quranm◉

Səhifə 580

Range
from 76:26 to 77:19
Surahs covered
Tərcümə
25 Tərcümə

◉

76:26

وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا ﴿26﴾

Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de!

76:27

إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا ﴿27﴾

Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar.

76:28

نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا ﴿28﴾

Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik.

76:29

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ﴿29﴾

Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar.

76:30

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿30﴾

Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir!

76:31

يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا ﴿31﴾

O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır.

77:1

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا ﴿1﴾

And olsun xeyirlə göndə­rilənlərə

77:2

فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا ﴿2﴾

və şiddətlə əsənlərə!

77:3

وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا ﴿3﴾

And olsun Allahın əmrini yaydıqca yayanlara,

77:4

فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا ﴿4﴾

haqqı nahaqdan ayırdıqca ayıran­lara

77:5

فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا ﴿5﴾

və zikri çatdıranlara –

77:6

عُذۡرًا أَوۡ نُذۡرًا ﴿6﴾

üzr diləmək və ya qor­xut­maq üçün çatdıranlara!

77:7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ ﴿7﴾

Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq­.

77:8

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ ﴿8﴾

Ulduzlar sönəcəyi zaman;

77:9

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ ﴿9﴾

Göy yarılacağı zaman;

77:10

وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ ﴿10﴾

Dağlar dağılacağı zaman;

77:11

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ ﴿11﴾

Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt tə­yin edilə­cəyi zaman

77:12

لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ ﴿12﴾

deyiləcək: “Bunlara ve­rilmiş möhlət hansı günə qə­dər­dir?”

77:13

لِيَوۡمِ ٱلۡفَصۡلِ ﴿13﴾

Cavabında deyiləcək: “Ayırd etmə günü­nədək!”

77:14

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ﴿14﴾

Sən ayırd etmə gününün nə ol­duğunu bilirsənmi?

77:15

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿15﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:16

أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ ﴿16﴾

Məgər Biz ilk nəsilləri həlak et­mədikmi?!

77:17

ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ﴿17﴾

Sonrakıları da onlara qa­tacağıq.

77:18

كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ﴿18﴾

Biz günah sahibləri ilə belə dav­ranırıq.

77:19

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿19﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!