf dilə­mək (həcc vaxtı ticarət etmək) sizə gü­­­­nah deyil­dir. Ərəfatdan axışıb gəl­dikdə, Məşərul­ha­ram­da Allahı zikr edin! Sizi doğ­ru yola yö­nəltdi­yinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz az­mışlar­dan idiniz.

2:199

ثُمَّ أَفِيضُواْ مِنۡ حَيۡثُ أَفَاضَ ٱلنَّاسُ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿199﴾

Sonra insanların axışıb gəl­­diyi yerdən siz də gəlin. Allah­dan bağışlan­manızı dilə­yin. Şüb­həsiz ki, Allah çox ba­ğış­layandır, rəhm­­li­dir.

2:200

فَإِذَا قَضَيۡتُم مَّنَٰسِكَكُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَذِكۡرِكُمۡ ءَابَآءَكُمۡ أَوۡ أَشَدَّ ذِكۡرٗاۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖ ﴿200﴾

Həcc ibadətlərinizi bi­tir­­dikdə, vaxtilə atalarınızı yad et­di­yi­niz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar ara­sın­da: “Ey Rəbbimiz! Bizə verə­cəyini elə bu dünya­da ver!”– de­yən­lər var­dır. Belə şəxs­lərin axi­rətdə heç bir payı yoxdur.

2:201

وَمِنۡهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿201﴾

Onlardan: “Ey Rəb­bi­miz! Bizə həm bu dünya­da, həm də axi­rət­də gözəl nemət­lər ver və bizi Cəhənnəm odunun əzabın­dan qoru!”– de­yən­lə­r də vardır.

2:202

أُوْلَـٰٓئِكَ لَهُمۡ نَصِيبٞ مِّمَّا كَسَبُواْۚ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ ﴿202﴾

Onlar üçün qazan­dıq­la­rı əməl­lərə görə bir pay var­dır. Allah tez haqq-hesab çə­kəndir.

2:203

وَٱذۡكُرُواْ ٱللَّهَ فِيٓ أَيَّامٖ مَّعۡدُودَٰتٖۚ فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ إِلَيۡهِ تُحۡشَرُونَ ﴿203﴾

Sayı müəyyən olan gün­lərdə Allahı yad edin. Kim iki gün ərzində ayinləri yerinə yetirib Minadan tez çıxarsa, ona heç bir gü­nah ol­maz. Kim yu­ba­nar­sa, ona da heç bir günah olmaz. Bu, Allah­­dan qor­xanlara aid­dir. Allah­dan qor­xun və bilin ki, Onun hü­zuru­na toplanacaq­sı­nız.

2:204

وَمِنَ ٱلنَّاسِ مَن يُعۡجِبُكَ قَوۡلُهُۥ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيُشۡهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِي قَلۡبِهِۦ وَهُوَ أَلَدُّ ٱلۡخِصَامِ ﴿204﴾

İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında da­nış­dı­ğı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid gös­­tə­rər. Halbuki, o, ən qatı mübahi­səçi­dir.

2:205

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ ﴿205﴾

O, dönüb getdikdə, yer üzün­də fitnə-fəsad törətməyə, əkinlə­ri və nəsil­ləri məhv et­mə­yə çalışar. Allah isə fit­nə-fə­sadı sevmir.

2:206

وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ ﴿206﴾

Ona: “Allahdan qorx!”– de­yil­dikdə, lovğalıq onu gü­naha sürükləyər. Ona Cəhən­nəm kifayət edər. Ora nə pis ya­taq­dır!

2:207

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡرِي نَفۡسَهُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِۚ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ ﴿207﴾

İnsanlardan eləsi də var ki, Alla­hın razılığını qazanmaq üçün canını da ve­rər. Allah Öz qulla­rına qarşı çox şəfqətli­dir.

2:208

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿208﴾

Ey iman gətirənlər! İs­la­mı bü­tövlüklə qə­bul edin və şey­ta­nın addım izləri ilə getmə­yin. Şübhə­siz ki, o sizə açıq-aydın düş­mən­dir.

2:209

فَإِن زَلَلۡتُم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡكُمُ ٱلۡبَيِّنَٰتُ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿209﴾

Sizə açıq-aydın dəlillər gəl­dik­dən sonra haqq yoldan çıxsa­nız, bilin ki, Allah qüd­rət­lidir, hikmət sahibidir.

2:210

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن يَأۡتِيَهُمُ ٱللَّهُ فِي ظُلَلٖ مِّنَ ٱلۡغَمَامِ وَٱلۡمَلَـٰٓئِكَةُ وَقُضِيَ ٱلۡأَمۡرُۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿210﴾

Yoxsa onlar Allahın bulud köl­gələri içində, üstəlik, mələk­lərin də gəlməsini və işin bitmiş olmasını göz­lə­yir­lər?! Bü­tün işlər Alla­ha qaytarılacaqdır.

2:211

سَلۡ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ كَمۡ ءَاتَيۡنَٰهُم مِّنۡ ءَايَةِۭ بَيِّنَةٖۗ وَمَن يُبَدِّلۡ نِعۡمَةَ ٱللَّهِ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿211﴾

İsrail oğullarından so­ruş ki, Biz onlara nə qədər ay­dın də­lil­lər göndər­dik. Kim özünə Allahın ne­mə­ti­ gəldikdən sonra onu də­yiş­dirərsə, bilsin ki, Allah şid­dətli cəza verəndir.

