quranm◉

Səhifə 604

Range
from 112:1 to 114:6
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

112:1

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿1﴾

De: “O Allah Təkdir!

112:2

ٱللَّهُ ٱلصَّمَدُ ﴿2﴾

Allah Möhtac deyildir.

112:3

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ﴿3﴾

O, nə doğub, nə də doğulub,

112:4

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ ﴿4﴾

Onun bənzəri də yox­dur”.

113:1

قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ ﴿1﴾

De: “Sığınıram sübhün Rəb­binə!

113:2

مِن شَرِّ مَا خَلَقَ ﴿2﴾

Məxluqatının şərindən,

113:3

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ﴿3﴾

çökən zülmətin şərindən,

113:4

وَمِن شَرِّ ٱلنَّفَّـٰثَٰتِ فِي ٱلۡعُقَدِ ﴿4﴾

düyünlərə üfürən cadugər qa­dın­la­rın şərindən

113:5

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ﴿5﴾

və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!”

114:1

قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ﴿1﴾

De: “Sığınıram insanların Rəb­binə,

114:2

مَلِكِ ٱلنَّاسِ ﴿2﴾

insanların Hökmdarına,

114:3

إِلَٰهِ ٱلنَّاسِ ﴿3﴾

insanların məbuduna!

114:4

مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ ﴿4﴾

Vəsvəsə verənin, Allahın adı çəki­ləndə isə hövlündən geri çəki­lən şeyta­nın şərindən.

114:5

ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ ﴿5﴾

O şeytan ki, insanların ürək­lərinə vəsvəsə salır,

114:6

مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ ﴿6﴾

cinlərdən də olur, insan­lar­dan da!”