quranm◉

Səhifə 600

Range
from 100:10 to 102:8
Surahs covered
Tərcümə
21 Tərcümə

◉

100:10

وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ ﴿10﴾

və kökslərdə olanlar aş­kar edilə­cəyi zaman –

100:11

إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ ﴿11﴾

məhz o gün Rəbbi on­lar­dan xə­bərdar ola­caq?

101:1

ٱلۡقَارِعَةُ ﴿1﴾

Qəlbləri qorxuya salan Qariə!

101:2

مَا ٱلۡقَارِعَةُ ﴿2﴾

Nədir Qariə?

101:3

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ﴿3﴾

Sən nə bilirsən ki, nədir Qariə?

101:4

يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ﴿4﴾

O gün insanlar ətrafa sə­pə­lənmiş pərvanələr tək ola­caq­lar.

101:5

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ﴿5﴾

Dağlar isə didilmiş yun görkəmi alacaq.

101:6

فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ﴿6﴾

O gün kimin tərəziləri ağır gələrsə,

101:7

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴿7﴾

xoşbəxt güzəran sürəcək.

101:8

وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ﴿8﴾

Kimin tərəziləri yüngül gə­lərsə,

101:9

فَأُمُّهُۥ هَاوِيَةٞ ﴿9﴾

məskəni Haviyə olacaq­.

101:10

وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ﴿10﴾

Sən nə bilirsən ki, o Haviyə nədir?

101:11

نَارٌ حَامِيَةُۢ ﴿11﴾

O, çox qızmar bir od­dur!

102:1

أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾

Çoxluğa hərisliyiniz ba­şı­nızı o qə­dər qatdı ki,

102:2

حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ ﴿2﴾

nəhayət, qəbirləri zi­ya­rət etdi­niz.

102:3

كَلَّا سَوۡفَ تَعۡلَمُونَ ﴿3﴾

Yox-yox! Siz aqibətinizi hök­mən biləcəksiniz!

102:4

ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ ﴿4﴾

Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!

102:5

كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ﴿5﴾

Xeyr! Kaş ki, yəqin biləy­di­niz.

102:6

لَتَرَوُنَّ ٱلۡجَحِيمَ ﴿6﴾

Siz Cəhənnəmi mütləq gö­rəcək­siniz!

102:7

ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ﴿7﴾

Onu həqiqətən öz gözü­nüzlə müt­ləq görəcəksi­niz!

102:8

ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿8﴾

Sonra, o gün nemətlər ba­rəsində hökmən sorğu-suala tu­tu­la­caq­sınız.