2:212

زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَيَسۡخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْۘ وَٱلَّذِينَ ٱتَّقَوۡاْ فَوۡقَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ﴿212﴾

Dünya həyatı kafirlər üçün gö­zəlləşdirildi. Onlar iman gə­ti­­rənləri məs­xərəyə qoyurlar. Halbuki müttəqilər qi­ya­­mət gü­nü on­lardan üstün ola­caq­lar. Allah istədiyi kəsə he­sabsız ruzi verər.

2:213

كَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِۚ وَمَا ٱخۡتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ بَغۡيَۢا بَيۡنَهُمۡۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخۡتَلَفُواْ فِيهِ مِنَ ٱلۡحَقِّ بِإِذۡنِهِۦۗ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٍ ﴿213﴾

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər gön­dər­­di, onlarla bir­likdə haqq olan ki­tab nazil etdi ki, insan­ların ixtilafa düş­dük­ləri şey­­lə­­rə dair onların ara­sın­da hökm ver­sin. Hal­buki ki­tab ve­rilmiş şəxs­lər öz­lə­rinə açıq-ay­dın də­lil­lər gəl­­dik­dən sonra ara­ların­dakı ədavət üzündən ix­ti­la­fa düş­dü­lər. Allah isə Öz izni ilə iman gəti­rən­ləri ixtilafda ol­duq­ları məsələ­lər­də haqqa yö­nəltdi. Allah istə­di­yini düz yola yö­nəldər.

2:214

أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَأۡتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۖ مَّسَّتۡهُمُ ٱلۡبَأۡسَآءُ وَٱلضَّرَّآءُ وَزُلۡزِلُواْ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ مَتَىٰ نَصۡرُ ٱللَّهِۗ أَلَآ إِنَّ نَصۡرَ ٱللَّهِ قَرِيبٞ ﴿214﴾

Yoxsa siz elə güman edir­diniz ki, sizdən əvvəlki­lə­rin ba­şı­na gələnlər sizin başı­nıza gəl­mə­dən Cənnətə daxil olacaq­sı­nız? On­­­­la­ra elə kasıb­lıq və xəs­tə­lik üz ver­miş, elə sar­sıl­mışdı­lar ki, hət­ta, Pey­ğəmbər və onun­la birlikdə olan mö­min­lər: “Alla­hın kö­mə­yi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Alla­hın kö­məyi ya­xın­­dır.

2:215

يَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلۡ مَآ أَنفَقۡتُم مِّنۡ خَيۡرٖ فَلِلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ ﴿215﴾

Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Xərcləyəcəyiniz hər bir xeyir va­li­deyn­lərə, qohum-əq­rəbaya, ye­­timlərə, kasıblara və müsa­fir­lərə aiddir. Siz nə yaxşılıq edir­­sinizsə, şüb­hə­siz ki, Allah onu bilir.”

2:216

كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ﴿216﴾

Döyüş xoşunuza gəlmə­diyi halda, o, sizə vacib edildi. Ola bil­sin ki, sev­mədiyiniz bir şey si­zin üçün xeyirli, sevdi­yi­niz bir şey isə sizin üçün zə­rərli olsun. Allah bilir, siz isə bunu bilmir­si­niz.

2:217

يَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿217﴾

Səndən haram ayında vu­ruş­maq barəsində so­ru­şur­lar. De: “Bu ayda vu­ruşmaq böyük gü­nah­dır. Lakin insan­ları Allah yo­lun­dan sapdır­maq, Ona küfr etmək, müsəlmanları Məs­ci­dulha­ra­m­a bu­raxmamaq və onun sa­kin­lərini ora­dan çı­xart­maq Allah ya­nında daha bö­yük günahdır. Fitnə isə qətl­dən də bö­yük gü­nahdır.” Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər. Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölərsə, onların əməlləri dünyada və axi­rətdə puça çı­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və onlar orada əbədi qala­caq­lar.

2:218

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ يَرۡجُونَ رَحۡمَتَ ٱللَّهِۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿218﴾

Həqiqətən də, iman gə­ti­rənlər, hicrət edənlər və Allah yo­lun­da cihad edənlər, Alla­hın mərhəmətinə ümid edir­lər. Allah çox ba­ğış­layandır, rəhmli­dir.

2:219

يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِۖ قُلۡ فِيهِمَآ إِثۡمٞ كَبِيرٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثۡمُهُمَآ أَكۡبَرُ مِن نَّفۡعِهِمَاۗ وَيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلِ ٱلۡعَفۡوَۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ﴿219﴾

Səndən sərxoşedici içki və qu­mar barəsində soru­şur­lar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günah­ları mən­fə­ətlə­rindən daha bö­yük­dür.” Sən­dən Allah yolunda nə xərcləyəcək­lə­rini soruşur­lar. De: “Eh­tiyacınız­dan artıq qa­la­nını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fi­kir­ləşə­siniz –

2:220

فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۗ وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡيَتَٰمَىٰۖ قُلۡ إِصۡلَاحٞ لَّهُمۡ خَيۡرٞۖ وَإِن تُخَالِطُوهُمۡ فَإِخۡوَٰنُكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ ٱلۡمُفۡسِدَ مِنَ ٱلۡمُصۡلِحِۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَعۡنَتَكُمۡۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿220﴾

dünya və axirət barə­sin­də. Sən­dən yetimlər haq­qın­da so­ru­­şurlar. De: “Onlara yax­şı­lıq et­mək daha xeyirlidir. Əgər on­ları öz işi­ni­zə qatırsınızsa, bilin ki, onlar sizin qardaşları­nız­dır.” Allah fə­sad tö­rə­dəni yax­şı­lıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, si­zi çə­tin və­ziyyətə salar­dı. Şübhəsiz ki, Allah qüd­rətli­dir, hikmət sahibidir.

2:221

وَلَا تَنكِحُواْ ٱلۡمُشۡرِكَٰتِ حَتَّىٰ يُؤۡمِنَّۚ وَلَأَمَةٞ مُّؤۡمِنَةٌ خَيۡرٞ مِّن مُّشۡرِكَةٖ وَلَوۡ أَعۡجَبَتۡكُمۡۗ وَلَا تُنكِحُواْ ٱلۡمُشۡرِكِينَ حَتَّىٰ يُؤۡمِنُواْۚ وَلَعَبۡدٞ مُّؤۡمِنٌ خَيۡرٞ مِّن مُّشۡرِكٖ وَلَوۡ أَعۡجَبَكُمۡۗ أُوْلَـٰٓئِكَ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَى ٱلۡجَنَّةِ وَٱلۡمَغۡفِرَةِ بِإِذۡنِهِۦۖ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿221﴾

Müşrik qadınlar iman gə­­tir­mə­yincə onlarla evlənmə­yin. Əl­bəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qa­dın­dan daha xeyir­lidir. Müşrik kişilər iman gətirmə­yin­cə mö­min qa­dın­ları onlara ərə verməyin. Əl­­bəttə, iman gətir­miş bir kölə, sizi hey­ran edən müşrik bir kişidən daha xe­yir­lidir. Onlar Oda çağırır­lar. Allah isə Öz izni ilə Cən­nətə və ba­ğışlan­mağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsın­lar.

2:222

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ مِنۡ حَيۡثُ أَمَرَكُمُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّـٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ ﴿222﴾

Səndən heyz barəsində soruşur­lar. De: “Bu, əziy­yət­ve­ri­ci bir haldır. Heyz vaxtı qa­dın­larla cinsi əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə on­larla yaxın­lıq et­məyin. Təmiz­lən­dik­dən son­ra isə Allahın si­zə buyur­du­ğu yerdən onlara yaxınla­şın!” Şüb­hə­­siz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

2:223

نِسَآؤُكُمۡ حَرۡثٞ لَّكُمۡ فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡۖ وَقَدِّمُواْ لِأَنفُسِكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُم مُّلَٰقُوهُۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ﴿223﴾

Qadınlarınız sizin tar­la­­nız­dır. Tarlanıza nə təhər is­tə­yir­si­niz­sə, yaxın­laşın. Özünüz üçün qabaqcadan yaxşı işlər ha­zırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşa­caq­sınız. Mö­min­ləri müjdələ.

2:224

وَلَا تَجۡعَلُواْ ٱللَّهَ عُرۡضَةٗ لِّأَيۡمَٰنِكُمۡ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصۡلِحُواْ بَيۡنَ ٱلنَّاسِۚ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ﴿224﴾

Andlarınızdan dolayı Alla­hın adını, yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və in­san­lar ara­sında sülh yaratmanı­za dair bir ma­neəyə çevirməyin. Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir!

2:225

لَّا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتۡ قُلُوبُكُمۡۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ ﴿225﴾

Allah sizi qərəzsiz iç­di­yi­niz and­lara görə cəzalan­dır­maz, la­kin O, sizi qəlbinizin qə­rəzinə – qəsdən içdiyi­niz and­lara görə cə­za­landıracaqdır. Allah çox bağışla­yandır, həlimdir.

2:226

لِّلَّذِينَ يُؤۡلُونَ مِن نِّسَآئِهِمۡ تَرَبُّصُ أَرۡبَعَةِ أَشۡهُرٖۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿226﴾

Qadınları ilə yaxınlıq et­məməyi and içənlər üçün göz­lə­mə müddəti dörd aydır. Əgər bu müddət içində qadınlarına dönsələr, şübhəsiz ki, Allah çox bağışla­yandır, rəhm­li­dir.

2:227

وَإِنۡ عَزَمُواْ ٱلطَّلَٰقَ فَإِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿227﴾

Əgər onlar boşanmağa qə­rar versələr, şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!

2:228

وَٱلۡمُطَلَّقَٰتُ يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٖۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكۡتُمۡنَ مَا خَلَقَ ٱللَّهُ فِيٓ أَرۡحَامِهِنَّ إِن كُنَّ يُؤۡمِنَّ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنۡ أَرَادُوٓاْ إِصۡلَٰحٗاۚ وَلَهُنَّ مِثۡلُ ٱلَّذِي عَلَيۡهِنَّ بِٱلۡمَعۡرُوفِۚ وَلِلرِّجَالِ عَلَيۡهِنَّ دَرَجَةٞۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ﴿228﴾

Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlə­nincəyə qədər göz­ləməlidirlər. Əgər Allaha və Axi­rət gününə iman gətirmişlər­sə, Alla­hın onla­rın bət­nin­də yaratdığını gizlət­mək on­lara halal olmaz. Əgər bu müd­dət ər­zin­də onların ər­lə­ri barışmaq is­tə­sələr, onları qay­­tarmağa daha çox haq­lı­dır­lar. Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür. Allah qüd­rət­lidir, hikmət sahibidir.

2:229

ٱلطَّلَٰقُ مَرَّتَانِۖ فَإِمۡسَاكُۢ بِمَعۡرُوفٍ أَوۡ تَسۡرِيحُۢ بِإِحۡسَٰنٖۗ وَلَا يَحِلُّ لَكُمۡ أَن تَأۡخُذُواْ مِمَّآ ءَاتَيۡتُمُوهُنَّ شَيۡـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيۡهِمَا فِيمَا ٱفۡتَدَتۡ بِهِۦۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعۡتَدُوهَاۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿229﴾

Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə sax­lamaq, ya­xud xoşluqla buraxmaq gə­rək­dir. On­lara ver­diklərinizdən bir şey gö­türmək sizə halal ol­maz. Yalnız hər iki­si­nin Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­məyə­cəklə­rin­dən qorx­ması is­tis­na­dır. Əgər siz onların Allahın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­mə­yəcək­lə­rin­dən qorx­sa­nız, qadının boşanmaq üçün bir şey əvəz ver­məsində iki­si­nə də heç bir günah yox­dur. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır, on­la­rı aşma­yın! Allahın qoy­du­ğu hüdud­lar­ı aşanlar – məhz onlar za­lım­lar­dır.

2:230

فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعۡدُ حَتَّىٰ تَنكِحَ زَوۡجًا غَيۡرَهُۥۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِۗ وَتِلۡكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿230﴾

Əgər onu üçüncü dəfə bo­şayarsa, bundan sonra o qa­dın baş­qa bir kişiyə ərə getmə­yincə əvvəlki ərinə ha­lal ol­maz. Əgər sonrakı əri onu boşa­sa, Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­ri­nə yetirə­cək­lə­rini gü­man et­dik­ləri təqdirdə, qadının birinci əri ilə ye­nidən nikaha gir­məsində, iki­sinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın qoy­du­ğu hüdud­lar­dır, onla­rı anlayan adam­la­ra bə­yan edir.

2:231

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿231﴾

Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir.

2:232

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَلَا تَعۡضُلُوهُنَّ أَن يَنكِحۡنَ أَزۡوَٰجَهُنَّ إِذَا تَرَٰضَوۡاْ بَيۡنَهُم بِٱلۡمَعۡرُوفِۗ ذَٰلِكَ يُوعَظُ بِهِۦ مَن كَانَ مِنكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ ذَٰلِكُمۡ أَزۡكَىٰ لَكُمۡ وَأَطۡهَرُۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ﴿232﴾

Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti ba­şa çatdığı zaman keçmiş ərləri ilə öz ara­ların­da xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yeni­dən əv­vəlki ər­lə­rinə ərə get­mə­yə mane ol­ma­yın. Bu, siz­lər­dən Allaha və Axi­rət günü­nə iman gə­tirən­lərə verilən bir öyüd-nə­si­hət­dir. Bu, sizin üçün daha yaxşı və daha pak­dır. Allah bilir, siz isə bil­mir­siniz.

2:233

وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿233﴾

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür.

2:234

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ أَرۡبَعَةَ أَشۡهُرٖ وَعَشۡرٗاۖ فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ بِٱلۡمَعۡرُوفِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿234﴾

Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün göz­ləmə­lidirlər. Onla­rın gözlə­mə müddəti­ bi­tdikdə öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah nə etdiklərinizdən xə­bər­dardır.

2:235

وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿235﴾

Qadınlara elçi göndər­mək istə­yi­nizi üstüörtülü bildirmək­də və ya ürəyi­nizdə giz­lət­­məkdə si­zə heç bir günah yox­dur. Allah bi­lir ki, siz on­ları xatır­la­ya­caq­sı­nız. Lakin on­lar­la gizlicə sözləşmə­yin, onlara yal­nız şəriətə müva­fiq qay­da üzrə söz deyin. Göz­lə­mə vaxtı başa çatanadək ni­kah bağlamayın. Bi­lin ki, Allah sizin kön­lünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışla­yandır, rəhmli­dir!

2:236

لَّا جُنَاحَ عَلَيۡكُمۡ إِن طَلَّقۡتُمُ ٱلنِّسَآءَ مَا لَمۡ تَمَسُّوهُنَّ أَوۡ تَفۡرِضُواْ لَهُنَّ فَرِيضَةٗۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلۡمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلۡمُقۡتِرِ قَدَرُهُۥ مَتَٰعَۢا بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُحۡسِنِينَ ﴿236﴾

Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qa­dın­ları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz im­ka­nı­na görə, şə­riətə müvafiq qay­da üzrə pay versin. Bu, yax­şılıq edən­lər üçün bir borcdur.

2:237

وَإِن طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ وَقَدۡ فَرَضۡتُمۡ لَهُنَّ فَرِيضَةٗ فَنِصۡفُ مَا فَرَضۡتُمۡ إِلَّآ أَن يَعۡفُونَ أَوۡ يَعۡفُوَاْ ٱلَّذِي بِيَدِهِۦ عُقۡدَةُ ٱلنِّكَاحِۚ وَأَن تَعۡفُوٓاْ أَقۡرَبُ لِلتَّقۡوَىٰۚ وَلَا تَنسَوُاْ ٱلۡفَضۡلَ بَيۡنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿237﴾

Qadınlar üçün mehr tə­­yin et­dikdən sonra, yaxınlıq et­məz­dən əvvəl onları boşasa­nız, təyin etdiyinizin yarı­sını on­lara ver­mə­li­siniz. Qadınla­rın bu­nu ər­lə­rinə bağışlaması və ya əlində ni­kah müqa­viləsi ola­nın bunu qadına ba­ğışla­ması isə is­tisnadır. Sizin ba­ğışla­manız təqvaya da­ha ya­xındır. Bir-bi­rinizə güzəşt etməyi unut­ma­yın. Allah sizin nə etdik­lərinizi görür.

2:238

حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلۡوُسۡطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ ﴿238﴾

Namazları, xüsisilə orta namazı qo­ruyun və Allah qarşısın­da müti­liklə du­run.

2:239

فَإِنۡ خِفۡتُمۡ فَرِجَالًا أَوۡ رُكۡبَانٗاۖ فَإِذَآ أَمِنتُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ﴿239﴾

Əgər nədənsə qorxsa­nız, namazı­nızı ayaq üstə və ya mi­nik üzərində qı­lın. Təhlükə so­vuş­duq­da isə Allahı, si­zə bil­mədik­ləri­ni­zi necə öyrədibsə, o cür yad edin!

2:240

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا وَصِيَّةٗ لِّأَزۡوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلۡحَوۡلِ غَيۡرَ إِخۡرَاجٖۚ فَإِنۡ خَرَجۡنَ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِي مَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ مِن مَّعۡرُوفٖۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ﴿240﴾

Sizlərdən ölüb özün­dən sonra zövcələr qoyub ge­dən kəslər sağlığında ikən, zövcə­lərinə bir ilin tamamı­nadək evlərindən çıxa­rıl­ma­maq şər­tilə baxılma­sını vəsiy­yət et­mə­­lidirlər. Əgər o qadın­lar öz istəkləri ilə çıxıb get­sələr, öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah qüd­rətlidir, hikmət sahibidir.

2:241

وَلِلۡمُطَلَّقَٰتِ مَتَٰعُۢ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ ﴿241﴾

Boşanmış qadınlara şə­riə­tə mü­vafiq qayda üzrə yax­şılıq et­mək lazım­dır. Bu, müt­təqilər üçün bir borcdur.

2:242

كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿242﴾

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız.

2:243

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ﴿243﴾

Sayları minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurd­la­rından çı­xanları gör­mə­dinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğru­dan da, Allah in­san­lara qarşı lütfkar­dır, la­kin insan­la­rın çoxu buna şükür etmir.

2:244

وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿244﴾

Allah yolunda vuru­şun və bilin ki, Allah hər şeyi eşidən­dir, hər şeyi bi­lən­dir!

2:245

مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضۡعَافٗا كَثِيرَةٗۚ وَٱللَّهُ يَقۡبِضُ وَيَبۡصُۜطُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿245﴾

Kim Allaha gözəl bir borc versə (malından Allah yo­lunda xərcləsə), Allah onun üçün bunu qat-qat artır­ar. Allah ki­misinin ru­zi­sini azal­dar, kimi­si­nin ruzisini də artırar. Siz Ona qaytarı­la­caq­sı­nız.

2:246

أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ ﴿246﴾

Musadan sonra İsrail oğul­­ların­dan olan əyanların ba­­şına gə­lən­ləri bil­mirsən­mi? O za­man onlar özlərinə göndərilmiş pey­ğəm­bər­ə dedilər: “Bizə bir hökm­dar tə­yin et ki, Allah yo­lunda döyü­şək!” O dedi: “Si­zə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədi­niz?” On­lar de­di­lər: “Niyə Allah yo­lunda döyüşməyək ki, biz yur­du­muz­dan çı­xarıldıq, öv­lad­ları­mız­dan ayrıldıq?!” Döyüşmək on­lara vacib edildikdə isə on­lar­dan az bir qis­mi is­tisna ol­maq­la hamı­sı dö­yüş­dən üz çevir­di. Allah za­lımları yaxşı tanıyır.

2:247

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ﴿247﴾

Pey­ğəmbərləri onlara de­di: “Allah Talutu sizə hökm­dar göndərdi!” Onlar dedilər: “O, ne­cə bizə hökmdar ola bi­lər ki, biz hökmdarlığa ondan daha la­yiqik və ona çoxlu sərvət verilməmiş­dir?” O dedi: “Allah onu sizə hökm­dar seç­di, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mül­kü­nü istədi­yi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”

2:248

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَـٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿248﴾

Pey­ğəmbərləri onlara de­di: “Onun hökmdarlığının əla­məti sizə bir sandığın gəl­məsidir. Onun içində, Rəb­bi­nizdən bir təs­kin­lik, Musa­ və Haru­n ailə­sin­dən qalan bəzi şey­lər vardır. Onu mə­lək­lər gəti­rə­cək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.”

2:249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿249﴾

Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir.

2:250

وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿250﴾

Onlar Calutun və onun qoşunu­nun qarşısına çıxdıqda, de­dilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmləri­mi­zi möhkəm­lət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

2:251

فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿251﴾

Möminlər Allahın izni ilə onları məğlub etdilər. Da­vud da Calutu öl­dürdü. Allah ona hökm­ranlıq və hik­mət ver­di, ona istə­di­yini öyrətdi. Əgər Allah in­san­ların bəzilə­rini di­gərləri ilə dəf et­məsəydi, yer üzü fəsada uğ­ra­yardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.

2:252

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿252﴾

Bunlar Allahın ayələri­dir. Biz onları sənə haqq ola­raq oxu­yuruq. Şüb­həsiz ki, sən göndəri­lən elçilərdən­sən.

2:253

تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ﴿253﴾

Biz o elçilərin bəzisini di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan bəzisi ilə danış­mış, bə­zisini isə dərəcələrlə yük­səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-ay­dın möcüzələr ver­dik və onu mü­qəd­dəs Ruh Cəb­rail ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, on­lar­dan son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər. Onlar­dan ki­mi­si iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər.

2:254

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خُلَّةٞ وَلَا شَفَٰعَةٞۗ وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿254﴾

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin ol­mayacağı gün gəlməmişdən ön­cə, sizə verdiyimiz ru­zidən Allah yo­lunda xərcləyin! Kafir­lər, əlbəttə ki, za­lımdırlar.

2:255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿255﴾

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.

2:256

لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّـٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿256﴾

Dində məcburiyyət yox­dur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapış­mış olar. Allah hər şeyi eşi­dəndir, hər şeyi bi­ləndir.

2:257

ٱللَّهُ وَلِيُّ ٱلَّذِينَ ءَامَنُواْ يُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۖ وَٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡلِيَآؤُهُمُ ٱلطَّـٰغُوتُ يُخۡرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِۗ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿257﴾

Allah iman gətirənlərin dostudur, onları zülmət­lər­dən nu­ra çı­xarar. Kafirlərin dost­ları isə tağutdur, onları nurdan zülmətlə­rə çıxarar. On­lar Od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar.

2:258

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿258﴾

Allahın verdiyi haki­miy­yətə gö­rə, İbrahim ilə Rəbbi barə­sin­də höcət­lə­şən kəsi görmədinmi? İb­ra­him: “Mənim Rəb­bim həm dirildir, həm də öl­dürür!”– dedikdə, Nəmrud: “Mən də, həm diril­dir, həm də öldürü­rəm!”– de­miş­di. İbrahim: “Allah gü­nə­şi məş­riq­dən gətirir. Sən də, onu məğ­rib­dən gə­tir!”– dedikdə, o ka­fir ça­şıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəlt­məz.

2:259

أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿259﴾

Və ya damları uçulub xa­rabalığa çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni görmədinmi? O de­miş­di: “Görəsən, Allah bu kəndi ölü­mündən sonra necə dirildə­cək?” Allah onu öl­dürüb yüz il saxladı, sonra dirildib: “Nə qə­dər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və iç­diyinə bax, hələ də xarab ol­mayıb. Uzun­qu­la­ğına da bax! Səni belə etdik ki, insan­lar üçün bir dəlil olasan. Sü­mük­lə­rə bax, gör Biz onları ne­cə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən ar­tıq bilirəm ki, Allah hər şeyə qa­dir­dir!”– dedi.

2:260

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿260﴾

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– demişdi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­yə buyurdu. İb­rahim dedi: “Əlbəttə, ina­nıram! Lakin istəyirəm ki, qəlbim ra­hat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”

2:261

مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿261﴾

Mallarını Allah yolun­da xərclə­yənlərin misalı yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi kimsənin müka­fatını ar­tı­rar. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

2:262

ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتۡبِعُونَ مَآ أَنفَقُواْ مَنّٗا وَلَآ أَذٗى لَّهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿262﴾

Mallarını Allah yolun­da xərclə­yənlərin və xərclə­dik­lə­ri­nin ardından minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin Rəbbi ya­nında mükafatları var­dır. On­lara heç bir qorxu yox­dur və onlar kə­dərlən­mə­yə­cəklər.

2:263

قَوۡلٞ مَّعۡرُوفٞ وَمَغۡفِرَةٌ خَيۡرٞ مِّن صَدَقَةٖ يَتۡبَعُهَآ أَذٗىۗ وَٱللَّهُ غَنِيٌّ حَلِيمٞ ﴿263﴾

Xoş söz demək və xəta­ları bağış­lamaq, ardından əziyyət gələn sə­də­qədən da­ha yaxşıdır. Allah zən­gindir, həlimdir.

2:264

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُبۡطِلُواْ صَدَقَٰتِكُم بِٱلۡمَنِّ وَٱلۡأَذَىٰ كَٱلَّذِي يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفۡوَانٍ عَلَيۡهِ تُرَابٞ فَأَصَابَهُۥ وَابِلٞ فَتَرَكَهُۥ صَلۡدٗاۖ لَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّمَّا كَسَبُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ﴿264﴾

Ey iman gətirənlər! Sə­də­qələ­ri­nizi, özünü camaata gös­tər­mək məqsə­dilə xərclə­yən, Alla­ha və Axirət gününə inan­mayan şəxs kimi minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzə­rində torpaq olan ha­mar qaya­nın misalına bənzə­yir ki, şid­dətli bir yağış onu çılpaq hala sal­mışdır. Onlar qazan­dıq­larından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğ­ru yo­la yönəltməz.

2:265

وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ وَتَثۡبِيتٗا مِّنۡ أَنفُسِهِمۡ كَمَثَلِ جَنَّةِۭ بِرَبۡوَةٍ أَصَابَهَا وَابِلٞ فَـَٔاتَتۡ أُكُلَهَا ضِعۡفَيۡنِ فَإِن لَّمۡ يُصِبۡهَا وَابِلٞ فَطَلّٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿265﴾

Mallarını Allahın razı­lığı­nı qa­zanmaq və nəfslərini möh­kəm­lən­dir­mək üçün xərc­ləyənlə­rin misalı təpə üzərin­dəki bağın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, narın ya­ğış da bəs edər. Allah sizin nə etdiklə­ri­nizi görür.

2:266

أَيَوَدُّ أَحَدُكُمۡ أَن تَكُونَ لَهُۥ جَنَّةٞ مِّن نَّخِيلٖ وَأَعۡنَابٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلۡكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٞ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعۡصَارٞ فِيهِ نَارٞ فَٱحۡتَرَقَتۡۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ﴿266﴾

Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma ağac­ların­dan və üzüm­lüklərdən iba­rət, ağac­ları altından çay­lar axan və için­də onun üçün hər cür mey­vələr olan bir bağı olsun, sonra ona qo­ca­lıq üz verdiyi zaman, özü­nün də, o bağa möh­tac olan uşaq­ları ol­duğu halda, bu bağa odlu bir qasırğa düşüb onu yan­dır­sın? Allah ayələri sizə belə bə­yan edir ki, bəlkə fikirləşə­siniz.

2:267

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِن طَيِّبَٰتِ مَا كَسَبۡتُمۡ وَمِمَّآ أَخۡرَجۡنَا لَكُم مِّنَ ٱلۡأَرۡضِۖ وَلَا تَيَمَّمُواْ ٱلۡخَبِيثَ مِنۡهُ تُنفِقُونَ وَلَسۡتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغۡمِضُواْ فِيهِۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٌ ﴿267﴾

Ey iman gətirənlər! Qa­zan­­dığı­nız və sizin üçün tor­paq­dan çıxartdığımız şeylə­rin yax­şısın­dan Allah yolunda xərc­ləyin. Özü­nü­zə verildiyi təq­dirdə, an­caq göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Bilin ki, Allah zəngin­dir, tərifə­la­yiq­dir.

2:268

ٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ وَيَأۡمُرُكُم بِٱلۡفَحۡشَآءِۖ وَٱللَّهُ يَعِدُكُم مَّغۡفِرَةٗ مِّنۡهُ وَفَضۡلٗاۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ﴿268﴾

Şeytan sizi yoxsulluqla qor­xu­dur və sizə yaramaz işlər gör­­mə­­yi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlan­ma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

2:269

يُؤۡتِي ٱلۡحِكۡمَةَ مَن يَشَآءُۚ وَمَن يُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِيَ خَيۡرٗا كَثِيرٗاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿269﴾

Allah hik­məti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri dü­şü­nüb ibrət alarlar.

2:270

وَمَآ أَنفَقۡتُم مِّن نَّفَقَةٍ أَوۡ نَذَرۡتُم مِّن نَّذۡرٖ فَإِنَّ ٱللَّهَ يَعۡلَمُهُۥۗ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٍ ﴿270﴾

Xərclədiyiniz hər bir sə­dəqəni və verdiyiniz hər bir nə­ziri şüb­həsiz ki, Allah bilir. Za­lımların isə köməkçiləri ol­maz.

2:271

إِن تُبۡدُواْ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِيَۖ وَإِن تُخۡفُوهَا وَتُؤۡتُوهَا ٱلۡفُقَرَآءَ فَهُوَ خَيۡرٞ لَّكُمۡۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمۡۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿271﴾

Sədəqələri aşkarda ve­rsəniz, bu çox gözəl olar. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün daha xeyirli olar. Allah si­zin bə­zi günahla­rınızdan keçər. Allah nə etdik­lərinizdən xəbər­dardır.

2:272

لَّيۡسَ عَلَيۡكَ هُدَىٰهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَلِأَنفُسِكُمۡۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ ٱللَّهِۚ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ﴿272﴾

Onların hidayətə gəlmə­si sənə aid deyildir. Lakin Allah is­tədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özü­nüz üçündür. Siz möminlər onu ancaq Alla­hın Üzünü di­lədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolun­da nə xərclə­səniz, əvəzi si­zə tam ve­rilər və sizə zülm edil­məz.

2:273

لِلۡفُقَرَآءِ ٱلَّذِينَ أُحۡصِرُواْ فِي سَبِيلِ ٱللَّهِ لَا يَسۡتَطِيعُونَ ضَرۡبٗا فِي ٱلۡأَرۡضِ يَحۡسَبُهُمُ ٱلۡجَاهِلُ أَغۡنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعۡرِفُهُم بِسِيمَٰهُمۡ لَا يَسۡـَٔلُونَ ٱلنَّاسَ إِلۡحَافٗاۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ ﴿273﴾

Verəcəyiniz sədəqələr Allah yolunda ci­had edib yer üzündə qazanc dalınca səfərə şıxa bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı he­sab edir. Sən isə onları simalarından ta­nı­yırsan. Onlar üzə salıb in­sanlar­dan bir şey is­tə­məz­lər. Malınızdan Allah yolun­da nə xərclə­səniz, şübhəsiz ki, Allah onu bilir.

2:274

ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ سِرّٗا وَعَلَانِيَةٗ فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿274﴾

Mallarını gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin öz Rəbbi yanın­da müka­fatı vardır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­məyə­cəklər.

2:275

ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿275﴾

Sələm yeyənlər qəbir­lə­rin­dən, şey­­tan vurmuş dəlinin qalx­dığı kimi qalxar­lar. Bu onların: “Alış-ve­riş də sələm­çi­lik kimi­dir!”– de­mə­lə­rinə görə­dir. Halbuki, Allah alış-ve­ri­şi ha­lal, sələm­çiliyi isə haram et­mişdir. Hər kim özü­nə Rəbbin­dən xəbərdarlıq gəl­dikdən sonra sələm­çiliyə son qoyar­sa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qa­lar. Kim yenə sələmçiliyə qayı­darsa, məhz onlar cəhənnəmlik olar və ora­da sürəkli qalarlar.

2:276

يَمۡحَقُ ٱللَّهُ ٱلرِّبَوٰاْ وَيُرۡبِي ٱلصَّدَقَٰتِۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ ﴿276﴾

Allah sələmi puç edər, sə­dəqə­ləri isə artırar. Allah küfr və gü­nah işlərdə israr edən kimsələri sev­məz.

2:277

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿277﴾

Həqiqətən, iman gəti­rib saleh əməllər edən, na­maz qılan və zəkat ve­rənlərin Rəbbi­ ya­nında mükafatları vardır. On­la­ra heç bir qorxu yox­dur və onlar kədərlənməyə­cək­lər.

2:278

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿278﴾

Ey iman gətirənlər! Allah­­dan qorxun və əgər mö­min­si­niz­sə, sələmdən qalan məbləğdən vaz keçin.

2:279

فَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ ﴿279﴾

Belə etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin. Yox, əgər töv­bə etsəniz, sər­mayəniz sizin­dir. Nə siz zülm edər­si­niz, nə də sizə zülm olunar.

2:280

وَإِن كَانَ ذُو عُسۡرَةٖ فَنَظِرَةٌ إِلَىٰ مَيۡسَرَةٖۚ وَأَن تَصَدَّقُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿280﴾

Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziy­yəti dü­zələ­nə qədər ona möh­lət verin. Bilsəniz borcu sədəqə olaraq ona bağış­lamağınız si­zin üçün nə qədər xe­yir­lidir!

2:281

وَٱتَّقُواْ يَوۡمٗا تُرۡجَعُونَ فِيهِ إِلَى ٱللَّهِۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿281﴾

Allahın hüzuruna qay­ta­rılacağı­nız gündən qorxun! Sonra hər kəsə qa­zandığının əvəzi büs­bütün veriləcək və onlara zülm edilməyəcəkdir.

2:282

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿282﴾

Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.

2:283

وَإِن كُنتُمۡ عَلَىٰ سَفَرٖ وَلَمۡ تَجِدُواْ كَاتِبٗا فَرِهَٰنٞ مَّقۡبُوضَةٞۖ فَإِنۡ أَمِنَ بَعۡضُكُم بَعۡضٗا فَلۡيُؤَدِّ ٱلَّذِي ٱؤۡتُمِنَ أَمَٰنَتَهُۥ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥۗ وَلَا تَكۡتُمُواْ ٱلشَّهَٰدَةَۚ وَمَن يَكۡتُمۡهَا فَإِنَّهُۥٓ ءَاثِمٞ قَلۡبُهُۥۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ﴿283﴾

Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyə­si yanında sax­lanılmış girov yetərlidir. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, qoy etibar olun­muş kəs ona verilmiş əmanəti qay­tar­sın və Rəbbi olan Allahdan qorx­sun. Şahidliyi giz­lət­mə­yin! Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir.

2:284

لِّلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَإِن تُبۡدُواْ مَا فِيٓ أَنفُسِكُمۡ أَوۡ تُخۡفُوهُ يُحَاسِبۡكُم بِهِ ٱللَّهُۖ فَيَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿284﴾

Göylərdə və yerdə nə varsa, Alla­ha məxsusdur. Siz içiniz­də ola­nı üzə çı­xarsanız da, giz­lət­sə­niz də, Allah buna görə si­zi he­saba çə­kə­cək. O, istə­diyi­ni ba­ğış­layar, istədiyinə də, əzab verər. Allah hər şe­yə qadirdir.

2:285

ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ ﴿285﴾

Allahın rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!” Həmçinin, de­dilər: “Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!”

2:286

لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿286﴾

Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”

This surah by other reciters